Babaxanova Nigar Xan qızı



Yüklə 213,05 Kb.
Pdf görüntüsü
səhifə24/61
tarix10.11.2017
ölçüsü213,05 Kb.
#9577
1   ...   20   21   22   23   24   25   26   27   ...   61

Ərzurum Universiteti şöbəyə 48 dəyərli əsər göndərmişdi.
“Təbərinin  tarixi”  (12  cilddə),  “Ərzurum  Universitetinin
Ədəbiyyat fakültəsinin jurnalı”, “Fars dili tarixi” (2 cilddə),
“Eynəl Qüzzat Həmədaninin məktubları”, “Türkmənnamə”
(2 cilddə), “Təbriz Universitetinin xəbərləri”, “İran torpaq -
şünaslıq  jurnalı”  kimi  nəşrlər  şərqşünaslar  üçün  dəyərli
məxəzlər idilər.
1975-ci ildə Mərkəzi Elmi Kitabxanaya Asiya, Afrika
və Latın Amerikasının demək olar ki, bütün ölkələrindən
daxil  olan  ədəbiyyatın  sayı  azalmışdı.  Xüsusilə  Qana,
Mozambik, Mali, Həbəşistan, Keniya, Uruqvay, İsrail və Li-
vandan ədəbiyyat göndərilmirdi. Buna təsir edən amillər
həmin regionlardakı gərgin siyasi vəziyyət və dövlətlərin iqti-
sadi çətinlikləri idi.
1976-cı ildə Kitabxana beynəlxalq kitabxanalararası
abonement fəaliyyətinə başladı. 8 ölkənin 11 kitabxanası ilə
abonement sistemi ilə əməkdaşlıq əlaqələri quruldu. İngil -
tərə, ABŞ, Polşa, Bolqarıstan və başqa dövlətlərin kitab xa -
naları, o cümlədən Konqres Kitabxanası, Britaniya Muzeyi,
Kaliforniya Universitetinin kitabxanası, Polşa və Bolqarıstan
Milli Kitabxanaları ilə ikitərəfli abonement sistemi yaradıldı.
Beynəlxalq kitabxanalararası abonementin müsbət tərəfləri
ilə yanaşı bir sıra çatışmayan cəhətləri də var idi. Belə ki, tələb
olunan ədəbiyyatın keyfiyyətli surətini çıxarmaq hər zaman
mümkün  olmadığından  məcburiyyət  qarşısında  kitab  və
jurnalın orijinalı müvəqqəti istifadə üçün abonement vasitə -
si lə xaricə göndərilirdi. Bu isə kitab və jurnalların tez-tez
BEYNƏLXALQ İNFORMASİYA MÜHİTİ
94


zədələnməsi, sıradan çıxması ilə nəticələnirdi. Buna baxma-
yaraq, beynəlxalq kitabxanalararası abonement əməkdaşlığın
qo runub saxlanması və oxucu tələbatının ödənilməsi baxı -
mından böyük əhəmiyyət daşıyırdı. 
1976-cı  ildə  Mərkəzi  Elmi  Kitabxananın  fonduna
17044  nüsxə  xarici  ədəbiyyat  daxil  olmuşdu.  Onlardan
4597-si “Beynəlxalq kitab” Cəmiyyəti vasitəsilə əldə olun -
muşdu (məsələn, “International Petroleum Encyclopedia”,
“Modern aspects of electrochemistry” (11 cilddə), “Under-
water research”, “Selenium”, Haji Zayn-al-Abdin. “Siahat-
namahyi  Ibrahim  bey”  (The  Travelogue  of  Ibrahim  Bey-
Hacı  Zeynalabdin  Marağayinin  “İbrahim  bəyin  səya hət -
naməsi” əsəri) və s.. 
O il 10738 nüsxə ədəbiyyat beynəlxalq mübadilə yolu
ilə fonda daxil edilmişdi. “Kristal və qeyri-kristal bərk ci -
simlər” (İngiltərə), “Bərk cisimlərdə qüsurlar” (İngiltərə),
“Pəh ləvi lüğəti” (İngiltərə), “Vakuum üzrə 6-cı beynəlxalq
kon fransın materialları” (ABŞ), E.Trauinin “Təbrizdən mək -
tublar” və s. kimi nəşrlər beynəlxalq mübadilə yolu ilə alın -
mışdı.
1976-cı  ildə  Kitabxana  49  ölkənin  536  təşkilatı  ilə
əmək daşlıq edirdi. Onlara 10000 nüsxə çap məhsulu, o cüm -
lədən 3692 nüsxə kitab, 6308 nüsxə jurnal göndərilmişdi.
Həmin ilin oktyabr ayında Vaşinqton Universitetinin kitab -
xa nasının əməkdaşı, slavyan şöbəsinin müdiri xanım D.Ras
Kitabxananın qonağı olmuş və kitabxanalar arasında bey nəl -
xalq kitab mübadiləsinin genişləndirilməsi üzrə qarşılıqlı
ELMİ-MƏDƏNİ İNTEQRASİYA
95


