Babaxanova Nigar Xan qızı



Yüklə 213,05 Kb.
Pdf görüntüsü
səhifə19/61
tarix10.11.2017
ölçüsü213,05 Kb.
#9577
1   ...   15   16   17   18   19   20   21   22   ...   61

1964-cü ilin may ayında SSRİ Mədəniyyət Nazirliyi
“Sovet  kitabxanalarının  beynəlxalq  kitab  mübadiləsinin
əlaqələndirilməsi  haqqında  Əsasnamə”ni  təsdiq  etdi.
“Əsasnamə”yə müvafiq olaraq Mərkəzi Elmi Kitabxana Bakı
şəhərinin  iri  kitabxanaları–M.F.Axundov  adına  Dövlət
Kitabxanası (ind. Milli Kitabxana), Respublika Elmi-Texniki
Kitabxanası, Azərbaycan Dövlət Universitetinin (ind. Bakı
Dövlət Universitetinin) Elmi Kitabxanası ilə beynəlxalq elmi
əlaqələri,  sənəd-informasiya  kommunikasiyalarını,  kitab
mübadiləsini əlaqələndirməyə başladı.
Təhlillərimiz  göstərir  ki,  60-cı  illərdə  Mərkəzi  Elmi
Kitabxana  ədəbiyyat  mübadiləsini  Xalq  demokratiyası
ölkələrinin (Albaniya, Bolqarıstan, Macarıstan, Vyetnam, Al-
maniya Demokratik Respublikası, Çin Xalq Respublikası,
Koreya Xalq Respublikası, Polşa, Rumıniya, Çexoslovakiya,
Yuqoslaviya) elm və təhsil müəssisələri ilə “birin üçə” prin-
sipini (3 kitab əvəzinə 1 kitab) rəhbər tutaraq, inkişaf etmiş
kapitalist ölkələrinin kitabxanaları ilə “birin-birə” yolu ilə,
inkişaf etməkdə olan ölkələrin təşkilatları ilə isə ekviva lent -
liyə  riayət  etmədən  həyata  keçirmişdir.  Bir  qayda  olaraq,
Kitabxanaya daxil olan xarici nəşrlər “Komplektləşdirmə və
beynəlxalq  kitab  mübadiləsi”  şöbəsində  tərcüməçilər  tə -
rəfindən üç gün ərzində yoxlandıqdan sonra kataloqlaş dırıl -
maya verilirdi. Siyasi cəhətdən “yararsız” ədəbiyyat Xüsusi
fonda göndərilirdi.
1965-ci  ildə  Kitabxana  EA-nın  Elmi-tədqiqat  insti -
tutlarının xarici ədəbiyyata olan tələblərini məhdudiyyətsiz
BEYNƏLXALQ İNFORMASİYA MÜHİTİ
74


ödəməyə  başladı.  Kitabxana  50  ölkənin  467  təşkilatı  ilə
əməkdaşlıq edirdi. Ən çox kitab mübadiləsi müvafiq olaraq
ABŞ  (53  təşkilat),  AFR  (46  təşkilat)  və  Yaponiya  (41
təşkilat)  ilə  aparılırdı.  İl  ərzində  mübadilə  yolu  ilə  xarici
kitabxana və universitetlərdən 9240 nəşr vahidi, o cümlədən
1650 kitab, 7583 jurnal və 7 qəzet alınmışdı. Əvəzində mü -
badilə yolu ilə 10022 nüsxə çap məhsulu, o cümlədən 3120
kitab və 6902 jurnal xarici oxucuların istifadəsinə verilmişdi.
1965-ci ildə “Davis Book Company Limited” (Kanada), “Ad
Orientem” və “Thornton and sons” (İngiltərə) kimi bir sıra
xari ci kitab ticarəti şirkətləri ilə əməkdaşlıq yaradıldı. 1965-
ci ilin yazında Bakıda olarkən “Kubon və Zaqner” Qərbi Al -
maniya firmasının (Münhendə Sovet kitablarının ticarəti ilə
məşğul  olurdu)  direktoru  ilə  Kitabxana  arasında  nəşr
mübadiləsi haqqında müqavilə imzalandı. Eyni zamanda,
firma Kitabxana üçün alman istehsalı olan avadanlıqların
əldə olunmasına yardım etməklə bağlı öhdəlik götürmüş
oldu. Bu əməkdaşlığın nəticəsi özünü çox gözlətmədi. Belə
ki, artıq noyabr ayında Kitabxana “Komplektləşdirmə və
beynəlxalq kitab mübadiləsi” şöbəsi üçün AFR istehsalı olan
sürətçoxaldan aparat almışdı. Bu aparatın köməyi ilə maki-
nada  yığılan  ekspress  informasiya  bülletenlərini  (xarici
ədəbiyyat siyahıları və onların xülasələri) çoxaldır və Elmi-
tədqiqat institutlarına göndərirdilər.
Həmin il ABŞ, İngiltərə, Fransa, ADR, Çexoslovakiya
və digər ölkələrin kitabxana və elmi idarələri ilə əlaqələr xeyli
möhkəmləndi və ilk dəfə olaraq Mərakeş, Livan və Yeni Ze-
ELMİ-MƏDƏNİ İNTEQRASİYA
75


landiya ilə beynəlxalq kitab mübadiləsinə başlanıldı. Müba -
dilə nəticəsində biri-birindən dəyərli elmi materiallar əldə
olundu. Məsələn, ABŞ Kimya Cəmiyyətinin “Selenium and
Tellurium  Abstracts”  jurnalının  dəsti  (1959-1965-ci  illər
üzrə), Alan R. Katriçkinin “Advances in Heterocyclic Chem-
istry” əsəri (3 cilddə) və başqa nəşrlər xarici ədəbiyyat fon-
duna daxil oldu.
1966-cı ildə “Xarici ədəbiyyatın komplektləşdirilməsi
və  beynəlxalq  kitab  mübadiləsi”  şöbəsi  52  ölkənin  488
təşkilatı ilə əlaqə saxlayırdı. İl ərzində mübadilə yolu ilə xarici
kitabxana və universitetlərdən 9822 nəşr vahidi, o cümlədən
1782 kitab, 8032 jurnal və 8 qəzet alınmışdı. Əvəzində mü -
badilə yolu ilə 11039 nüsxə çap məhsulu, o cümlədən 3347
kitab və 7692 jurnal xarici oxucuların istifadəsinə verilmişdi.
Bu  illərdə  Mərkəzi  Elmi  Kitabxana  ABŞ  Konqres  Kitab -
xanası,  Kaliforniya,  Kolumbiya,  Harvard  və  Vaşinqton
 Uni versitetlərinin kitabxanaları ilə yanaşı İngiltərədə Bri-
taniya Muzeyi və Bodlean Kitabxanası, Fransada Milli Kitab -
xa na  və  Ali  tədqiqatların  praktika  məktəbi,  AFR-də  isə
Alman Tədqiqat Cəmiyyəti ilə sıx əlaqələr qurmuş, intensiv
təcrübə və kitab mübadiləsinə nail olmuşdu.
1967-ci ildə Kitabxana xarici ədəbiyyat fondunu 2 yolla
dəstləşdirməyə davam edirdi: “Beynəlxalq kitab” vasitəsilə
valyuta  hesabına  kitab  və  jurnalların  əldə  olunması  və
mübadilə yolu ilə. Həmin il Kitabxananın əməkdaşlıq etdiyi
təşkilatların  sayı  502-yə  çatsa  da,  xarici  ədəbiyyatın  əldə
olunması göstəriciləri xeyli aşağı düşmüşdü. 1967-ci ildə
BEYNƏLXALQ İNFORMASİYA MÜHİTİ
76


Kitabxana xaricə 7.960 kitab göndərmiş, mübadilə və sa tın -
alma yolu ilə ümumilikdə 5890 nüsxə ədəbiyyat, o cümlədən
4916 jurnal və 974 kitab əldə olunmuşdu. Xarici ədəbiyyatın
komplektləşdirilməsi, xüsusən də kitabların alınması üzrə
göstəricilərin aşağı olmasının bir neçə səbəbi var idi:
a) Kitabxana xarici əlaqələr sahəsinə əsas diqqəti Azər -
baycan EA Elmi-Tədqiqat İnstitutları tərəfindən sifariş edilən
xarici elmi jurnalların əldə olunmasına yönəltmişdi. 1967-ci
ildə ilk dəfə olaraq, bütün sorğular tam ödənilmişdi.
b) 1965-ci ildən etibarən xarici elmi jurnalların satış
qiy mətində kəskin artım müşahidə olunmağa başlamışdı və
bu proses davam edirdi. 
c) Kitabxana daha çox nadir və qiymətli əsərlər alırdı.
Məsələn, 1967-ci ildə Kitabxananın əldə etdiyi 12 cildlik
“Fars incəsənətinin icmalı” əsərinə həmin il monoq ra fiya -
ların əldə olunması üçün ayrılan valyutanın dörddə üçü xərc -
lənmişdi.
Həmin il mübadilə yolu ilə əldə olunan ədəbiyyatın
sayının kəskin azalmasının da bir neçə səbəbi var idi:
a) 1967-ci ildə Mərkəzi Elmi Kitabxana hazırda yerləş -
di yi binaya köçmüşdü. Bununla əlaqədar olaraq, Kitab xa -
nanın  mübadilə  fondu  ancaq  ilin  ikinci  yarısından  sonra
normal fəaliyyət göstərməyə başlamışdı.
b) Mübadilə və abunə işində “Kapitalist ölkələ rin də
nəşr  olunan  ədəbiyyata  abunə  olma,  onları  saxlama  və
istifadə etmə qaydaları haqqında” SSRİ Baş Ədəbiyyat və
Nəşriyyat İdarəsinin (Qlavlit) Təlimatı, həmçinin “Xaricə
ELMİ-MƏDƏNİ İNTEQRASİYA
77


Yüklə 213,05 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə