Azяrbaycan mиllи elmlяr akademиyasы



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə38/47
tarix25.08.2018
ölçüsü1,18 Mb.
#64041
1   ...   34   35   36   37   38   39   40   41   ...   47

 
 
127 
dərilmişdi.  Ə.Cavad  bu  işdə  xüsusi  təşəbbüs  və  xidmət 
göstərmişdi.  Nağı  Şeyxzamanlı  Gəncədəki  türklərlə 
görüşdən  aldığı  təəssüratlardan  danışarkən  yazır  ki, 
«Gəncədəki  türk  əsgərlərinə  baş  çəkirdik.  Onlara  türkcə 
kitablar, qəzetlər, M.Ə.Rəsulzadənin çıxartdığı «Açıq söz» 
qəzetini aparırdıq. Onların incidilməsinə imkan vermirdik. 
Gənclər,  tələbələr  və  müəllimlər  əsirlərə  köməyə  gəlirdi. 
Əsirlərin  ən  çox  sevdikləri  şair  Əhməd  Cavad  idi»  (186, 
32).  Bu,  təsadüfi  deyildi.  Çünki  Ə.Cavadın  poeziyasında 
Türkiyə  mövzusu,  Türk  ordusunun  tərənnümü  və  türklük 
ruhunun 
poetik 
ifadəsi 
özünü 
qabarıq 
şəkildə 
göstərməkdədir. 
Yenə  Nağı  Şeyxzamanlının  xatirələrində  oxuyuruq: 
«Gəncədə  Milli  Komitənin  sədri  N.Yusifbəyli  idi,  baş 
katibi  isə  Əhməd  Cavad.  1918-ci  ilin  mayında  Gəncədə 
Milli  Komitənin  böyük  toplantısı  keçirildi  (Müstəqillik 
əldə  edilməsi  münasibətilə  –  A.M.).  …Bütün  arkadaşlar 
şair  Əhməd  Cavadın  gəlməsini  bəkliyordu.  Milli  Komi-
tənin baş katibi olan şair Əhməd Cavad bir az sonra Nəsib 
bəylə birlikdə gəldilər» (186, 57).  
Buradan bir daha aydın olur ki, Əhməd Cavadın  milli 
istiqlalımız uğrunda  mübarizəsi  və xidmətləri  Azərbaycan 
Demokratik  Respublikası  dövründə  olduğu  kimi,  sonrakı 
illərdə  də  yüksək  qiymətləndirilmiş  və  o,  daima  hörmətlə 
yad  edilmişdir.  Bütün  hallarda  Ə.Cavad  türk  dünyasının 
fədailərindən biri kimi dəyərləndirilmişdir.  
Bu  cür  qiyməti  Hüseyn  Baykaranın  araşdırmalarında 
da  görürük. Onun «Azərbaycan istiqlal  mübarizəsi  tarixi» 
kitabı Türkiyədə və Azərbaycanda bir neçə dəfə nəşr  edil-
mişdir. Kitab  ilk dəfə 1975-ci ildə İstanbulda işıq üzü gör-
müşdür. Həmin  nəşrə belə  bir  epiqraf da  verilmişdir: «Bu  
əsərimi adları məlum olan və olmayan, bir hissəsi yoldaş-


 
 
128 
larım olan Azərbaycan azadlıq mübarizəsinin əziz şəhidlə-
rinə  həsr  edirəm!..».  Bu  təqdimatdan  və  oradakı  «bir 
hissəsi  yoldaşlarım  olan»  sözlərindən  də  aydın  olur  ki, 
Hüseyn  Baykara  həmin  azadlıq  mücahidləri,  o  cümlədən 
Ə.Cavadla  yoldaş  olmuş,  onları  yaxından  tanımışdır.  Ona 
görə də  digər  yoldaşları kimi, Əhməd Cavadın  da azadlıq 
amalına  yaxından  bələd  olmuşdur.  Təsadüfi    deyil  ki, 
kitabda  Əhməd  Cavada  həsr  edilmiş  ayrıca  bir  bölüm  də 
vardır.  Həmin  bölüm  «Azərbaycan  şairi  Əhməd  Cavad 
azadlıq mübarizəsində» adlanır.  
H.Baykara  kitabında  Ə.Cavadı  oxuculara  təqdim 
edərkən  onun Azərbaycan ədəbiyyatına və ictimai hərəkat 
tarixinə göstərdiyi xidmətlərin  müqabilində o dövrə qədər 
çox  az  tanındığını  diqqətə  çatdıraraq  yazmışdır:    «Əhməd 
Cavad  türk  dünyasında  çox  az  tanınan  klassik  Azərbaycan 
şairidir. O, türk xalqının  dərdləri ilə  dərdlənmiş,  sevinclərilə 
sevinmişdir» (22, 175). 
Göründüyü  kimi,  burada  iki  şey    diqqəti  çəkir:  on-
lardan  biri  Əhməd  Cavadın  «klassik  Azərbaycan  şairi» 
kimi  təsdiq  və  təqdim  edilməsidir.  Bununla  H.Baykara 
Ə.Cavad  yaradıcılığına  çox  böyük  dəyər  verdiyini 
nümayiş    etdirmişdir.  İkinci  cəhət  isə  Əhməd  Cavadın 
milli  şair  olmasının    diqqətə  çatdırılmasıdır.  Müəllif 
fikrinə  davam  edərək  bildirir  ki,  Ə.Cavad  öz  yaradıcılıq 
prinsiplərinə daima sadiq qallmışdır. Hətta sovet  rejimi 
dövründə  belə  yolundan  dönməmiş,  sadəcə  olaraq 
məcburiyyət  qarşısında  qalıb  «…bu  dəfə  «simvolizm» 
ədəbi məktəbini özünə yazı tərzi seçmişdir» (22, 175).  
Ancaq H.Baykara Ə.Cavad yaradıcılığı haqqında irəli 
sürdüyü  bu  doğru  elmi  tezisdən  sonra    bəzi  qeyri-dəqiq 
mülahizələrə  də  yer  vermişdir.  Belə  ki,  o,  şairin  məşhur 
«Nisan ağlar Mayısa» şeirini təhlil edərkən elə güman edir 


 
 
129 
ki,  Ə.Cavad  həmin  əsərini  28  aprel  işğalından  sonra  yaz-
mışdır. Ona görə, guya, 28 aprelin mayıs ayına, daha doğ-
rusu,  28  may  istiqlal  gününə  yas  tutub  ağlaması  fikrini 
irəli sürür. Şeirin yazılma tarixi uyğun gəlsəydi, bu qənaət 
yerində olardı. Əslində isə belə deyil; məlum olduğu kimi, 
28  aprel  –  Azərbaycanın  rus  sovet  qoşunları  tərəfindən 
işğalı  tarixi  1920-ci  ilə  aiddir.  Ə.Cavadın  «Nisan  ağlar 
Mayısa»  şeiri  isə  1916-cı  ildə  qələmə  alınıb,  çapdan  çıx-
mışdır. Şair burada,   sadəcə olaraq,  təbiət lövhəsini  təsvir 
etmiş, nisanda (apreldə), yağıntının  nisbətən  çox olmasını 
onun «ağlaması» kimi təqdim etmiş, bu ağrı-acının mayda 
da  davam  edəcəyini,  hələ  tezliklə  bitməyəcəyini  ürək 
ağrısı  ilə  qələmə  almışdır.  Bizcə,  burada  şairi  mütəəssir 
edən  əsl  səbəb  türk  xalqlarının  yeganə  hamisi  olan 
Osmanlı  İmperiyasının  tənəzzülə  doğru  getməsidir.  Ona 
görə  bu  şeirin  28  aprel  işğalı  münasibətilə  yazıldığını 
söyləmək tarixi və elmi həqiqətdən uzaqdır.  
Bundan  fərqli  olaraq,  şairin  «İstanbul»  şeirinin 
«müharibədən  (Birinci  Dünya  müharibəsindən  –  A.M.) 
məğlub  çıxan  Türkiyə  üçün  mərsiyə»  hesab  edilməsi  hə-
qiqətə,  şeirin  məzmunu  və  ideyasına  uyğundur.  Həmin 
fikri  Ə.Cavadın  «Səsli  qız»  poemasına  verilən  qiymət 
haqqında  da  söyləmək  olar.  H.Baykara  bu  poemanı  geniş 
təhlil  edib, fikrini belə yekunlaşdırmışdır:  «poemada («Səsli 
qız»  poeması  nəzərdə  tutulur  –    A.M.)  görünən  bu  acı  və 
qanlı 
simvolik 
tablolar 
Azərbaycanın 
azadlıq 
mübarizəsində  şairin  simvolik  pərdələrə  bürüyərək 
anlatdığı  faciəli  hadisələrdir.  Bu  romantik  parçalarda 
Azərbaycanın  müstəmləkə  altında  yaşamasını  çox  acı  bir 
şəkildə təsvir  etmişdir» (22, 180).  
H.Baykara  Əhməd  Cavadın  yaradıcılığında  xarici 
işğalçı  qüvvələrə  qarşı  özünü  göstərən  milli    barışmazlıq 


Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə