Babaxanova Nigar Xan qızı



Yüklə 213,05 Kb.
Pdf görüntüsü
səhifə32/61
tarix10.11.2017
ölçüsü213,05 Kb.
#9577
1   ...   28   29   30   31   32   33   34   35   ...   61

Məsələn, 1986-1990-cı ilin planında Kitabxanaya daxil
ola-caq ədəbiyyatın ilbəil artımı nəzərdə tutulmuşdu. Plana
əsasən 1985-1990-cı illərdə Kitabxanaya 203800 nüsxə kitab
və broşür, o cümlədən xarici ədəbiyyat və dövrü mətbuat
alınmalı idi. Lakin 80-cı illərin sonunda ölkədə baş verən
hadisələr bütün sahələrə olduğu kimi kitabxanalara da öz
təsirini  göstərdi  və  kitabxanaya  daxil  olan  yeni  nəşrlərin
kəmiyyət və keyfiyyət göstəriciləri xeyli aşağı düşdü. Belə ki,
80-cı illərin sonu və 90-cı illərin əvvəllərində MEK-ın infor-
masiya ehtiyatlarının artımı təqribən 10 dəfə azaldı. 
Azərbaycan  kitabxanaşünaslığının  banisi,  görkəmli
kitabxanaşünas alim, professor A.Xələfov “Heydər Əliyev və
kitabxana işi” adlı əsərində o dövrün tarixi hadisələrini belə
xatırlayır: “80-ci illərin ikinci yarısından başlayaraq Sovetlər
İttifaqında aparılan yenidənqurma işlərinin iflasa uğraması,
ölkədə baş verən iqtisadi böhran öz təsirini Azərbaycana da
göstərmişdi.  Respublikada  bütün  sahələrdə  olduğu  kimi
kitabxana  işi  sahəsində  də  ciddi  problemlər  yaranmışdı.
Kitabxana  işinə  ayrılan  maliyyə  vəsaiti  xeyli  azalmışdı  və
ayrılan vəsait öz təyinatı üzrə xərclənmirdi. 1988-ci ildən
başlayaraq respublikada iqtisadi və siyasi böhran daha da
kəskinləşdi. İdarəetmədə ciddi hərc-mərclik, xaos baş alıb
getməyə başladı. 1988-ci ilin axırlarından alovlanmağa baş -
la yan qondarma Dağlıq Qarabağ problemi bu böhran daha
da  dərinləşdirdi.  Ölkədə  mədəniyyət  müəssisələrinin,  o
cümlədən kitabxana işinin vəziyyəti olduqca pisləşdi. 1993-
cu ilə qədər davam etmiş bu proses kitabxana işinə olduqca
BEYNƏLXALQ İNFORMASİYA MÜHİTİ
126


böyük zərbə vurmuş, torpaqlarımızın erməni vandalları tərə -
fin dən işğalı zamanı 4 milyon nüsxə kitabı olan 982 kitabx-
ana məhv edilmişdi. 
AXC-Müsavat cütlüyünün hakimiyyəti dövründə ki -
tab xanalara ayrılan vəsait olduqca azaldılıb minimuma en -
dirilmiş, özəlləşdirmə adı altında kitabxanaların binalarının
əllərindən  alınması  kampaniyası  başlanmışdı.  Bu  dövrdə
AXC-Müsavat rəhbərliyinin yuxarı dairələrində elmi müəs -
si sələrin, mədəniyyət ocaqlarının bağlanması haqqında sər -
səm  fikirlər  səslənməyə  başlanmış,  bir  çox  mədəniyyət
mü   əssisələrinin  və  kitabxanaların  binası  əlindən  alınmış,
kitabxanalar bağlanmışdı.
1992-ci ildə Respublika Tibb Kitabxanasının binası
alınıb  Amerika  səfirliyinə  verilmiş,  kitabxana  başqa  yerə
köçürülmüşdü. Həmkarlar İttifaqının ən böyük kitabxanası
olan Qubkin adına kitabxananın da taleyi belə olmuşdu. Belə
misalların sayını artırmaq olar. Əgər bu proses davam etsə
idi, respublikamızın kitabxana ictimaiyyəti böyük faciə qar -
şısında qala bilərdi”.
Bütün bu tarixi hadisələrin nəticəsi kimi, 1990-cı ildə
Mərkəzi  Elmi  Kitabxananın  beynəlxalq  kitab  mübadiləsi
sahəsində fəaliyyətinin zəifləməsi qaçılmaz idi. Təkcə onu
demək  kifayət  edər  ki,  həmin  il  Kitabxana  planlaşdırılan
9430 nüsxə xarici ədəbiyyat əvəzinə 2100 nüsxə ədəbiyyat
əldə etmişdi. Beynəlxalq kitab mübadiləsi yolu ilə partnyor-
lara cəmi 1921 ədəbiyyat nüsxəsi göndərilmişdi. Kitabxana
yalnız 19 ölkənin 230 təşkilatı ilə əməkdaşlıq əlaqəsi yarada
bilmişdi.
ELMİ-MƏDƏNİ İNTEQRASİYA
127


Sonrakı  illərdə  Azərbaycan  Respublikasının  Dövlət
müstəqilliyini bərpa etməsi və hakimiyyətə Ümummilli lider
Heydər  Əliyevin  gəlməsi  nəticəsində  kitabxana  işində,  o
cümlədən kitabxanaların beynəlxalq əlaqələrinin inkişafında
yeni dirçəliş dövrü başlandı.
Ümumiyyətlə, beynəlxalq informasiya mühiti və kitab
mübadiləsindən, Mərkəzi Elmi Kitabxananın beynəlxalq əla -
qələrinin yaranması və inkişafı tarixindən bəhs edən I fəslin
statistik göstəricilərini, nəticələrini, elmi-nəzəri fabulasını
təhlil edərkən belə qənaət hasil olur ki, elmi və elmi-texniki,
iri kütləvi kitabxanalar üçün lokal informasiya şəbəkəsinin
bir parçası kimi fəaliyyət göstərmək kifayət etmir və bu tip
kitabxanaların beynəlxalq informasiya mühitinə qoşulması
onlar  üçün  həyati  əhəmiyyət  daşıyır.  Azərbaycan  Milli
Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanası ölkədə
1929-cu ildə beynəlxalq kitab və elmi informasiya müba di -
ləsinə  başlamış  ilk  kitabxana  kimi  uzun  illər  bu  sahədə
təcrübə qazanmış, 1955-ci ilədək SSRİ Dövlət Kitabxanası
və SSRİ Elmlər Akademiyasının Kitabxanası vasitəsilə, 1956-
cı ildən isə bu kitabxanaların vasitəçiliyi olmadan beynəlxalq
elmi kommunikasiyalar qurmuş və Azərbaycan müstəqillik
əldə edənədək respublikanın beynəlxalq kitab mübadiləsi
mərkəzi kimi fəaliyyət göstərmişdir. 
60 il ərzində Mərkəzi Elmi Kitabxana ümumilikdə, 55
ölkənin 600-ə yaxın kitabxanası, elm və təhsil müəssisəsi, 70-
dən artıq əcnəbi alimi ilə elmi informasiya və kitab mü ba di -
lə si aparmış, bu illər ərzində xaricdən mübadilə və abunə
BEYNƏLXALQ İNFORMASİYA MÜHİTİ
128


yolu vasitəsilə 400 mindən artıq çap məhsulu əldə olunmuş,
yarım  milyondan  artıq  kitab  və  jurnal  isə  partnyorlara
göndərilmişdi. Bu illər ərzində Mərkəzi Elmi Kitabxanada
nüfuzlu  Qərb  nəşriyyatlarının  10-dan  artıq  sərgisi  təşkil
olunmuş, xaricdə təşkil olunan sərgilərə “Elm” nəşriyyatının
nəşrləri göndərilmişdi. Bununla yanaşı, Kitabxananın bey -
nəlxalq informasiya mühitində olduğu 60 il ərzində 20-dən
artıq xarici kitabxananın nümayəndəsi kitabxananı ziyarət
etmiş, ikitərəfli əməkdaşlıq memorandumları imzalanmışdı.
Ötən illərdə Mərkəzi Elmi Kitabxananın beynəlxalq
kitab və informasiya mübadiləsi sahəsində əldə etdiyi bu
zəngin təcrübə, sonrakı illərdə, xüsusən də 2000-ci illərdən
etibarən Kitabxananın informasiya mühitindəki mövqeyini
xeyli gücləndirmişdir.
(1992-2015-ci illər)
1980-ci illərin sonu 90-cı illərin əvvəlləri Ermənistan
SSR-də yaşayan azərbaycanlı əhalinin kütləvi deportasiyası,
Ermənistanın Azərbaycana ərazi iddialarının əməli müs tə -
viyə  keçməsi,  Dağlıq  Qarabağın  erməni  qəsbkarları  tə -
rəfindən işğalı və Azərbaycanın öz müstəqilliyini qazanması
ilə yadda qaldı. Ağır itkilər hesabına əldə edilmiş bu müs -
təqilliyin ilk illəri mədəniyyət tariximizin səhifələrində silin -
məz izlər buraxdı: minə qədər kitabxana, mədəniyyət evi,
məktəb və s. erməni işğalçıları tərəfindən yağmalandı, məhv
ELMİ-MƏDƏNİ İNTEQRASİYA
129


Yüklə 213,05 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə