Babaxanova Nigar Xan qızı



Yüklə 213,05 Kb.
Pdf görüntüsü
səhifə31/61
tarix10.11.2017
ölçüsü213,05 Kb.
#9577
1   ...   27   28   29   30   31   32   33   34   ...   61

klublarına və s. qədər gedib çıxırdı. 
Kitabxanaşünas alim, professor X.İ.İsmayılov məqa lə -
sin də [50, s. 26] yazır ki, 70-80-ci illərdə Ulu öndər Heydər
Əli yevin rəhbərliyi ilə bir çox sahələrdə olduğu kimi, kənd
təsərrüfatı və sənayenin inkişafında da çox böyük inkişaf
yaranmışdı. Kənd əhalisinin peşə istiqamətləri dəyişmiş, yeni
peşələr və sahələr meydana gəlmişdi. Kolxoz və sovxozlarda
istehsala xidmət edən yeni texnikadan istifadə genişlənmiş,
texnikadan istifadə edəcək mexanizatorların da sayı xeyli
artmışdı.  Belə  bir  şəraitdə  texnika  və  kənd  təsərrüfatının
bütün sahələrinə maraq artmışdı. Bunun nəticəsində kənd
təsərrüfatı, texnika, sənaye və s. sahələr üzrə ədəbiyyatın əldə
edilməsi əsas vəzifələrdən biri kimi qarşıda dururdu. Oxu -
cuların bu sahəyə olan maraqlarını ödəmək məqsədilə həm
mər kəzləşdirilmiş kitabxana sistemləri (MKS), həm bey -
nəlxalq, həm də Respublika səviyyəsində kitabxana lar ara sı
mübadilə yolu ilə bu tipli kitabların komplekt ləş diril məsinə
geniş  yer  verilirdi.  Maraqlı  yeniliklərdən  biri  kimi  kənd
yerlərində  olan  MKS-lərə  xüsusi  nəqliyyat  növü-avto ki -
tabxanaların  ayrılması  həmin  dövr  üçün  olduqca  vacib
şərtlərdən biri idi. Ona görə ki, bu dövrdə bir sıra yaşayış
məntəqələri və sahələrdə stasionar kitabxanalar yox idi. 
Yeri gəlmişkən, bugün kənd təsərrüfatı üzrə ixtisas laş -
mış kitabxanalardan məsələn, Respublika Elmi Kənd Tə sər -
rüfatı Kitabxanası xarici nəşrlərin komplektləşdirilməsi üzrə
sahəvi kitabxana kimi regionda aparıcı mövqelərdən birini
tutur. Kitabxana beynəlxalq kitabxanalararası mübadilə yolu
BEYNƏLXALQ İNFORMASİYA MÜHİTİ
122


ilə MDB-nin kənd təsərrüfatı kitabxanalarının 47-si ilə, eyni
zamanda Beynəlxalq kitab mübadiləsi yolu ilə Polşa, Koreya,
Fransa, Almaniya, Turkiyə və başqa ölkələrin kitabxanaları
ilə beynəlxalq mübadilə aparır [13, s.70]
Beləliklə, aydın olur ki, ötən əsrin 70-80-ci illərində res -
pub likada  Mərkəzi  Elmi  Kitabxana  ilə  yanaşı  beynəlxalq
kitab və informasiya mübadiləsinə müxtəlif səviyyələrdə qo -
şul muş və yaxud bu prosesə qoşulmadan xarici çap məh sul -
larını əldə edən kitabxanalar mövcud olmuşdur. Bir məqamı
xüsusilə nəzərə almaq vacibdir ki, o illərdə respublikamızın
bir çox kitabxanalarında xarici ədəbiyyat fondlarının kom -
plektləşdirilməsi məhz Mərkəzi Elmi Kitabxananın yaxından
iştirakı ilə baş tuturdu. Məsələn, 1970-1980-ci illərdə Mər -
kəzi Elmi Kitabxanadan respublikanın iri kitab xa  na la rına, o
cümlədən M.F.Axundov adına Dövlət Ki tabxanasına, Re-
spublika Elmi-Texniki Kitabxanasına Akademiyanın elmi-
tədqiqat  müəssisələrinin  profilinə  uyğun  olmayan  5000
nüs xə xarici ədəbiyyat hədiyyə olunmuşdu.
80-ci illərin son illərində Mərkəzi Elmi Kitabxananın
bey nəlxalq kommunikasiya və mübadilə fəaliyyətinə gəlincə,
qeyd etməliyik ki, 1989-ci ildə Kitabxanaya 13117 nüsxə
xarici kitab və jurnal daxil olmuşdu. 
Sofiya Geologiya Komitəsi (Bolqarıstan), Belqrad Ri -
ya ziyyat İnstitutunun Kitabxanası (keçmiş Yuqoslaviya), Ha-
vana Mərkəzi Elmi-texniki Kitabxanası (Kuba), Vellinqton
Texniki  informasiya  Sektoru  (Yeni  Zelandiya),  eləcə  də
Meksikanın, İsveçin, Venesuelanın ümumilikdə 18 təşkilatı
ELMİ-MƏDƏNİ İNTEQRASİYA
123


ilə ilk dəfə kitab mübadiləsi məhz həmin ildə yaradılmışdı.
Tehran, Məşhəd, Bağdad və Təbriz Universitetlərinin kitab -
xa naları, İslam mədəniyyətinin tədqiqi Mərkəzi, “Türk folk-
loru”,  “Milli  kültür”,  “Kardeş  edebiyatlar”,  “Size”,  “Yurd”,
“Varlıq” jurnallarının redaksiyası, İraq, İran, Türkiyə və Mi -
sirin milli kitabxanaları, həmçinin Əli Yavuz Akpınar, Rəhim
Raisniya, Arslan Fasihi, Orxan Şaiq, İbrahim Bozel, Hüseyn
Gədikli, Nizaməddin Onq, Nurəddin Qərəvi və s. kimi xarici
dövlətlərdə yaşayan alimlərlə beynəlxalq əməkdaşlıq daha
aktiv şəkildə aparılırdı.
Ümumiyyətlə, 1980-1990-cı illərdə Azərbaycan böyük
beynəlxalq elmi tədbirlərin mərkəzinə çevrilmişdi. Bu dövr -
də Bakıda 90-dan yuxarı beynəlxalq elmi konfrans, simpoz-
ium, konqres və digər elmi xarakterli tədbirlər keçirilmişdi
[60].
80-ci illərin sonlarında ölkədə qeyri-sabit siyasi vəziy -
yətin hökm sürməsinə baxmayaraq, Almaniyanın tanınmış
Şpringer-Verlaq  nəşriyyatının  Mərkəzi  Elmi  Kitabxanada
artıq 5-ci dəfə ədəbiyyat sərgisi təşkil etməsi Kitabxananın
beynəlxalq və lokal elmi informasiya mühitindəki nüfuzun-
dan xəbər verirdi. Təsadüfi deyil ki, ötən əsrin 70-ci illə rin -
dən başlanan bu əməkdaşlıq, Azərbaycan müstəqillik əldə
etdikdən  sonra  da  davam  etmiş  və  öz  real  bəhrəsini  ver -
mişdir. Belə ki, 2012-ci ilin yanvar ayında Azərbaycan Milli
Elmlər Akademiyası alimlər üçün xarici elmi informasiya
təminatı mənbələrini müəyyənləşdirərkən üstünlüyü yeni -
dən Şpringer nəşriyyatının məhsullarına, o cümlədən elek-
BEYNƏLXALQ İNFORMASİYA MÜHİTİ
124


tron bazasına vermiş və nəşriyyatla uzunmüddətli mü qa vilə
imzalanmışdır. Həmin müqaviləyə əsasən, AMEA-nın insti-
tut və təşkilatları, həmçinin ölkə universitetləri “Şpringer”
beynəlxalq elmi bazasının rəqəmsal kitabxanasından istifadə
imkanı qazanmış, istifadəçilərin “Şpringer”in təklif etdiyi
xidmətlərə, arxiv materiallarına, eləcə də yeni nəşrlərə (elmi
jurnallar, kitablar, konfrans materialları və s.) ödənişsiz on-
layn çıxışı təmin olunmuşdur. Şpringer-in nümayəndələri
Asda Kotani və Sıtkı Aktaş ilə görüş zamanı bu bazaya Azər -
baycan alimlərinin də elmi işlərinin daxil edilməsi məsələsi
müzakirə olunmuş, ölkəmizin elmi tədqiqat qurum larında
bu beynəlxalq bazanın xidmətlərindən səmərəli istifadəni
təmin etmək üçün mütəmadi təlim seminarlarının keçiril -
mə sinə başlanmışdır.
1989-cu ildə Azərbaycan EA-nın Mərkəzi Elmi Kitab -
xanası SSRİ Dövlət Ümumi Elmi-Texniki Kitabxa na sında
(RDÜETK) təşkil olunan “Xarici nəşrlər haqqında avto mat -
laşdırılmış elmi-texniki məlumatlandırma sistemi” adlı toplu
kataloqun yaradılması işinə qoşulmuşdu. Bu proses Ümu-
mittifaq  kitabxanalarında  toplanmış  xarici  nəşrlərə  vahid
mənbədən baxış imkanı yaradırdı. Mərkəzi Elmi Kitab xa na -
nın əməkdaşları bu sistemin informasiya təminatını Azər -
baycan Respublikası müstəqilliyini əldə edənədək davam
etdirmişlər. 
Ümumiyyətlə, 80-ci illərin sonları Mərkəzi Elmi Kitab -
xananın istər daxili, istərsə də beynəlxalq biblioqrafik infor-
masiya fəaliyyətində durğunluq dövrü kimi xarakterizə oluna
bilər.
ELMİ-MƏDƏNİ İNTEQRASİYA
125


Yüklə 213,05 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə