Ba ki universitetiNİn xəBƏRLƏRİ №4 Humanitar elml



Yüklə 50,61 Kb.
Pdf görüntüsü
tarix14.03.2018
ölçüsü50,61 Kb.
#31410


 

60 


BA

KI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№4    

 

Humanitar elml

ər seriyası 

 

 

2013 

 

 



 

 

UOT 94 (470)  



 

ŞƏRQ SLAVYANLARI VƏ BİZANS İMPERİYASI 

 

S.B.HÜSEYNOVA  

Bakı Dövlet Universiteti 

shuseynova@mail.ru

 

 

 

Şərq slavyanlarının digər slavyan xalqları və dövlətləri ilə münasibətləri uzun müddət 

Bizans  imperiyası  ilə  münasibətlər  siferasına  daxil  olmuşdur.  Şərq  slavyanlarının  Bizans 

imperiyası  ilə  münasibətlərinin özülündə  ilk olaraq ticarət  maraqları  və  qarətçilik məqsədi 

durmuşdur. Bəhs olunan dövrdə Bizans da Kiyev dövləti ilə əlaqələrə can ataraq onu öz siyasi 

v

ə  mədəni təsir dairəsinə  salmaq istəyirdi. Bu,  bir tərəfdən slavyanlar tərəfindən gözlənilən 

t

əhlükənin  qarşısını  almaq,  digər tərəfdən isə  slavyanlara  pravoslavlığı  qəbul etdirməklə, 

Roma katolik kils

əsinin mövqeyini zəiflətmək məqsədi güdürdü. Ümumiyyətlə, Kiyev dövlətinin 

Bizansla münasib

ətlərini birmənalı  şəkildə  qiymətləndirmək  olmaz.  İlk  baxışdan  çox  yaxın 

görün

ən və  müasir dövrdə  hətta  Rusiyanın  özünü  Bizansın  varisi  sayması  qədər  əlaqəli 

görün

ən bu iki dövlət arasındakı münasibətlər uzun müddət ziddiyyətli xarakter daşımış və tam 

m

ənada müttəfiqlik xarakteri almamışdır. 

 

Açar sözl

ər: Şərq, Bizans, slavyanlar, imperiya, münasibətlər 

 

Şərq slavyanlarının digər slavyan xalqları və dövlətləri ilə münasibətləri 



uzun müdd

ət  Bizans  inperiyası  ilə  münasibətlər çərçivəsinə  daxil  olmuşdur. 

Kiyev feodal dövl

ətinin  paytaxtı  Kiyev  şəhəri Bizans, ərəb və  Qərb  dünyası 

(xüsusil

ə Almaniya və Skandinaviya) arasında əsas ticarət mərkəzinə çevrilmiş 

oldu. Tezlikl

ə burada Bizansdan gələn ədəbiyyat ilə qidalanan mədəniyyət sü-

r

ətlə inkişafa başladı. Bizans rəssamları və memarları ruslara sənətin sirrlərini 



öyr

ədir,  bizanslı  din  xadimləri isə  burada  Şərqi  Bizans  teologiyasını  təbliğ 

ed

ərək,  yayırdılar  (13,  204).  Bunun nəticəsində  şərq  slavyanları  qısa  müddət 



ərzində sivilizasiyanın inkişaf edən mərhələsinə qədəm qoydular.  

Şərq slavyanlarının Bizans imperiyası ilə münasibətlərinin özülündə ilk 

olaraq ticar

ət maraqları və qarətçilik məqsədi durmuşdur. Bizans ərazisi slav-

yanlar üçün qiym

ətli xəz və gul satışı üçün əla bazar idi, bu malların əvəzində 

is

ə  imperiyadan keyfiyyətli və  qiymətli parçalar və  zinət  əşyaları  gətirilirdi. 



Konstan

tinopol Şərq slavyanları üçün bir mədəni sivilizasiya-nümunəsi olmaq-

la  yanaşı,  həm də  qarətçilik üçün də  əlverişli  və  zəngin bir məkan  sayılırdı. 



 

61 


M

əhz bu baxımdan Kiyev dövlətinin Bizans mülklərinə və Konstantinopol üzə-

rin

ə yürüşləri IX əsrdən XI əsrin ortalarınadək davam etmişdir (2, 94). 



B

əhs olunan dövrdə Bizans da Kiyev dövləti ilə əlaqələrə can ataraq onu 

öz siyasi v

ə  mədəni təsir dairəsinə  salmaq istəyirdi. Bununla o, bir tərəfdən 

imperiya üçün slavyanlar t

ərəfindən gözlənilən təhlükənin  qarşısını  almaq, 

dig

ər tərəfdən isə  slavyanlara  pravoslavlığı  qəbul etdirməklə, Roma katolik 



kils

əsinin mövqeyini zəiflətmək məqsədini güdürdü (8, 84). 

Bizans  imperiyası  şərq  slavyanlarına  münasibətdə  Roma  imperiyasının 

əsas prinsipi olan “parçala, hökm sür” prinsipindən də yetərincə istifadə edərək 

əyyən dövrlərdə aqressiv siyasət yeritmişdir. Məsələn, əgər imperator Kons-



tantin Baqryanarodnı “Dövləti idarəetmə qaydaları” adlı əsərində oğluna Kiyev 

dövl


ətinə qarşı peçeneqlərdən istifadə etməyi tövsiyyə edirdisə, digər tərəfdən 

945-


ci il sazişinə görə knyaz İqor imperiya sərhədlərini bulqarlardan qorumaq 

t

əəhhüdünü götürürdü (4, 125). İqorun oğlu knyaz Svyatoslav da Dunay bul-



qar

larına qarşı mübarizədə Bizans tərəfindən istifadə etmişdir (7, 98). 

Bizansın Şərq slavyanlarına münasibətdə bu prinsipə əsaslanan xarici siyasəti, 

dem


ək olar ki, Kiyev dövlətinin bütün mövcudluğu ərzində dəyişməz qalmışdır. 

Kiyev dövl

əti ilə Bizans arasındakı münasibətlər həm də onların arasında bağ-

lanan müqavil

ələrdə də öz ifadəsini tapmışdır. Bizans ilə Kiyev knyazları arasındakı, 

911-ci il, 945-ci il v

ə 971-ci il müqavilələrinin mətni bu günə qədər gəlib çıxmışdır 

(Bizans m

ənbələrində digər müqavilələr haqqında da xəbərlər verilmişdir). 

Bizansla bağlanan müqavilələr şərq slavyanlarının dövlətinin pərakəndə, 

tam sabit olmayan xarakteri haqqında məlumat verir. Belə ki, müqavilələr bir 

çox hallarda t

əkcə “böyük knyazın” adndan deyil, “bütün knyazların” adından, 

y

əni onun vassallarının da adından imzalanırdı. Məsələn, 945-ci il müqavilə-



sind

ə knyaz İqorun səfirləri ilə yanaşı, onun arvadı Olqanın, oğlu Svyatoslavın 

da adı çəkilir (6, 128).                     

Müqavil


ələr iki dövlət arasında ittifaqın yaradılması və hərbi yürüşlərin 

qarşısını almaq məqsədi daşıyırdı. 911-ci il müqaviləsi rus tacirləri üçün çox 

əlverişli bir ticarət müqaviləsi olmaqla yanaşı, həm də hərbi məsələləri də əhatə 

edirdi. Bel

ə  ki, bu müqavilədə  imperiya  şərq  slavyanları  arasından  xidmətə 

əsgər cəlb etməyi öhdəsinə götürürdü (4, 48). 945-ci il müqaviləsi isə ikitərəfli 

h

ərbi öhdəlikləri bir qədər də dəqiqləşdirirdi: “...əgər Kiyev dövləti bizdən dö-



yüşçü istəsə, lazım olduğu qədər əsgər verəcəyik.... Əgər bizim dövlətimiz düş-

m

ənlərimizin üzərinə  yürüş  etmək üçün sizdən  döyüşçü  istəsə, sizin böyük 



knyaz da ... biz

ə istədiyimiz qədər döyüşçü verəcək” (5, 130). 

Bu müqavil

ələrdə  hərbi  əməliyyatların  dayanması  ilə  əlaqədar  əsirlərin 

geri qaytarılması, onlar üçün ödənilən məbləğ məsələləri də öz əksini tapmış-

dır. Bu, 911 və 945-ci il müqavilələrinin ən əhəmiyyətli şərtlərindən idi, çünki 

h

əmin illərdə şərq slavyanlarının Bizansa yürüşlərinin əsas məqsədi də elə qul 



ələ keçirilməsi olmuşdu. 

Kiyev dövl

əti ilə  Bizans  arasındakı  əlaqələrdə  əsas amillərdən birini də 

xristian dininin q

əbulu ilə bağlı məsələlər təşkil edir. Tarix elmində uzun müddət 



 

62 


bel

ə  bir  fikir  hökmrandır  ki,  Kiyevə  xristianlıq  Bizans  vasitəsilə  nifuz  etmişdir. 

Ümumiyy

ətlə, Kiyev dövlətinin xristianlaşdırılması mürəkkəb bir proses olmuşdur 



v

ə bu proses “Ötən illərin povesti” səlnaməsində ətraflı təsvir edilmişdir.  

X-XI 

əsrlərdə Kiyev dövlətində bir-birilə rəqabət aparan müxtəlif xristian 



icmaları  fəaliyyət göstərmişdir.  Başqa  sözlə  desək, qədim  rus  xristianlığı 

v

əhdət təşkil etməmişdir, formalaşma mənbəyi də müxtəlif olmuşdur. Bizans-



dan 

əlavə, qədim rus xristianlığının mənbəyi qismində Bolqarstan, Moraviya, 

Roma, X

əzər xaqanlığı da qəbul edilir. Ancaq şərq slavyanları arasında xris-



tian

lığın yayılması bir mənalı şəkildə Bizansın xidməti hesab edilir (9, 110). 

Kiyev dövl

ətində xristianlığın məhz pravoslav məzhəbinin qəbulu, şüb-

h

əsiz,  Bizans  imperiyasının  siyasi  nüfuzunun yüksəlişi  demək idi. X əsrdə 



Roma katolik kils

əsinin mövqeyinin möhkəmləndiyi,  Baltikyanı  bölgələrə 

nüfuz etm

əyə başladığı bir dövrdə Bizans Avropada özünə dayaq yaratmaqda 

maraqlı  idi.  Belə  ki, bu dövrdə  qərb  slavyanları  roma  və  latın  mədəniyyəti 

sif


erasına  daxil  edilmişdilər. Bizans mədəniyyəti təsiri isə  yalnız  Bolqar 

dövl


ətində tam saxlanmışdı ki, buradan da Serbiyaya yayılırdı. Ancaq Bizans 

öz siyasi v

ə mədəni təsirini Xorvatiyaya yaya bilmədi. Çünki tale elə gətirdi ki, 

c

ənub slavyanları parçalandılar: Xorvatiya roma və latın mədəniyyəti sərhədlə-



rin

ə, Bolqarıstan və Serbiya isə Bizans mədəniyyəti sərhədlərinə yaxın olduqla-

rından, anoloji şəkildə bu mədəniyyətlərlə culqaşmış oldular (6, 198). Bizansla 

daha  uğurlu  münasibətlər  şərq slavyanları  ilə  yaranmış  oldu.  Ancaq  şərqi 

slavyan xristianlığı və sivilizasiyasının Bizans xarakterinə baxmayaraq, Kiyev 

dövl


əti  öz  xüsusi  siyasi  sistemini  inkişaf  etdirmişdir.  Bu  siyasi  sistemin 

əsasında şəhər dövlətlərin monarxik idarəçilik prinsipləri ilə uzlaşması kimi bir 

prinsip dayanırdı. Həmçinin Kiyevlə Bizans arasında olan uzun məsafə Qədim 

Rusu imperiyanın birbaşa müdaxiləsindən qoruyurdu (7, 48).  

Ümumiyy

ətlə,  Kiyev dövlətinin Bizansla münasibətlərini birmənalı  qiy-



m

ətləndirmək  olmaz.  İlk  baxışdan  çox  yaxın  olan  və  müasir dövrdə  hətta Ru-

siyanın özünü Bizansın varisi sayması qədər əlaqəli görünən bu iki dövlət ara-

sındakı münasibətlər uzun müddət ziddiyyətli xarakter daşımış, hətta Kiyev döv-

l

ətində xristianlıq rəsmi dövlət dini elan edildikdən sonra belə bu münasibətlər 



tam m

ənada müttəfiqlik xarakteri daşımamışdır. Bu bir tərəfdən Bizansın xarici 

siyas

ətinin istilaçı xarakteri ilə bağlı olmuşdursa, digər tərəfdən Kiyev dövlətinin 



özünün Bizansla münasib

ətdə  ardıcıl  siyasət  aparmaması,  diplomatiyadan və 

dinc münasib

ətlərdən daha çox hərbə üstünlük verməsi ilə bağlı olmuşdur.  

Bel

əliklə, XI əsrin  2-ci  yarısından  başlayaraq  Kiyev  Provaslav  kilsəsi 



Konstantinopolun tam n

əzarəti altına düşür. Kiril-Mefodi ənənələrinin itməsin-

d

ə  1054-cü il kilsə  parçalanması  da  böyük  rol  oynayır.  Bu  hadisədən sonra 



Konstantinopol patriarxlığı Kiyev dövlətində qəti mövqe qazanır. 

Kiyev dövl

ətinin bu dini təmayülü sonralar Rusiyanın siyasi təmayülündə 

d

ə çox böyük rol oynamış oldu.  



 


 

63 


ƏDƏBİYYAT  

1.

 



Вопросы этногенеза и этнической истории славян и восточных романцев. М.: Про-

свещение, 1976, 373 с. 

2.

 

Горский А.А. Русь от славянского расселения до Московского царства. М.: Молодая 



гвардия, 2004, 262 с.  

3.

 



Дворник Ф. Славяне в европейской истории и цивилизации. M.: Языки славянской 

культуры, 2001, 799 с. 

4.

 

История дипломатии. М.: Аст. Москва, 2009, 943 с. 



5.

 

Сахаров А.М. Дипломатия Древней Руси. М.:Просвещение, 1980, 320 с.  



6.

 

Седов В.В. Славяне в Раннее Средневековье. М.: Наука, 1995, 480 с. 



7.

 

Левченко М.В. Очерки по истории русско-византийских отношений. М.: Акад. Наук 



СССР, 1956, 284 с. 

8.

 



Тысячелетие введения христианства на Руси. М.: Наука, 1988, 380 с. 

9.

 



Тихомиров М.Н. Исторические связи России со славянскими странами и Византией. 

М.: Наука, 1969, 420 с.  

 

ВОСТОЧНЫЕ СЛАВЯНЕ И ВИЗАНТИЙСКАЯ ИМПЕРИЯ 

 

С.Б.ГУСЕЙНОВА 

 

РЕЗЮМЕ 

 

Взаимоотношения  восточных  славян  с  другими  славянскими  народами  и  госу-



дарствами долгое время входили в сферу отношений Византийской империи. В основе 

отношений восточных славян с Византийской империей, в первую очередь, стояли тор-

говые интересы и грабительские цели. В указанный период и Византия, стремясь нала-

дить связи с Киевским государством, хотела ввести его в сферу своего политического и 

культурного влияния. Это, с одной стороны, преследовало цель ограничить исходящую 

со стороны славян угрозу, с другой стороны, заставив славян принять православие, ос-

лабить  позиции  Римской  католической  церкви.  Вообще,  нельзя  однозначно  оценивать 

отношения между Киевским государством и Византией. Отношения между двумя этими 

государствами долгое время  имели  противоречивый характер и в полном смысле слова 

не носили союзнический характер. 



 

Ключевые слова: Восток, Византия, славяне, империя, отношения  

 

EASTERN SLAVS AND THE BYZANTINE EMPIRE 



 

S.B.HUSEYNOVA 

 

SUMMARY 

 

The relations of eastern  Slavs with other Slavic  nations and countries belonged to the 



sphere of the relations of the Byzantine Empire for ages. The main point is to make sure that 

the relations among them were based on trade interests and predatory missions. During the 

mentioned period, the Byzantine Empire attempted to establish diplomatic relations with Kiev 

by intending to keep it under its political and civilized pressure. The bottom line is that, from 

one side the purpose was based on preventing the forthcoming management by Slavs. The oth-

er side of the coin was prostrating the position of the Roman  Catholic Church by means of 

making Slavs adopt orthodoxy. In total context, there does seem to be evidence that relations 

between Kiev and Byzantine shouldn’t be evaluated unequivocally. This argument could be 

interpreted to imply that the relations between  the  two countries had a devastating impact on 

each other, however, at first sight, their relations seemed very close.  



 

Key words: East, Byzantine, Slavs, empire, relations 

 

 

Yüklə 50,61 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə