Babaxanova Nigar Xan qızı



Yüklə 213,05 Kb.
Pdf görüntüsü
səhifə25/61
tarix10.11.2017
ölçüsü213,05 Kb.
#9577
1   ...   21   22   23   24   25   26   27   28   ...   61

bu kimi problemləri aradan qaldırmaq məqsədilə, ilk dəfə
olaraq  Mərkəzi  Elmi  Kitabxana,  M.F.Axundov  adına  Re-
spublika Kitabxanası və Respublika Elmi-Texniki Kitabxana -
sı arasında xarici ədəbiyyatın abunəsi və seçilib göndərilməsi
prosesinin koordinasiyasına başlanıldı.
1977-ci  ildən  etibarən  Mərkəzi  Elmi  Kitabxananın
beynəlxalq  əlaqələr  yaratmaq,  kitab  mübadiləsi  aparmaq
imkanları  bir  qədər  də  genişləndi.  Belə  ki,  SSRİ  Nazirlər
Soveti Dövlət Elm və Texnika Komitəsinin, SSRİ Mədəniy -
yət Nazirliyi və SSRİ Elmlər Akademiyası Prezidiumunun
birgə qəbul etdiyi 10 noyabr 1977-ci il tarixli Qərara əsasən
“Kitabxanalara, elmi təşkilat və idarələrə kapitalist ölkələrilə
birbaşa  kitab  mübadiləsi  hüququnun  verilməsi  haqqında
SSRİ nazirlik və idarələrinin və Nazirlər Sovetinin təkliflərinə
baxılması qaydaları” təsdiq olundu. Həmin sənədə əsasən
1956-cı ildən vasitəsiz, yəni heç bir kitabxananın rəhbərliyi
və vasitəçiliyi olmadan beynəlxalq kitab mübadiləsi aparan
Mərkəzi  Elmi  Kitabxana  SSRİ  Elmlər  Akademiyasının
Tə  biət Elmləri Kitabxanası və SSRİ İctimai Elmlər üzrə Elmi
İn  formasiya İnstitutu ilə xarici ədəbiyyatın komplektləş diril -
mə  sinin  koordinasiyasını  dayandırmaq  hüququ  qazandı.
Buna  baxmayaraq,  SSRİ  Elmlər  Akademiyasının  Təbiət
Elmləri Kitabxanası elmlər akademiyalarının kitabxanalarına
tə biət elmləri üzrə, İctimai Elmlər üzrə Elmi İnformasiya
İnsti tutu isə ictimai elmlər üzrə xarici ədəbiyyatın kom plekt -
ləş  dirilməsinə nəzarəti əldən vermək istəmirdi. 
Bu ki   tab xa na ların məsul əməkdaşları vaxtaşırı Mərkəzi
BEYNƏLXALQ İNFORMASİYA MÜHİTİ
98


Elmi Ki  tabxananı ziyarət edir və xarici ədəbiyyatın mü ba -
diləsi vəziyyətini daim nəzarətdə saxlamağa çalışırdılar. Bu
nəzarətin mənfi tərəfləri olduğu kimi (məsələn, xaricə daha
çox rus dilində və siyasi ədəbiyyatın göndərilməsi tələb ol-
unurdu. Azərbaycan dilində ədəbiyyatın xarici partnyorlara
göndərilməsinə  münasibət  ürəkaçan  deyildi),  müsbət
tərəfləri də yox deyildi. Araşdırmalarımız göstərir ki, o illərdə
ABŞ, İngiltərə, Fransa və s. inkişaf etmiş ölkələrin elm və
təhsil müəssisələri mübadilə yolu ilə sanballı və nüfuzlu nəşr -
ləri, o cümlədən elmi ədəbiyyatı Moskva, Kiyev və Minsk
şəhərlərinin  iri  kitabxanalarına,  Skandinaviya,  Mərkəzi
Avropa ölkələri isə Riqa, Vilnüs və Tallin kitab xanalarına
göndərməyi daha üstün tutduğundan digər İttifaq ölkələrinə
nisbətən az ehtiyac duyulan və daha kütləvi şəkildə nəşr ol-
unan ədəbiyyat göndərilirdi. Buna görə, də Mərkəzi Elmi
Kitabxana  ETİ-lərin  profilinə  uyğun  elmi  nəşrləri  əsasən
mübadilə yolu ilə deyil, abunə və satınalma yolu ilə əldə edə
bilirdi. Bu mənada, İttifaqın iri kitabxanaları ilə əlaqələrin
mövcudluğu və xarici ədəbiyyat üzrə tələb-təklif prosesinə
nəzarət səlahiyyətinin de-fakto SSRİ Elmlər Akademiyasının
Təbiət Elmləri Kitabxanasına məxsus olması, lazım gəldikdə
həmin kitabxanadan kitabxanalararası abonement vasitəsilə
daha qiymətli xarici elmi ədəbiyyatın yerli oxuculara çat dı -
rıl masına şərait yaradırdı.
1977-ci ildə Kitabxana təkcə SSRİ kitabxanaları ilə de -
yil, 8 ölkənin 16 kitabxanası ilə beynəlxalq abonement va -
sitəsilə əməkdaşlıq edirdi. Sürix Texniki Kitabxanası, Sofiya
ELMİ-MƏDƏNİ İNTEQRASİYA
99


Elmi-Texniki Kitabxanası, Polşa EA Zoologiya İnstitutu bu
sahədə daha aktiv idilər.
Kitabxananın fonduna 16617 nüsxə xarici ədəbiyyat
da xil  olmuşdu.  Onlardan  10698-ü  beynəlxalq  mübadilə,
4253-ü abunə, qalanları isə digər mənbələrdən əldə edil -
mişdi. Həmin il xarici partnyorlara 10418 nüsxə ədəbiyyat
göndərilmişdi. Kitabxana 49 ölkənin 560 təşkilatı ilə əmək -
daş lıq edirdi. 1977-ci ildə Kitabxananın əldə etdi qiymətli
nəşrlər  arasında  Nyu-York  Kütləvi  Kitabxanasının  Şərq
kolleksiyasının 16 cildlik kataloqu, “Meyerin yeni stolüstü
lüğəti” (11 cilddə), Cəlil Məmmədquluzadənin fars dilinə
tərcümə olunmuş “Macəra-e-qarib-e-Danabaş” və s. kitablar
var idi. 
1977-ci ildə Kitabxana xaricdə Azərbaycan haqqında
nəşr olunmuş kitabları üzə çıxarmaq üçün partnyorlara mü -
ra ciət edərək müvafiq səpkidə nəşrlərin siyahısını göndər -
mə yi xahiş etmişdi. Bolqarıstanın Kiril və Mefodi adına Xalq
kitabxanası  müraciət  üzrə  siyahı  hazırlayıb  Mərkəzi  Elmi
Kitabxanaya göndərmişdi. Budapeşt Milli Kitabxanası isə
“Azərbaycan. Saraylar, qalalar, məscidlər” kitabını, AFR-dən
olan şərqşünas V.Brands “Azərbaycan müntəxabatı” kitabını
Mərkəzi  Elmi  Kitabxanaya  hədiyyə  etmişdi.  1977-ci  ildə
Kitabxana ilk dəfə Yunanıstan kitabxanaları ilə əlaqə qur -
mağa başlayır və il ərzində onlardan 6 qiymətli nəşr alır. 
1977-ci ildə Mərkəzi Elmi Kitabxana Moskva Bey nəl -
xalq  Kitab  sərgisində  iştirak  edərək  bir  sıra  xarici  nəş riy -
yatlarla əməkdaşlıq etməyə başladı. 
BEYNƏLXALQ İNFORMASİYA MÜHİTİ
100


Həmin il Şərq dillərində kitabxanaya daxil olan nəşr -
lərin ümumi sayı 1152 nüsxə idi. İraqlı professor Abdüllətif
Bəndəroğlu, Yuqoslaviya alimi Hafiz Nemətulla ilə də əla -
qələr qurulmuşdu. Bu əməkdaşlıq nəticəsində Kitabxanaya
türk, ərəb, fars dillərində qiymətli kitablar daxil olurdu.
1978-ci  ildə  Mərkəzi  Elmi  Kitabxana  14462  nüsxə
xarici ədəbiyyat, o cümlədən 2486 nüsxə kitab və 11690
nüsxə  dövri  nəşr  əldə  etmişdi.  Nəşrlərdən  9858  nüsxəsi
beynəlxalq kitab mübadiləsi vasitəsilə alınmışdı. Əvəzində
tərəfdaşlara  8998  çap  vahidi  göndərilmişdi.  Qeyd  etmək
lazımdır ki, 1-ci Moskva Beynəlxalq Kitab yarmarkasında
(1977) sifariş edilən 150 kitabdan 74-ü artıq ilin əvvəlində
Kitabxanaya daxil olmuşdu. Həmin ilin göstəricilərinə görə
Kitabxana 50 ölkənin 580 elmi müəssisəsi ilə əməkdaşlıq
edirdi. Kitabxana xarici alimlərlə də əməkdaşlığını davam et-
dirir və yeni əlaqələr qururdu. Məsələn, Türkiyəli alimlər
Zeynalabdin Makas və Hüseyn Unalla sıx münasibətlər ya -
ranmışdı. 1978-ci ildə İndiana Universitetinin (Bluminqton,
ABŞ) professoru İlhan Başgözün Kitabxanaya gəlməsi və
əməkdaşlıq imkanlarını müzakirə etməsi söylənilənləri bir
daha təsdiqləyir. 
1979-cu ildə Mərkəzi Elmi Kitabxana 16 yeni təşkilatla
(Türkiyə Mədəniyyət Nazirliyi, Nyu-York Botanika Bağının
Kitabxanası, Çikaqo Universiteti və s.) beynəlxalq kitab və
in formasiya mübadiləsinə başladı. Beləliklə, xarici part nyor -
la rın sayı 590-a çatdı. 6 xarici elm-təhsil və kitab ticarəti mü -
əssisəsi  ilə  (Fransa  Mühəndislər  Cəmiyyəti,  İrlandiyanın
ELMİ-MƏDƏNİ İNTEQRASİYA
101


Yüklə 213,05 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə