Babaxanova Nigar Xan qızı


partamentinə isə Səfərovun “Eldar şamı quru



Yüklə 213,05 Kb.
Pdf görüntüsü
səhifə16/61
tarix10.11.2017
ölçüsü213,05 Kb.
#9577
1   ...   12   13   14   15   16   17   18   19   ...   61

təsərrüfatı Departamentinə isə Səfərovun “Eldar şamı quru
sub tropiklərin bir növü kimi” adlı monoqrafiya yola salın -
mışdı [134].
İl ərzində Elmlər Akademiyasına xarici elmi nü ma yən -
də heyətlərinin gəlişi ilə əlaqədar olaraq bir neçə beynəlxalq
məzmunlu kitab sərgisi təşkil olunmuşdu. Cənubi Afrika
İttifaqı, Çexoslovakiya, İran və Hindistandan gələn qonaqlar
üçün  keçirilən  kitab  sərgilərində  2000-ə  yaxın  ədəbiyyat
nümayiş olunmuş, xaricilərə 297 kitab hədiyyə edilmişdi. 
Bununla bərabər, Kitabxana xarici ədəbiyyat üzrə in-
formasiya siyahıları hazırlayır və onları bülleten şəklində çap
edib Elmi-tədqiqat institutlarına göndərirdi. Əcnəbi dillərdə
nəşr olunan bülletenlərin sayı 12-ə çatmışdı. 
Kitabxana tərəfindən “Surgery”, “Annals of Surgery”,
“British Journal of Surgery” və 180 adda başqa jurnallardan
in gilis, fransız və italyan dillərindən tərcümələr edilmiş və
akademiklərə təqdim olunmuşdu.
1957-ci ildə Mərkəzi Elmi Kitabxana beynəlxalq əmək -
daş lıq sahəsində bir qədər də irəli gedərək tərəfdaşlarının
sayını  artırmağa  müvəffəq  oldu.  Həmin  il  Kitabxana  45
ölkənin 114 elmi müəssisəsi ilə əməkdaşlıq edirdi. Bunlardan
18-i elmlər akademiyaları, 47-si universitet və ali məktəb, 19-
u milli kitabxana, 21-i xüsusi idarə, 6-sı nəşriyyat, redaksiya
və firma, 3-si isə muzey idi. İl ərzində mübadilə yolu ilə 1655
kitab alınmış, əvəzində 3101 kitab və jurnal göndərilmişdi.
Məsələn, professor H.V.Qasımovanın “Toyuqkimilər fəsi lə -
sin dən ovçu-balıqçı quşların helmintofaunası” mo noqra fi -
ELMİ-MƏDƏNİ İNTEQRASİYA
61


yası Kaliforniya Universitetinin, Q.Qasımzadənin “Xalqlar
dostluğu Azərbaycan ədəbiyyatında (sovet dövrü)”, O.Ş.İs -
mi za dənin “Yaloylutepin mədəniyyəti”, “Arxitektura, tikinti
və  təsviri  incəsənət  üzrə  terminlərin  rusca-azərbaycanca
lüğəti” kitabları isə Konqres Kitabxanasının sorğusuna mü-
vafiq olaraq göndərilmişdi. Paris Milli Kitabxanası MEK-lə
mübadilə əsasında “Azərbaycan tarixi abidələri”, Çexoslo-
vakiya Elmlər Akademiyası isə “Botanika İnstitutunun elmi
əsərləri”ni əldə etmişdi. Çin, İngiltərə, ADR, İndoneziya,
Misir, Efiopiya və Niderland kitabxanaları Azərbaycan EA-
nın və onun Elmi-tədqiqat institutlarının “Xəbərləri”nə və
“Məruzələr”inə xüsusi maraq göstərirdilər [114]. 
1958-ci ildə Mərkəzi Elmi Kitabxananın beynəlxalq
kitab  mübadiləsi  apardığı  təşkilatların  sayı  bir  qədər  də
çoxalmışdı. Qərb dillərində ədəbiyyatla yanaşı, Şərq dillə -
rində də daxilolmalarda artım müşahidə olunmağa başla mış -
dı. İlin əvvəlində Yaponiya və Suriya ilə kitab və elmi-texniki
informasiya mübadiləsinə başlanıldı. Həmin il müxtəlif xarici
tərəfdaşlardan il ərzində ümumilikdə 2841 kitab və jurnal
idxal edilmiş, əvəzində ölkə xaricinə 5622 nüsxə ədəbiyyat
yollanmışdı.
3 dekabr 1958-ci ildə YUNESKO “Nəşrlərin bey nəl -
xalq mübadiləsi haqqında Konvensiya” və “Dövlətlər ara sın -
da  rəsmi  nəşrlərin  və  hökumət  sənədlərinin  mübadiləsi
haq qında Konvensiya” qəbul etdi [120]. Hər iki konvensiya
11  sentyabr  1962-ci  ildə  isə  SSRİ  Ali  Sovetinin  Rəyasət
Heyəti tərəfindən təsdiq edildi.
BEYNƏLXALQ İNFORMASİYA MÜHİTİ
62


Birinci konvensiya mübadilə imkanlarının genişləndi -
ril məsi, mübadilə prosesinin hüquqi bazasının yaradılması,
hökumət, qeyri-hökumət təşkilatlarına beynəlxalq kitab və
informasiya  mübadiləsini  həyata  keçirmək  üçün  dövlət
dəstəyinin  göstərilməsini  nəzərdə  tuturdu.  Konvensiya
mübadilə olunan nəşrlərin xarakterini və növünü geniş şə -
kildə müəyyən edərək, tərəflər arasında onların alınıb-satıl -
masına, yəni satış predmeti olmasına məhdudiyyət qoyurdu.
Konvensiya  qlobal  informasiya  mühitinin  bütün  iştirak -
çılarının, o cümlədən Mərkəzi Elmi Kitabxananın beynəlxalq
əlaqələrinin, nəşr və informasiya mübadiləsinin genişlən -
məsinə töhfəsini verdi. 
1955-1958-ci  illərdə  aparılan  beynəlxalq  mübadilə
əməliyyatlarının təhlili göstərir ki, həmin dövrdə Kitabxana
xaricdən aldığı ədəbiyyatdan 3-4 dəfə çox ədəbiyyat gön -
dərirdi, yəni mübadilənin ekvivalentliyi prinsipini po zurdu.
Bu  proses  beynəlxalq  kitab  və  informasiya  mübadiləsinə
qoşulmuş bütün Sovet kitabxanalarında müşahidə olunurdu.
Əsas məqsəd sosialist ölkələrinə kənd təsərrüfatına və tex -
nikaya aid ədəbiyyatla yardım etmək idi. Çünki, Koreya, Al-
baniya,  Monqolustan  və  Vyetnam  kimi  ölkələrdə  elm  və
texnikanın, kənd təsərrüfatının inkişafı lazımi səviyyədə de -
yi ldi və müvafiq sahədə elmi ədəbiyyat qıtlığı hökm sürürdü. 
1958-ci ildə Mərkəzi Elmi Kitabxananın beynəlxalq
mübadilələrdə ekvivalentliyin təmin olunması üçün məsələ
qaldırsa da nəticədə, adlarını çəkdiyimiz ölkələrdə iqtis adiy -
yatın zəif və inkişaf etməkdə olması nəzərə alınaraq heç bir
addım atılmadı. 
ELMİ-MƏDƏNİ İNTEQRASİYA
63


1959-cu ildə Kitabxananın “Xarici ədəbiyyat” şöbəsi
ilə “Komplektləşdirmə” şöbəsi birləşdirildi və “Xarici ədə -
biy yatın komplektləşdirilməsi və beynəlxalq kitab mü ba -
diləsi”  şöbəsi  yaradıldı.  Əsas  məqsəd  respublikadaxili,
İttifaqdaxili və beynəlxalq mübadilə prosesini mərkəzləş dir -
mək və təkmilləşdirmək idi. YUNESKO-nun qərarı ilə 1958-
ci ildə beynəlxalq kitab mübadilələrinin qarşılıqlı şəkildə
pulsuz aparılması təsbit olunsa da sənəd SSRİ tərəfindən rat-
ifikasiya olunmadığından Mərkəzi Elmi Kitabxanaya xarici
nəşrlərin alınması üçün hələ də invalyuta (xarici valyutaya
dəyişdiriləbilən  rubl  ehtiyatı)  ayrılırdı.  1959-cu  ildə  bu
məqsədlə Kitabxanaya 45000 rubl, yəni o dövrün kursuna
uyğun olaraq 40500 ABŞ dolları məbləğində vəsait ayrıl -
mışdı. Həmin il Mərkəzi Elmi Kitabxananın əməkdaşlıq et-
diyi 240 xarici elm və təhsil müəssisəsi Kitabxanadan 9275
nüsxə çap məhsulu almış, əvəzində isə 2356 nüsxə xarici
kitab və jurnal göndərmişdi. Kitabxana əcnəbi təşkilatlarla
yanaşı xaricdə yaşayan ayrı-ayrı elm və mədəniyyət xadimləri
ilə də əlaqə qurmağa başlamışdı. İngiltərədə mühacirətdə
olan məşhur rus şərqşünası, Cənubi Qafqazın tarixi, tarixi
coğrafiyası,  ədəbiyyat  və  mədəniyyəti  üzrə  ixtisaslaşmış
akademik Vladimir Minorski və tanınmış macar türkoloqu,
o dövrdə Sofiya Universitetində dərs deyən akademik Georq
Hazai kitabxananın sıx əməkdaşlıq etdiyi elm adamlarından
idilər.
1960-cı ildə Mərkəzi Elmi Kitabxananın 50 ölkənin
256  təşkilatı  ilə  əməkdaşlıq  edirdi.  İl  ərzində  həmin  təş -
BEYNƏLXALQ İNFORMASİYA MÜHİTİ
64


Yüklə 213,05 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə