Babaxanova Nigar Xan qızı



Yüklə 213,05 Kb.
Pdf görüntüsü
səhifə18/61
tarix10.11.2017
ölçüsü213,05 Kb.
#9577
1   ...   14   15   16   17   18   19   20   21   ...   61

1962-ci  ildə  Mərkəzi  Elmi  kitabxananın  beynəlxalq
kitab və elmi-texniki informasiya mübadiləsi apardığı ölkələr
bunlar idi:
Sosialist ölkələri:
1. Almaniya Demokratik Respublikası (ADR)
2. Bolqarıstan 
3. Çexoslovakiya
4. Çin Xalq Respublikası (ÇXR)
5.  Koreya Xalq Demokratik Respublikası (KXDR)
6. Macarıstan
7. Monqolustan Xalq Respublikası (MXR)
8. Polşa
9.  Rumıniya
10. Yuqoslaviya
Afrika, Asiya və Latın Amerikası ölkələri:
1. Birləşmiş Ərəb Respublikası (BƏR)
2. Braziliya 
3. Cənubi Afrika İttifaqı
4. Əfqanıstan
5. Hindistan
6. İraq
7. İran
8. İsrail 
9. Kolumbiya
10. Suriya
11. Türkiyə
12. Uruqvay
13. Venesuela
14. Yaponiya
ELMİ-MƏDƏNİ İNTEQRASİYA
69


Kapitalist ölkələr: 
1. ABŞ 
2. Almaniya Federativ Respublikası
3. Avstraliya
4. Avstriya
5. Belçika
6. Böyük Britaniya
7. Danimarka
8. Finlandiya 
9. Fransa 
10.  Hollandiya
11. İrlandiya
12. İsveç 
13.  İsveçrə 
14.  İtaliya
15. Kanada
16. Norveç 
60-cı  illərin  əvvəllərindən  etibarən  Mərkəzi  Elmi
Kitabxana ilə yanaşı, başqa təşkilatlar da beynəlxalq kitab və
informasiya  mübadiləsinə  intensiv  şəkildə  qoşulmağa
başladılar. Məsələn, 1962-ci ildə Azərbaycanın Kitab palatası
Leypsiq şəhərinin kitab palatası ilə əlaqə yaratdı və həmin
ildən etibarən hər il Azərbaycandan Almaniyaya “Bir illik
Azərbaycan kitabiyyatı” göndərilməyə başlandı. Buna bax-
mayaraq, Azərbaycan EA-nın Mərkəzi Elmi Kitabxanası Re-
spublikada  beynəlxalq  kitab  mübadiləsi  mərkəzi  olaraq
qalırdı.
BEYNƏLXALQ İNFORMASİYA MÜHİTİ
70


1963-cü ildə Mərkəzi Elmi Kitabxana 47 ölkənin 343
təşkilatı ilə əməkdaşlıq edirdi. Bu isə o demək idi, Kitabxana
il ərzində 63 yeni təşkilatla mübadilə və əməkdaşlıq razılığı
əldə edib. Həmin ildə ilk dəfə Türk Tarixi Qurumu, Təbriz
və Əhvəd Universitetləri (İran) ilə kitab mübadiləsi başlandı.
İngiltərə, İran, Fransa, Türkiyə və AFR-dən qiymətli Şərq
nəşrlərinin mikrofilmləri əldə olundu. Kuba, Əlcəzair, Çili,
Seneqal, Tunis, Meksika və İndoneziya ilə sıx əməkdaşlığa
başlanıldı.  1963-cü  ildən  etibarən  Kitabxana  Azərbaycan
EA-nın nəşrləri ilə yanaşı, yerli nəşriyyatların da çap məh -
sullarını xaricə göndərməyə başladı. Belə nəşrlər mübadilə
üçün nəzərdə tutulan çap kütləsinin 20%-dən artıq olmurdu.
O dövrdə Mərkəzi Elmi Kitabxana beynəlxalq infor-
masiya mühitinə aşağıdakı funksiyalarla qoşulmuşdu:
1.  Xarici  kitabxanalar,  elm  və  təhsil  müəssisələri  ilə
ənənəvi məktublaşma yolu ilə;
2. Xarici nəşriyyatlardan ədəbiyyatı satınalma (inva-
lyuta  ilə)  və  ya  abunə  yolu  ilə.  Kitabxananın  bu  prosesi
vasitəsiz həyata keçirmək hüququ vardı. Buna baxmayaraq,
Kitabxana  xarici  ədəbiyyata  abunə  olmaq  üçün  Elmi
Kitabxanaların Mərkəzi Kollektoru (Moskva), Respublika
Kitabxana  kollektoru,  Ümumittifaq  “Beynəlxalq  kitab”
Cəmiyyətinin “Soyuzkniqa” birliyi, “Azərkitab”ın mağazaları
və “Akademkitab”ın Bakı şöbəsi ilə əməkdaşlıq edirdi;
3. Xarici kitabxanalarla qarşılıqlı kitab mübadiləsi yolu
ilə;
4. Birbaşa və Ümumittifaq “Beynəlxalq kitab” Cə miy -
ELMİ-MƏDƏNİ İNTEQRASİYA
71


yətinin “Sovinkniqa” birliyi vasitəsilə xaricə kitab göndərmək
yolu ilə;
5. Xarici elm və mədəniyyət xadimləri ilə birbaşa əmək -
daş lıq etmək yolu ilə. Kitabxanaya xarici kitab hədiyyələri
məhz bu yolla daxil olurdu.
Müasir dövrdə olduğu kimi, 60-cı illərdə də Mərkəzi
El mi Kitabxananın qarşısında xarici ədəbiyyatı tam və vax -
tın da  komplektləşdirmək  vəzifəsi  dururdu.  Kitabxana
 kom  plektləşdirmənin tamlığına əməl etsə də, nəşrləri vax -
tında əldə edə bilmirdi. Təhlillər göstərir ki, 1963-cü ildə
Kitabxana tərəfindən əldə olunan xarici nəşrlərin yalnız 10%-
i həmin ildə nəşr olunub. Xaricdən daxil olan kitabların 50%-
i 1962, 30%-i isə 1961-ci illərin çap məhsulları olub. Belə
nəticəyə gəlirik ki, həmin illərdə abunə yolu əldə olunan
kitablar Kitabxanaya ən azı 1-2 il gecikmə ilə daxil olublar.
Statistik göstəricilər sübut edir ki, mübadilə ilə daxilolmalar
daha sürətlə həyata keçirilib.
1963-cü  ildə  Mərkəzi  Elmi  Kitabxananın  fondunda
652795 nüsxə ədəbiyyat, o cümlədən 145592 nüsxə xarici
kitab və jurnal var idi. Fondda toplanan xarici ədəbiyyatın
böyük əksəriyyəti təbiyyat, dəqiq və texniki elmlərə aid idi.
İl ərzində 7000 kitab və broşür, 10360 jurnal daxil olmuşdu.
Həmin ilin göstəricilərinə görə, Şərq ədəbiyyatı fon-
dunda (1958-ci ildə yaradılmışdır) ərəb, fars, türk və b. Şərq
dillərində 15000 nüsxə ədəbiyyat var idi. Təkcə 1963-cü ildə
Şərq ədəbiyyatı fonduna mübadilə və abunə yolu ilə 3000
nüsxə  kitab  (məsələn,  11  cildlik  “İslam  ensiklopediyası”,
BEYNƏLXALQ İNFORMASİYA MÜHİTİ
72


2 cildlik “Osmanlı tarixi” və s.) və dövri nəşr göndərilmişdi.
26 adda 800 nüsxə jurnalın 453 nüsxəsi abunə, 347 nüsxəsi
isə mübadilə yolu ilə əldə olunmuşdu. 
Polşadan professor Zayanqkovski, Türkiyədən profes-
sor  Əhməd  Atəş,  AFR-dən  professor  V.Brands,  Maca rıs -
tandan professor G.Hazai, İrandan professor Hayəmnur və
başqaları ilə şəxsi əməkdaşlıq nəticəsində kitabxananın xarici
ədəbiyyat fonduna qiymətli kitablar hədiyyə olunmuşdu.
1963-cü ildən etibarən Kitabxana hər il “Azərbaycan
xarici mətbuatda” adlı məlumat bülleteni nəşr etməyə baş -
ladı. Məqsəd xarici nəşrlərdə, o cümlədən xarici mət bu at da
Azərbaycanla  bağlı  dərc  olunan  materialların  xülasəsini
vermək və oxucuları bu haqda məlumatlandırmaq idi.
1964-cü ildə Mərkəzi Elmi Kitabxanaya xarici ədə biy -
ya tın abunə yolu ilə alınması üçün ayrılan vəsait 30% azal -
dıldı. Bununla Akademiyanın rəhbərliyi xarici ədəbiy yatın
komplektləşdirilməsini invalyuta ilə deyil, əsasən mübadilə
yolu  ilə  tənzimləməyi  qarşıya  məqsəd  qoymuşdu.  Məhz
bunun nəticəsində, Kitabxana 1964-cü ildə dəstləş dirdiyi
ədəbiyyatın 50%-ni mübadilə vasitəsilə əldə etməli olmuşdu.
Həmin ildən etibarən Kitabxana xarici bədii ədəbiy -
yatın abunəsini dayandırdı. Yaxın və Orta Şərq ölkələri ilə
əməkdaşlığın genişlənməsi nəticəsində fonda türk, ərəb və
fars dilində daxilolmaların sayı artdı. Şərq ədəbiyyatı fon-
duna 2080 nüsxə kitab, 860 nüsxə elmi jurnal daxil olmuşdu.
1964-cü ildə Kitabxananın əməkdaşlıq etdiyi təşkilatların
sayı 530-a çatdı. Onlar dünyanın 50 ölkəsini təmsil edirdilər.
ELMİ-MƏDƏNİ İNTEQRASİYA
73


Yüklə 213,05 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə