B a L o ğ L a n q u L i y e V



Yüklə 3,45 Mb.
Pdf görüntüsü
səhifə14/131
tarix21.06.2018
ölçüsü3,45 Mb.
#50612
1   ...   10   11   12   13   14   15   16   17   ...   131

 

41 


təsir  üslubunda  fiziki  tərbiyədən  nəzəri  və  praktik  məşğələlərin 

demokratik olaraq idarə olunması və gedişi ön plana çəkilir. 

Öyrədən  və  öyrənənin  fəaliyyətinin  qarşılıqlı  təsirinin  3-cü 

forması interaktiv metoddur. Həmin metodla tədris prosesinin təşkili  

bir  sıra  üstün  cəhtlərinə  görə  passiv  və  istərsə  də  aktiv  təlim 

metodlarından  əhəmiyyətli  dərəcədə  fərqlənir.  Əgər  müəllim  passiv 

metodla  işləyərkən  «mütləq  hökümdar»,  «direktiv»  göstərişlər  sahibi 

rolunda  fəaliyyətdə  olursa,  fəal  təlimdə  isə  demokratiya  üslubunda 

müxtəlif  növ  oyun  və  fiziki  hərəkət  məşğələlərinin  idarə  edilməsi  və 

gedişi  vacib  əhəmiyyət  kəsb  edir.  İnteraktiv  təlim  prosesi  isə  daha 

qarışıq  təsir  forması  hesab  olunur.  Belə  ki,  öyrədən  və  öyrənən 

arasında qarşılıqlı təsir daha geniş formada həyata keçirilir. Bu zaman 

bədən  tərbiyəsi  müəlliminin  vəzifəsi  məşğələnin  başlıca  məqsədini 

şagirdlərə  öyrətməyə  istiqamətləndirilir.  Müəllim  qabaqcadan 

məşğələlərin  geniş  və  hərtərəfli  planını  hazırlayır,  interaktiv 

tapşırıqları, sualları, diskusiya və mübahisə xarakterli işləri görür. Plan 

yeni  tədris  materialının,  fiziki  tərbiyə  üzrə  yeni  bilik,  bacarıq  və 

vərdişlərin  aşılanmasına,  əvvəllər  mənimsənilmiş  hərəki  biliklərin 

möhkəmləndirilməsinə, hərəki bacarıqların dərinləşdirilməsi və hərəki 

vərdişlərin formalaşdırılmasına xidmət edir. 

Nəticə olaraq göstərməliyik ki, interaktiv təlim şagirdlərin idrak 

fəaliyyətinin  təşkili,  idarə  olunması,  milli-ümumbəşəri  adət-ənənələrə 

söykənməsi,  demokratik  üslubda  keçilməsi,  qazanılmış  bilik,  bacarıq 

və  vərdişlərin  anlanılması,  tətbiqi,  dəyərləndirilməsi  və  «təfəkkür 

məktəbi»nin məcmusudur. Bütün bunların təlim standartlarına və təhsil 

strategiyalarına  uyğunluğu  müəllim  və  şagirdlərin  birgə  fəaliyəti  ilə 

bərabər, həm də  digər potok, qrup, yarım qrup sinif şagirdlərinin bir-

biri ilə fəaliyyətinin  əməkdaşlıq şəraitində qurulmasına zəmin yaradır. 

Bədən tərbiyəsi dərslərində, mühazirə və seminar məşğələlərində 

istifadə  edilən  interaktiv  təlim  metodunu  fənn  kurikulumuna  aid 

pedaqoji ədəbiyyat aşağıdakı kimi səciyyələndirməyi tövsiyə edir; 

1)  Bədən  tərbiyəsi  mövzuları  üzrə  problemli  situasiyanın 

yaradılması; 

2)  Tələblərin  və  istərsə  də  məktəbli  şagirdlərin  şüurlu  surətdə 

cəlb olunması şəraitinin təşkilinə istiqamətlənməsi; 

3)  Maksimum  təlim  məqsədəini  daşıması,  praktik  baxımdan 

dəyərli və önəmli olması; 



 

42 


4)  Tələbələrin  və  şagirdlərin  tədrisə  marağının  artırılmasına, 

onların  müstəqil,  yaradıcı  və  tədqiqatçılıq  qabiliyyətinin  inkişafının 

yüksəldilməsinə şəraitin təşkilinə yönəldilməsi. 

Qeyd  etmək  lazımdır  ki,  göstərilən təlim  məsləhətlərinin  həyata 

keçirilməsinə  təmkinlə  və  ehtiyatla  yanaşılmalıdır.  Xüsusən,  bədən 

tərbiyəsi  və  idmanın  spesifik  tərəflərini,  şüurlu  intizam  yaratmaq 

mexanizminin  qabaqcadan  kompleks  planlaşdırılmasını,  şagird  və 

tələbələrin tədqiqatçılıq qabiliyyətinin inkişaf səviyyəsini nəzərə almaq 

nəinki,  çox  vacibdir,  hətta  təxirəsalınmaz  təbii,  pedaqoji-psixoloji 

psixomotor mexanizmdir.  

 

 

 



1.5. Fiziki tərbiyənin tədrisində fəal (interaktiv) təlimdən 

istifadənin psixoloji aspektləri 

 

 



Pedaqoji  ədəbiyyatdan  məlum  olduğu  kimi,  şagird  fəal  təlim 

metodu  vasitəsilə  (evristik)  müstəqil  tədqiqat  prosesində  idrak 

fəallığını  yüksəltməklə  yeni  biliklər  qazanır.  Eyni  zamanda  apardığı 

tədqiqat işlərinə və yaxud yaradıcılıq fəaliyətinə istinad etmək yolu ilə 

müəllim-şagird  arasında  əməkdaşlığa  və  birgə  fəaliyyətə  əsaslanaraq 

bilik və bacarıqların mənimsənilməsi vasitələrini aşkara çıxarır, onları 

təhlil,  müqayisə  edir,  ümumiləşdirilir,  hər  hansı  qənaətə  gəlir,  nəticə 

çıxarır.  Bir  cəhəti  də  qeyd  etməliyik  ki,  fiziki  tərbiyənin  təlimində 

qarşıya  qoyulmuş  məqsəd  və  vəzifələri  həyata  keçirmək  üçün  yalnız 

şagirdlərin  müstəqil  tədqiqat  fəaliyyətinin  təmini  məqsədilə  müvafiq 

şəraitin  yaradılması,  müəllim-şagirdlərin  birgə  əməkdaşlıq  şəraitində 

işləməsi,  nəticədə  yeni  bilik,  bacarıq  və  vərdişlərin  əldə  olunması 

yollarının  aqşkarlanması  mühüm  amil  sayılsada,  onların  təşkili  üçün 

təlimdə  problemli  vəziyyətin  (problemli-dialoji  təlim)  yaradılmasıda 

xüsusi  zərurətdən  irəli  gəlir.  Çünki,  ümumtəlim  nəticələrinə  nail 

olmaqda  mövzuya,  mətnə,  məqsəd  və  vəzifələrə  uyğun  problem 

situasiya  imkanlarının  yaradılması  təlimdə  şagirdlərin  idrak-fəaliyyəti 

prosesinin  yüksəldilməsi,  müstəqil  yaradıcılıq  qabiliyyətinin  inkişafı, 

öyrədən və öyrənənlərin fəaliyyətinin tənzimlənməsində real imkanlar 

açır onların çevikliyini, sürətini artırır. 




 

43 


        Fiziki  tərbiyənin  təbliği,  tərbiyəvi,  sağlamlıq  və  hərbi-

tətbiqi əhəmiyyəti, həmçinin təşkili, keçirilməsi, hərəkətlərin, ayrı-ayrı 

idman  fəndlərinin  icrası  texnikası  üzrə  nəzəri  sualların  verilməsi  və 

praktik  tapşırıqların  onlar  tərəfindən  yerinə  yetirilməsinin  tövsiyə 

edilməsi  istər-istəməz  şagirdlərin  təfəkkür  fəallığını  artırır,  onları 

düşünməyə və müəyyən nəticəyə gəlməyə sövq edir. Belə ki, problem 

vəziyyətin   yaradılmasının   köməyi  ilə  fəal  təlimdə  müstəqil           

 tədqiqat  fəaliyyəti,  idrak  fəallığının  yüksəldilməsi  və  nəhayət 

əməkdaşlıq  şəraitinin  təşkili  sayəsində  birgə  fəaliyyətlərin  yaranması 

və bunun nəticəsində yeni bilik, bacarıq və vərdişlər aşkarlanır. Bütün 

bunların təhlili sayəsində, müqayisə və ümumiləşdirilməsi nəticəsində 

isə yeni nəticə çıxarmağa imkan verir və müvafiq şərait yaranır. 

Fəal  (interaktiv)  təlimin  reallaşdırılması  heç  də  bəzilərinin 

düşündüyü  kimi  asan  pedaqoji  proses  olmayıb  ciddi  araşdırmalar, 

təhlillər,  ümumiləşdirmələr  aparmağı  tələb  edir.  Buna  görə  də  fəal 

təlim prosesində hər bir şəxs çox böyük məsuliyyət daşımalı, təmkinli 

və səbirli olmalı, sinif yoldaşlarının fikrinə hörmətlə yanaşmalı, onları 

diqqətlə 

dinləməli,  emosialara  qapılmamalı,  tezliklə  nəticə 

çıxarmamalı,  qərara  gəlməməli,  bu  prosesdə  həssaslıq  nümayiş 

etdirməlidir.  

Təlimin  müvəffəqiyyətlə  həlli  birgə  işləmək,  nəticə  çıxarmaq, 

ideya  və  təkliflər  irəli  sürməklə,  bir  sözlə  əlaqəli  fəaliyyətlərin 

qarşılıqlı təsirinə əsaslanmaq nəticəsində tapılmalıdır. Təsadüfi deyildir 

ki,  müəllim  və  şagirdlərin  fəaliyyətinin  tənzimlənməsində  fəal  təlim 

metodundan  istifadə  edərkən  onu  «problemli-dialoji»,  «problemli» 

təlimdə  adlandıranlar  da  vardır.  Çünki,  bu  cür  təlimin  müsbət  həlli  o 

zaman  tapılar  ki,  prosesin  digər  iştirakçıları  ilə  fəal  əməkdaşlıq 

şəraitində  tənzimlənsin.  Yəni  müəllim  və  şagirdlərin  dialoqu  və 

əməkdaşlığının vacibliyi nəzərə alınaraq onun birgə həyata keçirilməsi 

təmin olunsun, qarşılıqlı təsirlə başa çatdırılsın. 

Fəal  təlimin  psixoloji  xüsusiyyətlərindən  biri  də  təlimə  yeni 

yönəmdə  yeni  baxışda  yanaşılmasındadır.  Konkret  desək,  ənənəvi 

təlimin gedişi dəyişdirilib, idrak fəaliyyətinin fəallaşdırılması, müstəqil 

yaradıcılıq  fəaliyyəti  ön  plana  keçirilib.  Burada  öyrənənlərə  təlim 

zamanı  başqa  məzmunda,  mahiyyətdə  yanaşılır,  mövqeyi  bildirilir. 

Təlim  tədqiqat  səciyyəsi    xarakteri    daşımaqla  şagirdlərində 

mənimsəmə  zamanı    funksiyalarıda  yeniləşdirilmiş  yeni  mahiyyət 

daşımışdır.  Bu    biliklərin,    bacarıqların    mənimsənilməsi    və  



Yüklə 3,45 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə