B a L o ğ L a n q u L i y e V



Yüklə 3,45 Mb.
Pdf görüntüsü
səhifə8/131
tarix21.06.2018
ölçüsü3,45 Mb.
#50612
1   ...   4   5   6   7   8   9   10   11   ...   131

 

25 


səhər  gigiyenik  gimnastikası,  fasilələrdə  təşkil  olunan  oyun  və 

əyləncələr və s. daxildir. Məqsəd isə sağlamlığı möhkəmləndirmək və 

fiziki inkişafı təmin etməkdən ibarətdir. 

Ümumtəhsil  məktəbləri  şagirdlərinin  fiziki  tərbiyə  işləri  əsasən 

dərs  formasında  yerinə  yetirilir.  Konkret  desək,  qarşıya  qoyulmuş 

başlıca  məqsəd  və  vəzifələr  bədən  tərbiyəsi  dərsi  formasında  həyata 

keçirilir.  Bu  sahədəki  nailiyyətlərin  də  mərkəzində  durur.  Şagirdlərə 

dərs  zamanı  mühüm  fiziki  bilik,  bacarıq  öyrədilir,  vərdişlər  aşılanır. 

Bədən tərbiyəsi dərsləri isə frontal, yarım qrup, potok və s. formalarda 

təşkil olunur. 



Frontal  formada  sinif  şagirdləri  hərəkətləri  və  yaxud  fəndləri 

eyni  vaxtda  birlikdə  icra  edirlər.  Şagirdlər  yarım  qruplara  bölünmək 

üsulu ilə də tapşırıqları yerinə yetirirlər. Dairəvi üsulda isə qurulmuş 

alət və avadanlıqlar üzərində hərəkətlər şagirdlər tərəfindən növbə ilə 

icra olunur. Yəni hər hansı bir alət üzərində hərəkətlər icra olunduqdan 

sonra şagird dəstələri növbə ilə digər alətlər üzərində dairəvi üsulla bir-

birini əvəz edirlər.  Fərdi üsulla da isə müəllimin tapşırığı ilə şagirdlər 

müvafiq  hərəkətləri  yerinə  yetirirlər.  Potok  üsuli  ilə  (axın)  şagirdlər 

hərəkət və ya fəndləri dəstələrə bölünərək növbə ilə icra edir, əvvəlki 

yerinə qayıdır öz növbəsini gözləyir. Dərsin hansı formada təşkilindən 

asılı  olmayaraq  onun  tənzimlənməsində  bədən  tərbiyəsi  müəlliminin 

rolu əvəzedilməzdir, məsuliyyəti isə daha yüksəkdir.  

Bədən tərbiyəsi dərslərində bu və ya digər formalardan ustalıqla 

istifadə  etmək  çox  vacibdir.  Fiziki  təhsil  və  tərbiyə  məsələlərinin 

həllində frontal və dairəvi məşq üsulundan daha geniş şəkildə istifadə 

olunması  faydalı  hesab  olunur.  Materialların  məzmunu  və  qarşıda 

qoyulmuş  didaktiv  vəzifələr  hər  hansı  bir  formanın  tətbiqini  tələb 

edirsə  ola  bilsin  ki,  digər  tədris  materialının  məzmunu  və  vəzifələri 

başqa bir təşkili formadan istifadə edilməsini məqsədyönlü hesab edir.  

Hər hansı təlim metodu və vasitələri yarım qruplara bölünmə və 

fərdi  icra  etməni  tələb  edirsə,  digəri  isə  dairəvi  məşq  üsulunun 

tətbiqinə,  frontal  formada  dərsin  təşkilinə  daha  üstünlük  verir. 

Müşahidələr  göstərir  ki,  hətta  hər  hansı  bir  qrupda  tətbiq  olunan 

formalardan,  metod  və  vasitələrdən  paralel  siniflərdə  eyni  ilə  istifadə 

edilməsi qənaətləndirici olmur.  

Buna gərə də təlimin formalarından düzgün istifadə etməli, əsas 

diqqəti  şagirdlərin  fiziki  hazırlığına,  inkişafına,  sağlamlığının 

möhkəmliyini təmin etməyə, hərəki qabiliyyətlərin yüksəlməsinə, bilik, 




 

26 


bacarıq və vərdişlərin mənimsənilməsinə yönəldilməlidir. Belə olduqda 

həmin  prosesdə  ideya-siyasi,  mənəvi  və  vətənpərvərlik  hissləridə 

inkişaf  edir,  şagirdlərin  fəal  həyat  mövqeyi  və  elmi  dünyagörüşünün 

formalaşmasına  imkanlar  açılır,  onlar  şəxsiyyət  kimi  tədricən 

formalaşır, zehni, fiziki baxımdan təkmilləşirlər. 

Müəyyən 


olunmuşdur 

ki, 


bədən 

tərbiyəsi 

təliminin 

inkişafetdirici  məzmunu  o  vaxt  təmin  olunur  ki,  vərdiş  və  tədris 

fəaliyyəti  yüksələn  xətt  üzrə  gedir,  şəxsiyyətin  qavrama,  diqqət, 

yaddaş,  təfəkkür,  iradə,  emosiya  və  digər  psixoloji  qabiliyyətləri 

inkişaf etdirmiş olur. Başqa halda «inkişaf» dar və psixoloji   mənada   

nəzərdə   tutulur.   Şəxsiyyətin hərtərəfli və 

harmonik inkişafı mənasında başa düşünülmür, bu da təhsil, tərbiyə və 

psixoloji  inkişaf  və  bunların  birliyinin  dərk  edilməsini  təmin  etmir. 

Unutmamalı  ki,  bədən  tərbiyəsi  müəllimi  fiziki  tərbiyənin  təlimində 

vəzifələrin  lazımi  səviyyədə  yerinə  yetirilməsi  üçün  kompleks 

yanaşmanı  xüsusən  diqqətdə  saxlamalıdır.  Bütün  dərslərdə  qarşıya 

qoyulmuş  vəzifələr  məqsədəuyğun  bir-biri  ilə  koordinasiya 

olunmalıdır.  Yəni  fiziki  tərbiyə  prosesində  hər  hansı  bir  vəzifə  icra 

olunarkən  o  digər  vəzifələrin  yerinə  yetirilməsinə  mane  olmamalı, 

əksinə onun icrasının daha da təkmilləşdirilməsinə şərait yaratmalıdır. 

Məsələn,  müəllim  müxtəlif  növ  hərəki  qabiliyyətləri  inkişaf  etdirən 

gimnastika hərəkətlərini öyrədərkən bu keyfiyyətlərin inkişafına dolayı 

yolla kömək göstərən mütəhərrik oyunlardan istifadə etməli, oyunların 

mahiyyəti,  insan  orqanizminə  göstərdiyi  təsirin  şərhini  verməli  onun 

hərəki  xüsusiyyətlərinin  gimnastika  elementlərinin  icrasında  nə 

dərəcədə  oynadığı  rolu  izah  etməlidir.  Bir  sözlə,  fiziki  tərbiyə 

vasitələrinin  (oyun,  gimnastika  və  s.)  sonda  müqayisə  etmə  yolu  ilə 

eyni məqsədə xidmət etmələrindən bəhs etməli bütün bunları şagirdlərə 

mənimsətməlidir.  

Müşahidələrdən  aydın  olur  ki,  tədrisdə  ümumi  təlimin 

nəticələrinə  nail  olmaqda  yalnız  ayrı-ayrı  hərəkətlərin  texnikasına 

yiyələnmək, oyun bacarığına malik olmaq tam tutarlı sayılmır. Bədən 

tərbiyəsi  dərslərini  «idmanlaşdırmaq»  (bir  qrup  uşaqları  yarışa 

hazırlaşmaq  üçün  məşq  etmək),  yeknəsəkliyə,  eyni  tipli  hərəkətləri 

həddən  artıq  təkrar  etmək  təlim  üçün  kifayət  qədər  effektli,  dəyərli 

olmur.  


     Göründüyü  kimi,  «texnikaya  yiyələnmək»,  bir                  qrup 

şagirdlə  məşğul  olmaq,  eyni  hərəkətləri  ehtiyac  olmadan  dəfələrlə 




Yüklə 3,45 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə