Babaxanova Nigar Xan qızı



Yüklə 213,05 Kb.
Pdf görüntüsü
səhifə33/61
tarix10.11.2017
ölçüsü213,05 Kb.
#9577
1   ...   29   30   31   32   33   34   35   36   ...   61

edildi, informasiya infrastrukturuna külli miqdarda ziyan vu-
ruldu.
“Azərbaycan Respublikasında kitabxana–informasiya
sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proq -
ramı”nın preambulasında da qeyd olunduğu kimi, ötən əsrin
90-cı  illərinin  əvvəllərində  ölkədə  baş  verən  hadisələr
kitabxanaların da fəaliyyətinə mənfi təsir göstərdi, kitab nəşri
və kitab təchizatı sistemi tamamilə iflic vəziyyətinə düşdü,
onların maddi-texniki bazası olduqca zəiflədi. Bütün bunlar
kitabxana sahəsinin tənəzzülünə səbəb oldu. Nəticədə kitab -
xanalar real və potensial oxucularını itirdi, xeyli sayda kitabx-
analar bağlandı, əksəriyyəti oxucu tələbatını ödəyə bilmədi
və mövcud ştat vahidləri ixtisar edildi. 1990-cı ildən etibarən
respublika  üzrə  kitabxanaların  ümumi  kitab  fondlarında
nüsxələrin azalması prosesi başladı. Bunun əsas səbəbi Er -
mə nistan silahlı qüvvələri tərəfindən respublika ərazisinin
20 faizinin işğal olunması nəticəsində 9 Mər kəzləşdirilmiş
Kitabxana  Sisteminin,  927  kitabxananın  tamamilə  məhv
edilməsi, kitabxanaların yeni nəşrləri almaq üçün vəsaitlə
təmin  edilməməsi,  habelə  kitabxana  fond la rından  məz -
munca əhəmiyyətini itirmiş və mənəvi cəhətdən köhnəlmiş
kitabların çıxarılması idi. 
O illərdə beynəlxalq kitab mübadiləsi sahəsində aparıcı
kitab xanalar-AMEA-nın  Mərkəzi  Elmi  Kitabxanası  və
M.F.Axun dov adına Azərbaycan Dövlət Kitabxanası (indiki
Milli Kitabxana) oxucuların xarici ədəbiyyatla təminatında
çox böyük çətinliklərlə üzləşmişdilər. Belə ki, əvvəlki illərdə
BEYNƏLXALQ İNFORMASİYA MÜHİTİ
130


olduğu kimi, xarici ədəbiyyatın ittifaq daxilində kitabxa na -
lar arası abonement yolu ilə hərəkəti dayanmış, valyuta eh ti -
yatları xeyli azalmışdı. 1991-ci ilin oktyabr-noyabr ay  la rında
Moskva şəhərində keçirilən “Beynəlxalq kitab mü badiləsinin
müasir vəziyyəti və əsas istiqamətləri” adlı IV Ümumittifaq
müşavirəsi  də  post-sovet  məkanındakı  kitab xa naların  bu
sahədəki fəaliyyətini normallaşdırmaq baxı mından əhəmiy -
yətli olmadı.
1991-ci ilin dekabrından etibarən Mərkəzi Elmi Kitab -
xana beynəlxalq aləmdə yaranmış qeyri-stabil vəziyyət və
maliyyə  çətinliyi  üzündən  xarici  tərəfdaşlarla  əlaqələrini
kəsmək məcburiyyətində qaldı. Bir-birinin ardınca Çexoslo-
vakiya Şərqşünaslıq İnstitutu, Polşanın “Orpan”, Hollan diyanın
“Scientia” nəşriyyatları, Əfqanıstan Mərkəzi Ki   tab  xanası, İor-
daniya Kütləvi Kitabxanası, Təbriz Universiteti və s. kimi
müəssisələrlə kitab mübadiləsi və ədəbiyyat sifarişi dayan -
dırıldı. Bunun ardınca yerli qəzetlərin ABŞ-ın Kolumbiya
Universitetinə göndərilməsi təxirə salındı. Həm Qərb, həm
də Şərq ədəbiyyatı fonduna daxilolmalar 5 dəfə azaldı. Bütün
bunlar azmış kimi, Mərkəzi Elmi Kitabxananın Akademiya
binasının zirzəmisində yerləşən xarici ədəbiyyat fondu bi -
nanın nasazlığı ucbatından dəfələrlə yağış sularında islanmış
və  yararsız  hala  düşmüşdü.  Kitabxana  rəhbərliyinin  bu
məsələləri Akademiya rəhbərliyi qarşısında bir neçə dəfə
qaldırması da fayda verməmiş, vəziyyətin yaxşılaşdırılması
ilə  bağlı  nəsə  etmək  mümkün  olmamışd.  Onu  da  nəzərə
almalıyıq ki, o illərdə nəinki Mərkəzi Elmi Kitabxananın,
ELMİ-MƏDƏNİ İNTEQRASİYA
131


ümumiyyətlə Azərbaycan Elmlər Akademiyasının gələcək
ta leyi sual altında idi. Hakimiyyət təmsilçilərinə görə, aka -
de  miya bağlanmalı, onun tarixi binası isə başqa məq səd lər
üçün istifadə olunmalı idi. 
Eyni aqibətlə M.F.Axundov adına Milli Kitabxana da
üzləşmişdi. Mərkəzi Elmi Kitabxana kimi, buraya da SSRİ
məkanından ədəbiyyatın daxil olması tamamilə dayanmış və
kitabxana yalnız yerli nəşriyyatlar hesabına komplektləşməyə
başlamışdı. Lakin yerli nəşriyyatlar çox az miqdarda ədə -
biyyat çap etdiklərindən fondu komplektləşdirmək müm -
kün  olmurdu.  Bütün  bunlar  90-cı  illərinin  əvvəllərində
res publikada kitab nəşri işinə və kitabxanaların kitabla təc -
hi zatı prosesinə biganə münasibətin acı nəticələri idi və bu
gös təricilər getdikcə pisləşirdi. Baş verənlərin fonunda kitab -
xa naların binaları əllərindən alınır, qiymətli kitab fondları
küçələrə  tökülür,  özəlləşdirmə  adı  altında  qanunsuz  işlər
görülürdü 
Elmlər Akademiyasının binası kimi, Milli Kitabxananın
da binasına müştəri gözü ilə baxanlar, onun zəngin fondunun
bir hissəsinin həyətə tökülərək yandırılmasını israrla tələb
edənlər də var idi [80].
Bütün bu xoşagəlməz hadisələr və itkilər onunla kom-
pensasiya olunurdu ki, ölkə müstəqillik əldə etmiş və mər -
kəz dən asılılıq ləğv olunmuşdu. 
1991-ci  ildə  Mərkəzi  Elmi  Kitabxananın  direktoru
M.Həsənovanın Türkiyə Mədəniyyət Nazirliyinin dəvəti ilə
bu ölkəyə səfəri, Türkiyə Milli Kitabxanası və Ankara Uni-
BEYNƏLXALQ İNFORMASİYA MÜHİTİ
132


versitetinin Kitabxanası ilə əməkdaşlıq müqaviləsi bağlaması
o dövr üçün olduqca mütərəqqi addım idi. Çünki, o vax tadək
Azərbaycan kitabxanaçıları heç bir kapitalist ölkəsinə səfər
etməmiş və Mərkəzi Elmi Kitabxananın, eləcə də digər iri
kitabxanaların  Qərb  kitabxana  və  nəşriyyatları  ilə  mü -
qavilələri bir qayda olaraq, ancaq Bakıda imzalanmışdı. 
90-cı illərin əvvəllərində Mərkəzi Elmi Kitabxananın
beynəlxalq kitab mübadiləsini yaxşılaşdırmaq səyləri göz lə -
nilən  nəticələr  vermədi.  İqtisadi  çətinliklər  ucbatından
itirilən partnyorların sayı günü-gündən çoxalır, xarici ədə -
biy yat fondlarını yeniləmək, yerli nəşrləri isə xaricə gön -
dərmək çətinləşirdi. 1989-1991-ci illər ərzində Kitabxananın
itirdiyi tərəfdaşların sayı 100-ü ötmüşdü. Təkcə 1992-ci ildə
Mərkəzi Elmi Kitabxana 40 xarici elm və təhsil müəssisəsi ilə
əlaqələrini kəsməli olmuşdu. Onların arasında Kabil Univer-
sitetinin Kitabxanası, Əlcəzair Universitetinin Kitabxanası,
İraq Mədəniyyət Nazirliyi, “Qardaşlıq” nəşriyyatı və b. vardı.
1973-cü ildə Azərbaycan Elmlər Akademiyasının Elmi
Tədqiqat İnstitutlarının kitabxanalarının fəaliyyətini əla qə -
lən dirmək məqsədilə yaradılmış Akademiya Kitab xa na la -
rının  Mərkəzləşdirilmiş  Sistemi  həmin  ildə  maliyyə
ça  tış mazlığından və uzun sürən fəaliyyətsizlikdən sonra ləğv
edildi.
1990-1992-ci illər ərzində Mərkəzi Elmi Kitabxananın
maddi-texniki bazası o qədər zəifləmişdi ki, artıq oxuculara
ənənəvi  xidmətləri  göstərmək  ağır  zəhmət  bahasına  başa
gəlirdi. 1991-ci ilin son aylarından etibarən Kitabxana bir
ELMİ-MƏDƏNİ İNTEQRASİYA
133


Yüklə 213,05 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə