Azяrbaycan mиllи elmlяr akademиyasы



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə5/47
tarix25.08.2018
ölçüsü1,18 Mb.
#64041
1   2   3   4   5   6   7   8   9   ...   47

 
 
15 
(1883-1912) olmuşdur» (83, 68-69).  
Doğrudan  da,  Ə.Cavadın  dünyagörüşünün  və  ədəbi 
zövqünün  formalaşmasında,  xalq  ədəbiyyatına  marağında 
A.Surun  təsiri  danılmazdır.  Əli  Saləddin  şairin  poeziya 
ruhunun tamamilə xalq şeiri və türkçülük üzərində köklən-
diyini  göstərir,  Mədrəsədə  oxuduğu  illərdə  Osmanlı 
düşüncə  tərzinə  uyğun  sənət  baxışlarının  onun 
müəllimlərinin  təsiri  altında  əmələ  gəldiyini    nəzərə 
çatdırır (110,  27).  
Ə.Cavadın  poeziyasına  Osmanlı  Türkiyəsi  ab-hava-
sının  qüvvətli  təsiri  onun  Gəncə  gimnaziyasında  təhsil 
aldığı  illərdən  başlayır,  bu,  Balkan  və  I  Cahan  savaşı 
illərində    daha  da  dərinləşərək    ümumtürkçülük  görüşü 
halına  gəlir.  Ə.Saləddin  müəllimlərinin  Ə.Cavada  olan 
təsirini  daha  inandırıcı  şəkildə  ifadə  etmək  üçün  faktlara 
müraciət edərək yazır:  «Əhməd Cavadın arxivində «Fələk 
dil kabab...» adlı 34 səhifəlik bir  əlyazması  saxlanılır.  Bu 
şeirlər  toplusunun  əksəriyyətini  şair  mədrəsədə  oxuduğu 
illərdə  qələmə  almışdır.  Çox  qəribədir  ki,  onların  çoxu 
ərəb-fars  sözləri,  tərkibləri  ilə    doludur.  Müəllifin  ilk 
qələm  təcrübələri,  ilk  axtarışları  nəticəsində  meydana 
çıxmış  bu  şeirlər  klassik  rübai,  qəzəl,  hələ    tamam 
formalaşmamış  şəkillərdə  yazılmışdır.  Əlbəttə,  onların 
arasında  nisbətən  xalq  dili,  aşıq  yaradıcılığına  əsaslanan 
nümunələr  də  yox  deyil»  (110,    27).  Bunların  bəzilərinin 
A.Surun  kiçik  redaktəsi  ilə    meydana  gəldiyini  yazan 
Ə.Saləddin  fikrinə  belə  davam  edir  ki,  ədəbiyyata  «ərəb, 
fars  sözləri  Osmanlı  türkcəsi  və  Azərbaycan  türkcəsi  bir-
birinə qarışmış şeylərlə gələn Əhməd Cavad bir neçə ildən 
sonra  tanınmaz  dərəcədə  dəyişmiş,  heyrət  ediləcək  bir 
şəkildə  1913-cü  ildə  yazdığı  «Dilimiz»  adlı  şeirindən 
sonra  sadələşmiş,…  hamının  anladığı  bir  dilə  keçmişdir» 


 
 
16 
(110, 28). 
 Ə.Cavad  öz  müəllimlərinə,  o  sıradan  Abdulla  Sura 
dərin hörmət və məhəbbət bəsləyirdi. Bunun bir səbəbi də 
A.Surun  ona  məfkurə  və  türklük  ruhu  aşılamasıdır.  Təsa-
düfi deyil ki, A.Surun vaxtsız vəfatı gənc Cavadı möhkəm 
sarsıtmış  və   o öz  hisslərini, yanğılarını  poetik  şəkildə  bu 
itkiyə  həsr  etdiyi  şeirində  anlatmışdır.  Əziz  müəllimi 
Abdulla  Surun  dəfn  mərasimində  edilən  çıxışlar  zamanı 
gənc  Cavad  da  həmin  şeirini  oxumuşdu.  Hüseyn  Cavid 
onun  dəfn  mərasiminin  təsvirinə  həsr  etdiyi  «Mirzə 
Abdulla Məhəmmədzadə, yaxud (A.Sur) – Abdulla Tofiq. 
Mərhumun  təşii-cənazəsi  mərasimi»  başlıqlı  məqa-
ləsindəki «…gənc və alicənab şairimiz Cavad əfəndi həzin 
və  ahəngdar  bir  tövrlə  yazmış  olduğu  gözəl  və  yanıqlı 
əşarı söyləməyə başladı»  sözlərindən onun Ə.Cavadı necə 
yüksək  dəyərləndirdiyi    məlum  olur  və  həmin  şeirin 
mətnini bütünlüklə  təqdim edir (47, 222). Əhməd Cavadın 
bu mərsiyəsi öz səmimiliyi ilə  diqqəti çəkir; belə ki, gənc 
şair burada özünün  kədər və  sarsıntılarını səmimi şəkildə 
bildirir. 
Ə.Cavad  maarif  ziyasının  milləti  və  vətəni  aydınlığa 
doğru istiqamətləndirdiyini belə ifadə edir:  
                
 
Bu Vətənin bunu görən südü təmiz övladı  
Bir qaç kişi o gün bizim qara günü anladı! (42, 45)  
 
Ə.Cavadın  ruhundan  süzülüb  gələn  bu  misralar  həm 
də  onun  bir  gənc  kimi,  öz  amalına  sədaqətinin  poetik 
təsdiqi idi. Bu fikirlərin mayasında, şübhəsiz ki, türkçülük 
duyğuları  və  ruhu  da  var.  Çünki  Türkiyədə  təhsil  alan 
müəllimi  həmişə  öz  yetirmələrinə  türk  düşüncə  tərzini, 
türk  ruhunu  aşılamağa  çalışırdı.  Ə.Cavada  verdiyi 
məsləhətlərdə  də,  onun  ilk  qələm  təcrübələrini  təqdir  və 


 
 
17 
təshih  edəndə  də  ümumtürk  anlayışını  öyrədir,  Azər-
baycan  və Türkiyə  şairlərinin türkçü,  milli ruhlu  şeirlərini 
anladırdı.  Təbii  ki,  bu  illərdə  Gəncə  gimnaziyasında 
fəaliyyət  göstərmiş  Mirzə  Abbas  Abbaszadə,  İdris 
Axundzadə,  Əli  Razi  Şəmsizadə,  Əli  Nəzmi  və  dövrünün 
başqa  tanınmış  maarif,  mədəniyyət  və  ədəbiyyat  
nümayəndələrinin,  bütövlükdə  Gəncə  ədəbi  pedaqoji 
mühitinin də  bu işdə  önəmli rolu olmuşdur.  
Ümumiyyətlə,  XX  əsrin  əvvəllərində  Gəncə  Azər-
baycan ictimai-milli həyatında mühüm rol oynayan  şəhər-
lərdən  birinə  çevrilmişdi.  Təsadüfi  deyil  ki,  Məhəmməd 
Əmin Rəsulzadə Azərbaycanda milli ictimai fikrin və milli 
azadlıq  ideyalarının  inkişaf  edib  yayılmasında  Gəncə 
mühitinin  rolunu  xüsusi  qiymətləndirərək  yazırdı: 
«Gəncədə  təsis  edilən  «Mədrəseyi-ruhaniyyə»  vaxtilə 
milliyyətpərvərlik  ruhunun  təqviyə  edilən  ən  mühüm 
mərkəzi  idi.  Buradan  Azərbaycan  bir  çox  müəllimlər, 
mühərrirlər  və  şairlər  qazanmışdır» (105, 19-20). Ə.Cavad 
belə  bir  münbit  elmi,  ədəbi-pedaqoji  mühitdə  təlim-tərbiyə 
alaraq addımlarını atmışdı.  Bütün bunlar o zaman Gəncədə 
sağlam və səviyyəli mühitin varlığından xəbər verir.  
Ə.Cavadın Gəncədən kənara çıxmadığı vaxtlarda yaz-
dığı  və  ədəbi  mühitdə  birmənalı  qarşılanmayan  ilk  mətbu 
şeiri 1913-cü ilə aiddir. «Müdhiş düşüncələr» adlı  şeir elə 
həmin  ildə  «Şəlalə»  jurnalının  18-ci  sayında  çıxmış  və 
kəskin  tənqidlə  qarşılanmışdı.  Türkiyədən  bir  jurnalist 
kimi  Azərbaycana  gələn  və  «Şəlalə»  jurnalını  nəşr  edən 
Xalid  Xürrəm Səbribəyzadə jurnalın növbəti  nömrələrinin 
birində  (8  iyun,  1913)  şeir  haqqında  «Altun  qələm»  adlı 
tənqidi məqalə ilə çıxış etmişdir. Ə.Cavadın qızıl qələminə 
ikibaşlı  məna  verib,  məqaləyə  başlıq  seçən  X.X.Səbri-
bəyzadə  şeiri  hər  baxımdan  yararsız  saymış,  xüsusilə  


Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə