Ba 823 managerial accounting and control



Yüklə 60,93 Kb.
tarix20.10.2017
ölçüsü60,93 Kb.
#5866


Azərbaycan Universiteti | Biznes Məktəbi | BBA
MAKROİQTİSADİYYAT” fənni üzrə
SİLLABUS


Semestr: payız 2015

Müəllim: dos. Elşən BAĞIRZADƏ

Elektron mənbə: https://elsenbagirzade.wordpress.com/dersler/; https://www.facebook.com/e.bagirzade; e.bagirzade@gmail.com; elshan.baqirzade@aseu.edu.az
Fənnin əhatə dairəsi

Fənnin məqsədi tələbələrdə makro iqtisadiyyatın təməl biliklərini formalaşdırmaqdır. Bu kursda makroiqtisadi göstəricilərdən başlayaraq real iqtisadiyyat, pul və qiymətlər, makroiqtisadi siyasət və açıq iqtisadiyyatın makroiqtisadi təhlilinə qədər bir çox mövzular üzrə təməl biliklər verilməsi nəzərdə tutulmuşdur. Fənn makroiqtisadiyyatın əsas prinsiplərini əhatə etməklə, milli gəlirin ölçülməsi, yaşayış minimumunun hesablanması, iqtisadi artım, maliyyə sistemi, məşğulluq və işsizlik, monetar sistem və inflyasiya, açıq iqtisadiyyat, məcmu tələbə və təklif, makroiqtsiadi siyasət kimi mövzuları özündə birləşdirir.


Öyrənmənin nəticələri:

Bu fənni uğurla tamamlayan tələbələr sonda aşağıdakı bacarıqlara yiyələnəcəklər:



  • Təməl makroiqtisadi anlayışları şərh edə bilmək;

  • Milli gəlir və yaşayış minimumunun hesablamaq;

  • Ölkənin iqtisadi inkişaf imkanlarını təhlil etmək;

  • Maliyyə sistemi və maliyyə siyasətini təhlil etmək;

  • Məşğulluq və işsizlik problemlərini təhlil etmək;

  • Monetar sistemi və monetar siyasəti təhlil etmək;

  • Açıq iqtsiadiyyatın makroiqtisadi təhlilini aparmaq;

  • Makroiqtisadi tarazlıqları təhlil etmək.


Ədəbiyyat:

  1. N. Qreqori Mənkyu. Ekonomiksin əsasları. Azərbaycan dilində.

  2. N. Gregory Mankiw. Principles of Macroeconomics. 7th Edition.

  3. Fənnin prezentasiyaları üçün: https://elsenbagirzade.wordpress.com/dersler/


Tədris proqramı*

Həftə

Mövzu

Tapşırıq

Öyrənmə hədəfləri

Həftə 1

Giriş: Ekonomiksin on prinsipi
Mənbə: N. Qreqori Mənkyu. Ekonomiksin əsasları. Azərbaycan dilində. Fəsil 1; N. Gregory Mankiw. Principles of Macroeconomics. 7th Edition. Chapter 1.


Auditoriyada tələbələrə dərslikdə mövzunun sonunda təqdim edilən “Təhlil üçün suallar” bölməsindəki suallar veriləcək və cavabların birgə müzakirəsi təşkil ediləcəkdir.

qıtlıq

ekonomiks

səmərəlilik

ədalət


alternativ dəyər

marjinal dəyişmə

bazar iqtisadiyyatı

bazarın iflası, yan (kənar) təsirlər

bazar gücü, məhsuldarlıq

inflyasiya

Filips əyrisi

biznes tsikli



Həftə 2

Milli gəlirin ölçülməsi
Mənbə: N. Qreqori Mənkyu. Ekonomiksin əsasları. Azərbaycan dilində. Fəsil 23; N. Gregory Mankiw. Principles of Macroeconomics. 7th Edition. Chapter 10.


Auditoriyada tələbələrə dərslikdə mövzunun sonunda təqdim edilən “Təhlil üçün suallar” bölməsindəki suallar veriləcək və cavabların birgə müzakirəsi təşkil ediləcəkdir.

mikroiqtisadiyyat

makroiqtisadiyyat

ümumi daxili məhsul (ÜDM)

istehlak


investisiya

dövlət xərcləri

xalis ixracat

nominal ÜDM

real ÜDM

ÜDM deflyatoru




Həftə 3

Yaşayış minimumunun ölçülməsi
Mənbə: N. Qreqori Mənkyu. Ekonomiksin əsasları. Azərbaycan dilində. Fəsil 24; N. Gregory Mankiw. Principles of Macroeconomics. 7th Edition. Chapter 11.


Auditoriyada tələbələrə dərslikdə mövzunun sonunda təqdim edilən “Təhlil üçün suallar” bölməsindəki suallar veriləcək və cavabların birgə müzakirəsi təşkil ediləcəkdir.

istehlakçının qiymət indeksi (İQİ)

inflyasiya səviyyəsi

istehsalçının qiymət indeksi

indeksləşdirmə

nominal faiz dərəcəsi

real faiz dərəcəsi



Həftə 4

İstehsal və iqtisadi artım
Mənbə: N. Qreqori Mənkyu. Ekonomiksin əsasları. Azərbaycan dilində. Fəsil 25; N. Gregory Mankiw. Principles of Macroeconomics. 7th Edition. Chapter 12.


Auditoriyada tələbələrə dərslikdə mövzunun sonunda təqdim edilən “Təhlil üçün suallar” bölməsindəki suallar veriləcək və cavabların birgə müzakirəsi təşkil ediləcəkdir.

məhsuldarlıq

fiziki kapital

insan kapitalı

təbii ehtiyatlar

texnoloji biliklər

azalan fayda

inkişafın səmərəlilik effekti


Həftə 5

Əmanətlər, investisiya və maliyyə sistemi
Mənbə: N. Qreqori Mənkyu. Ekonomiksin əsasları. Azərbaycan dilində. Fəsil 26; N. Gregory Mankiw. Principles of Macroeconomics. 7th Edition. Chapter 13.


Auditoriyada tələbələrə dərslikdə mövzunun sonunda təqdim edilən “Təhlil üçün suallar” bölməsindəki suallar veriləcək və cavabların birgə müzakirəsi təşkil ediləcəkdir.

maliyyə sistemi

maliyyə bazarları

istiqraz

səhm


maliyyə vasitəçiləri

birgə fond

milli əmanət (əmanət)

dövlət əmanəti

büdcə profsiti

büdcə kəsiri

borc kapitalı bazarı

sıxışdırma



Həftə 6

Maliyyənin əsasları
Mənbə: N. Qreqori Mənkyu. Ekonomiksin əsasları. Azərbaycan dilində. Fəsil 27; N. Gregory Mankiw. Principles of Macroeconomics. 7th Edition. Chapter 14.



Auditoriyada tələbələrə dərslikdə mövzunun sonunda təqdim edilən “Təhlil üçün suallar” bölməsindəki suallar veriləcək və cavabların birgə müzakirəsi təşkil ediləcəkdir.

maliyyə

cari dəyər

gələcək dəyər

mürəkkəb faiz dərəcəsi

risqi xoşlamamaq

diversifikasiya

səciyyəvi risq

ümumi risq

fundamental təhlillər

səmərəli bazarlar hipotezi

informasiya baxımından səmərəli

təsadüfi gəzinti




Həftə 7

İşsizlik və onun təbii dərəcəsi
Mənbə: N. Qreqori Mənkyu. Ekonomiksin əsasları. Azərbaycan dilində. Fəsil 28; N. Gregory Mankiw. Principles of Macroeconomics. 7th Edition. Chapter 15.


Auditoriyada tələbələrə dərslikdə mövzunun sonunda təqdim edilən “Təhlil üçün suallar” bölməsindəki suallar veriləcək və cavabların birgə müzakirəsi təşkil ediləcəkdir.

işçi qüvvəsi

işsizlik dərəcəsi

əhalinin işə yararlı hissəsi

işsizliyin təbii dərəcəsi

dövri işsizlik

ruhdan düşmüş işçilər

friksion işsizlik

struktur işsizlik

iş axtarışı

işsizlikdən sığortalanma

həmkarlar ittifaqı

kollektiv müzakirə

tətil

səmərəli əmək haqqı



Həftə 8

Pul sistemi
Mənbə: N. Qreqori Mənkyu. Ekonomiksin əsasları. Azərbaycan dilində. Fəsil 29; N. Gregory Mankiw. Principles of Macroeconomics. 7th Edition. Chapter 16.


Aralıq imtahan

pul

mübadilə vasitəsi

hesablama vahidi

əmanət vasitəsi

likvidlik

əmtəə formasındakı pul

kağız pul

valyuta


tələb olunana qədər saxlanılan depozit

Federal Ehtiyatlar Sistemi

mərkəzi bank

pul təklifi

monetar siyasət

ehtiyatlar

qismən ehtiyat saxlayan bankçılıq

ehtiyat dərəcəsi

pulun artma əmsalı

açıq bazar əməliyyatları

ehtiyatlar üzrə tələblər

diskont faizi




Həftə 9

Pul artımı və inflyasiya
Mənbə: N. Qreqori Mənkyu. Ekonomiksin əsasları. Azərbaycan dilində. Fəsil 30; N. Gregory Mankiw. Principles of Macroeconomics. 7th Edition. Chapter 17.


Auditoriyada tələbələrə dərslikdə mövzunun sonunda təqdim edilən “Təhlil üçün suallar” bölməsindəki suallar veriləcək və cavabların birgə müzakirəsi təşkil ediləcəkdir.

pulun miqdar nəzəriyyəsi

nominal dəyişənlər

real dəyişənlər

klassik dixotomiya

monetar neytrallıq

pulun dövriyyə sürəti

miqdar tənliyi

inflyasiya vergisi

Fişer effekti

ayaqqabı altlığı xərcləri

menyu xərcləri


Həftə 10

Açıq iqtisadiyyat: əsas anlayışlar
Mənbə: N. Qreqori Mənkyu. Ekonomiksin əsasları. Azərbaycan dilində. Fəsil 31; N. Gregory Mankiw. Principles of Macroeconomics. 7th Edition. Chapter 18.



Auditoriyada tələbələrə dərslikdə mövzunun sonunda təqdim edilən “Təhlil üçün suallar” bölməsindəki suallar veriləcək və cavabların birgə müzakirəsi təşkil ediləcəkdir.

qapalı iqtisadiyyat

açıq iqtisadiyyat

ixrac

idxal


xalis ixrac

ticarət balansı

ticarət profsiti

ticarət defisiti

balanslaşdırılmış ticarət

xalis kapital axını

nominal məzənnə

dəyər qazanma

dəyərdən düşmə

real məzənnə

alıcılıq qabiliyyəti pariteti


Həftə 11

Açıq iqtsiadiyyatın makroiqtsiadi nəzəriyyəsi
Mənbə: N. Qreqori Mənkyu. Ekonomiksin əsasları. Azərbaycan dilində. Fəsil 32; N. Gregory Mankiw. Principles of Macroeconomics. 7th Edition. Chapter 19.


Auditoriyada tələbələrə dərslikdə mövzunun sonunda təqdim edilən “Təhlil üçün suallar” bölməsindəki suallar veriləcək və cavabların birgə müzakirəsi təşkil ediləcəkdir.

ticarət siyasəti

kapitalın ölkədən uzaqlaşması



Həftə 12

Məcmu tələb və məcmu təklif
Mənbə: N. Qreqori Mənkyu. Ekonomiksin əsasları. Azərbaycan dilində. Fəsil 33; N. Gregory Mankiw. Principles of Macroeconomics. 7th Edition. Chapter 20.


Auditoriyada tələbələrə dərslikdə mövzunun sonunda təqdim edilən “Təhlil üçün suallar” bölməsindəki suallar veriləcək və cavabların birgə müzakirəsi təşkil ediləcəkdir.

geriləmə

depressiya

məcmu tələb və məcmu təklif modeli

məcmu tələb əyrisi

məcmu təklif əyrisi

staqflyasiya





Həftə 13

Monetar və fiskal siyasətin məcmu tələbə təsiri
Mənbə: N. Qreqori Mənkyu. Ekonomiksin əsasları. Azərbaycan dilində. Fəsil 34; N. Gregory Mankiw. Principles of Macroeconomics. 7th Edition. Chapter 21.


Auditoriyada tələbələrə dərslikdə mövzunun sonunda təqdim edilən “Təhlil üçün suallar” bölməsindəki suallar veriləcək və cavabların birgə müzakirəsi təşkil ediləcəkdir.

likvidliyin üstünlüyü nəzəriyyəsi

multiplikasiya effekti

sıxışdırma efefkti

avtomatik stabilləşdiricilər




Həftə 14

İnflyasiya və işsizlik arasında qısamüddətli seçim
Mənbə: N. Qreqori Mənkyu. Ekonomiksin əsasları. Azərbaycan dilində. Fəsil 35; N. Gregory Mankiw. Principles of Macroeconomics. 7th Edition. Chapter 22.


Auditoriyada tələbələrə dərslikdə mövzunun sonunda təqdim edilən “Təhlil üçün suallar” bölməsindəki suallar veriləcək və cavabların birgə müzakirəsi təşkil ediləcəkdir.

Filips əyrisi

təbii-dərəcə hipotezi

təklif şoku

imtina əmsalı

rasional gözləmələr


Həftə 15

Makroiqtisadi siyasətlə bağlı beş mübahisə
Mənbə: N. Qreqori Mənkyu. Ekonomiksin əsasları. Azərbaycan dilində. Fəsil 36; N. Gregory Mankiw. Principles of Macroeconomics. 7th Edition. Chapter 23.


Auditoriyada tələbələrə dərslikdə mövzunun sonunda təqdim edilən “Təhlil üçün suallar” bölməsindəki suallar veriləcək və cavabların birgə müzakirəsi təşkil ediləcəkdir.

Monetar və vergi-büdcə siyasətçiləri iqtisadiyyatı stabilləşdirməyə çalışmalıdırlarmı?

Monetar siyasət qaydalara tabe olmalı, yoxsa sərbəst olmalıdır?

Mərkəzi bank sıfır faizli inflyasiyaya nail olmağa çalışmalıdırmı?

Dövlət öz büdcəsini balanslaşdırmalıdırmı?

Əmanətləri stimullaşdırmaq üçün vergi qanunlarında islahat aparılmalıdırmı?





Yekun imtahan


* Semestr ərzində dekanın razılığı ilə və tələbələri məlumatlandırmaqla dəyişiklik edilə bilər
Qiymətləndirmə

Qiymətləndirmə komponenti Ballar

Davamiyyət 10

Aralıq imtahanı 10

Kuiz 1 10

Kuiz 2 10

Kuiz 3 10


Yekun imtahan 50


Cəmi 100
Davamiyyət və davranış qaydaları:

Davamiyyət jurnalda qeyd edilir. Həftədə bir gün və bir gündə dalbadal olmaqla, 2 dərs keçilir. Hər hansı dərsdə 15 dəqiqədən çox iştirak etməyən tələbə üçün həmin dərs jurnalında “qb” (qaib) qeyd olunur. Qaib sayı tələbənin müvəffəqiyyətinə təsir edir (hökumət tərəfindən tənzimlənir):



  • jurnalda 4-6 “qb” (10% qaib) 1 xal aparır,

  • jurnalda 7-8 “qb” (20% qaib) 2 xal aparır,

  • jurnalda 9 “qb” olarsa, tələbə fənni keçə bilmir (“kəsilir”). (Diqqət! Davamiyyətlə bağlı qaydalar sərtləşdi: İndi 30% deyil, 25% dərs buraxan tələbə fənni keçmir.)

Dərsə gəlməyən tələbə dərsə aid qeydləri və verilən tapşırıqları digər tələbələrdən əldə etməlidir.


Dərs və imtahan zamanı mobil telefonlar və başqa elektron cihazlar söndürülməlidir. Qaydalara əməl etməyən tələbə sinif otağından çıxarılır.
Dərs zamanı davranışınız müəllimin dərs keçməyinə və digər tələbələrin öyrənməsinə mane olmamalıdır. Müəllimin davranışa görə tələbəni sinifdən çıxarmaq haqqı var.
Plagiat (məsələn, yetərincə istinad verilmədən internetdən köçürmə), kuizdə və ya imtahanda köçürmə cəhdləri (köçürmə baş tutmasa belə!) və ya digər tələbə ilə müzakirə (kömək etmək və ya kömək almaq cəhdləri) tələbənin həmin fəndən çıxarılmasına (“kəsilməyə”) səbəb olur. Belə halları görən müəllim fakültə rəhbərliyini dərhal xəbərdar etməlidir.

Qiymətləndirmə alətlərinin məzmununun açıqlanması
Kuiz 1: Tələbələrə ilk 1-5-ci həftələrin mövzularını əhatə edən test tapşırıqları təqdim ediləcəkdir. Tələbələr auditoriyada test tapşırıqlarını yerinə yetirəcək və aldıqları qiymətlər də həmin gün elan ediləcəkdir.
Kuiz 2: Tələbələrə 6-10-cu həftələrin mövuzlarını əhatə edən və yuxarıda qeyd olunan dərslikdə hər mövzunun sonunda “Tapşırıq və məsələlər” bölməsində təqdim olunan suallardan bəziləri seçilərək veriləcək və auditoriyada yazılı cavablandırmaları tələb olunacaqdır.
Kuiz 3: Tələbələrə 1-15-ci həftələrin mövzularını əhatə edən test tapşırıqları təqdim ediləcəkdir. Tələbələr auditoriyada test tapşırıqlarını yerinə yetirəcək və aldıqları qiymətlər də həmin gün elan ediləcəkdir.



Yüklə 60,93 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə