Babaxanova Nigar Xan qızı



Yüklə 213,05 Kb.
Pdf görüntüsü
səhifə3/61
tarix10.11.2017
ölçüsü213,05 Kb.
#9577
1   2   3   4   5   6   7   8   9   ...   61

və mədəniyyət sahəsində qəbul olunan demək olar ki, bütün
sənədlərdə kitabxanalara, onların inkişafına və beynəlxalq
aləmə inteqrasiyasına xüsusi diqqət yetirilmişdir. “Azər bay -
can  Respublikasında  kitabxana-informasiya  sahəsinin
2008-2013-cü  illərdə  inkişafı  üzrə  Dövlət  Proqramı”nda,
“Azər   baycan Respublikasında kitabxana-informasiya şəbə -
kə sinin inkişafı və kitabxana xidmətlərinin təkmilləşdirilməsi
üzrə Dövlət Proqramının (2015-2020-ci illlər) layihəsi”ndə,
“Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında,
“2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Stra -
te giyası”, “Azərbaycan Respublikasında informasiya cəmiy -
yə tinin  inkişafına  dair  2014-2020-ci  illər  üçün  milli
stra     tegiya”da və digər sənədlərdə kitabxanaların beynəlxalq
in  fomühitə çıxışının təmin olunması ilə bağlı müddəaların
mövcudluğu söylənilənləri bir daha təsdiq edir. Bu, eyni za-
manda, kitab mübadiləsi sahəsində beynəlxalq əməkdaşlığın
dövlət üçün, cəmiyyət üçün əhəmiyyətini, aktuallığını mü -
əy yənləşdirməyə imkan verir. Təqdirəlayiq haldır ki, 60 il sis-
temli şəkildə davam edən beynəlxalq kitab mübadiləsi və
onun inkişaf etdirilməsi, prosesin yenilənməsi, mo dern ləş -
di rilməsi bu gün də dövlətin mədəniyyət siyasətində prior-
itet məsələ olaraq qalır və aktuallığını itirmir. Digər tərəfdən,
Azərbaycan  kitabxanalarının  yarım  əsrdən  artıq  zaman
çərçivəsində həyata keçirdiyi beynəlxalq kitab mübadiləsi
fəaliyyətinin hələ də kompleks şəkildə elmi-nəzəri təhlilə
cəlb edilməməsi bu tədqiqatı aktuallaşdırır.
Monoqrafiya Azərbaycan kitabxanalarının, o cümlədən
ELMİ-MƏDƏNİ İNTEQRASİYA
9


respublikada beynəlxalq kitab mübadiləsi mərkəzi hesab ol-
unan  AMEA  Mərkəzi  Elmi  Kitabxanasının  beynəlxalq
əlaqələrinin tarixi aspektdə öyrənilməsinə həsr olunub. Mə -
sə ləyə bu cür yanaşma, başqa sözlə Mərkəzi Elmi Ki tab xa -
nanın nümunəsində Azərbaycan kitabxanalarının beynəlxalq
kitab mübadiləsi tarixinin araşdırılması bu sahənin müasir
və ziyyətini və gələcək inkişaf perspektivlərini müəyyən ləş -
dir mək, öyrənmək və təhlil etmək üçün də real zəmin ya ra -
dır.
Sistematik və kompleks şəkildə olmasa da, Azərbaycan
kitabxanalarının  beynəlxalq  kitab  mübadiləsi  prosesində
iştirakı müxtəlif əsərlərdə öz əksini tapıb. Professor A.Xə -
ləfovun [38-46] əsərlərində iri Azərbaycan ki tab xa na la rının
beynəlxalq  təşkilatlarla  əməkdaşlıq  məsə lələrinə  yer  ve -
rilmişdir. Filol.ü.e.d. A.Əliyeva-Kən gərlinin [20-32] əsər lə -
rində AMEA Mərkəzi Elmi Kitabxanasının beynəlxalq ki tab
sərgiləri və layihələrdə iştirakı, yeni texnologiyalar va sitəsilə
milli-mədəni irsin təbliği problemləri araşdırıl mış dır. 
Professor M.Qasımlının [59-60; 103], İ.İsmayılovun
[52-54], M.Manafovanın [62-64] əsərlərində Azərbaycan
kitabxana, nəşriyyat və kitab cəmiyyətlərinin kitab mü ba di -
ləsi sahəsindəki fəaliyyətinə müxtəsər tarixi nəzər salın mış -
dır. 
M.Muradovanın [70-72], L.Vassermanın [99], p.ü.f.d.
R.Ka zımovun [124-125], L.Ağacanovanın [4, 84-90], K.Ta -
hi rovun [80] kitab və məqalələrində AMEA Mərkəzi Elmi
Kitabxanasının və digər iri kitabxanaların müxtəlif illərdə
BEYNƏLXALQ İNFORMASİYA MÜHİTİ
10


həyata keçirdiyi beynəlxalq əməkdaşlıq fəaliyyətlərinə yer
ve rilmişdir.
Beynəlxalq kitab mübadiləsi tarixinin araşdırılması ba -
xı mından isə qərb alimlərindən C.S.Parker [186], P.Havard-
Uilyams [168], C.P.Danton [160-161], P.C.Lor [179-182],
R.V.Reyvard [188-189], rus alimlərindən K.Bakulin [96]
Q.Yevstiqneyeva [110-111], Q.M.Kruqlik [122], V.M.Su-
vorova [146], S.M.Qrişina [107-109] və O.İ. Talalalkinanın
[147] əsərləri diqqəti cəlb edir. Bu əsərlərdə “beynəlxalq ki -
tab mübadiləsi” anlayışı terminoloji cəhətdən şərh edilmiş,
pro sesin inkişaf tarixi və mövcud problemləri araşdırılmış,
kitab mübadiləsinin sosial-iqtisadi, tarixi, təşkilati aspektləri
tədqiq olunmuşdur. Bununla yanaşı, qeyd olunan əsərlərdə
bey nəlxalq kitab mübadiləsinin zəruriliyi elmi-nəzəri cəhət -
dən əsaslandırılmış, kitabxana fondlarının komplekt ləş diril -
mə sində müstəsna əhəmiyyət kəsb edən mübadilə işinin əsas
istiqamətləri müəyyənləşdirilmişdir.
Bütün bunlara baxmayaraq, hazırkı monoqrafiyaya qə -
dər  Azərbaycan  kitabxanalarının,  o  cümlədən  AMEA
MEK-nin beynəlxalq elmi-mədəni əla qə lərinin tarixi, kitab
mübadiləsi  sahəsindəki  beynəlxalq  fə aliyyətləri  və  infor-
masiya mühitinə inteqrasiya problemləri ayrıca elmi təhlilə
cəlb olunmamışdır. Azərbaycan kitabxanalarının kitab və in-
formasiya  mübadiləsi  sahəsindəki  çoxillik  təcrübəsi  yerli
müəlliflərin sadalanan əsərlərində geniş və ümumiləşdirilmiş
şəkildə deyil, səthi formada əks olunduğundan, aparılmış bu
tədqiqat işi yenidir.
ELMİ-MƏDƏNİ İNTEQRASİYA
11


Monoqrafiyada AMEA Mərkəzi Elmi Kitabxanasının
və Azərbaycanın digər iri kitabxanalarının arxiv materialları
və hesabatları araşdırılmış, A.A.Xələfovun [38-46], A.İ.Əli -
ye va-Kəngərlinin [20-32], M. Qasımlının [59-60; 103] və
di gər tarixçi və kitabxana işi mütəxəssislərinin son illərdə
nəşr etdirdiyi əsərlərdən mənbə kimi istifadə edilmişdir. 
Məqsədimiz  Azərbaycan  kitabxanalarının,  xüsusilə,
AMEA Mərkəzi Elmi Kitabxanasının beynəlxalq kitab mü-
ba diləsi prosesində iştirak tarixini araşdırmaq, tarixin müx -
tə lif mərhələlərində kitabxanaların əldə etdiyi təcrübələri
təh lil etmək, həmin təcrübə əsasında davam edən müasir
əmək daşlıq əlaqələrinin nəzəri-təşkilati əsaslarını müəy yən -
ləş  dirmək, kitabxanaların beynəlxalq informasiya mühi tin -
dəki rolu və yerini təyin etmək, müvafiq sahədə mövcud olan
prob lemləri  nəzərdən  keçirmək  və  onların  həlli  yollarını
göstərmək, mübadilə işində beynəlxalq təcrübədən istifadə
səviyyəsini öyrənmək və milli kontentin dünya informasiya
mühitinə inteqrasiya perspektivlərini açmaqdan ibarətdir. 
Bu məqsədlə  müəyyənləşdirdiyimi vəzifələr 
“beynəl -
xalq kitab mübadiləsi” və “informasiya mühiti” an la yışlarını
el mi cəhətdən şərh etmək; beynəlxalq kitab mü ba diləsi tar-
ixini araşdırmaq; Azərbaycan kitabxanalarının bey  nəlxalq
əməkdaşlıq tarixini faktiki materiallar əsasında təd qiq etmək;
tədqiqata cəlb olunmuş problemin nəzəri cə hət dən öyrə nil -
mə səviyyəsini müəyyənləşdirmək; AMEA Mər  kəzi Elmi
Kitab xanasının beynəlxalq elmi kommuni ka si ya mühitin də -
ki funksiyalarını və yerini təyin etmək; Azər bay can ki tab xa -
BEYNƏLXALQ İNFORMASİYA MÜHİTİ
12


Yüklə 213,05 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə