Azяrbaycan mиllи elmlяr akademиyasы



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə2/47
tarix25.08.2018
ölçüsü1,18 Mb.
#64041
1   2   3   4   5   6   7   8   9   ...   47

 
 

görüşləri  türk  birliyi  və  türk  dövlətçiliyi  məsələsində 
siyasi türkçülüklə qovuşurdu.  
Monoqrafiyada  bu  məsələlər,  eləcə  də  Balkan  və  Bi-
rinci  Cahan  savaşı  illərində  Ə.Cavadın  Türkiyədə  cəbhə 
bölgələrində  olması,  Bakı  mətbuatına  məqalələr  və 
xəbərlər  yazması,  bu  mövzulara,  eləcə  də  Türkiyə,  onun 
tarixinə,  taleyinə,  şəhərlərinə  şeirlər  həsr  etməsi  və  başqa 
məsələlər    geniş  və    mümkün  olduğu  qədər  obyektiv 
şəkildə araşdırılaraq, qiymətləndirilir. 
Bu  gün  belə  Ə.Cavadın  Turkiyədəki  populyarlığı, 
onun  Türkiyədəki  mövqeyi,  TBMM-də  (Türkiyə  Böyük 
Millət  Məclisi)  onun  haqqında  edilən  məruzə    Ə.Cavad 
yaradıcılığının  Azərbaycan  və  Türkiyə  arasındakı  müna-
sibətlərə  müsbət  yöndən  təsirindən  və  faydasından  bəhs 
etməyə əsas verir. 
Şairin  böyüklüyü  ondadır  ki,  o  öz  yaradıcılığı  ilə 
hazırkı    mədəni-ideoloji  proseslərə  müasir,  mübariz  bir 
sənətkar kimi təsir etmə gücünə malikdir. Məhz bu keyfiy-
yətinə  görə  müasir  mərhələdə  Ə.Cavad  yaradıcılığına 
tədqiqatçıların marağı xeyli artıb. 
Əhməd Cavad və Türkiyə problemiylə bağlı Azərbay-
canda  akademik  Bəkir  Nəbiyev  («Əhməd  Cavad»),  prof. 
Əflatun  Saraçlı  («Azərbaycan  yazıçıları  Cümhuriyyət 
dönəmində»),  prof.  Alxan  Bayramoğlu  («ADR  dövründə 
ədəbiyyat»),  f.e.d.  Əli  Saləddin  («Əhməd  Cavad»),  f.e.d. 
Aybəniz Əliyeva (Kəngərli) («Azərbaycan romantiklərinin 
yaradıcılığında    türkçülük»),  f.e.d.  Nazif  Ələkbərli  («Üç 
budaq»),  f.e.d.  C.Qasımov  («Əsrin  qiyamət  çağı», 
«Repressiyadan deportasiyaya doğru»),  f.e.n.,  dos. Təyyar 
Salamoğlu («Faciəli talelər»), f.e.n. Göyərçin Mustafayeva 
(«Ə.Cavad  yaradıcılığında  milli  istiqlal  problemi»), 
Rəhman  Həsənov  («Ə.Cavadın  yaradıcılıq  yolu»)  və  baş-


 
 

qalarının  tədqiqat əsərlərində, Türkiyədə  Sərvət  Gürcan 
(«Çırpınırdı  Qara  dəniz»)  və    İrfan  Murad  Yıldırımın 
(«Salam  Türkün  bayrağına»)  kitablarında  toxunulmuşdur. 
Lakin Əhməd Cavadın Türkiyə ilə  əlaqələri,  Azərbaycan-
Türkiyə  ədəbi  əlaqələrindəki  yeri,  onun  yaradıcılığında 
türkçülük  və  Türkiyə  mövzusu,  həyat  və  yaradıcılığının 
Türkiyədə  tədqiqi,    təbliği  və  nəşri,  bütövlükdə  Əhməd 
Cavad  və  Türkiyə  problemi  indiyədək  ayrıca  bir  tədqiqat 
mövzusuna çevrilməmişdir. Bu  monoqrafiya həmin möv-
zuda yazılmış ilk sistemli elmi tədqiqat əsəridir. 
Monoqrafiyada  əsas  məqsəd  istiqlal  şairi  Ə.Cavadın 
Türkiyə  ilə  əlaqələrini,  Türkiyədəki  fəaliyyətini,  bu  möv-
zuda  yazdığı  çeşidli  janrlardakı  əsərlərini  və  onun 
türkçülük  görüşlərini  aydınlaşdırmaq,  eyni  zamanda 
Ə.Cavadın  Türkiyədə  tədqiqi  və  təbliği  məsələlərini  araş-
dırmaq,  onun  ədəbi  əlaqələr  tariximizdəki  mövqeyini 
müəyyənləşdirməkdir. 
Mövzunun  ilk  dəfə  olaraq  sistemli  şəkildə  tədqiqata 
cəlb  olunması  bir  sıra  maraqlı  elmi  yeniliklərin  üzə    çıx-
masını şərtləndirmişdir. Nə 70 illik şura dönəmində, nə də 
Azərbaycanın  müstəqilliyi  illərində  Ə.Cavad  və  Türkiyə 
problemi  ayrıca  tədqiqat  obyekti  olmamışdır.  Problemin 
Azərbaycan  və  Türkiyə  ədəbiyyatşünaslığı  müstəvisində 
işlənməsi,  şairin  yaradıcılığının  hər  iki  ölkədə  mü-
təxəssislər  tərəfindən    nəşri  və  tədqiqi  məsələlərinin  pa-
ralel,  elmi,  müqayisəli  şəkildə  araşdırılması  da  bir  sıra 
qaranlıq məsələlərə işıq tutmağa yardım etmişdir. Əsər hər 
iki  ölkənin  arxiv  materialları,  elmi  qaynaqları  əsasında 
yazılmışdır.  Burada  Azərbaycan  mühacirət  ədəbiyyatının 
Ə.Cavad  və  onun  Türkiyə,  türkçülük  haqqındakı 
fikirlərinə münasibəti  də ilk dəfə öz əksini tapır. 
Monoqrafiyada  Ə.Cavadın    Balkan,  Birinci  Cahan 


 
 

savaşı  illərində Türkiyə  cəbhələrində  əsgərlər arasında ol-
ması,  xeyriyyəçilik  və  müxbirlik  fəaliyyəti,  məqalələri 
zəngin qaynaqlar əsasında öyrənilir və bu mövzudakı şeir-
ləri  incələnir,  «Çırpınırdın,  Qara  dəniz»  şeirinin  ilk  dəfə  
olaraq yazılma tarixçəsi açıqlanır. 
Ə.Cavadla  M.Akif  Ərsoy,  R.Tofiq,  M.Ə.Yurdaqul 
kimi  istiqlalçı  və  türkçü  şairlərin  yaradıcılıq  ilişgiləri  ilk 
dəfə sistemli şəkildə müqayisə olunur.  Hər bir şairin ayrı-
ayrılıqda  Ə.Cavad  yaradıcılığına  hansı  yöndən  təsirli 
olması  məsələlərinə  aydınlıq  gətirilir.  Əsərin  bir  yeniliyi 
də  Ə.Cavadın  türkçülük  və  turançılıq  görüşlərinin  ayrıca 
açıqlanması,  bu  ruhlu  şeirlərinin  təhlilindədir.  Burada 
Ə.Cavadın  turançılıq  görüşləri    türkçülük  və  azərbaycan-
çılıq görüşləri ilə vəhdətdə izah edilir. 
Ə.Cavadın  türkçülüyü,  Türkiyəyə  məhəbbəti  ilə 
istiqlal  arzuları  və  onu  tərənnüm  etməsi  bir-biri  ilə    sıx 
bağlıdır. Yəni istiqlal uğrunda əməli mübarizələri ilə onun 
tərənnümü  bir-birini  tamamlayır.  Odur  ki,  yeri  gəldikcə 
şairin Azərbaycan-Türkiyə münasibətləri  işığında  istiqlalçı 
görüşlərindən  də  söhbət  gedir  ki,  bu  da  onun 
yaradıcılığının  öyrənilməsinə  yeni    və  obyektiv  bir 
münasibət  formalaşdırır.  Monoqrafiyada    istiqlalçı  şairin 
Azərbaycan-Türkiyə  münasibətlərinə  yüksək  amalla  və 
canından  keçərək  xidmət  etməsi  milli  məfkurə  kon-
tekstində aydınlaşdırılmışdır.  
Burada  şairin  məhz  Türkiyəyə  münasibətinə  və  türk-
çülük  görüşlərinə  görə  keçən  əsrin  20-30-cu  illərində 
sıxışdırılması, damğalanması və repressiya qurbanı olması 
da sənədlər əsasında aydınlaşdırılır.  
Tədqiqatda  yeni bir cəhət də Azərbaycan mühacirləri-
nin,  eləcə  də  prof.  Yavuz  Akpınar,  Sərvət  Gürcan, 
Müslüm  Oğuz,  İrfan  Murad  Yıldırım  və  başqa  Türkiyə 


Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə