B a L o ğ L a n q u L i y e V



Yüklə 3,45 Mb.
Pdf görüntüsü
səhifə19/131
tarix21.06.2018
ölçüsü3,45 Mb.
#50612
1   ...   15   16   17   18   19   20   21   22   ...   131

 

54 


fərqli cəhətləri söyləyin. Başqa bir misal, əgər hər hansı bir qaçış növü 

öyrədilirsə  qaçış  üzrə  də  problem  situasiya  yaratmaq  olar.  Qaçışın 

növləri  hansılardır?  İndi  öyrəndiyiniz  qaçışın  əvvəlkilərdən  fərqləri 

hansılardır? 

Fiziki  tərbiyə  təliminin  optimal  qurulması  uşaqların  möhkəm 

iradəyə  malik  olmalarından  da  asılıdır.  Müşahidə  olunur  ki,  bəzən 

hərəkətlərin  düzgün  icrası  uşaqlarda  alınmır,  bəzən  də  hərəkətlər 

onlarda  çox  çətinliklə  alınır,  bəzən  də  hərəkətin  mürəkkəbliyindən 

qorxaraq  onu  icra  etməkdən  çəkinirlər.  Uşaqlar  belə  hesab  edirlər  ki, 

həmin hərəkətlər onlarda alınmaz, hərəkətin icrası zamanı onlar yıxılar 

və zədələnə bilərlər. Bu zaman müəllim uşaqları dilə tutmalı və əyani 

surətdə  sübut  etməlidir  ki,  onlar  həmin  hərəkəti  icra  etmək  iqtidarına 

malikdirlər.  Bu,  uşaqların  hərəkəti  yerinə  yetirmək  üçün  ruhlandırır, 

onların  psixoloji  fəaliyyətini  hərəkətə  gətirməklə,  eyni  zamanda 

diqqətini  cəmləşdirir  və  iradələrini  həmin  hərəkətin  məqsədyönlü 

icrasına  istiqamətləndirir.  İradənin  möhkəmləndirilməsi  və  istənilən 

səmtə  yönəldilməsində  görkəmli  idmançıların  həyatından,  onlara 

nümunələr  göstərmək  lazımdır.  Xüsusən,  idmanda  böyük  nailiyyətlər 

qazanmaq  yolunda  onların  qarşısına  çıxmış  çətinliklərdən,  bunları 

aradan  qaldırılması  məqsədilə  yüksək  iradə  nümayiş  etdirib  bu 

maneyələri  dəf  etmələrindən  söhbət  açmaq  lazımdır.  Məktəbyaşlı 

uşaqlar hər hansı maneəni keçmək üçün tələsikliyə yol verir, öz qüvvə 

və  enerjisindən  həmin  fiziki  işin  görülməsində  düzgün  istifadə  edə 

bilmir, bəzən dərsin əvvəlində və yaxud axırında çox və ya az güc sərf 

edirlər.   

Məsafələr  üzrə  (atletika  dərslərində)    yaxud  hərəkətin 

(gimnastika)  bütövlükdə  tam  icra  olunub  başa  çatdırılması  məqsədilə 

gücün düzgün bölünməməsi orqanizmdə birdən-birə yükün artmasına, 

yada azalmasına səbəb olur.  

Bunlar  isə  məsafənin  az  vaxt  içərisində  dəf  edilməsinə, 

gimnastika  hərəkətlərinin  tələb  olunan  səviyyədə  yerinə  yetirilməsinə 

mənfi  təsir  göstərir.  Buna  görə  də  müəllim  dərs  və  yarış  zamanı 

uşaqların  artıq  fiziki    yük  sərf  etməsinə  imkan  verməməli,  təlim 

prosesində yüklərin mərhələlər üzrə düzgün bölünməsinə çalışmalı və 

lazımi nəzarət etməyi yaddan çıxartmamalıdır. 

Yuxarıda  söylənilənlərdən  belə  qənaətə  gəlmək  olar:  Ümumi 

orta  təhsil  yaşlı  uşaqların  fiziki  tərbiyəsinin  optimallaşdırılmasında 

onların  əvvəlcə  hərəki  fəaliyyət  imkanlarını  yəni  fiziki  hazırlıq  və 




 

55 


fiziki 

inkişafını, 

hərəki 

qabiliyyətlərini, 



nəhayət 

psixoloji 

xüsusiyyətlərini  nəzərə  alınması  mühüm  şərtdir.  Həmin  yaşda  olan 

uşaqlar hərəki fəaliyyət imkanlarını daha geniş hesab edirlər ki, bu da 

həqiqətə  uyğun  gəlmir.  Uşaqlar  bir  çox  hallarda  hərəkətləri  yerinə 

yetirərkən  ciddi  səhvlərə  yol  verir,  təlimdə  uğursuzluqlarla  qarşılaşır. 

Bütün  bunlarda  ümumtəlim  nəticələrinə  öz  mənfi  təsirini  göstərir, 

şagirdlərin  fiziki  tərbiyə  dərslərinə  marağını  azaldır.  Müəllimin 

uşaqlara  qarşı  düzgün  münasibətdə  olmaması  isə  onun  özünə  və  həm 

də tədris etdiyi fənnə laqeyidliyin yaranmasına səbəb olur. Belə olduğu 

halda  uşaqların  öz  qüvvəsini  (onun  özünün  nəyə  qadir  olmasını)  real 

qiymətləndirməsi  həlledici  əhəmiyyətə  malikdir.  Bunun  üçün  də 

müəllim,  hər  şeydən  əvvəl,  hərəkət  icra  olunmazdan  qabaq  uşaqlarda 

bu  hərəkətlər  haqqında  dəqiq  və  düzgün  təsəvvür  yaratmalı  və  onu 

formalaşdırmalıdır. Bu fiziki tərbiyənin təliminə düşüncəli yanaşmağı 

tərbiyə  edir,  uşaqlar  hərəkət  və  oyunların  nə  məqsədlə  yerinə 

yetirilməsini  anlayırlar.  Bundan  əlavə,  müntəzəm  və  ardıcıl  olaraq 

təlim  priyomlarından  optimal  istifadə  etməklə  uşaqların  fəallığının 

artmasını, dərsə marağının yüksəlməsini, təlim prosesinə məsuliyyətlə 

yanaşmasını  təmin  etmək  mümkündür.  Həmin  məqsədlə  də 

aşağıdakıların nəzərə alınması məqsədəuyğun hesab olunur. 

1.  Fiziki  hərəkətlər  və  oyunlar  ilk  dəfə  yerinə  yetirilən  andan 

etibarən  və  yaxud  bu  sahədə  kobud  səhvlər  buraxılan  zaman  onların 

sözlə  izahının  daha  dəqiq  və  konkret  olmasına  xüsusi  diqqət 

yetirməlidir.  Oyun  və  hərəkət  texnikasının  qüsurlu  şəkildə  vərdiş 

halına  keçməsinə  imkan  verməməli,  nöqsanlar  tezliklə  aradan 

qaldırılmalı; 

2.  Əvvəllər  öyrədilmiş  hərəkət  və  oyunlar  deyil,  yalnız  yeni 

təlim  olunan  hərəkət  və  oyunların  yerinə  yetirilmə  texnikasının 

detallarını hissə-hissə öyrətməli və təhlil etməli; 

3.  Hər  hansı  bir  hərəkətin  icra  olunma  texnikasının 

qiymətləndirilməsi  və  təhlili  müəllim  və  şagirdlər  tərəfindən 

aparılmalı,  qənaətə  gəlmək  üçün  fəaliyyətlər  tənzimlənməli  və 

uzlaşdırılmalı; 

4. Fiziki hərəkət və oyunlar təkrar olunarkən bunların öyrədilmiş 

ayrı-ayrı  elementləri  bir  daha  izah  edilməli  və  canlı  surətdə 

göstərilməli  və  texniki  vasitələrin  yaxından  köməyi  ilə  nümayiş 

etdirilməlidir.  

 



 

56 


 

 

2.3. Tam orta təhsil yaş dövründə şagirdlərin psixoloji 



xüsusiyyətləri onların fiziki tərbiyə prosesində 

 reallaşdırılması 

 

Böyük  məktəbyaşlı  şagirdlərin  orqanizmində  əhəmiyyətli 



dəyişikliklər  baş  verir.  17-18  yaşlarda  cinsi  yetişgənlik  yaş  dövrü, 

həmçinin  skletin,  biləyin  və  ayağın  sümükləşməsi  və  boyun  artması 

əsasən  başa  çatır.  Yuxarı  və  aşağı  ətrafın,  onurğa  sütunun 

sümükləşməsi,  döş  qəfəsi  sümüyünün,    qabırğaların  15-16  yaşında 

möhkəmliyi xeyli artır.  

Əzələ  sisteminin  inkişafı,  o  cümlədən  əzələ  qüvvəsi  və  əzələ 

kütləsinin  artımı  sürətlənir.  Oğlanlarda  əzələ  kütləsi  qızlara  nisbətən 

daha  çox  olur.  Bioloji  baxımdan  deyil,  məşq  nəticəsində  hərəkət 

koordinasiyası təkmilləşir. Bu yaşda olan yeniyetmələrdə hər hansı bir 

yükü  daha  intensiv  yerinə  yetirməsi  hərəki  fəaliyyəti  nisbətən 

gücləndirir.  Bütün  bunlarda  yeniyetmələrin  üzvləri  və  sistemlərinin 

hərəki  fəaliyyətinin  həcmini  artırır.  Onun  məzmununu  daha  da 

zənginləşdirir  və  intensiv  edir.  Həmin  yaş  dövründə  baş  beynin  və 

onun  ən  yüksək  şöbələrinin  böyük  yarımkürələri  qabığının  funksional 

inkişafı    davam    edir.    Başqa    sözlə    desək,    orqanizm    bütövlükdə 

yetişir,  fiziki  tərbiyə  məşğələləri,  idman  məşqi  və  bu  və  ya  digər 

möhkəmləndirmə  vasitələrinin  köməyi  ilə  sağlamlıq  ümumən 

möhkəmləndirilir. 

Tam  orta  təhsil  yaşlı  şagirdlərin  ali  sinir  sistemi  yüksək 

səviyyədə  inkişaf  etdiyindən  onların  psixologiyasında  da  müəyyən 

müsbət  dəyişikliklər  gedir.  Buna  görə  də  həmin  şagirdlər  hərəkət  və 

oyunların yerinə yetirilməsinə şüurlu yanaşırlar. Onlar özlərinin marağı 

olan  hərəkətlərə  və  ya  oyunlara  bütün  qüvvə  və  bacarıqlarını  sərf 

etməyə  çalışır  onu  məmnuniyyətlə,  düzgün,  dəqiq  və  böyük  həvəslə 

icra  edirlər.  Bundan  əlavə,  həmin  şagirdlər  hərəkətləri  yerinə 

yetirərkən özlərini sakit, təmkinli və «ağır» aparır, öz hərəkətlərini isə 

idarə  etməyi  bacarırlar.  Digər  tərəfdən  də  öz  hərəkətlərinə  nəzarət 

etməyi xoşlayır, müəyyən qədər də bu işin öhdəsindən  gəlir, müstəqil 

hərəkət etməyə can atır və fəallaşırlar. 

Deməliyik  ki,tam  orta  məktəbyaşlı  şagirdlər  ibtidai  sinif 

şagirdlərinə  nisbətən  koordinasiya  tələb  edən  hərəkətləri  düzgün  icra 



Yüklə 3,45 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə