Babaxanova Nigar Xan qızı



Yüklə 213,05 Kb.
Pdf görüntüsü
səhifə36/61
tarix10.11.2017
ölçüsü213,05 Kb.
#9577
1   ...   32   33   34   35   36   37   38   39   ...   61

min olundu. 1995-ci ildə isə Azərbaycanda ilk veb sayt –
AMEA-nın www.ab.az (www.science.gov.az saytının ilkin
versiyası) saytı yaradıldı. 1996-cı ildən başlayaraq “AzEvro-
Tel” və “Ultel” birgə müəssisələri lokal telekommunikasiya
şəbəkəsi üzrə xidmət göstərməyə başladı. 1995-ci il dekabrın
9-da Bakı şəhərində Azərbaycanda ilk beynəlxalq telefon
stansiyasının, habelə yenidən qurulmuş Şəhərlərarası Tele-
fon Stansiyasının açılışı oldu. Azərbaycanda yeni texnolo gi -
ya  ların  tətbiqinə,  telekommunikasiya  infrastrukturunun
mo dernləşdirilməsinə start verildi, ilk elektron ATS-lər qu-
ruldu [1]. 
Bütün  bunlar  əlbəttə  ki,  kitabxanaların  fəaliyyətinə
müsbət təsir göstərdi, elektron poçt xidməti vasitəsilə bey -
nəl xalq  informasiya  mübadiləsi  üçün  yeni  üfüqlər  açıldı.
Azərbaycan Elmlər Akademiyasının alim və mütəxəssislərinə
biblioqrafik informasiya xidmətini daha da təkmilləşdirmək
məqsədilə  Kitabxanada  kompüterlərdən,  daha  dəqiq,  o
dövrün terminologiyası ilə ifadə etsək, fərdi elektron hesab -
layıcı maşınlardan istifadə olunmağa başlandı. Kitabxananın
“Xarici ədəbiyyatın komplektləşdirilməsi və beynəlxalq kitab
mübadiləsi şöbəsi” ilə “Şərq ədəbiyyatı” şöbəsi xarici ədəbiy -
yatın tematik komplektləşdirilməsinin planını qurmaq üçün
diferensial xidmətin o dövr üçün mütərəqqi hesab olunan
“Məlumatın seçilib paylanması” sistemindən istifadə etməyə
başladılar. Bu sistem daim fəaliyyətdə olan əks əlaqəni mü -
əyyən etməklə, abonentə hər bir biblioqrafik məlumata rəy
bildirmək  imkanı  verirdi.  Həmin  proses  AMEA  Mərkəzi
BEYNƏLXALQ İNFORMASİYA MÜHİTİ
142


Elmi Kitabxanasında 70-ci illərdən etibarən başlanan bib-
liometrik araşdırmaların davam etdirilməsi üçün real zəmin
yaratmışdı. Belə ki, xarici ədəbiyyata olan münasibəti sual-
cavab, sorğu-təminat mexanizmi vasitəsilə təftiş edən Kitabx-
ana komplektləşdirmə zamanı daha dəqiq seçim edə bilirdi.
Artıq 1995-ci ildə Kitabxananın “Məlumatın seçilib pay lan -
ması” avtomatlaşdırılmış sistemində 24618 xarici ədəbiy ya -
tın biblioqrafik yazısı mövcud idi. Bu baza imkan verirdi ki,
fərdi elektron hesablayıcı maşınların oxuduğu maqnit lent -
lərdə “Mərkəzi Elmi kitabxanaya daxil olan xarici ədəbiyyat”
adlı illik kataloqlar yaradılmağa başlamışdı. 
1995-ci ildə Mərkəzi Elmi Kitabxana 42 ölkənin 480
təş kilatı ilə əməkdaşlıq edirdi. Həmin il Kitabxana ilə beynəl -
xalq kitab mübadiləsində iştirak edən qurular arasına Fransa
Mədəniyyət Nazirliyi, Yaponiya Vaseda Universitetinin ki -
tab  xanası, İsveçrə Botanika Muzeyi də əlavə olunmuşdu. 
1995-1996-cı illərdə ABŞ Konqres Kitabxanası Mər -
kə zi Elmi Kitabxana ilə Xüsusi Kitabxanalar Assosia si yası
arasında əməkdaşlıq əlaqəsi yaratmışdır. O vaxt bu əlaqə
nəticəsində  Mərkəzi  Elmi  Kitabxanaya  ABŞ  universi tet -
lərindən 915 nüsxə ədəbiyyat göndərilmişdi.
Xüsusi Kitabxanalar Assosiasiyası sahəvi, elmi, ixtisas -
laşmış kitabxanaları özündə birləşdirən nüfuzlu qurumlar-
dan biridir. 75 ölkədə 9000-dən artıq üzvi olan bu bey nəl xalq
təşkilatın əsası 1909-cu ildə Birləşmiş Ştatlarda qoyulub. As-
sosiasiya ildə səkkiz dəfə “Information Outlook” adlı bül-
leten nəşr edir və üzv kitabxanalara göndərir.
ELMİ-MƏDƏNİ İNTEQRASİYA
143


90-cı illərdə Mərkəzi Elmi Kitabxana ilə yanaşı bir sıra
universitet kitabxanaları və Milli Arxiv Fondu da öz istiqa -
mətlərinə uyğun olaraq beynəlxalq təşkilatlarla əməkdaşlıq
edirdilər. Məhz həmin dövrdən etibarən Azərbaycan Texniki
Universitetinin kitabxanası Elmi-Texniki Universitet Kitab -
xana larının  Beynəlxalq  Assosiasiyası  ilə  sıx  əməkdaşlıq
etməyə başlamışdı. Elmi-Texniki Universitet Kitabxana la -
rının Beynəlxalq Assosiasiyasının (IATUL) əsası 1955-ci
ildə Almaniyanın Düsseldorf şəhərində qoyulub. Assosiasi -
ya nın  əsas  məqsədi  texniki  universitet  kitabxanalarının
fəaliyyətini əlaqələndirmək və bu kitabxanalarla müştərək
layihələr həyata keçirməkdən ibarətdir.
Azərbaycan Milli Arxiv İdarəsinin sıx əməkdaşlıq etdiyi
qurum isə Arxivlərin Beynəlxalq Şurasıdır. Arxivlərin Bey -
nəl xalq Şurası arxivlər üzrə beynəlxalq əməkdaşlığın inkişa -
fı nı  təmin  edən  beynəlxalq  qeyri-hökumət  təşkilatıdır.
1948-ci ildə Parisdə yaradılan Şuranın 190 ölkədən 1400-
dən çox üzvü var. Şuranın əsas missiyası arxivlərin toplan -
ması, mühafizəsi, bərpası və təkrar nüsxələrinin yaradılması
üzrə beynəlxalq standartları müəyyən etməkdən və dünya
arxiv idarələri arasında əlaqə yaratmaqdan ibarətdir. 
1993-cü ildə Şura “Arxiv sənədlərinin beynəlxalq təsvir
qaydaları”nı (ISAD- International Standard Archival De-
scription) hazırlamışdır.
Mərkəzi Elmi Kitabxana Yaxın Şərq Kitabxanaçılarının
Avropa Assosiasiyası, Xüsusi Kitabxanalar və İnformasiya
Bürosu Assosiasiyası (ASLIB), Avropa Elmi Kitabxanalar
BEYNƏLXALQ İNFORMASİYA MÜHİTİ
144


Konsorsiumu (CERL), Avropa Kitabxana-İnformasiya və
Sənəd Assosiasiyaları Bürosu (EBLIDA) ilə də uzun illərdən
bəri əməkdaşlıq edir.
2000-ci ildən etibarən Mərkəzi Elmi Kitabxana Ame -
rika Kitabxana Assosiasiyasının (ALA) üzvüdür. Amerika
Kitabxana Assosiasiyası dünyanın ən qədim kitabxana quru-
mudur. 
Amerika Kitabxana Assosiasiyası (ALA) beynəlxalq
səviyyədə kitabxana işini və kitabxanaçılıq təhsilini təşviq
edən, mərkəzi qərargahı Amerika Birləşmiş Ştatlarında yer -
ləşən qeyri-kommersiya təşkilatıdır. 1876-cı ildə Filadel fi ya -
da yaradılan qurumun fərdi üzvlərinin sayı 62000-i ötüb.
2011-ci ildən Mərkəzi Elmi Kitabxana Assosiasiyanın “Ame -
ri can libraries” adlı aylıq elmi-kütləvi jurnalını alır. Mərkəzi
Elmi Kitabxana eyni zamanda, Amerika Kitabxana Assosi a -
si ya sının bir bölməsi olan Kitabxana və İnformasiya Tex -
nologiyaları Assosiasiyasında da təmsil olunur (LITA).
Beynəlxalq təşkilatlarla əməkdaşlıq sahəsində Mərkəzi
Elmi Kitabxana ilə yanaşı Azərbaycan Milli Kitabxanası və
Pre zident kitabxanası da son 10 il ərzində kifayət qədər uğur -
lu nəticələr əldə ediblər.
Milli Kitabxana 2001-ci ildən Avrasiya Kitabxanalar
As sambleyasının (BAE), 2003-cü ildən Avropa Milli Kitab -
xa naları  Konfransı  təşkilatının  (CENL),  2007-ci  ildən
Türkdilli ölkələrin Milli Kitabxanalar Şurasının və İqtisadi
Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin Milli Kitabxana
Direktorları Şurasının üzvüdür. Kitabxana həmin təşkilat la -
ELMİ-MƏDƏNİ İNTEQRASİYA
145


Yüklə 213,05 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə