Babaxanova Nigar Xan qızı



Yüklə 213,05 Kb.
Pdf görüntüsü
səhifə20/61
tarix10.11.2017
ölçüsü213,05 Kb.
#9577
1   ...   16   17   18   19   20   21   22   23   ...   61

göndərilən cari Sovet nəşrlərinin qiymətləndirilməsi haq -
qında” SSRİ Dövlət Kitabxanası yanında “Beynəlxalq Kitab
Mübadiləsi və Abonement Şurası”nın 20 aprel 1967-ci il tar-
ixli  Qərarı  rəhbər  tutulduğundan  həm  xaricə  göndərilən
elmi-texniki  ədəbiyyatın  qiyməti  nominal  dəyərdən  60%
bahalaşdırılmış, həm də xarici kitab ticarəti firmaları ilə ticari
əlaqələr məhdudlaşdırılmışdı.
1967-ci ildə Kitabxana sosialist ölkələrin elmlər akade -
mi yalarının kitabxanaları, Bolqarıstan, ADR və Fransanın
milli kitabxanaları, ABŞ Konqres kitabxanası, Kolumbiya
Universitetinin, eləcə də Varşava, Pxenyan, Bağdad, Paris -
dəki universitetlərin kitabxanaları ilə daha aktiv əməkdaşlıq
edirdi. Bu əməkdaşlıq nəticəsində fonda biri-birindən ma -
raq lı əsərlər daxil olmuşdu. “V Milli konqresin mate rialları”
(3 cilddə, Paris, 1967), fiziki kimya, fiziologiya, mikrobio lo -
giya üzrə “İllik”lərin (ABŞ) bir neçə komplekti, şərqşünaslıq
üzrə “Əsaslı türk filologiyası”, “İstanbul kitab xanalarındakı
tarixi-coğrafi əlyazmaların kataloqu” və onlarca monoqrafiya
bu sırada idi.
Yeni binaya köçməsi ilə əlaqədar olaraq Kitabxananın
beynəlxalq kitab mübadiləsi sektoru fərqli üsulla işləməyə
başladı. Sərgi zalında xarici ədəbiyyatın mütəmadi yenilənən
daimi  sərgisi  açıldı.  Artıq  Kitabxana  oxucular  tərəfindən
xarici ədəbiyyat sifarişini əvvəlki dövrlərdə olduğu kimi ildə
2-3 dəfə deyil, il boyu qəbul edirdi.
1967-ci ildə Kolumbiya Universitetinin baş kitab xa na -
çısı R.Karloviç və Oksford Universitetinin (İngiltərə) Bod -
BEYNƏLXALQ İNFORMASİYA MÜHİTİ
78


lian kitabxanasının beynəlxalq əlaqələr üzrə direktor müavini
C. Uoll və Kitabxananın qonağı olmuş, kitab və elmi infor-
masiya mübadiləsi məsələlərini müzakirə etmişlər.
1968-ci ildə xarici ədəbiyyatın alınması üçün Kitabx-
anaya ayrılan vəsait 4 dəfə azaldıldı və 10000 rubl (invalyuta)
məbləğində müəyyənləşdirildi. Məqsəd ədəbiyyatın satın al -
ma yolu ilə deyil, mübadilə vasitəsilə komplektləş diril məsinə
nail  olmaq  idi.  O  il  Kitabxanaya  beynəlxalq  əməkdaşlıq
sayəsində 17511 nüsxə çap vahidi daxil oldu. Onların 48%-
i mübadilə, 43%-i satın alma, 9%-i isə hədiyyə edilmə yolu
ilə komplektləşdirilmişdi. Kitabxana isə beynəlxalq kitab
mübadiləsi yolu ilə 8221 kitab və jurnal göndərmişdi. Ki -
tabxana 47 ölkənin 507 təşkilatı ilə sıx əməkdaşlıq edir, əsas -
ən təbiət və ictimai elmlər üzrə ədəbiyyatın əldə olunmasına
çalışırdı. Lakin bir sıra ölkələrdən tələbnamə üzrə ədəbiyyat
əldə etmək mümkün olmurdu. Məsələn, 1968-ci ildə Kitabx-
ana  Türkiyədən  xarici  valyuta  ilə  sifariş  etdiyi  kitab  və
jurnalların  heç  birini  əldə  edə  bilməmişdi.  “Beynəlxalq
kitab”a bununla bağlı göndərilmiş sorğu da cavab landırıl -
mamışdı.  Təhlillər  göstərir  ki,  həmin  illərdə  “Beynəlxalq
kitab”  Azərbaycan  və  İttifaqın  digər  türkdilli  ölkələrinin
kitabxanaları tərəfindən türk və ərəb dillərində nəşr olunan
ədəbiyyatın əldə olunmasında maraqlı deyildi. Kitabxananın
daim əməkdaşlıq etdiyi “Siroviç” (Misir) firmasından kitab
ala bilməməsi, Azərbaycan alimləri üçün maraq kəsb edən
bir çox türk və ərəbdilli nəşrlərin “Bey nəl xalq kitab”ın ka -
taloqlarına salınmaması buna bariz nümunə idi. Dü şün mək
ELMİ-MƏDƏNİ İNTEQRASİYA
79


olar ki, bunun bir səbəbi həmin illərdə Türkiyədə (məsələn,
milli  azadlıq  uğrunda  solçu  gənclər  hə rəkatı  “1968-in
nəsli”in meydana gəlməsi) və ərəb ölkə lərində mövcud siyasi
vəziyyətin gərginləşməsi, digər səbəbi isə Azərbaycanda istər
ədəbiyyat, istər təsviri incə sənət, istərsə də musiqi sahəsində
millilik ideyalarının yenidən cücərməsi, “60-cılar nəslinin”
xeyli dirçəlməsi idi. 
Kitabxana Türkiyə və ərəbdilli ölkələrdən ədəbiyyatı
satın alma yolu ilə lazımi səviyyədə əldə edə bilməsə də, bu
boşluğu  mübadilə  sayəsində  doldurmağa  nail  olmuşdu.
Türkiyə  Dilçilik  Cəmiyyətindən  əldə  olunan  çoxlu  sayda
kitab və jurnal, Bağdad Universitetindən göndərilən qiymətli
nəşrlər  (dəqiq  elmlər  üzrə),  Fransa  Neft  İnstitutundan
göndərilən 30 monoqrafiya, başqa partnyorlardan əldə olu-
nan “Elektrokimya ensiklopediyası”, “Elektronika ensiklo -
pediyası”,  “Fiziki  və  üzvi  kimyanın  uğurları”  (5  cilddə),
“Alkaloidlər” (4 cilddə), “Heyvanların biokimyəvi inkişafı”
(2 cilddə), “İslam ensiklopediyası” (2 cilddə), “Qafqaz və
Za qafqazıyanın biblioqrafiyası” və başqa nəşrlər xarici ədə -
biyyat  fonduna  daxil  olmuşdu.  1968-ci  ildə  Kitabxana
“Azərbaycanşünaslıq” və “elmi proqnozlaşdırma” üzrə sorğu -
larla əməkdaşlıq etdiyi təşkilatlara müraciət ünvanlamış və
çoxlu sayda material əldə edə bilmişdi.
Mərkəzi Elmi Kitabxana ilə yanaşı, 1968-ci ildən Azər -
baycan SSR Nazirlər Sovetinin Mətbuat üzrə Dövlət Komi -
təsi də aktiv şəkildə beynəlxalq əlaqələrə qoşuldu. 1968-ci
ildə xarici kitab ticarəti şirkətlərinin respublika nəşriyyatları
BEYNƏLXALQ İNFORMASİYA MÜHİTİ
80


tərəfindən buraxılan kitablara olan tələbatının artması ilə
əlaqədar olaraq, Mətbuat üzrə Dövlət Komitəsinin qərarına
əsasən “Azərkitab” kitab ticarəti birliyi nəzdində xüsusi “İxrac
şöbəsi” yaradıldı. Artıq 1969-cu ildə həmin şöbə respublika
nəşriyyatları tərəfindən buraxılan kitabları sifariş əsasında
30-dan artıq xarici ölkəyə göndərirdi. Azərbaycan kitab la rı -
nın  daimi  sifarişçiləri  arasında  ABŞ,  İngiltərə,  Fransa,
Yaponiya, AFR kimi böyük ölkələr, eləcə də Cənubi Ame -
rika, Afrika, Asiya və Avropanın bir sıra digər ölkələri var idi.
1 yanvar 1969-cu ildən 1 yanvar 1970-ci ilə kimi olan dövr
ərzində Azərbaycan nəşriyyatları tərəfindən buraxılan 12773
rubl məbləğində kitab Mətbuat üzrə Dövlət Komitəsinin
ixrac  şöbəsi  tərəfindən  xaricə  göndərilmişdir.  Bu  dövrdə
xarici kitab ticarəti şirkətləri tərəfindən neft üzrə elmi-texniki
ədəbiyyata  xüsusilə  böyük  tələbat  var  idi.  İri  həcmdə  si -
farişlər  yalnız  sosialist  ölkələrindən  deyil,  eləcə  də  ABŞ,
Fransa, Yaponiya, AFR, İran və Norveç kimi bir çox kapitalist
ölkələrindən də daxil olurdu [103, s. 71-72].
1960-cı illərdə SSRİ-nin Çin Xalq Respublikası və Al-
baniya ilə münasibətlərinin korlanması nəticəsində Mərkəzi
Elmi Kitabxananın bu ölkələrin kitabxanaları ilə mübadilə
işində fasilə yarandı. 1968-ci ildə Çexoslovakiyada yaranmış
sosial-siyasi  böhran  vəziyyəti  və  bunun  ardınca  Varşava
müqaviləsi ölkələrinin (Rumıniya istisna olmaqla) qoşun -
larının bu ölkəyə daxil olması Çexoslovakiya cəmiyyətində
SSRİ-yə  mənfi  münasibət  formalaşdırdı.  Bunun  ardınca
Rumıniyanın da SSRİ ilə münasibətlərində soyuqluq yaran -
ELMİ-MƏDƏNİ İNTEQRASİYA
81


Yüklə 213,05 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə