Babaxanova Nigar Xan qızı



Yüklə 213,05 Kb.
Pdf görüntüsü
səhifə45/61
tarix10.11.2017
ölçüsü213,05 Kb.
#9577
1   ...   41   42   43   44   45   46   47   48   ...   61

informasiya  texnologiyaları,  kompüter  sistemləri  və  nəşr
məhsulları. LİBCOM – 2008” XII Beynəlxalq konfrans-sərgi
keçirilmiş, Azərbaycan Respublikasından 8 nəfər nüma yən -
də, Mərkəzi Elmi Kitabxananın direktoru f.e.d. A.İ. Əliyeva-
Kəngərli də iştirak etmişdir. 
Konfrans çərçivəsində ənənəvi olaraq bir sıra problem
və məsələlər müzakirə edilmiş, elektron resurslar, elektron
kitabxanalar və İnternet-texnologiyaları; elektron informa -
siya əsrində kitabxana fondlarının formalaşmasının mü asir
problemləri və texnologiyaları; avtomatlaşdırılmış kitabx-
ana-informasiya sistemlərinin və elektron kitab xanaların lin-
qvistik və informasiya təminatı; professional və informasiya
etikası üçün yeni texnologiyalar; yeni təcrübə və innovasiya;
İnternetdə etika və s. bu kimi mövzular ətrafında fikir mü -
badiləsi aparılmışdır. Konfrans zamanı keçirilən seminar-dis -
kussiyalarda müasir cəmiyyətdə kitabxanaların fəaliyyətinin
hüquqi  aspektləri  və  kitabxana-informasiya  sahəsi  üzrə
mütəxəssislərin hazırlanması problemi də müzakirə edilmiş,
İRBİS Avtomatlaşdırılmış kitabxana-informasiya siste min -
dən istifadə edən kitabxana əməkdaşlarının I qurultayı ke çi -
rilmiş və həmin proqramın yeni modulları (əlavələri) təqdim
olunmuşdur. 
Ümumiyyətlə, 2008-ci il Mərkəzi Elmi Kitabxananın
beynəlxalq  tədbirlərdə  iştirakı  baxımından  kifayət  qədər
məhsuldar illərdən hesab olunur. Həmin il noyabr ayının 19-
22-dək Qazaxıstan Milli elmi-texniki informasiya Mərkə zi -
nin təşkilatçılığı ilə Alma-Ata şəhərində keçirilmiş “Elm və
ELMİ-MƏDƏNİ İNTEQRASİYA
179


zaman çağırışları” adlı konfransda Kitabxananın əməkdaşı
da iştirak etmiş, konfrans çərçivəsində “Beynəlxalq Elmi-
texniki informasiya Mərkəzinə üzv dövlətlərin Koordinasiya
Şurasının 16-cı yığıncağı təşkil olunmuşdur. 
Konfrans iştirakçıları informasiya cəmiyyəti şəraitində
elmin  inkişaf  perspektivləri,  qlobal  elektron  massivlərin
yaradılması  məsələləri,  elmi  nəşrlərin  elektron  formada
tərtibi qaydaları ilə yaxından tanış olmuşlar. Habelə, tədbir
iştirakçıların  internet  vasitəsilə  oxuculara  elektron  sənəd
kütləsinin ötürülməsi mexanizmi, lokal və İntranet şəbəkədə
elektron sənəd dövriyyəsi məsələləri haqqında geniş məlu -
mat verilmişdir. Konfransın 2-ci günü sərgi keçirilmiş və bu-
rada Azərbaycandan aparılmış müxtəlif kitablar, o cümlədən
Qarabağ həqiqətlərini özündə əks etdirən ədəbiyyat nümayiş
olunmuşdur. 
2009-cu il noyabr ayının 16-dan 20-dək Moskva vi la-
yə tinin  Zveniqorod  şəhərində  Rusiya  Federasiyasının
Mədəniyyət Nazirliyi, Beynəlxalq kitabxana, informasiya və
analitik mərkəzinin (Amerika, Vaşinqton), Rusiya Dövlət
kütləvi elmi – texniki kitabxanasının təşəbbüsü ilə XIII-cü
Beynəlxalq “Kitabxanalar üçün informasiya texnologiyaları,
kompyuter sistemləri və nəşriyyat məhsulları” (LİBKOM -
2009) adlı konfrans-sərgi keçirilmişdir. Tədbirdə Rusiyanın
və MDB dövlətlərinin ən iri kitabxanalarının nümayəndə
heyəti iştirak etmişdir. 
2009-cu ilin noyabr ayının 24-25-i tarixində Rusiyanın
Moskva  şəhərində  Beynəlxalq  elmi-texniki  informasiya
BEYNƏLXALQ İNFORMASİYA MÜHİTİ
180


Mərkəzində “Elm, texnika və innovasiya biznesi üçün elek-
tron informasiya resursları” adlı konfransda Mərkəzi Elmi
Kitabxana  Azərbaycanı  təmsil  etmişdir.  Konfransda  elm,
texnika və iqtisadiyyat sahəsində elektron resursların hazır -
lan ması  üzrə  ixtisaslaşmış  Şpringer,  ALJC,  MyiLibrary,
Press Display, “Kluwer Law and Business” kimi nəşriyyatların
məhsullarının təqdimatı keçirilmiş, oxucuların bu mənbə -
lər dən istifadə imkanları müzakirə edilmişdir.
2009-cu  il  dekabr  ayının  3-də  Kitabxana  Almaniya
səfirliyi  ilə  birgə  AMEA  Rəyasət  Heyətində  “Almandilli
ədəbiyyat üzrə Nobel mükafatçıları - 1945-ci ildən sonra”
mövzusunda tədbir keçirmişdir.
Almaniyanın Azərbaycandakı səfiri cənab Peer Stank-
ina  və  müxtəlif  səfirliklərin  nümayəndələrinin  iştirakı  ilə
keçirilmiş sərginin əsas məqsədi Nobel mükafatı və bu mü -
kafata  layiq  görülmüş  görkəmli  şəxsiyyətlərin  həyat  və
yaradıcılığı haqqında 100-ə yaxın kitabın, ensiklopedik ma -
te rialların, elektron resursların, mətnli plakatların və foto şə -
killərin nümayişi və təbliği olmuşdur. Eyni zamanda Nobel
mü kafatçılarının həyat və yaradıcılığı haqqında müasir dün -
ya ədəbiyyatına öz töhfəsini vermiş yazıçılardan H.Hessenin
“Muncuq oyunu”, N.Zaksın “Ölüm”, H.Böllün “Qatar vax -
tın da gəldi”, Q.Qrassın “Dəmir baraban”, “Siçovul”, “Kam ba -
lık”, “Yerli narkoz”, E.Yelinekin “Sevgililər”, “Ölü uşaqlar”,
“Pianoçu” kimi romanları və digər əsərləri burada sərgilən -
mişdir.
2011-ci ildə Mərkəzi Elmi Kitabxananın əməkdaşları
ELMİ-MƏDƏNİ İNTEQRASİYA
181


ənənəvi olaraq “LİBKOM” konfransı, İstanbul Beynəlxalq
Kitab Sərgisi, Buenos-Ayres Beynəlxalq kitab yarmarkasına
qatılmış, Katoloniya Milli Kitabxanasının dəvətilə İspa ni -
yada,  Milli  Mərkəzi  Kitabxananın  dəvəti  ilə  isə  İtaliyada
olmuş,  kitabxanaşünaslıq  sahəsində  əməkdaşlıq  barədə
razılıq əldə etmişlər. 
Həmin  il  Çexiya  Milli  Kitabxanasının  nümayəndə
heyəti, Türkiyə, İngiltərə, Almaniyadan olan alim və ziyalılar
Mərkəzi Elmi Kitabxananın qonağı olmuşlar.
2012-ci  ildə  Mərkəzi  Elmi  Kitabxana  6  beynəlxalq
tədbirdə Azərbaycanı təmsil etmişdir: Türkiyənin Ankara
şəhərində təşkil olunmuş “Türk Şurası Kitabxanaları: möv -
cud vəziyyət, problemlər və tövsiyələr” adlı beynəlxalq sim-
poziumda,  İstanbulda  “İstanbul  Türkiyə  Azərbaycan
Dərnəyi”nin təşkil etdiyi tədbirdə, yenə orada Beynəlxalq
Kitab sərgisində, İtaliyanın Milan şəhərində təşkil olunmuş
“Türk mədəniyyəti, incəsənəti və mədəni irsinin mühafizəsi”
adlı VI beynəlxalq simpoziumda, Özbəkistan Respublikası
Elmlər Akademiyasının Elmi Kitabxanasında təşkil olunan
tədbirdə, ABŞ Dövlət Departamentinin Vaşinqtonda təşkil
etdiyi “Amerika mədəniyyəti və kitabxanaları” adlı mübadilə
proqramında.
Həmin il Mərkəzi Elmi Kitabxana Yaponiyanın Nippon
Fondunun dəstəyi ilə həyata keçirilən “Yaponiyanı mütaliə
et” adlı layihənin qalibi olmuşdur. Layihəyə əsasən, müasir
Yaponiyanı  dərk  etmək  məqsədilə  siyasət  və  beynəlxalq
əlaqələr,  iqtisadiyyat  və  biznes,  cəmiyyət  və  mədəniyyət,
BEYNƏLXALQ İNFORMASİYA MÜHİTİ
182


Yüklə 213,05 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə