Ba 823 managerial accounting and control



Yüklə 58,03 Kb.
tarix27.03.2018
ölçüsü58,03 Kb.
#35183


Azərbaycan Universiteti | Biznes Məktəbi | BBA
MİKROİQTİSADİYYAT” fənni üzrə
SİLLABUS


Semestr: payız 2015



Müəllim: dos. Elşən BAĞIRZADƏ
Elektron mənbə: https://elsenbagirzade.wordpress.com/dersler/; https://www.facebook.com/e.bagirzade; e.bagirzade@gmail.com; elshan.baqirzade@aseu.edu.az
Fənnin əhatə dairəsi

Fənnin məqsədi tələbələrdə iqtisadi nəzəriyyənin təməl biliklərini formalaşdırmaqdır. Bu kursda sadə seçim ideyasından başlayaraq, alternativ dəyər, ticarətin faydaları, bazarların işləmə mexanizminə qədər iqtisadi nəzəriyyənin bir çox mövzuları üzrə təməl biliklər verilməsi nəzərdə tutulmuşdur. Fənn mikroiqtisadiyyatın əsas prinsiplərini əhatə etməklə, iqtisadın elminin mahiyyəti, iqtisadçı kimi düşünmə tərzi, ticarət və onun faydaları, bazarların işləmə mexanizmi, dövlət bölməsi iqtisadiyyatının əsas məsələləri, vergi sisteminin əsasları, istehsal xərcləri, bazarın tipləri, istehsal amilləri bazarları, gəlirlər və onların bölgüsü kimi mövzuları özündə birləşdirir.


Öyrənmənin nəticələri:

Bu fənni uğurla tamamlayan tələbələr sonda aşağıdakı bacarıqlara yiyələnəcəklər:



  • İqtisadi nəzəriyyənin bir çox əsas anlayışlarını şərh edə biləcəklər;

  • İstehlakçı davranışını dərk edə biləcəklər;

  • Firma davranışını dərk edə biləcəklər;

  • Müxtəlif tip bazarları (monopoliya, oliqapoliya, xalis rəqabət) təhlil edə biləcəklər;

  • Bəzi dövlət siyasəti məsələlərinə iqtisadi prinsiplərin necə tətbiq edilə biləcəyini öyrənəcəklər;


Ədəbiyyat:

  1. N. Qreqori Mənkyu. Ekonomiksin əsasları. Azərbaycan dilində.

  2. N. Gregory Mankiw. Principles of Microeconomics. 7th Edition.

  3. Fənnin prezentasiyaları üçün: https://elsenbagirzade.wordpress.com/dersler/


Tədris proqramı*

Həftə

Mövzu

Tapşırıq

Öyrənmə hədəfləri

Həftə 1

Giriş: Ekonomiksin on prinsipi
Mənbə: N. Qreqori Mənkyu. Ekonomiksin əsasları. Azərbaycan dilində. Fəsil 1; N. Gregory Mankiw. Principles of Microeconomics. 7th Edition. Chapter 1.


Auditoriyada tələbələrə dərslikdə mövzunun sonunda təqdim edilən “Təhlil üçün suallar” bölməsindəki suallar veriləcək və cavabların birgə müzakirəsi təşkil ediləcəkdir.

qıtlıq

ekonomiks

səmərəlilik

ədalət


alternativ dəyər

marjinal dəyişmə

bazar iqtisadiyyatı

bazarın iflası, yan (kənar) təsirlər

bazar gücü, məhsuldarlıq

inflyasiya

Filips əyrisi

biznes tsikli



Həftə 2

İqtisadçı kimi düşünmə tərzi
Mənbə: N. Qreqori Mənkyu. Ekonomiksin əsasları. Azərbaycan dilində. Fəsil 2; N. Gregory Mankiw. Principles of Microeconomics. 7th Edition. Chapter 2.


Auditoriyada tələbələrə dərslikdə mövzunun sonunda təqdim edilən “Təhlil üçün suallar” bölməsindəki suallar veriləcək və cavabların birgə müzakirəsi təşkil ediləcəkdir.

dövri-axın cədvəli

istehsal imkanları həddi mikroiqtisadiyyat

makroiqtisadiyyat

pozitiv fikir

normativ fikir


Həftə 3

Qarşılıqlı asılılıq və ticarətin faydası
Mənbə: N. Qreqori Mənkyu. Ekonomiksin əsasları. Azərbaycan dilində. Fəsil 3; N. Gregory Mankiw. Principles of Microeconomics. 7th Edition. Chapter 3.


Auditoriyada tələbələrə dərslikdə mövzunun sonunda təqdim edilən “Təhlil üçün suallar” bölməsindəki suallar veriləcək və cavabların birgə müzakirəsi təşkil ediləcəkdir.

mütləq üstünlük

alternativ dəyər

nisbi üstünlük

idxal


ixrac

Həftə 4

Tələb və təklif bazarın hərəkətverici qüvvələri kimi
Mənbə: N. Qreqori Mənkyu. Ekonomiksin əsasları. Azərbaycan dilində. Fəsil 4; N. Gregory Mankiw. Principles of Microeconomics. 7th Edition. Chapter 4.


Auditoriyada tələbələrə dərslikdə mövzunun sonunda təqdim edilən “Təhlil üçün suallar” bölməsindəki suallar veriləcək və cavabların birgə müzakirəsi təşkil ediləcəkdir.

bazar

rəqabətli bazar

tələbin həcmi

tələb qanunu

tələb qrafiki

tələb əyrisi

normal əmtəə

keyfiyyətsiz əmtəə

əvəzedicilər

tamamlayıcılar

təklifin həcmi

təklif qanunu

təklif qrafiki

təklif əyrisi

tarazlıq

tarazlıq qiyməti

tarazlıq miqdarı

izafilik

çatışmazlıq (qıtlıq)

tələb və təklif qanunu



Həftə 5

Elastiklik və onun tətbiqi
Mənbə: N. Qreqori Mənkyu. Ekonomiksin əsasları. Azərbaycan dilində. Fəsil 5; N. Gregory Mankiw. Principles of Microeconomics. 7th Edition. Chapter 5.


Auditoriyada tələbələrə dərslikdə mövzunun sonunda təqdim edilən “Təhlil üçün suallar” bölməsindəki suallar veriləcək və cavabların birgə müzakirəsi təşkil ediləcəkdir.

elastiklik

tələbin qiymət elastikliyi

məcmu gəlir

tələbin gəlir elastikliyi

tələbin çarpaz-qiymət elastikliyi

təklifin qiymət elastikliyi



Həftə 6

Tələb, təklif və dövlət siyasəti
Mənbə: N. Qreqori Mənkyu. Ekonomiksin əsasları. Azərbaycan dilində. Fəsil 6; N. Gregory Mankiw. Principles of Microeconomics. 7th Edition. Chapter 6.


Auditoriyada tələbələrə dərslikdə mövzunun sonunda təqdim edilən “Təhlil üçün suallar” bölməsindəki suallar veriləcək və cavabların birgə müzakirəsi təşkil ediləcəkdir.

qiymət maksimumu

qiymət minimumu

vergiyə cəlb olunma


Həftə 7

İstehlakçılar, istehsalçılar və bazarların səmərəliliyi
Mənbə: N. Qreqori Mənkyu. Ekonomiksin əsasları. Azərbaycan dilində. Fəsil 7; N. Gregory Mankiw. Principles of Microeconomics. 7th Edition. Chapter 7.



Auditoriyada tələbələrə dərslikdə mövzunun sonunda təqdim edilən “Təhlil üçün suallar” bölməsindəki suallar veriləcək və cavabların birgə müzakirəsi təşkil ediləcəkdir.

rifah halının təhlili üzrə iqtisadi nəzəriyyələr

ödəməyə hazır olma

istehsalçının izafi faydası

istehlakçının izafi faydası

məsrəflər

səmərəlilik

ədalətlilik


Həftə 8

Kənar təsirlər
Mənbə: N. Qreqori Mənkyu. Ekonomiksin əsasları. Azərbaycan dilində. Fəsil 10; N. Gregory Mankiw. Principles of Microeconomics. 7th Edition. Chapter 10.


Aralıq imtahan

kənar təsir

kənar təsirin daxililəşdirilməsi

Koas teoremi

sövdələşmə xərcləri

Piqo vergisi


Həftə 9

İctimai əmtəə və ortaq sərvətlər
Mənbə: N. Qreqori Mənkyu. Ekonomiksin əsasları. Azərbaycan dilində. Fəsil 11; N. Gregory Mankiw. Principles of Microeconomics. 7th Edition. Chapter 11.


Auditoriyada tələbələrə dərslikdə mövzunun sonunda təqdim edilən “Təhlil üçün suallar” bölməsindəki suallar veriləcək və cavabların birgə müzakirəsi təşkil ediləcəkdir.

istehlakı qadağan edilə bilən əmtəə

istehlak etdikcə tükənən əmtəə

özəl əmtəələr

ictmai əmtəə

ortaq sərvətlər

müftəxor


məsrəf-mənfəət təhlili

ortaqların faciəsi




Həftə 10

Vergi sisteminin quruluşu
Mənbə: N. Qreqori Mənkyu. Ekonomiksin əsasları. Azərbaycan dilində. Fəsil 12; N. Gregory Mankiw. Principles of Microeconomics. 7th Edition. Chapter 12.


Auditoriyada tələbələrə dərslikdə mövzunun sonunda təqdim edilən “Təhlil üçün suallar” bölməsindəki suallar veriləcək və cavabların birgə müzakirəsi təşkil ediləcəkdir.

büdcə profsiti

büdcə kəsiri

orta vergi dərəcəsi

marjinal vergi dərəcəsi

sabit vergi

faydalılıq prinsipi

ödəmə qabiliyyəti prinsipi

şaquli ədalətlilik

üfüqi ədalətlilik

proporsional vergi

reqressiv vergi

proqressiv vergi



Həftə 11

İstehsal xərcləri
Mənbə: N. Qreqori Mənkyu. Ekonomiksin əsasları. Azərbaycan dilində. Fəsil 13; N. Gregory Mankiw. Principles of Microeconomics. 7th Edition. Chapter 13.


Auditoriyada tələbələrə dərslikdə mövzunun sonunda təqdim edilən “Təhlil üçün suallar” bölməsindəki suallar veriləcək və cavabların birgə müzakirəsi təşkil ediləcəkdir.

məcmu gəlir

məcmu xərc

mənfəət

aşkar xərclər



gizli xərclər

iqtisadi mənfəət

muhasibat uçotu üzrə mənfəət

istehsal funksiyası

marjinal istehsal

azalan marjinal istehsal




Həftə 12

İstehsal xərcləri (davamı)
Mənbə: N. Qreqori Mənkyu. Ekonomiksin əsasları. Azərbaycan dilində. Fəsil 13; N. Gregory Mankiw. Principles of Microeconomics. 7th Edition. Chapter 13.


Auditoriyada tələbələrə dərslikdə mövzunun sonunda təqdim edilən “Təhlil üçün suallar” bölməsindəki suallar veriləcək və cavabların birgə müzakirəsi təşkil ediləcəkdir.

dəyişməz xərclər

dəyişən xərclər

orta məcmu xərclər

orta dəyişməz xərclər

orta dəyişən xərclər

marjinal xərclər

səmərəlilik həddi

istehsalın artması nəticəsində maya dəyərinin azalması

istehsalın artması nəticəsində maya dəyərinin artması

sabit istehsal səmərəliliyi



Həftə 13

Rəqabətli bazarda firmalar
Mənbə: N. Qreqori Mənkyu. Ekonomiksin əsasları. Azərbaycan dilində. Fəsil 14; N. Gregory Mankiw. Principles of Microeconomics. 7th Edition. Chapter 14.



Auditoriyada tələbələrə dərslikdə mövzunun sonunda təqdim edilən “Təhlil üçün suallar” bölməsindəki suallar veriləcək və cavabların birgə müzakirəsi təşkil ediləcəkdir.

rəqabətli bazar

orta gəlir




Həftə 14

Rəqabətli bazarda firmalar (davamı)
Mənbə: N. Qreqori Mənkyu. Ekonomiksin əsasları. Azərbaycan dilində. Fəsil 14; N. Gregory Mankiw. Principles of Microeconomics. 7th Edition. Chapter 14.


Auditoriyada tələbələrə dərslikdə mövzunun sonunda təqdim edilən “Təhlil üçün suallar” bölməsindəki suallar veriləcək və cavabların birgə müzakirəsi təşkil ediləcəkdir.

marjinal gəlir

batmış xərclər



Həftə 15

İstehsal amilləri bazarı
Mənbə: N. Qreqori Mənkyu. Ekonomiksin əsasları. Azərbaycan dilində. Fəsil 18; N. Gregory Mankiw. Principles of Microeconomics. 7th Edition. Chapter 18.


Auditoriyada tələbələrə dərslikdə mövzunun sonunda təqdim edilən “Təhlil üçün suallar” bölməsindəki suallar veriləcək və cavabların birgə müzakirəsi təşkil ediləcəkdir.

istehsal amilləri

istehsal funksiyası

əməyin marjinal məhsuldarlığı

azalan marjinal məhsuldarlıq qanunu

marjinal məhsuldarlığın dəyəri

kapital





Yekun imtahan


* Semestr ərzində dekanın razılığı ilə və tələbələri məlumatlandırmaqla dəyişiklik edilə bilər

Qiymətləndirmə

Qiymətləndirmə komponenti Ballar

Davamiyyət 10

Aralıq imtahanı 10

Kuiz 1 10

Kuiz 2 10

Kuiz 3 10


Yekun imtahan 50


Cəmi 100
Davamiyyət və davranış qaydaları:

Davamiyyət jurnalda qeyd edilir. Həftədə bir gün və bir gündə dalbadal olmaqla, 2 dərs keçilir. Hər hansı dərsdə 15 dəqiqədən çox iştirak etməyən tələbə üçün həmin dərs jurnalında “qb” (qaib) qeyd olunur. Qaib sayı tələbənin müvəffəqiyyətinə təsir edir (hökumət tərəfindən tənzimlənir):



  • jurnalda 4-6 “qb” (10% qaib) 1 xal aparır,

  • jurnalda 7-8 “qb” (20% qaib) 2 xal aparır,

  • jurnalda 9 “qb” olarsa, tələbə fənni keçə bilmir (“kəsilir”). (Diqqət! Davamiyyətlə bağlı qaydalar sərtləşdi: İndi 30% deyil, 25% dərs buraxan tələbə fənni keçmir.)

Dərsə gəlməyən tələbə dərsə aid qeydləri və verilən tapşırıqları digər tələbələrdən əldə etməlidir.


Dərs və imtahan zamanı mobil telefonlar və başqa elektron cihazlar söndürülməlidir. Qaydalara əməl etməyən tələbə sinif otağından çıxarılır.
Dərs zamanı davranışınız müəllimin dərs keçməyinə və digər tələbələrin öyrənməsinə mane olmamalıdır. Müəllimin davranışa görə tələbəni sinifdən çıxarmaq haqqı var.
Plagiat (məsələn, yetərincə istinad verilmədən internetdən köçürmə), kuizdə və ya imtahanda köçürmə cəhdləri (köçürmə baş tutmasa belə!) və ya digər tələbə ilə müzakirə (kömək etmək və ya kömək almaq cəhdləri) tələbənin həmin fəndən çıxarılmasına (“kəsilməyə”) səbəb olur. Belə halları görən müəllim fakültə rəhbərliyini dərhal xəbərdar etməlidir.
Qiymətləndirmə alətlərinin məzmununun açıqlanması
Kuiz 1: Tələbələrə ilk 1-5-ci həftələrin mövzularını əhatə edən test tapşırıqları təqdim ediləcəkdir. Tələbələr auditoriyada test tapşırıqlarını yerinə yetirəcək və aldıqları qiymətlər də həmin gün elan ediləcəkdir.
Kuiz 2: Tələbələrə 6-10-cu həftələrin mövuzlarını əhatə edən və yuxarıda qeyd olunan dərslikdə hər mövzunun sonunda “Tapşırıq və məsələlər” bölməsində təqdim olunan suallardan bəziləri seçilərək veriləcək və auditoriyada yazılı cavablandırmaları tələb olunacaqdır.
Kuiz 3: Tələbələrə 1-15-ci həftələrin mövzularını əhatə edən test tapşırıqları təqdim ediləcəkdir. Tələbələr auditoriyada test tapşırıqlarını yerinə yetirəcək və aldıqları qiymətlər də həmin gün elan ediləcəkdir.



Yüklə 58,03 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə