Azяrbaycan mиllи elmlяr akademиyasы



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə4/47
tarix25.08.2018
ölçüsü1,18 Mb.
#64041
1   2   3   4   5   6   7   8   9   ...   47

 
 
12 
müxtəlif  xarici  ölkələrə  təhsil  almağa  göndərirdilər.  Bu 
ölkələr  arasında  Osmanlı  Türkiyəsi  də  var  idi.  Maraqlıdır 
ki,  Əhməd  Cavadın  ədəbi  taleyində  mühüm  rol  oynamış 
müəllimlərindən  H.Cavid  və  A.Sur  da  Türkiyədə  təhsil 
almışdılar. 
XX əsrin əvvəlləri Azərbaycan ədəbiyyatında və milli 
mücadilə tarixində Ə.Cavadın öz yeri, öz dəsti-xətti vardır. 
O, öz şəxsiyyəti, ədəbi fəaliyyəti və yaradıcılığı ilə ümum-
türk  ədəbi-mədəni  dünyasında  özünəməxsus  yer  tutur. 
Ümumiyyətlə, Əhməd Cavadın həm təhsilində, həm  yara-
dıcılığında,  həm  də  şəxsi  taleyində  Türkiyə  faktoru 
mühüm rol oynamışdır. Belə ki, Ə.Cavadın ən yaxın, zəkalı 
və  nüfuzlu  müəllimləri  arasında  Türkiyədən  gələnlərlə 
yanaşı,  orada təhsil alanlar da var idi. Gəncə Ruhani gim-
naziyasında  1909-1912-ci  illərdə  Ə.Cavad  Hüseyn  Cavid 
və Abdulla Tofiq Surdan da dərs almışdı. Akademik Bəkir 
Nəbiyev  həmin  cəhəti  nəzərdə  tutaraq  yazır:  «Əhməd 
Cavadın müəllimləri arasında görkəmli Azərbaycan ziyalı-
larından  şair-dramaturq  H.Cavidin,  jurnalist-tənqidçi  Ab-
dulla Surun, Şeyxülislam Pişnamazzadənin və başqalarının 
olması  da  həmin  məktəbin  nüfuzu  və  səviyyəsi  haqqında 
az 
şey  demir...  Şairin  öz  ixtisasına  dərindən 
yiyələnməsində,  orta  məktəblərdə,  texnikum  və  ali  mək-
təblərdə  dərs  deməsində  vaxtilə  Gəncə  seminariyasında 
öyrəndiyi  biliklərin,  xüsusən  də  Azərbaycan,  ərəb,  fars, 
rus  dillərindən,  tarixdən  aldığı  əla  qiymətlərin  şəksiz  rolu 
və  əhəmiyyəti  olmuşdur»  (102,  7-8).  Müəllif  Ə.Cavadın 
ədəbi  yaradıcılıq  istiqamətinin  müəyyənləşməsində  də 
Gəncə mühitinin xüsusi rol oynadığını göstərmək məqsədi 
ilə  fikrinə  belə  davam  edir:    «Gənc  Əhməd  Cavad  hələ 
Gəncədə  təhsil  alarkən  öz  müəllimlərinin  və  böyük 
həvəslə  oxuduğu kitabların, dövrü  mətbuat nümunələrinin 


 
 
13 
təsiri  ilə  vətənpərvərlik  ruhunda  təşəkkül  tapır,  getdikcə 
türkçülük, islamçılıq, çağdaşlıq əsasında milli istiqlaliyyət 
ideyalarına tapınırdı» (102,  8).  
Cavadşünas Əli Saləddinin verdiyi bilgiyə görə, Ə.Ca-
vadın  bir  müəllimi  də  Savad  Cavad  olub.  Onun  Türkiyə 
şairi  Əhməd  Cavadın  qardaşı  olduğu  və  milli  şairimiz 
Əhməd Cavadın da öz təxəllüsünü buradan aldığı  bildirilir 
(110, 27; 42, 13). Ancaq bu fikirlə bağlı heç bir qaynaqda 
bir  bilgiyə  təsadüf  etmədik.  Araşdırma  nəticəsində  müəy-
yənləşdirdik  ki,  həmin  dövrdə  Türkiyədə  Əhməd  Cavad 
(Əmrə)  (1876-1961)  adlı  şair  yox,  məşhur  dilçi  alim  ol-
muşdur. Biz onun Azərbaycana və Gürcüstana səfər et diyi 
haqqında  bilgiyə də rast  gəldik (138, 7). Ə.C.Əmrə 1928-
ci  ildə  Türkiyədə  latın  əlifbasına  keçidlə  bağlı  9  nəfərlik 
«Dil  Əncüməni»  Dövlət    komissiyasının  üzvü  olmuş, 
Rövşən  Əşrəf  (Ünaydın),  İsmayıl  Hikmət,  Əhməd  Rasim 
bəy kimi Azərbaycanla sıx əlaqəsi olan ziyalılarla birlikdə 
«İmla  lüğəti»  kitabını  hazırlamışdır.  Ankaradan  millət 
vəkili  seçilmiş  Ə.Cavad  Əmrə  həm  də  Atatürkə  yaxın 
adamlardan  olmuşdur  (10,  258-264).  Türk  qrammatikası 
haqqında çox  sayda əsərlərin  müəllifi olan Əhməd Cavad 
Əmrənin  «Sərf  və  nəhv»  («Morfologiya  və  sintaksis»  – 
A.M.) dərsliyi o zaman Azərbaycan məktəblərində də tədris  
edilirdi.  Bunu  da  qeyd  edək  ki,  f.e.d.  Əli  Saləddin  həmin 
dərsliyi  milli  şairimiz  Ə.Cavadın  əsəri    kimi    təqdim 
etmişdir (110, 125; 42, 7).  
Gəncədə  müəllim  kimi  fəaliyyət  göstərən  görkəmli 
türk ziyalılarından  biri  də   Mehmet  əfəndi idi. Ömər  Faiq 
Nemanzadə  öz  xatirələrində  onun  haqqında  yazır:  «Bu 
gənc  müəllim  İstanbulda  edadini  qurtarmış,  çalışqan, 
məlumatlı,  vəzifəsini bilən  və  sevən bolqarıstanlı (vidinli) 
bir türk idi… Məktəb bunun çalışması sayəsində az vaxtda 


 
 
14 
şöhrətləndi,  böyüdü.  Mehmet  əfəndi  məktəbi  ruhaniliyə 
xidmətdən  qurtarıb  zəmanəyə  uyğun  bir  milli  məktəb  ha-
lına  gətirməyə  çalışırdı.  Bu  məktəb  gözəl  quruluşu  və 
tədris  sayəsindəki  uğurları  ilə  az  vaxtda  bir  çox  gənc 
müəllimlər,  yazıçılar  yetişdirdi» (98, 120-121). Belə  gənc 
yazıçılardan və müəllimlərdən biri də Ə.Cavad idi.  
Ə.Cavad ədəbi  yaradıcılığa  hələ Gəncə  gimnaziyasın-
dan başlamışdı. Söz yox ki, hər hansı təhsil müəssisəsində 
oxuyan istedadlı gənclər adətən diqqət mərkəzində olurlar. 
Gənc  Cavadın  bu  cəhətdən  bəxti  gətirmişdi.  Müəllimləri 
ona diqqət yetirir, ilk qələm təcrübələrindəcə istedad qığıl-
cımlarını görüb təqdir edirdilər. Akademik B.Nəbiyevin də 
yazdığı  kimi,  «öz  qələm  təcrübəsinə  hələ  seminarist  kimi 
başlayan  Ə.Cavad  ilk  şeirlərində  bəzi  müəllimlərinin  diq-
qətini  cəlb  etmişdi.  Abdulla  Tofiq  (Sur)  vaxtilə  dostu 
Abdulla  Şaiqə  yazdığı    məktubunda  bir  gənc  şair  kimi 
Ə.Cavadın onda böyük ümidlər oyatdığını etiraf etmişdir» 
(102, 8).  
A.Sur öz yetirməsini təkcə şair dostları arasında deyil, 
daha  geniş  dairədə  təbliğ  edir,  onun  uğurları  ilə  qürur 
duyurdu.  O,  şərqşünas  alim,  dostu  Qordlevskiyə  yazdığı 
məktubların birində Ə.Cavad haqqında belə söhbət açırdı: 
«Tələbələrim içərisində Cavad adlı gənc bir şair var. Mənə 
oxuduğu  ilk  mənzumələri  gələcəyə  böyük  ümidlər  verir. 
Lisanı  sadə  və  gözəldir» (83, 68-69). Professor Cəlal Qası-
mov  öz  tədqiqatında  Ə.Cavadın  həmin  vaxta  qədər 
Türkiyə  ilə  əlaqəsinin  nə  şəkildə  olmasını  belə  izah  edir: 
«Doğrudur,  Ə.Cavad  Türkiyədə  təhsil  almamışdır.  Buna 
baxmayaraq  onun  Türkiyə  ilə  bağlılığı  orada  təhsil 
alanlardan  heç  də  az  olmamışdır.  Belə  ki,  o,  Gəncədə 
təhsil  alarkən  müəllimlərindən  biri  Türkiyə  vətəndaşı, 
digəri  isə  Türkiyədə  təhsil  alan  tənqidçi  Abdulla  Sur 


Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə