Konstitusiyaya edilən 10 düzəliş və sonralar Hüquqlar haqqında Bill adı ilə tanınan bu sənəd Birləşmiş Ştatlar
Konqresinin üçdə-iki səs
çoxluğu ilə qəbul olunmuş və daha sonra isə ştat qanunvericilərinin lazım olan dörddə-üç səs çoxluğu ilə təsdiq olunmuşdur.
Milli Arxiv
B
irləşmiş Ştatlar Konstitusiyası tərəfindən
yaradılmış yeni mərkəzi hökumətin həddən
artıq gücə sahib olması ehtimalı bir çox
vətəndaşı narahat etdiyi üçün söz, mətbuat, din
və digər əsas hüquq və azadlıqların qorunması
məqsədilə konstitusiyaya düzəlişlər təklif
olundu. Belə düzəlişlərdən onu qəbul olundu
və bu gün bunlar Hüquqlar haqqında Bill adı
ilə məşhurdur.
I-ci Düzəliş
(1791-ci il Dekabrın 15-də təsdiq olunmuşdur)
Konqres hər hansı bir din müəssisəsinə hörmətlə yanaşan
və yaxud dini ibadət sərbəstliyini yasaqlamağa yönəlmiş,
həmçinin söz və mətbuat azadlığını,xalqın dinc toplaşmaq
və şikayətlərinin aradan qaldırılması üçün hökumətə sorğu
etmək hüququnu məhdudlaşdıran heç bir qanun verməyəcək.
II-ci Düzəliş
(1791-ci il Dekabrın 15-də təsdiq olunmuşdur)
Azad dövlətin təhlükəsizliyi üçün nizamlı silahlı dəstənin
zəruriliyi nəzərdə tutularaq insanların silah saxlamaq və
gəzdirmək hüququ pozulmayacaq.
III-cü Düzəliş
(1791-ci il Dekabrın 15-də təsdiq olunmuşdur)
Heç bir əsgərə ev sahibinin icazəsi olmadan istər sülh, istərsə
də qanunla nəzərdə tutulmuş formadan kənar müharibə
zamanı sığınacaq verilməyəcək.
IV-cü Düzəliş
(1791-ci il Dekabrın 15-də təsdiq olunmuşdur)
Səbəbsiz axtarış və müsadirələrə qarşı insanların şəxsi həyat,
yazılı sənəd, daşınan və daşınmaz əmlakını qorumaq hüquq və
toxunulmazlığına qəsd edilməyəcək, axtarılacaq yer, tutulacaq
şəxs və ya müsadirə ediləcək əşya xüsusilə göstərilməklə, and
və ya təsdiqə əsaslanan böyük ehtimal səbəbi olan hallardan
başqa heç bir axtarışa icazə verilməyəcək.
V-ci Düzəliş
(1791-ci il Dekabrın 15-də təsdiq olunmuşdur)
Heç bir kəs ictimai təhlükə və ya müharibə zamanı, quru
qoşunlarında, hərbi dəniz qüvvələrində və ya silahlı dəstədə
Hüquqlar haqqında Bill
Amerika Birləşmiş Ştatlarının Səfirliyi
AzADlIğIn ƏsAslArI
həqiqi xidmətdən qaynaqlanan hallar istisna olmaqla, Böyük
Jürinin ittiham aktı və ya bəyanatı olmadan ağır və ya xırda
cinayətlər üçün sorğu-sual olunmayacaq. Heç kəs eyni bir
cinayətə görə iki dəfə cinayət məsuliyyətinə cəlb olunmayacaq,
heç bir cinayət işində özünə qarşı ifadə verməyə məcbur
edilməyəcək, xüsusi qanuni prosesə əməl olunmadan həyat,
azadlıq və mülkiyyətdən məhrum edilməyəcək, nə də ədalətli
kompensasiya olmadan heç kimin şəxsi mülkiyyəti ictimai
istifadə üçün əlindən alınmayacaq.
VI-cı Düzəliş
(1791-ci il Dekabrın 15-də təsdiq olunmuşdur)
Bütün cinayət işlərində ittiham olunan tərəfin ştat və cinayətin
törədildiyi və qanunla qabaqcadan təsbit olunmuş ərazinin bitərəf
jürisinin iştirakı ilə keçiriləcək sürətli və dövlət məhkəməsinə
çıxış hüququ olacaq. Həmçinin müttəhim ona qarşı irəli sürülən
ittihamların təbiəti və səbəbi ilə məlumatlandırılacaq, ona qarşı
ifadə verən şahidlərlə üzləşəcək, xeyrinə şahid əldə etmək üçün
məcburi proses və müdafiəsinin təşkili üçün isə vəkil yardımı
ilə təmin olunacaq.
VII-ci Düzəliş
(1791-ci il Dekabrın 15-də təsdiq olunmuşdur)
Anqlo-sakson hüquq sisteminə uyğun olaraq mübahisə
məbləğinin iyirmi dolları aşması şərti ilə jüri məhkəməsinin
keçirilməsi hüququ saxlanılacaq və jüri üzvlərinin araşdırdığı
heç bir fakta Birləşmiş Ştatların heç bir məhkəməsində anqlo-
sakson hüquq sisteminin qaydalarından kənar şəkildə yenidən
baxılmayacaq.
VIII-ci Düzəliş
(1791-ci il Dekabrın 15-də təsdiq olunmuşdur)
Hədsiz təminat tələb olunmayacaq, hədsiz cərimələr tətbiq
olunmayacaq, qəddar və qeyri-adi cəzalar verilməyəcək.
IX-cu Düzəliş
(1791-ci il Dekabrın 15-də təsdiq olunmuşdur)
Konstitusiyada sadalanmış müəyyən hüquqlar xalqın sahib
olduğu digər hüquqları məhdudlaşdırmaq və ya inkar etmək
üçün sərh olunmayacaq.
X-cu Düzəliş
(1791-ci il dekabrın 15-də təsdiq olunmuşdur)
Konstitusiya ilə Birləşmiş Ştatlara həvalə olunmamış və ya
konstitusiya ilə ştatlara qadağan olunmamış səlahiyyətlər
əlaqədar ştatlara və ya xalqa məxsusdur.
Nümayəndə Ceyms Madison düzəlişlərin Konqresdə həyata
keçməsində və sonra onların doğma Vircinia ştatında təsdiqinə
nail olunmasında həlledici rol oynamışdır. ©
AP Şəkillər
Birləşmiş Ştatlar Senatı düzəlişləri təsdiq edən zaman
Konqresin bu qanunverici qoluna sədrliyi Vitse Prezident
Con Adams etmişdir. ©
AP Şəkillər
Azadlığın Əsasları
B İ R L Ə Ş M İ Ş Ş TAT L A R I N D Ö V L Ə T D E PA R TA M E N T İ
B E Y N Ə L X A L Q İ N F O R M A S İ YA P R O Q R A M L A R I B Ü R O S U