razılıq əldə edilmişdi. 
Həmin ildən başlayaraq Kitabxana ilk dəfə olaraq bü -
tün xarici nəşrləri ən azı 2 nüsxədə almağa başladı. Beləliklə,
Mərkəzi Elmi Kitabxananın köməyi ilə bir qədər kənarda
yerləşən  filial  kitabxanalarında  da  (Seleksiya  və  genetik
ehtiyatlar institutunun kitabxanasında, Neft-kimya prosesləri
İnstitutunun Sumqayıt filialının kitabxanasında və s.) xarici
ədəbiyyat fondları quruldu. Kitabxana ilin birinci rübündə
1813  nüsxə  xarici  dublet  ədəbiyyatı  filial  kitabxanalarına
paylaşdırdı. 
İl ərzində Kitabxanaya 354 nüsxə xarici ədəbiyyat hə -
diyyə olunmuşdu. Onlardan 44-ü Yaxın və Orta Şərq İnsti-
tutunun  direktoru,  akademik  Həmid  Araslı  tərəfindən
 Ki  tab   xanaya bəxşiş edilmişdi. Bundan başqa, xarici alim -
lərdən Dr. Ali Yavuz Akpınar, Dr. Ata Dərzibaşı, Dr. Sala-
mulla  Ca vid,  Prof.  Dr.  Georq  Hazai  və  b.  Kitabxana  ilə
mütəmadi  əla qə  saxlayır,  vaxtaşırı  Bakıya  kitab  və  jurnal
göndərirdilər. 
1976-cı  ildə  Kitabxananın  Şərq  ədəbiyyatı  fonduna
1410  nüsxə  ədəbiyyat  daxil  olmuşdu.  “Türk  mitolojisi”,
Ömər Asun Aksoyun “Ata sözleri ve deyimleri” (2 cilddə),
Ata Dərzibaşının “Kerkük hoyratları ve manileri” və s. kimi
nəşrlər Şərq fondunda mühafizə olunurdu.
Ümumiyyətlə,  SSRİ  kitabxanalarının,  o  cümlədən
Mərkəzi Elmi Kitabxananın tarixində 70-ci illər beynəlxalq
kitab və informasiya mübadiləsi sahəsində yeni əməkdaşlıq
me todlarının və iş növlərinin axtarışı ilə yadda qalıb. Mə sə -
BEYNƏLXALQ İNFORMASİYA MÜHİTİ
96


lən,  İttifaq  ölkələrinin  beynəlxalq  informasiya  mühitinə
qoşulmuş kitabxanaları hələ 1972-ci ildə sosialist ölkələrinin
ki tabxanaları ilə mübadilə formasında dəyişiklik etmişdilər.
Yeni qaydalara və mübadilə şərtlərinə əsasən bütün tərəf daş -
lar yerli nəşriyyatların çap etdiyi kənd təsərrüfatı üzrə bütün
ədəbiyyatı avtomatik olaraq (ekvivalentlik gözlənilmədən)
bir-birilərinə  göndərməli  idilər.  Azərbaycan  EA  Mərkəzi
Elmi Kitabxanası da bu qaydalara riayət edərək respublikada
nəşr olunan kənd təsərrüfatı ədəbiyyatını xaricə göndərir və
müvafiq profilli elm və təhsil müəssisələrini eyni mövzulu
xarici ədəbiyyatla təmin edirdi. Lakin bəzi hallarda xarici
kitabxanaların tələblərini yerinə yetirmək mümkün olmurdu.
Belə ki, 1976-cı ildə məsələn, Bolqarıstan Kənd Təsərrüfatı
Akademiyasının tələbnaməsi üzrə sifariş yerinə yetiril mə -
miş di. Akademiyanın əldə etmək istədiyi nəşr Mərkəzi Elmi
Ki tabxananın fondunda olmadığından kitabxananın əmək -
daş ları  Kirovabad  Kənd  Təsərrüfatı  İnstitutunun  (indiki
Azərbaycan Dövlət Aqrar Universiteti) kitabxanasına mü ra -
ci ət etmiş, Universitet kitabxanası isə heç bir səbəb gös tər -
mə dən sifarişi yerinə yetirməkdən imtina etmişdi. Belə hallar
əvvəlki illərdə də baş vermişdi, başqa sözlə, respublika ki -
tabxanaları arasında fəaliyyətin əlaqələndirilməsi üzrə bir sıra
çatışmazlıqlar  mövcud  idi.  Bu  natamam  əlaqələr  təkcə
Mərkəzi Elmi Kitabxana ilə Kirovabad Kənd Təsərrüfatı İn-
stitutunun kitabxanası arasında deyil, məsələn, M.F.Axun-
dov  adına  Respublika  Kitabxanası  ilə  başqa  kitabxanalar
arasında da hökm sürürdü. Nəhayət, 1976-cı ilin sonlarında
ELMİ-MƏDƏNİ İNTEQRASİYA
97


Yüklə 213,05 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə