Azяrbaycan mиllи elmlяr akademиyasы



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə8/47
tarix25.08.2018
ölçüsü1,18 Mb.
#64041
1   ...   4   5   6   7   8   9   10   11   ...   47

 
 
24 
daşnak  qruplarının  bu  torpaqlarda  türkləri  qətl  etməsinə 
şərait  yaradırdı.  Belə  ağır  durumda  Azərbaycan  öz  qan 
qardaşlarının  yanında  idi.  Bu  məsələdən  danışarkən 
görkəmli  alim  Əhməd  Qaraca  yazırdı:  «Türk  mil-
lətpərvərliyinin hakim bir cərəyan olmasına görədir ki, bir-
birlərinə  canları,  qanları  və  malları  bahasına  da  olsa 
yardımdan qaçmamışlar…» (52, 14).  
Azərbaycanda 1905-ci ildən fəaliyyətə başlayan «Bakı 
Müsəlman  Cəmiyyəti-Xeyriyyəsi»nə  səsvermə  ilə  məşhur 
Azərbaycan  milyonçuları Hacı Zeynalabdin Tağıyev sədr, 
Ağamusa  Nağıyev  isə  sədr  müavini  seçildi.  Cəmiyyət 
savaşda    zərər  görən  qan  qardaşlarına  maddi  və  mənəvi 
dayaq  olmaq  üçün  bu  dövrdə  öz  fəaliyyətini  Şimali 
Qafqaz,  Dağıstan,  Gürcüstan,  İrəvan  və  işğal  olunmuş 
Türkiyə torpaqlarına doğru yönəltmişdi. Onun  yardımı ilə 
Osmanlı qaçqınlarına böyük maddi yardım göstərilirdi. Bu 
barədə  1944-cü  ildə  çıxan  «Müxtəsər  Azərbaycan 
Ədəbiyyatı  tarixi»ndə  oxuyuruq:  «Cahan  müharibəsində 
Türkiyənin  ruslara qarşı   müharibə  etməsinə  baxmayaraq, 
Azərbaycanda  osmanlılar  üçün  ianələr  yığılır,  osmanlı 
qaçqınları  himayə  və  təmin  olunurdular.  Hətta  bu  sahədə 
az  səy  göstərməyən  dövlətlilərdən  Musa  Nağıyevə,  Hacı 
Zeynalabdinə  Osmanlı  hökuməti  tərəfindən  mükafat 
olaraq medal göndərilmişdi» (97, 158). 
Türkiyədən  olan  qaçqın  və  köçkünlərə  yardım  etmək 
üçün  Azərbaycanın  vətənsevər  oğulları  Rusiya  höku-
mətindən rəsmi icazə almışdılar.  Bu işdə o zaman Rusiya 
Dövlət Dumasının üzvü olan Məhəmməd Yusif Cəfərovun 
xidmətləri  xüsusi  qeyd  edilməyə  layiqdir.  Onun 
«Müsəlman  hərbzədələrinə  yardım  işi  və  müsəlman 
vəkilləri»  məqaləsində  göstərildiyinə  görə,  Dumada  bir 
çox  uzun-uzadı  müzakirədən  sonra  «müsəlman  qaçqın-


 
 
25 
larına  müavinət  və  yardım göstərməyə  icazə verildi və  bu 
məqsədlə əvvəlcə Qars və bir az sonra Batum oblastlarına 
sərbəst  gəliş-gedişə  yol  verildi»  (81,  104).  Əhməd  Cavad 
verilmiş  bu  imkanlardan  istifadə  edərək,  «Cəmiyyəti-
xeyriyyə»nin  hərbzədələrə  yardım  şöbəsinin  fəallarından 
biri  kimi  döyüş  bölgələrinə  və  sərhəd  zonasına  tez-tez 
gedib-gəlirdi.  O,  cəmiyyətin  xüsusi  təmsilçisi  və  cəbhə 
üzrə  vəkili  Xosrov  bəy  Sultanovun  köməkçisi  həm  də  
məsul  katib  kimi  bölgələri  gəzir,  hərbzədə  qaçqınların 
siyahısını tutur, onlara yardım paylayır, eyni zamanda əsir, 
yaralı türk  döyüşçülərinə baş çəkir, onların ehtiyacları ilə 
yaxından maraqlanır, bölgədəki xəstəxanalara, məktəblərə, 
məscidlərə,    yetimlər  evinə  gedir,  oradakı  çatışmazlıqlar 
və  əhalinin  zəruri  ehtiyacları  haqqında  cəmiyyətə  yazılı 
məlumatlar  göndərirdi.  Ə.Cavadın  bu  məlumatları 
əsasında  Bakı  «Cəmiyyəti-Xeyriyyəsi»ndən  fəlakət  böl-
gəsinə ərzaq, geyim, dərman, yataq ləvazimatı və s. hazır-
lanıb göndərilirdi. Ə.Cavad  qəbul etdiyi bu maddi yardımı 
əvvəlcədən  tutduğu  plan  əsasında  türk  hərbzədələrinə  və 
yerli  köçkünlərə  çatdırırdı.  F.e.d.  Əli  Saləddin  doğru 
olaraq yazır ki, Ə.Cavadın «Cəmiyyəti-Xeyriyyə» xətti ilə 
cəbhə  bölgəsində  göstərdiyi  bu  geniş  miqyaslı  və  əvəzsiz 
xidmətləri  hələ  də  öz  layiqli  qiymətini  almamışdır  (110, 
8).  
«Cəmiyyəti-Xeyriyyə»nin Hərbzədələrə yardım şöbəsi 
fəaliyyətə başladığı zamandan, yəni 1915-ci ildən etibarən 
Ə.Cavad  Türkiyənin  işğal  altındakı  bölgələrində,  öncə 
Qarsda 
və 
Ərdahanda 
olmuşdur. 
«Cəmiyyəti-
Xeyriyyə»nin xüsusi nümayəndəsi Xosrov bəy Sultanovun 
məqaləsində bu barədə oxuyuruq:  «Martın 16-da (1915-ci 
il  –    A.M.)    10  nəfər  yardımçıdan  (Bakıdan  Hüseynov, 
İlyasov,  Mahmudov,  Məhəmmədov,  Mirzəcamalov, 


 
 
26 
Vəkilov  və  Gəncədən  Axundzadə  (Ə.Cavad  –  A.M.), 
Şahsuvarov  və  Nəzərəliyevdən)  ibarət  bir  heyət 
Səfikürdskiylə bənimlə Qarsa ezam olundu» (81, 110). Bu 
adamlar  əsl vətənpərvər idilər, işini, hüquq və vəzifələrini 
çox  gözəl  bilirdilər.  Ona  görə  də  həm  öhdələrinə  düşən 
vəzifələrini  cani-dildən  yerinə  yetirir,  həm  də  bu  zaman 
onlara  mane  olmaq  və  ya  yardımlardan  öz  məqsədləri 
üçün istifadə etmək istəyən qara fikirli adamların qarşısını 
lazımi  səviyyədə  alırdılar.  Bu  cavan  vətənpərvərlərin 
uğurlu  fəaliyyətləri  sayəsində  Çaldır  və  Ərdahanın 
bölgə  başçıları  müsəlmanlardan  pul  və  əşya  aldıqlarına 
görə  məhkəməyə  verildilər...  Qars  valisi  Podqorski  isə 
işdən  azad  edildi...  «Müsəlmanların    hüququna  təcavüz 
edən  erməni,  yunan  və  hökumət  məmurlarının  Rusiya 
qanunu  hüzurunda  məsul  olmaları  müsəlmanların 
başında möhkəm yer tutdu» (81, 111-114).  
M.Ə.Rəsulzadənin də yazdığı kimi, «Qars və  Ərdahan 
fəlakəti Rusiyadakı türklərin  bir düşünür, bir türlü hiss edir, 
böyük bir vücud olduqlarını isbat etdi» (5). 
 Ə.Cavadın  ünsiyyətcil,  insanların  dərdləri  və  prob-
lemləri ilə yaxından maraqlanan, adamların qəlbinə tez yol 
tapan  bir  insan  olması  həmin  dövrdə  onunla  birlikdə 
Batumda  işləyən  Əli  Səbrinin  xatirələrindən  də  görünür 
(58,  145-146). 
Ə.Cavad  qarşılaşdığı  müharibə  məhrumiyyətlərinin 
ürəkparçalayıcı mənzərələri haqqında  məlumat və təəssü-
ratları oxuculara «İqbal», «Yeni iqbal», «Açıq söz» qəzet-
lərinə göndərdiyi publisistik məqalələr vasitəsilə çatdırırdı. 
Bu 
məqalələrdə  həm  də  o  oxucuları  zərərdidə 
soydaşlarının dərdinə şərik  çıxmağa çağırırdı.  
Ə.Cavadın  «Kars  heyətinin  gördüyü  işlərdən»  (43, 
42-44) başlıqlı məqaləsindən məlum olur ki, həmin il mart 


Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə