Babaxanova Nigar Xan qızı



Yüklə 213,05 Kb.
Pdf görüntüsü
səhifə21/61
tarix10.11.2017
ölçüsü213,05 Kb.
#9577
1   ...   17   18   19   20   21   22   23   24   ...   61

ma ğa başladı. Vəziyyətin bu məcraya yönəlməsi Kitab xa -
nanın  adıçəkilən  ölkələrin  kitabxanaları  ilə  elmi-mədəni
əlaqələrinə mənfi təsir göstərdi.
1969-cu ildə Afrika, Yaxın Şərq və bir sıra digər ölkə -
lərdə də mürəkkəb siyasi vəziyyət beynəlxalq kitab və infor-
masiya  mübadiləsi  prosesinə  ciddi  zərbə  vurdu.  Mərkəzi
Elmi Kitabxana Çexoslovakiya və Rumıniya ilə yanaşı Ko-
reya Xalq Demokratik Respublikası, Əlcəzair, Qana, Tunis
və CAR-dan ədəbiyyatın alınmasını minimuma endirdi.
Buna baxmayaraq, Kitabxana beynəlxalq informasiya
mühitinin bir parçası olaraq qalır və qlobal kitab və elmi-
texniki informasiya mübadilələrini davam etdirirdi. 
1969-cu ildə Kitabxana beynəlxalq mübadilə yolu ilə
9470 çap vahidi, o cümlədən 1630 nüsxə kitab, 7836 nüsxə
jurnal və 4 nüsxə qəzet almış, əvəzində isə 9200 nəşr vahidi
(3294 kitab və 5906 jurnal) göndərmişdi. Kitabxana kitab
mübadiləsi sahəsində dünyanın 53 ölkəsindən 520 müəssisə
ilə əməkdaşlıq edirdi. 
Həmin ildən Kitabxana Yaxın və Orta Şərq ölkələrinin
kitabxana, elmi idarə və təşkilatları ilə əməkdaşlığın inkişa -
fına xüsusi diqqət ayırmağa başladı. Çünki uzun illər keç -
məsinə baxmayaraq, Kitabxananın Şərq ədəbiyyatı fondunu
lazımi səviyyədə formalaşdırmaq mümkün olmurdu. Şərq
dillərində  ədəbiyyat  çatışmazlığı  həmin  fondun  normal
fəaliyyətinə imkan vermirdi. Bütün bu çətinliklərə rəğmən,
Azərbaycan və xarici ölkə kitabxanaları arasındakı səmərəli
əməkdaşlıq beynəlxalq mədəniyyət mübadiləsinin mühüm
BEYNƏLXALQ İNFORMASİYA MÜHİTİ
82


tərkib hissəsinə çevrilmiş və respublikanın beynəlxalq miq -
yasda tanınmasına müsbət təsir göstərmişdi. 
1950-1960-ci illərdə aparılan beynəlxalq kitab müba -
dilələrinin miqyas və statistikasının təhlili belə deməyə əsas
verir ki, bu illər ərzində Mərkəzi Elmi Kitabxana xarici elm
və təhsil müəssisələri ilə əlaqələrini genişləndirmiş, lazımi
təcrübəyə yiyələnmiş, Azərbaycan elminin uğurlarını SSRİ-
nin hüdudlarından kənarda təbliğ etməyə nail olmuş, alim -
lərin tədqiqatlarını elmi informasiya ilə təmin etmiş və ən
əsası respublikada vahid beynəlxalq kitab mübadiləsi mər -
kəzinə çevrilə bilmişdi. Bu illər ərzində bəzi kapitalist ölkə -
lərlə əlaqələrin davamiyyəti dəfələrlə dəyişsə də, sosialist
ölkələri ilə kitab və informasiya mübadiləsi daim artan xətt
üzrə inkişaf etmişdir.
1970-ci  ildə  Mərkəzi  Elmi  Kitabxana  dünyanın  53
ölkə sinin  538  təşkilatı  ilə  əməkdaşlıq  edirdi.  Xaricə  gön -
dərilən və xaricdən alınan ədəbiyyatın həcmi xeyli artmış,
Şərq ölkələri ilə əməkdaşlıq möhkəmlənmişdi. Kitabxana
Türkiyənin (Türkologiya İnstitutu), İraqın (Kürd Aka de -
miyası), Kanadanın (Albert Universiteti), Hollandiyanın
(“Scientia”  kitab  ticarəti  şirkəti)  və  İranın  (“Qardaşlıq”
jurnalı və İran Mədəniyyətinin İnkişaf İnstitutu) bir neçə
müəssisəsi  ilə  əməkdaşlıq  əlaqələri  qurmuşdu.  Həmin  il,
beynəlxalq kitab mübadiləsi yolu ilə 9880 nüsxə çap vahidi
(2340 kitab, 7519 jurnal və 21 qəzet) xarici partnyorlara
göndərilmiş,  əvəzində  7950  adda  xarici  ədəbiyyat  (4830
kitab, 2470 jurnal və 650 qəzet) əldə olunmuşdu. 
ELMİ-MƏDƏNİ İNTEQRASİYA
83


1971-ci ildə Kitabxanada Şərq ədəbiyyatı şöbəsi ya -
radıldı. Bununla, Kitabxana Şərq dillərində ədəbiyyatı daha
səmərəli şəkildə komplektləşdirilməyə nail oldu. 
O illərdə kitabxana dünyanın bir çox kitabxanaları ilə,
o cümlədən Nyu-York İctimai kitabxanası (ABŞ), Britaniya
Muzeyi, Kral kitabxanası (Böyük Britaniya), Milli Kitabxana,
Ali  Tədqiqatların  Təcrübə  Məktəbi  (Fransa)  və  s.  kimi
kitabxanalarla uğurlu əməkdaşlığını davan etdirir, kitab və
elmi-texniki informasiya mübadiləsi sahəsində imkanlarını
genişləndirirdi.  Təsadüfi  deyil  ki,  həmin  il  kitabxana  53
ölkənin 543 təşkilatı ilə sıx əlaqəyə malik idi. 
1972-ci ildə Kitabxana abunə yolu ilə (valyuta ilə) 4281
nüsxə xarici ədəbiyyat əldə etmişdi. Beynəlxalq kitab mü -
badiləsi vasitəsilə daxilolmalar isə 8500 nüsxə idi. Kitabxana
dünyanın 41 ölkəsindəki 445 təşkilatla əməkdaşlıq edirdi.
Fəal partnyorlar sırasına Bad-Qodesberqdəki Alman Təd -
qiqat Cəmiyyəti, Boston-Spadakı Milli Elmi-Texniki kitab -
xana, Roma şəhərindəki Şərqşünaslıq İnstitutu, Bolqa rıstan
Elmlər Akademiyasının kitabxanası, Bağdad Universiteti,
İranın Mədəniyyət Fondu və s. daxil idi. 
Həmin il mübadilə yolu ilə xüsusi olaraq Nizami adına
Ədəbiyyat  Muzeyi  üçün  İraq  Milli  Muzeyindən  100-dən
artıq kitab alınmışdı. Əvəzində Bağdada Azərbaycan yazı -
çılarının 400-dən artıq kitabı göndərilmişdi.
1972-ci ildə Azərbaycan EA-nın Elmi-tədqiqat institut -
la rının kitabxanaları ilə Mərkəzi Elmi Kitabxananın Mər kəz -
ləşdirilmiş Kitabxana Sistemi yaradıldı və xarici ədəbiyyat
BEYNƏLXALQ İNFORMASİYA MÜHİTİ
84


üzrə sorğuların koordinasiyası daha da asanlaşdı. 
24-29 aprel 1972-ci ildə Vyana şəhərində Avstriya Milli
Kitabxanasının bilavasitə dəstəyi ilə Nəşrlərin beynəlxalq
mübadiləsi üzrə 2-ci Avropa Konfransı keçirildi (1970-ci ildə
IFLA-nın 36-cı sessiyasında qəbul olunmuş qərara əsasən).
Konfransda  19  Avropa  ölkəsinin,  o  cümlədən  SSRİ-nin
nümayəndə heyəti iştirak edirdi. Əsas məqsədi YUNESKO
tərəfindən 1958-ci ildə qəbul olunmuş iki konvensiyanın icra
vəziyyətini müzakirə və təftiş etmək idi. Beynəlxalq müba -
dilə nin inkişafı üzrə nəticələrin yekunlaşdırılması, iş təcrübə -
sinin  ümumiləşdirilməsi  və  bunun  əsasında  müba dilə
münasibətlərinin sonrakı inkişafına dair tövsiyələrin işlənib
hazırlanması, həmçinin Asiya, Afrika və Latın Amerikasının
inkişaf  edən  ölkələri  ilə  beynəlxalq  kitab  və  informasiya
mübadiləsinin inkişaf perspektivlərinin müzakirə edilməsinə
həsr olunmuş konfransda SSRİ nümayəndə heyətinin təq -
dim etdiyi hesabatda qeyd olunurdu ki, İttifaq ölkələ rindən
79 kitabxana, o cümlədən Azərbaycan EA-nın Mərkəzi Elmi
Kitabxanası müstəqil şəkildə beynəlxalq əlaqələr qurur və
bu sahədə imkanlarını daim genişləndirir.
1973-cü ildə Mərkəzi Elmi Kitabxana 47 ölkənin 519
təşkilatı ilə əməkdaşlıq edirdi. Həmin il Kitabxana valyuta
ilə abunə yolu ilə 3379 nüsxə, “Soyuzpeçat” vasitəsilə 4028
nüsxə, beynəlxalq kitab mübadiləsi yolu ilə isə 10.017 nüsxə
nəşr vahidi əldə etmişdi. Əvəzində mübadilə yolu ilə xarici
tərəfdaşlara 12033 nüsxə ədəbiyyat göndərilmişdi. 1973-cü
ildə Kitabxana 1962-1972-ci illərdə əməkdaşlıq etdiyi xarici
ELMİ-MƏDƏNİ İNTEQRASİYA
85


Yüklə 213,05 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə