B a L o ğ L a n q u L i y e V



Yüklə 3,45 Mb.
Pdf görüntüsü
səhifə6/131
tarix21.06.2018
ölçüsü3,45 Mb.
#50612
1   2   3   4   5   6   7   8   9   ...   131

 

21 


Fiziki tərbiyədən tədris materialları həyatla sıx əlaqələndirilməli, 

yəni  keçmiş,  bu  günki  və  proqnozlaşdırılmış  gələcək  mühiti  əhatə 

etməli,  yaşadığımız  quruluşun  reallıqları  ilə  birbaşa  uzlaşdırılmalıdır. 

Tədris  işinin  faktik  materiallara  istinad  olunaraq  görülməsi,  şagirddə 

təlimə marağı artırır, idrak fəallığın yüksəlməsini təmin edir və hərəki, 

psixomotor fəaliyyətlərin (qaydalara uyğun fəaliyyət, sərbəst fəaliyyət, 

yaradıcılıq  fəaliyyəti)  məqsədəuyğunluğunu  tənzimləyir,  onun 

dəyərliliyini xeyli artırır, həyatyönümlülüyünü yüksəldir. 

Fiziki  tərbiyə  təliminin  müxtəlif  növ  maraqlı  nümunələr 

əsasında və inandırıcı faktlara istinad edilməklə                   tədrisi bu 

sahədə mənimsənilmiş bilik, bacarıq və vərdişlərin uzun müddət yadda 

qalmasına  səbəb  olur.  Habelə,  hərəki  qabiliyyətlərin  (güc,  qüvvə, 

cəldlik,  çeviklik,  sürət,  iradə  möhkəmliyi  və  s.)  möhkəm  və 

davamlılığını  daha  da  artırır,  onların  uzunömürlülüyünü  təmin  edir, 

dərkini asanlaşdırır. 

Unutmamalı  ki,  müəllim  və  şagirdlərin  fəaliyyətinin 

tənzimlənməsində  yalnız  təlimin  məzmunu  və  vəzifələrinin 

uyğunlaşdırılması  ilə  heç  də  kifayətlənməməli,  onların  yaş 

xüsusiyyətləri, fiziki  qabiliyyətləri,  cinsi  əlamətləri,  fiziki  hazırlığı  və 

fiziki  inkişafı,  səhhət  sağlamlığı,  əhval-ruhiyyəsi  və  emosionallığı 

diqqətdə  olmalıdır.  Bu  və  ya  digər  fiziki  hərəkətlərin  və  oyunların 

təlimində vaxtilə öyrənilmiş bilik və bacarıqların, aşılanmış vərdişlərin 

də  müvafiq  şəkildə  nəzərə  alınması  fəaliyyətlərin  uzlaşdırılmasında 

özünəməxsus  əhəmiyyətə  malikdir.  Çünki,  bütün  bunlar  fiziki  tərbiyə 

təliminin  optimal  təşkilinə  zəmin  yaradır.  Əks  halda  bədən  tərbiyəsi 

müəllimləri  və  şagirdlər  müəyyən  çətinliklərlə  üzləşirlər.  Belə  ki, 

nəticədə  müəllimlər  tədris  prosesinin  optimallaşdırılmasına  nail  ola 

bilmir.  Şagirdlər  isə  tədris  tapşırıqlarını  az  vaxt  içərisində,  yüksək 

keyfiyyətlə  və  daha  sürətlə  icra  edə  bilmir,  boş  dayanmalar  yaranır, 

vaxt  itirilməklə  vaxta  qənaət  etmək  normaları  pozulur.  Digər  tərəfdən 

isə  şagirdlər  ruhdan  düşür,  dərslərə  o  qədər  də  maraq  və  həvəslə 

yanaşmır,  fəallaşmaq  əvəzinə  daha  da  çox  passivləşmək  mövqeyində 

durur.  Heç  şübhəsiz  ki,  bunlarda  təlimdə  mənimsəmə  səviyyəsinin 

minimuma enməsinə şərait yaradır. 

Fiziki  tərbiyə  təliminin  məzmunu  və  vəzifələrinin  düzgün 

qoyuluşu  şagirdlərin  tədris  fəallığının  yüksəlməsinə,  bu  prosesin 



intensiv  təşkilinə  səbəb  olur.  Bir  cəhəti  də  yadda  saxlamalıyıq  ki, 

tədris  prosesi  əlverişlilik  prinsipinə  də  əsaslanaraq  təşkil  olunmalıdır. 




 

22 


Bu  da  təhsilalma  və  təhsilvermənin  imkanlarının  daha  da 

genişlənməsinə  və  təhsilin  səviyyəsinin  yüksəlməsinə  əlverişli  şərait 

yaradır.  

Qeyd etmək lazımdır ki, fiziki tərbiyə üzrə tədris materiallarının 

müvafiq  tempdə  öyrədilməsi  təlimin  müsbət  nəticələnməsinə  öz 

təsirini göstərir. Müxtəlif növ yeriş, qaçış və gimnastika hərəkətlərinin 



musiqinin  müşayəti ilə  müvafiq tempdə  yerinə  yetirilməsi  şagirdlərin 

fəallığını artırmaqla, onların dərsə marağını da yüksəldir. Hərəkətlərin 

icraolunma  tempi  tədris  materialının  məzmunundan  onun  icrasının 

asan və mürəkkəb olmasından, nə məqsədlə yerinə yetirilməsindən də 

mühüm dərəcədə asılıdır. Hərəkətlər yüksək, orta və aşağı tempdə icra 

oluna  bilər.  Lakin  burada  sinifin  orta  təlim  tempi  mütləq  nəzərə 

alınmaqla  hərəkətlərin  yerinə  yetirilməsi  daha  faydalıdır.  Gimnastika, 

atletika  hərəkətləri,  idman  oyunları  üzrə  fəndlərin  orta  təlim  tempinə 

yaxınlaşdırılaraq həyata keçirilməsi daha önəmli və təsirliliyi müşahidə 

olunmuşdur. 

Tədris prosesinin səmərəliyinə zəmin yaradan amillərdən biri də 

təlim zamanı bərabər hüquqluğun təmin olunmasıdır. Yəni şagirdlərin 

idrak  fəallığı,  təlimə  şüurlu  və  düşüncəli  yanaşması  təmin  edilməklə, 

onların  müstəqilliyinə,  sərbəst  hərəkət  etmələrinə  də  üstünlük 

verilməlidir.  Bu  öyrətmə  və  öyrənmənin  vahidliyinin  gözlənilməsilə 

sıx  əlaqədar  olmaqla  müəllimin  və  şagirdlərin  fəaliyyətinin 

tənzimləməsini stimullaşdıran mexanizmlərdən hesab olunur. 

 Qeyd  etməliyik  ki,  müxtəlif  növ,  rəngarəng  fiziki  hərəkətlər, 

mütəhərrik  və  əyləncəli  oyunlar  lazımi  templərdə,  reallıq  və  tədris 

şəraiti  nəzərə  alınmaqla  təlim  olunsa  da  bu  prosesdə  hər  bir  şagirdin 



məsuliyyət  hissinin  olmasıda  vacibdir.  Öyrədən  və  istərsə  də 

öyrənənlər  olsun  onlar  da  məsuliyyət  hissi  olmasa  həmin  təlim  çox 

çətinki  uğurla  nəticələnə  bilər.  Çünki,  təlimdə  məsuliyyət  daşıdığını 

anlamaq  idrak  fəallığının  da  yüksəlməsinə  səbəb  olur.  Bu  isə  birbaşa 

təlimə  şüurlu  yanaşmanı,  düşünərək  təhlillər  aparmanı,  müəyyən 

qənaətə  gəlməni  təmin  edir.  Beləliklə,  şərh  olunanlar  daha  yaxşı 

qavranılır, yadda saxlamağa ciddi səy göstərilir.  

Əks  halda  şagirdlər  passivlik  göstərir,  diqqətlərini  cəmləşdirib  təlimə 

yönəltməkdə  çətinlik  çəkirlər.  Sonda  istənilən  təlim  nəticələrini  əldə 

etmək  mümkün olmur. Buna görə də təlimin təşkili üsulunu seçərkən 

ayrı-ayrı sinifin ümumi fiziki hazırlığını, anatomik-fiziolji və psixoloji 

xüsusiyyətlərini  də nəzərə almaq  zəruridir.  Bu şərtlə ki,  dərsin təşkili 




Yüklə 3,45 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə