Babaxanova Nigar Xan qızı



Yüklə 213,05 Kb.
Pdf görüntüsü
səhifə50/61
tarix10.11.2017
ölçüsü213,05 Kb.
#9577
1   ...   46   47   48   49   50   51   52   53   ...   61

qi barədə" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il
6 iyul tarixli 668 nömrəli Fərmanının 1.1.3-cü ya rım  bəndinin
icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respub lika -
sının Nazirlər Kabineti 14 mart 2013-cü ildə "Beynəlxalq
standart eyniləşdirmə nömrələrinin verilməsi Qaydaları"nı
təsdiq etmişdir. Qərara əsasən Azərbaycan Respublikasının
Müəllif  Hüquqları  Agentliyi  ISBN,  ISMN,  ISSN,  ISAN,
ISRC üzrə beynəlxalq agentliklərlə razılaş dır maq la bey nəl -
xalq standart eyniləşdirmə nömrələrinin ve ril mə si ilə bağlı
işləri təşkil edir. ISBN, ISMN, ISSN, ISAN, ISRC beynəlxalq
standart eyniləşdirmə nömrələri bey nəl xalq agentliklərin
Azərbaycan Respublikası üzrə milli mər kəz     ləri vasitəsilə ver-
ilir.  Azərbaycan  Respublikasının  əra      zi sində  bütün  növ
daşıyıcılarda  olan  kitablarda,  not  nəşr lə rində  və  audio-
videoyazılarda müvafiq beynəlxalq ey ni ləş dirmə nömrə ləri -
nin (ISBN, ISMN, ISRC) istifadəsi məc    buri, dövri nəşrlərdə
və  audiovizual  əsərlərdə  isə  bey nəlxalq  eyniləşdirmə
nömrələrinin (ISSN, ISAN) istifadəsi könüllüdür. Bey nəl -
xalq eyniləşdirmə nömrələrinin verilməsi üzrə milli mər -
kəzlər  beynəlxalq  eyniləşdirmə  nömrələrinin  reyestrini
apa rır, istifadəçilər haqqında məlumat bazası yaradır, onlara
ey niləşdirmə nömrələrinin verilməsi barədə məlumat kitab -
çalarını nəşr edir, hüquqi və fiziki şəxslərin, həmçinin dövlət
or qanlarının sorğuları əsasında məlumat bazalarından çıxa -
rışlar verir.
Azərbaycanda ISBN və ISMN nömrələrinin verilməsi
ilə Xəzər Universitetinin müvafiq agentlikləri məşğul olur. 
ELMİ-MƏDƏNİ İNTEQRASİYA
199


Beynəlxalq standart eyniləşdirmə nömrələri haqqında
bir  qədər  məlumat  verməklə  onların  funksiyalarını  daha
dəqiq anlamaq olar. Məsələn, ISBN (International Standard
Book Number) 1972-ci ildə Beynəlxalq Standartlaşdırma
Təşkilatı (ISO) tərəfindən hazırlanan və üzv ölkələrin razılığı
ilə qəbul edilmiş beynəlxalq kitab nömrələmə sistemidir.
ISBN unikal nömrədir və yalnız bir kitab üçün nəzərdə tu-
tulur. Azərbaycanda bu standart 2000-ci illərin əvvəllərindən
geniş tətbiq edilməyə başlanıb.
ISBN-lər 13 rəqəmdən ibarətdir. Ədədlər və rəqəmlər
bir-birindən  defislə  ayrılan  5  qrupa  bölünür:  birinci  üç
rəqəm (978) EAN (European Article Number- Avropa /
Beynəlxalq Əmtəə Nömrəsi) kodudur. İkinci qrup nəşrin
çap edildiyi ölkəni, üçüncü qrup naşiri, dördüncü qrup ma-
teriala aid sıra nömrəsini müəyyənləşdirir. Beşinci qrup isə
ISBN-nin doğruluğunun yoxlamaq üçün təyin olunan bir
rəqəmdən ibarətdir. 
Məsələn, “Proqres” nəşriyyatının 2014-cü ildə nəşr et-
diyi “Turan Cavid. Ömür salnaməsi” adlı nəşrin ISBN-i 978-
9952-8244-3-8-dir.  Burada  978  ədədi  beynəlxalq  əmtəə
nömrəsini, 9952 ədədi nəşrin Azərbaycana aid olduğunu,
8244 ədədi nəşrin “Proqres” nəşriyyatında çap edildiyini, 3
rəqəmi cari ildə nəşr olunan kitabların sayını, 8 rəqəmi isə
yoxlama nömrəsini göstərir.
ISO 2108:2005-ISBN həm kitabı identifikasiya etmək,
həm  kitabxanalararası  kitab  mübadiləsini  asanlaşdırmaq,
həm  də  kataloqlaşdırma  fəaliyyətini  sürətləndirmək
BEYNƏLXALQ İNFORMASİYA MÜHİTİ
200


baxımından ciddi beynəlxalq əhəmiyyət daşıyan standartdır. 
ISO  tərəfindən  hazırlanan  (ISO  10957:2009)  digər
standart  isə  Beynəlxalq  standart  musiqi  nömrəsi  və  ya
ISMN-dir  (ing.  International  Standard  Music  Number).
ISMN  musiqi  kitablarının  beynəlxalq  identifikasiya  ko-
dudur. Bu kod, kitabın çap olunduğu yer və nəşriyyat üzrə
verilən  nömrədir.  Kitabxanalar  tərəfindən  ISMN  musiqi
nəşrlərini  ayırd  edərkən  istifadə  olunur.  Hal-hazırda  13
rəqəmli ISMN kodundan istifadə edilir. Hər ISMN kod dörd
hissədən ibarətdir: məsələn: 9790-01302-3344-7. Burada
9790-musiqi ədəbiyyatı sənayesini bildirən prefiks, 01302-
nəşriyyatın kodu, 3344-kitabın eyniləşdirmə nömrəsi, 7 isə
yoxlama rəqəmidir.
Digər beynəlxalq standartlardan biri də ISSN-dir. İn-
gilis  dilindən  (International  Serial  Standard  Number)
tərcümədə Beynəlxalq Standart Seriya Nömrəsi mənasını
verən və bütün dünyada dövri nəşrlərə tətbiq olunan ISSN
həm də kitabxanalararası mübadilədə xüsusi identifikator
rolunda çıxış edir. ISSN çapolunma yerindən, dilindən, for -
ma tından  asılı  olmayaraq,  ardı  davam  edən  nəşrləri  ey -
niləşdirməyə  imkan  verən  8  rəqəmli  unikal  nömrədir.
Kitabxanalar bir nəşrin ISSN-ni bilməklə onu eyniadlı digər
nəşrdən  fərqləndirir  və  jurnalların  komplektləşdirilməsi
zamanı ondan istifadə edirlər. 
Azərbaycanda nəşr olunan bir çox jurnalların, xüsusilə
də  elmi  jurnalların  ISSN-i  var.  Hazırda  beynəlxalq  ISSN
mərkəzi Fransanın Paris şəhərində yerləşir. Təşkilat kağız
ELMİ-MƏDƏNİ İNTEQRASİYA
201


formasında çap olunan jurnallara ISSN verdiyi kimi, elektron
versiyası olan jurnallara da e-ISSN tətbiq edir. Bir jurnalın
hər 2 nömrəni, yəni həm ISSN, həm e-ISSN daşıması müm -
kün dür  və  günün  tələbləri  nöqteyi-nəzərindən  vacibdir.
Çünki hazırda bir çox elmi jurnallar müəllifləri və oxucuları
ilə həm də İnternet üzərindən əlaqə qurur, məqalə qəbul
edir, müəlliflərə rəyvermə prosesinin nəticələrini onlayn iz -
lə məyə imkan yaradır. Əgər bütün bunlarla yanaşı, jurnalda
mə qalələr həm də PDF formatında oxucuların istifadəsinə
ve rilirsə, belə nəşrin elektron eyniləşdirmə nömrəsinə eh -
tiyac var. 
Nəhayət, Azərbaycanda yenicə tətbiq olunmağa baş -
lan mış və kitabxanaların işini asanlaşdıracaq ISO 3901, yəni
ISAN/ISRC - audiovizual əsərlərin beynəlxalq standart ey -
ni liyini  müəyyən  edən  nömrə  barədə:  bu  kodla  audio-
videoyazıların müxtəlif versiyaları nömrələnir. Bu yolla eyni
musiqinin, eyni videonun müxtəlif yazıları, redaksiyaları və
remiksləri müxtəlif ISAN/ISRC koduna malik olur. ISAN
kodları həm fiziki, həm də hüquqi şəxlər üçün Yerli ISAN
Agentlikləri tərəfindən verilir.
Bu kodlar həmişə 12 simvoldan ibarət olur və “AZ-033-
014-OEP23” (defislər kodun tərkib hissəsi deyildir və ancaq
bu kodun oxunmasını asanlaşdırmaq üçün bu formada ya -
zı lır) formatında yazıya alınır. Bu dördhissəli kod aşağıdakı
kimi açılır :
- “AZ”- ISO 3166-1 standartına əsasən ölkə kodunu bil -
di rir. “AZ” Azərbaycanın Respublikasının beynəlxalq ab bre -
BEYNƏLXALQ İNFORMASİYA MÜHİTİ
202


Yüklə 213,05 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə