Babaxanova Nigar Xan qızı



Yüklə 213,05 Kb.
Pdf görüntüsü
səhifə44/61
tarix10.11.2017
ölçüsü213,05 Kb.
#9577
1   ...   40   41   42   43   44   45   46   47   ...   61

siya sistemləri" mövzusunda keçirilən seminarında iştirak
etmişlər. 
Həmin  ildən  etibarən  Azərbaycan  kitabxanalarının
bey nəlxalq elmi konfrans və kitab sərgilərində təmsil olun -
ması daha da intensivləşmiş və bir sıra uğurlu beynəlxalq
layihələr həyata keçirilmişdir.
2004-cü ilin noyabr ayının 15-dən 19-dək Moskva vila -
yə tinin Zveniqorod şəhərində keçirilən "Kitabxanalar üçün
informasiya  texnologiyaları,  kompüter  sistemləri  və  çap
məhsulları.  LİBKOM  2004"  VIII  Beynəlxalq  konfrans-
sərgidə MEK-nın iki əməkdaşı- AMEA MEK-nın direktoru,
f.e.d. A.İ. Əliyeva-Kəngərli və elmi işlər üzrə direktor müavini
F.Hüseynova iştirak etmişlər. 
Mərkəzi Elmi Kitabxananın “LİBCOM 2004” Beynəl -
xalq Konfransda iştirakının ən mühüm nəticəsi “İRBİS-64”
avtomatlaşdırılmış kitabxana-informasiya sisteminin əldə
edilməsi olmuşdur. 
Konfransın işi seksiyalar üzrə aparılmış, kitabların və
av tomatlaşdırılmış kitabxana-informasiya sistemlərinin təq -
dimatı keçirilmiş, müzakirələr aparılmışdır. Burada keçirilən
sərgidə Kitabxana Azərbaycanla bağlı qiymətli nəşrlər nü -
ma yiş etdirmiş və sərgidən sonra isə həmin ədəbiyyat Rusi -
ya nın  Milli  Kitabxanasına,  Rusiya  EA  Kitabxanasına  və
Ru siya  Dövlət  kütləvi  elmi-texniki  kitabxanaya  hədiyyə
edilmişdir. 
21-23 sentyabr 2005-ci il tarixində Moskvada “Bey -
nəlxalq elmi və mədəni əlaqələrin inkişafında kitab nəşrinin
ELMİ-MƏDƏNİ İNTEQRASİYA
175


rolu” mövzusunda beynəlxalq elmi konfrans keçirilmiş, kon-
fransda AMEA MEK-in direktoru, f.e.d. A.İ. Əliyeva-Kən -
gərli  “AMEA  MEK-də  beynəlxalq  kitab  mübadiləsinin
inkişafı məsələləri” mövzusunda məruzə ilə çıxış etmişdir.
2005-ci il noyabrın 16-19-dək Tunisdə Birləşmiş Mil -
lətlər Təşkilatı və Beynəlxalq Telekommunikasiya İttifaqı tə -
rə findən  təşkil  edilmiş  “İnformasiya  Cəmiyyəti  üzrə
Ümum    dünya Sammiti”ndə Mərkəzi Elmi Kitabxananın nü -
ma  yəndəsi də iştirak etmiş, Azərbaycan nümayəndə heyə -
tinin tərkibində ölkəmizi təmsil etmişdir. 
2007-ci il may ayının 2-dən 11-dək Tehran şəhərində
XX Beynəlxalq kitab sərgisi keçirilmiş, burada Kitabxana
tərəfindən Azərbaycanda çap olunmuş müxtəlif elm sahələri
üzrə 500 nüsxə ədəbiyyat nümayiş etdirilmişdir.
Həmin ilin sentyabr ayının 19-dan 21-dək Kitabxa na -
nın nümayəndələri Moskva şəhərində keçirilən “Post-sovet
məkanında elmi kitab” mövzusunda beynəlxalq elmi kon-
frans işinə qatılmış, təcrübə mübadiləsi aparmışlar.
Kitabxananın direktoru tədbirdə “AMEA-da elmi təd -
qi qatların informasiya təminatında MEK-in nəşriyyat fəaliy -
yətinin rolu” mövzusunda məruzə ilə çıxış etmişdir.
2008-c il fevral ayının 28-də Mərkəzi Elmi Kitab xa -
nanın sərgi salonunda Almaniya Xarici İşlər Nazirliyinin,
Alman Tədqiqat Mərkəzi və Höte İnstitutunun “İnsanlar və
kitablar”  birgə  layihəsi  çərçivəsində  tədbir  keçirilmişdir.
Tədbirdə AMEA-nın prezidenti, akademik Mahmud Kəri -
mov, Almaniyanın Azərbaycandakı səfiri Per Kristofer Stan -
BEYNƏLXALQ İNFORMASİYA MÜHİTİ
176


çina, Akademiyanın, Mərkəzi Elmi Kitabxananın, səfirliyin
nümayəndələri iştirak etmişlər. Orta Asiya və Şərqi Avropa
ölkələrində  mövcud  olan  aparıcı  kitabxanaları  almandilli
elmi ədəbiyyatla zənginləşdirmək məqsədi daşıyan layihə
üzrə kitabxanaya birinci mərhələdə dəyəri 5 min avro olan
elmi ədəbiyyat hədiyyə edilmişdir. 
Həmin il oktyabr ayının 6-dan 13-dək Türkmənistanın
Aşqabad şəhərində keçirilən “Qızıl əsrin qızıl nəşrləri” adlı
III Beynəlxalq kitab sərgi – yarmarkasında 22 ölkədən 108
kitabxana və nəşriyyatla yanaşı, Azərbaycan kitabxanaçıları,
o cümlədən Mərkəzi Elmi Kitabxananın da nümayəndəsi
iştirak etmişdir.
Sərgi-yarmarkanın əsas məqsədi–Türkdilli xalqların
ədəbiyyatının  təbliği,  nəşriyyat  və  kitabxanalar  arasında
yaradıcı, texniki, iqtisadi əlaqələrin yaradılması, kitabxanalar
arasında təcrübə və kitab mübadiləsi, dünya ədəbiyyatı ilə
tanışlıq olmuşdur.
Mərkəzi  Elmi  Kitabxana  sərgidə  bir  çox  kitablarla
yanaşı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyevin  “Azərbaycan  dilində  latın  qrafikası  ilə  kütləvi
nəşrlərin həyata keçirilməsi haqqında” 12 yanvar 2004-cü il
tarixli sərəncamı ilə nəşr olunan 150 nüsxə kitabı da nümayiş
edilmişdir  və  sərgi  bitdikdən  sonra  onları  Türkmənistan
kitabxanalarına hədiyyə etmişdir.
2008-ci ildən etibarən Mərkəzi Elmi Kitabxana Frank-
furt, Moskva, İstanbul və Tehran beynəlxalq kitab sərgisində
fəal iştirak etməklə bu əhəmiyyətli tədbirin daimi iştirak -
ELMİ-MƏDƏNİ İNTEQRASİYA
177


çılarından birinə çevrilmişdir. 2014-cü ilədək həmin sərgidə
Azərbaycanın  uğurlarını,  elmi  nailiyyətlərini  əks  etdirən
12000-dən  artıq  dəyərli  ədəbiyyat  nümayiş  etdirilmiş  və
dünyanın müxtəlif ölkələrindən gəlmiş ziyarətçilərə paylan -
mışdır.
2008-ci  il  oktyabr  ayının  20-dən  26-dək  Moskvada
“Bey  nəlxalq  elmi  və  texniki  informasiya  mərkəzinin”
(BETİM) və “SWETS” təşkilatının (Niderland) birgə təş ki -
latçılığı ilə keçirilmiş “Dünya elektron kitabxanalarına çıxışın
tə min olunması” adlı beynəlxalq seminar-konfransda Mər -
kəzi Elmi Kitabxana da BETİM-in tamhüquqlu üzvü kimi
təmsil  olunmuş,  Kitabxananın  əməkdaşlı  4000-dən  artıq
nəşriyyatın təqdim etdiyi 160 min elmi jurnal, 2 milyon elek -
tron kitab və 830 qəzetin cəmləşdiyi sistemin  ya radılması
yolları,  işləmə  mexanizmi,  idarə  olunması  və  oxu  cuların
istifadəsinə verilməsilə ilə bağlı seminara qa tılmış, Azər bay -
can  elmi  jurnallarının  bu  platformada  nü mayiş  olunması
imkanlarını öyrənmişdir.
Seminarın nəticəsi olaraq ötən əsrin əvvəllərində ya ra -
dılan və informasiya mübadiləsi sahəsində kifayət qədər bö -
yük təcrübəyə malik “SWETS” təşkilatı iştirakçıları veri lənlər
bazasına daxilolma sertifikatları ilə təmin etmiş və bunun
əsasında Mərkəzi Elmi Kitabxananın oxucuları ilkin olaraq
dünyada  nəşr  olunan  760  qəzetin  elektron  versiyası  ilə
tanışlıq imkanı əldə etmişlər. 
2008-ci il noyabr ayının 17-dən 21-dək Moskva vila -
yə tinin Zveniqorod şəhərində ənənəvi “Kitabxanalar üçün
BEYNƏLXALQ İNFORMASİYA MÜHİTİ
178


Yüklə 213,05 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə