Babaxanova Nigar Xan qızı



Yüklə 213,05 Kb.
Pdf görüntüsü
səhifə15/61
tarix10.11.2017
ölçüsü213,05 Kb.
#9577
1   ...   11   12   13   14   15   16   17   18   ...   61

ilə təmin etməyə imkan verirdi. Beynəlxalq kitab mübadiləsi
prosesi Mərkəzdən çox ciddi nizamlanır və yoxlanılırdı.
Bu azmış kimi, 1950-ci ildə Moskva beynəlxalq kitab
mübadiləsi ilə bağlı qaydaları bir qədər də sərtləşdirdi. Belə
ki, elmi kitabxanaların və ETİ mərkəzlərinin daxil olduğu
vahid mərkəzləşdirilmiş idarəetmə sistemin yaradılmasına
yönəlmiş bir sıra dövlət qərarları qəbul edildi. Bütün komp -
lektləşdirmə  mənbələri  üzrə  xaricdən  ədəbiyyat  alınması
müvafiq qərarlarla ciddi surətdə nizamlanır, SSRİ Nazirlər
Kabinetinin Elm və Texnika üzrə Dövlət Komitəsi nəzdində
xüsusi bölmə tərəfindən əlaqələndirilir və yoxlanılırdı. 
SSRİ-də  müəyyən  olunmuş  qaydaya  uyğun  olaraq
təxminən 1900 kitabxana (onlardan yalnız 79-u beynəlxalq
kitab mübadiləsinə qoşulmuşdu), o cümlədən Mərkəzi Elmi
Kitabxana  xarici  ədəbiyyat  fonduna  malik  idi.  Xarici
ədəbiyyatın alınması üçün Azərbaycan Elmlər Akade mi ya -
sına vəsait mərkəzdən ayrılır, Mərkəzi Elmi Kitabxananın
tələb olunan xarici elmi ədəbiyyat siyahıları çox ciddi yox -
lanılır və razılaşdırılırdı. SSRİ rəhbərliyi həm ideoloji, həm
də iqtisadi mənfəətini düşünür, kitabxana fondlarına “zərərli”
və təkrar xarici nəşrlərin daxil olmasını istəmirdi. Bütün bun-
lara baxmayaraq, informasiya müstəqilliyinin məhz bu cür
təsəvvür edildiyi mədəni asılılıq şəraitində Mərkəzi Elmi
Kitabxana və onlarca digər kitabxana xarici ölkələrlə kitab
mübadiləsini davam etdirir, beynəlxalq informasiya mühi-
tinin inkişafına çalışırdılar.
50-ci illərin əvvəllərində Qərb mətbuatı və elmi icti -
ELMİ-MƏDƏNİ İNTEQRASİYA
57


ma iy yəti SSRİ kitabxanaları ilə beynəlxalq kitab mübadi lə -
si nin belə sərt şəkildə mərkəzləşdirilməsinin mənfi təsirlərini
qabartmağa başlamışdı.
1954-cü ildə SSRİ YUNESKO-ya üzv olduqdan sonra
Mərkəzi Elmi Kitabxananın Asiya, Afrika və Latın Ameri ka -
sı nın gənc dövlətlərinin elm və təhsil müəssisələri ilə beynəl -
xalq kitab mübadilələri genişləndi və elmi kommunikasiyalar
yarandı.  Bununla  yanaşı,  kitabxananın  əməkdaşlıq  etdiyi
ölkələrin siyahısına Vyetnam və Monqolustan da əlavə ol-
undu.
1955-ci ildə Sovet kitabxanalarına xarici ölkə kitab -
xanaları ilə sərbəst məktublaşmaq hüququ verildi. Mərkəzi
El mi Kitabxana bu imkandan istifadə edərək kitab müba dilə -
si təklifi ilə xarici kitabxanalara saysız məktublar göndərməyə
başladı ki, bu da tezliklə öz müsbət nəticəsini verdi. Həmin
kitabxanalardan razılıq cavab alan Kitabxana xarici ədəbiyya -
tın daha geniş mübadiləsinə nail olmaq üçün mübadilə fon-
dunun bütün imkanlarını səfərbərliyə aldı və ilk dəfə olaraq
tərcüməçi ştatı yaradıldı. Bu hazırlıq özünü növbəti illərdə-
müstəqil beynəlxalq kitab mübadiləsi dövründə doğrultdu.
(1956-1991-ci illər)
MEK SSRİ Dövlət Kitabxanası və SSRİ EA-nın Elmi
Kitabxanası vasitəsilə beynəlxalq kitab mübadiləsi apardığı
1933-1955-ci illərdə bu sahədə kifayət qədər təcrübə qa zan -
BEYNƏLXALQ İNFORMASİYA MÜHİTİ
58


mış, 30-cu illərdə dünyanın müxtəlif ölkələrinin 150 elm və
təhsil  müəssisəsi,  40-50-ci  illərdə  isə  50-ə  yaxın  (İkinci
Dünya müharibəsi ilə əlaqədar) kitabxana ilə əməkdaşlıq et -
miş,  Azərbaycan  alimlərini  dünyanın  elmi  nailiyyətləri,
qabaqcıl elmi-texniki yenilikləri ilə bağlı mütəmadi məlu -
mat landırmış, onların əsərlərinin dünya elmi ictimaiy yətinin
diqqətinə çatdırılmasında əvəzsiz rol oynamışdır.
Araşdırmalarımız göstərir ki, 20 ildən artıq müddət
ərzində vasitəli beynəlxalq kitab mübadiləsi Mərkəzi Elmi
Kitabxanaya  tam  gücü  ilə  kitab,  jurnal  barterini  həyata
keçirməyə imkan verməmiş və bu səbəbdən elmi tədqiqat -
la rın xarici informasiya ilə təminatı 20-25% həcmində yerinə
yetirilmişdir. Bunu 1933-1955-ci illərdə xarici elmi jur nal la -
rın əldə olunması ilə bağlı oxucu sorğularına rədd cavab ları -
nın statistikasından da görmək mümkündür. Belə ki, həmin
illərdə xarici nəşrlər üzrə 53980 sorğunun yalnız 12340-na
müsbət cavab verilmişdir [5]. 
Ümumittifaq KP MK Rəyasət Heyətinin 1955-cı ilin
iyul tarixli Qərarı (Qərarda xarici ölkələrin elmi-tədqiqat
müəssisələri ilə əlaqələrin genişləndirilməsi və elmi-texniki
informasiya mübadiləsinin aparılmasının zəruriliyi vurğu la -
nırdı) Mərkəzi Elmi Kitabxananın beynəlxalq münasibətlər
tarixində yeni səhifə açdı. 1956-cı ildə Kitabxana müstəqil
şəkildə beynəlxalq əlaqələr qurmaq, kitab və elmi-texniki in-
formasiya mübadiləsi aparmaq hüququ qazandı. Kitabxana
ayrıca balansa keçirildi və geniş maliyyə imkanları əldə etdi.
Əgər 1953-cü ildə kitabxananın komplektləşdirilməsi üçün
ELMİ-MƏDƏNİ İNTEQRASİYA
59


15,3 min manat ayrılmışdısa, 1956-cı ildə bu məbləğ 28 min
manata  çatdırıldı.  Ən  əsası,  həmin  məbləğin  68%-i,  yəni
19040 manatı məhz xaricdən ədəbiyyat almaq üçün müəy -
yən ləşdirilmişdi. Həmin il xarici tərəfdaşlarla birbaşa mü -
badilə sayəsində kitabxananın fonduna 1425 nəşr vahidi, o
cümlədən 356 adda jurnal, 611 monoqrafiya daxil ol muşdu.
3000 xarici kitab isə SSRİ EA-nın Kitabxanasının Mübadilə
fondundan əldə edilmişdi. Kitabxana tərəfdaşlarına 2908
nüsxə nəşr vahidi göndərmişdi. 1956-ci ildə MEK-də Xarici
ədəbiyyat şöbəsi yaradıldı. Şöbə 43 ölkənin 110 elmi mü əs -
sisəsi ilə elmi-texniki informasiya və kitab mübadiləsi apa -
rır dı. Çin, Çexoslovakiya, Rumıniya, Avstraliya, Hollandiya,
Da nimarka, Hindistan, Meksika, Norveç, Tunislə əmək daş -
lıq genişlənmişdi. Fonda Çindən “Müasir Çin qravürası”, Ko-
reyadan “Müxtəsər fəlsəfə lüğəti”, Meksikadan “Beynəlxalq
Geologiya Konqresinin hesabatı” və s. kimi maraqlı nəşrlər
daxil olmuşdu. ABŞ-ın Konqres Kitabxanası ilə də mübadilə
sayəsində  bir  çox  dəyərli  nəşrlər  oxucuların  istifadəsinə
verilmişdi.  Ə.Mirəhmədovun  “Abdulla  Şaiq”,  Milmanın
“Azər baycan SSR-çoxmillətli Sovet dövlətinin bərabər hü -
quq lu sosialist respublikası”, “Azərbaycan Xalq şairi Səməd
Vurğun” və başqa nəşrlər də öz növbəsində Konqres Kitabxa -
na sına göndərilmişdi.
1956-cı ildə Stokholmdakı İsveç Şimal Muzeyinə Azər -
baycan folklorunu özündə əks etdirən 16 kitab, Britaniya
Mu zeyinin Təbiət elmləri bölməsinə Azərbaycan EA Bota -
ni ka  və  Zoologiya  İnstitutunun  elmi  əsərləri,  ABŞ  Kənd
BEYNƏLXALQ İNFORMASİYA MÜHİTİ
60


Yüklə 213,05 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə