Azяrbaycan mиllи elmlяr akademиyasы



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə7/47
tarix25.08.2018
ölçüsü1,18 Mb.
#64041
1   2   3   4   5   6   7   8   9   10   ...   47

 
 
21 
elmi-pedaqoji  fəaliyyətlə  məşğul  idi.  Nəzərə  almaq 
lazımdır  ki,  ədibin  «Gülzar»  dərsliyi  də  elə  1912-ci  ildə 
çapdan çıxmışdı. Ancaq onun böyük qardaşı Axund Yusif 
Ziya  Talıbzadənin  türklük,  islamlıq  və  istiqlal  uğrunda 
həm  qələmi,  həm  də  silahı  ilə  vuruşduğu,  döyüş 
meydanlarının  birində  qəhrəmancasına  həlak  olduğu 
bəllidir.  Axund  Yusif  Talıbzadənin  həyat  və  fəaliyyətinə 
monoqrafiya  həsr  edən  sənətşünaslıq  namizədi,  dosent 
M.Əsədli  bu  məsələ  ilə  bağlı  araşdırma  aparmış  və 
A.Şaiqin 
Balkan 
savaşında 
iştirak 
etmədiyini 
təsdiqləmişdir (63, 57-62). 
Balkan  müharibəsi  başlanarkən  yeni-yeni  təşəkkül 
tapan «Ədəmi-Mərkəziyyət. Müsavat» partiyası Türkiyəni 
müdafiəyə  çağırış  xarakterli  bir  bəyannamə  ilə  çıxış 
etmişdi. Həmin bəyannamə Bakıda və Tiflisdə yayılmışdı. 
Yusif  Ziya  Talıbzadə  onu  İstanbula  da  aparmışdı. 
İstanbulda  çıxan  «Səbil-ül-Rəşad»  məcmuəsi  isə    onu  öz 
səhifələrində dərc etmişdi.  
M.Əsədli  tutarlı  mənbələrə,  o  cümlədən  A.Şaiqin 
oğlu,  akademik  Kamal  Talıbzadənin  xatirə  və  söhbət-
lərinə, mütəxəssislərin fikirlərinə əsaslanaraq deyir: «Betül 
Aslan Məmməd Sadıq Arana istinadən yazır ki, hətta Bakı 
milyonerlərindən Əsədulla Əli bir qrupla Balkan Hərbində 
iştirak  etmiş  və  zabitlik  rütbəsi  almışdı.  Din  xocalarından 
Əhməd  Talıbzadə  Yusif  (Burada  yanlış  olaraq  Axund 
əvəzinə  Ahmed  getmişdir  –  M.Ə.)  və  arkadaşları  da 
Balkan hərbinə könüllü getmişdilər» (63,  59-61).  
Filologiya  elmləri  doktoru  Nazif  Ələkbərli  (Qəhrə-
manlı)  də  A.Şaiqin  Ə.Cavadla  birgə  Balkan  savaşında 
olmadığını bildirir (55, 53).  
Bu  göstərilənlərdən  belə  nəticəyə  gəlmək  olar  ki, 
Balkan  müharibəsində  Ə.Cavadın  A.Şaiqlə  yox,  onun 


 
 
22 
böyük  qardaşı  Axund  Yusif  Talıbzadə  ilə  birlikdə  iştirak 
etməsi daha inandırıcıdır.  
Söz yox ki, o dövrdə Azərbaycanda fəaliyyət göstərən 
ictimai  və  siyasi  təşkilatların  Türkiyənin  xeyrinə 
apardıqları  təbliğat  kompaniyasına  Əhməd  Cavad  kimi 
vətənsevər və milli ruhlu bir gənc laqeyd qala bilməzdi. O, 
1937-ci 
ildə  istintaq  sorğularının  birində  Balkan 
müharibəsində  iştirakını  rəsmi  şəkildə  təsdiqləmişdir.  Bu 
barədə  danışarkən  filologiya  elmləri  doktoru  Cəlal 
Qasımov  yazır:  «20  sentyabr  1937-ci  ildə  şairlə 
(Ə.Cavadla –  A.M.) üçüncü dindirmə oldu və bu dindirmə 
zamanı  müstəntiqlər  onun  Türkiyə  və  İranla  əlaqəsi 
məsələsinə toxundular.  
Sual: Siz xaricdə olmusunuzmu, nə vaxt və harada?  
Cavab:  Bəli,  mən  1912-ci  ildə  Türkiyədə  olmuşam. 
Mən  ora  ona  görə  getmişdim  ki,  Türk-Balkan  müha-
ribəsində türk ordusunda könüllü iştirak edim.  
     Mən  Türkiyəyə  Batumda  hansısa  pasport  alveri  ilə 
məşğul  olan  yunanlardan  aldığım  fars  pasportu  ilə  get-
mişəm.  Mənimlə  birlikdə  türk  ordusunda  iştirak  etmək 
üçün İdris Axundzadə (NKVD tərəfindən həbs edilib), Əli, 
familiyası  yadımda  deyil  və  İsa  Əlizadə  (hər  ikisi  vəfat 
edib)  getmişdir.  Biz  hamımız    könüllü  dəstəyə  qəbul 
olunmuşduq  və  onun  tərkibində  bolqarlara  qarşı  hərbi 
hərəkatlarda  iştirak  edirdik.  1913-cü  ilin  payızında  mən 
Rusiyaya qayıtdım» (83, 76). 
Ə.Saləddin  və  C.Qasımova  görə,  Əhməd  Cavad 
Balkan müharibəsindən əvvəl də Türkiyədə olmuşdur (44, 
6;  83,  69).  Ancaq  onlar  bu  fikri  irəli  sürərkən  heç  bir 
mənbə göstərməmişlər.  Bizə  belə gəlir ki, bu doğru deyil. 
Çünki 1912-ci ilin əvvəllərinə qədər Ə.Cavad istedadlı bir 
şagird, gənc, ümidverici şair kimi  müəllimlərinin və  digər 


 
 
23 
müasirlərinin  diqqətini  cəlb  etsə  də,  hələ  Gəncə  Ruhani 
gimnaziyasında 
oxuyurdu. 
1912-ci 
ildə  «Ədəmi-
Mərkəziyyət  Müsavat»ın  yaydığı  bəyannamədən  sonra 
Azərbaycanda  qardaş  Türkiyəyə  yardım  kompaniyası 
həyata  keçirilməyə  başlamışdır.  Ə.Cavad  da  gimnaziyanı 
bitirdikdən  sonra  həmin  hərəkatın  öncüllərindən  biri  kimi 
Balkan  müharibəsində  iştirak  etmək  üçün  cəbhəyə  
yollanmışdı.  Bu  zamana  qədər  isə  heç  bir  xarici  ölkədə 
olmamışdır. 
Ə.Cavadın  şəxsi taleyində və  fəaliyyətində Türkiyəyə 
və  türkçülüyə  sevgi  bu  göstərilənlərlə  bitmir.  Filologiya 
elmləri  doktoru  Təyyar  Salamoğlunun  yazdığı  kimi: 
«Birinci  Dünya  müharibəsi  illərində  həm  «Cəmiyyəti-
Xeyriyyə»  xətti,  həm  də  şəxsi  təşəbbüsü  ilə  Ə.Cavadın 
rusiyalı  soydaşlarımıza (Rusiyanın işğalı altında  olan türk 
xalqlarına  –  A.M.)  çox  böyük  kömək  edərək,  minlərlə 
adamı  aclığın  fəlakətli  caynağından  qurtarması  onun 
tərcümeyi-halının    ən şərəfli səhifələrindən biridir» (109, 
34-35).  
Osmanlı  dövləti  Balkan  savaşlarının  yaralarından  və 
məhrumiyyətlərindən  xilas  olmağa  macal  tapmamış 
Birinci  Cahan  savaşına  cəlb  edilmişdi.  İlk  vaxtlar  bəzi  
uğurlar  qazanan  Türkiyə  Doğu  Cəbhəsində  başlatdığı 
Sarıqamış  hərəkatında  ağır  məğlubiyyətə  uğradı.  Hələ 
1877-1878-ci  illərdəki  Rusiya-Türkiyə  müharibəsində 
itirdikləri  Batum,  Qars  və  Ərdahanı  geri  almağa  çalışan 
Türkiyə  ordusu  geri  çəkilməyə  məcbur  oldu.  Bu  vaxt 
«Oltu,  Ərdahan,  Artvin  ətrafında  ruslardan  qurtuluşu 
sevinclə  qarşılayan  türkləri  ruslar  faciəvi  şəkildə  cəza-
landırmağa  başladılar»  (9).  Osmanlı  dövlətinin  Ərzurum, 
Van, Muş, Bitlis, Rizə, Trabzon kimi şəhərlərini işğal edən 
Rusiya  «Böyük  Ermənistan»  xülyasıyla  yaşayan  erməni  


Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə