Azяrbaycan mиllи elmlяr akademиyasы



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə1/47
tarix25.08.2018
ölçüsü1,18 Mb.
#64041
  1   2   3   4   5   6   7   8   9   ...   47


 
 
 
 
AFİNA ƏFLATUN qızı MƏMMƏDLİ 
 
 
 
 
 
 
ƏHMƏD CAVAD  
VƏ  TÜRKİYƏ 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
BAKI – 2010 


 
 

Azərbaycan  Milli  Elmlər  Akademiyası  Nizami  adına 
Ədəbiyyat  İnstitutunun  Elmi  Şurasının  3  may  2010-cu  il 
tarixli 3 saylı  qərarı ilə çapa tövsiyə edilmişdir.  
 
Elmi redaktor: 
Bəkir Nəbiyev  
        akademik 
 
Rəyçilər: 
         Kamran Əliyev 
 
         filologiya elmləri doktoru, professor 
 
 
 
 
        Arif Əmrahoğlu 
        filologiya üzrə fəlsəfə doktoru 
 
 
 
Afina Məmmədli. Əhməd Cavad və Türkiyə. Bakı: Elm 
və Təhsil, 2010 
 
«Əhməd  Cavad  və  Türkiyə»  mövzusu  müəllif  tərəfin-
dən  ilk  dəfə  olaraq  sistemli  şəkildə  geniş  tədqiqata  cəlb 
olunmuşdur. Monoqrafiya Azərbaycan və Türkiyə ədəbiy-
yatşünaslığı    müstəvisində  işlənmiş,  hər  iki  ölkənin  arxiv 
materialları,  elmi  qaynaqları  əsasında  yazılmış,  bir  sıra 
qaranlıq məsələlərə aydınlıq gətirilmişdir. 
Kitab 
geniş  oxucu  auditoriyası  üçün  nəzərdə 
tutulmuşdur. 
                                                    


 
 

Atam  Əflatun  Saraçlının 
əziz xatirəsinə  
 
ÖN SÖZ 
 
Görkəmli Azərbaycan  şairi Əhməd Cavad Axundzadə 
(1892-1937)  ədəbi-ictimai  fikrimizdə  romantizm  ədəbi 
məktəbinin  istedadlı  nümayəndəsi,  nasir,  publisist  və 
«milli    istiqlal  şairi»  kimi  məşhurdur.  Onun  zəngin  ədəbi  
yaradıcılığı 
milli 
tarixi 
və  ədəbi-mədəni  irsimizi 
araşdırmaq    baxımından  ədəbiyyatşünaslıq  elmimizə  də-
yərli  faktlar verir. Azərbaycanın yenidən  istiqlala  qovuş-
duğu    hazırkı  dövrdə    Ə.Cavad  və  onun    silahdaşlarının 
mübariz  həyat    yollarını,  yaradıcılıqlarının  ideya-
sənətkarlıq  xüsusiyyətlərini elmi  şəkildə öyrənmək  xüsusi 
əhəmiyyət kəsb edir. 
XX əsrin əvvəllərində Azərbaycan romantik  poeziya-
sının    bir  nümayəndəsi  kimi  Ə.Cavadın  Türkiyə  ilə  ədəbi 
əlaqələrin  inkişafında,  türkçülük  və  istiqlal  ideyalarının 
formalaşmasında  və  təbliğində,  iki  ölkə  arasında  ictimai-
siyasi,  ədəbi-mədəni  əlaqələrin    qüvvətlənməsində,  Tür-
kiyə    istiqlal  şairləri  ilə  münasibətlərin    genişlənməsində 
xidmətləri  böyükdür.  Bu  cəhət  xüsusilə  vurğulanmalıdır 
ki, heç bir Azərbaycan şairi Ə.Cavad qədər  Türkiyə ilə bu 
dərəcədə bağlı olmamışdır. Hətta Cümhuriyyət dönəmində 
Azərbaycanın  çətin  zamanlarında    yardıma  çağırılan  Qaf-
qaz  İslam  Ordusu  ilə  birgə  döyüşlərdə  iştirak  edən, 
Türkiyə  şairlərini  Azərbaycanda  qarşılayan,    görüşlər 
keçirən,  ən çox çıxışlar edən sənətkar da Ə.Cavad olmuş-
dur.  Sovet  imperiyası  dövründə  onun  yaradıcılığının  
bolşevik  ideoloji  prinsiplərilə  vulqar-sosioloji  yanaşma 
üzündən  yetmiş  ildən  çox  gərəyincə  dəyərləndirilmə-
məsinin,  çap    edilməməsinin,  həmişə  tənqid  olunmasının, 


 
 

istiqlal və türkçü, Türkiyə, türklüyə sevgi ruhlu şeirlərinin 
xalqdan  gizli  saxlanılmasının  başlıca  səbəbi  də  bununla 
bağlıdır.  H.Cavid  kimi  türkçü,  Türkiyə  ilə  bağlı  şairlərlə 
birlikdə  Ə.Cavad  da  pantürkist,  satqın,  «xalq  düşməni» 
adlandırılmış, 1937-ci il repressiya qurbanı olmuşdur.  
Yalnız   Sovet  hakimiyyəti  dağıldıgdan  sonra,  Azər-
baycanda  milli  konsepsiyanın  yaranması  ilə  bağlı  repres-
siyaya  məruz  qalmış  sənətkarlarımızın  yaradıcılığının 
obyektiv  dəyərləndirilməsi  üçün  şərait  yaranmışdır.  Son 
illər bu istiqamətdə tədqiqatlar çoxalmış və  Əhməd Cavad 
haqqında  da  bəzi  araşdırmalar  meydana  gəlmişdir.  Ancaq 
onun  Türkiyə  ilə  bağları,  əlaqələri,  bu  mövzuda  əsərləri, 
türkçülük  görüşləri    üzərində  ayrıca  bir  tədqiqat 
aparılmayıb.  Problemin  geniş,  dərindən,  obyektiv  və  elmi 
şəkildə  araşdırılması  Ə.Cavad  poeziyasının  məxsusi 
keyfiyyətlərinin, eləcə də, ümumiyyətlə, romantik şairlərin 
yaradıcılıq 
xüsusiyyətlərinin, 
romantik 
poeziyanın 
özünəməxsusluğunun 
və 
mahiyyətinin 
daha 
da  
aydınlaşmasına  işıq    sala  bilər,  çünki  «istiqlal  fikrinin 
təsisində  Vaqifdən  tutmuş  Cavidə  qədər,  Zakirdən  baş-
lamış  Cavada  qədər,  Mirzə  Fətəlidən  Üzeyirə  kimi, 
«Əkinçi»dən  «Azərbaycan»  və  «Yeni  Qafqasiya»yadək 
hər  bir  şairin,  hər  bir  ədibin,  hər    bir  qəzetənin,  hər    bir 
aktyor  və  müəllimin  olduqca  böyük  və  dəyərli  rolları 
olmuşdur» (90, 134). 
Başqa romantiklər kimi, Ə.Cavad da tək Azərbaycanın 
yox,  həm  də  bütün  türk  dünyasının,    xalqlarının  taleyini, 
gələcəyini  düşünür,  birliyini  arzu  edirdi.  Onların    yaşam 
və  tərəqqisini  bir-birindən  ayrılıqda  təsəvvür  etmirdi.  Bu 
yolda  Türkiyənin  roluna  ayrıca  önəm  verirdi.  Ümumtürk 
mədəniyyətinin  parçalanmamasını,  birliyinin    daha  da 
güclənməsini  arzu  edirdi.  Onun  mədəni  türkçülük 


Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə