Babaxanova Nigar Xan qızı



Yüklə 213,05 Kb.
Pdf görüntüsü
səhifə51/61
tarix10.11.2017
ölçüsü213,05 Kb.
#9577
1   ...   47   48   49   50   51   52   53   54   ...   61

via turasıdır.
- “033”-audio və ya videonu qeydə alan (həmçinin, ilk
dəfə hazırlayan, üzünü köçürən) təşkilatın nömrəsidir. Bizim
nümunədə bu Dövlət Film Fondunun şərti nömrəsidir.
- “014”-qeydiyyat ilinin sonuncu iki və ya üç rəqəmidir
(bu tarix audio və ya videonun yaradıldığı vaxtla eyni olmaya
bilər). Məsələn, 1965-ci ildə çəkilmiş “Arşın, mal alan!” filmi
2014-cü ildə bu eyniləşdirmə kodu ilə nömrələnərkən so-
nuncu rəqəm kimi “65” deyil, “014” göstərilməlidir.
- “OEP23”- müəyyən audiovideo yazını müəyyən ləş -
di rən beş rəqəmdən ibarət təkrarolunmaz ardıcıllıqdır. 
Bu və bu kimi digər beynəlxalq standartların Azər bay -
can kitabxanalarının fəaliyyətində daha geniş tətbiq olun -
ması  sayəsində  beynəlxalq  informasiya  mübadiləsinin
asan laşması və xərclərinin azalması, informasiya yayımı və
innovasiyanın inkişafı, kitabxanaçıların peşəkarlığının, əmək
məhsuldarlığının  və  vəzifə  bölgüsünün  yüksəldilməsi  bir
qədər də asanlaşacaq və növbəti yarımfəsildə haqqında bəhs
edə cəyimiz beynəlxalq informasiya massivlərinə inteqra si -
yanın səviyyəsi yüksələcək.
ELMİ-MƏDƏNİ İNTEQRASİYA
203


BEYNƏLXALQ ELEKTRON ELMİ 
İNFORMASİYA RESURSLARI VƏ 
ONLARDAN İSTİFADƏ MƏSƏLƏLƏRİ
Y
eni əsrin əvvəllərindən etibarən Azərbaycan kitab -
xa nalarında İnternetdən istifadənin sürətlənməsi
ilə,  bir  çox  beynəlxalq  elektron  kitabxana-informasiya
massivlərinə  giriş  imkanları  genişləndi  və  prosesin  bu
istiqamətdə inkişafı:
1. kitabxanaların beynəlxalq informasiya mübadiləsi fə -
aliy yətinə zaman və məkan fərqinin aradan qaldırılması baxı -
mından müsbət təsir etdi;
2. oxuculara təqdim olunan sənəd-məlumat kütləsinin həc -
mi və məlumat-axtarış imkanları əsaslı sürətdə artdı;
3. milli kontentin xarici informasiya bazalarına inteqrasi -
yası asanlaşdı.
Azərbaycan  kitabxanaları,  o  cümlədən  AMEA-nın
Mər kəzi Elmi Kitabxanası üçün beynəlxalq elektron infor-
masiya massivlərinə ilk dəfə belə çıxış Azərbaycan Kitabxana
İnformasiya Konsorsiumu (AzKİK) tərəfindən yaradılmışdı.
2003-cü ildə Bakı Dövlət Universiteti, Azərbaycan Tibb Uni-
versiteti və Xəzər Universiteti tərəfindən təsis olunmuş Kon-
sorsiumun fəaliyyətinə rəqəmli informasiya xidmətləri və
BEYNƏLXALQ İNFORMASİYA MÜHİTİ
204


virtual kitabxana kimi bilik və xidmətlərin inkişafına yönələn
innovasiya layihələrinə maraq yaratmaq və həmin la yi hə lər -
də  iştirak  etmək;  elektron  mənbələrdən  istifadəni  təşviq
etmək; istifadəsi mümkün olan elektron resurslar haqqında
informasiyanı inkişaf və təbliğ etmək; konsorsium üzvlərin
fəaliyyətini əlaqələndirmək; vendorlarla danışıqlar aparmaq
və ehtiyac olan elektron resuslardan istifadə imkanı əldə et -
mək üçün yerli və beynəlxalq konsorsiumlarla əməkdaşlıq
etmək və s. idi.
2004-ci ildə məhz AzKİK-in dəstəyi ilə iri Azərbaycan
kitabxanaları ilk dəfə hazırda ən iri beynəlxalq elektron elmi
informasiya  massivi  hesab  olunan  EBSCO  verilənlər
bazasına giriş imkanı əldə ediblər.
EBSCO-ABŞ  Massaçusets  ştatının  İspviç  şəhərində
yerləşən elektron məlumat xidməti şirkətidir. 1984-cü ildən
fəaliyyət  göstərən  EBSCO-nun  375-dən  çox  məlumat
bazasında 2 milyondan artıq material mövcuddur. Dünyanın
əksər  ölkələrinin  ali  təhsil  müəssisələri,  kitabxanaları  bu
məlumat bazasında toplanmış jurnal, kitab, musiqi nəşrləri
və s. istifadə edirlər. Azərbaycanda nəşr olunan bir neçə elmi
jurnal da (“Applied and Computational Mathematics”, “In-
ternational Journal of Academic Research” və s.) EBSCO
məlumat bazası vasitəsilə 6 mindən çox kitabxana və ali təhsil
müəssisəsində oxunur.
Azərbaycan  kitabxanalarının  geniş  istifadə  etdiyi
məlumat resurslarından biri də ABŞ Miçiqan və Kembric
universitetrlərinin ProQuest elektron verilənlər bazasıdır.
ELMİ-MƏDƏNİ İNTEQRASİYA
205


Əsa sən jurnal və qəzetlərdən ibarət ProQuest elektron veri -
lən lər bazası 125 milyard rəqəmsal səhifəni özündə bir ləş -
dirir.  Bununla  yanaşı,  ProQuest  dünyanın  ən  böyük
dissertasiya və hüquq ədəbiyyatı bazası hesab olunur. Burada
məlumatlar  əsasən  mikrofişlərdə  qorunur.  2008-ci  ildən
etibarən Azərbaycan kitabxanaların bu məlumat bazasından
istifadə etməyə başlayıblar.
Azərbaycan kitabxanalarının oxuculara təqdim etdiyi
beynəlxalq informasiya massivlərindən biri də “Agricola”
məlumat bazasıdır. ABŞ Kənd Təsərrüfatı Nazirliyi tərəfin -
dən yaradılan və dəstəklənən bu məlumat bazasına ABŞ Milli
Kənd Təsərrüfatı Kitabxanasının kolleksiyaları və dünyada
müvafiq sahədə nəşr olunan kitab və jurnalların elektron kat-
aloqu daxildir. Azərbaycandan yalnız “International Journal
of Academic Research” multidissiplinar jurnalı bu bazaya
daxil edilib.
Ölkəmizin universitet və kitabxanalarında istifadə ol-
unan beynəlxalq informasiya resursları arasında “PubMed”
onlayn məlumat bazası da var. Tibb və biologiya elmləri üzrə
14,2 milyon məqalədən ibarət bu resursun müəyyən hissəsi
ödənişli, bir hissəsi (3,8 milyon məqalə) isə ödənişsiz əsas -
larla oxucların istifadəsinə verilib. 
Tibb sahəsində nəşr olunan kitab və jurnalları əha tə -
etmə baxımından kifayət qədər geniş və nüfuzlu MEDLINE
məlumat bazası (ABŞ Milli Tibb Kitabxanasının elektron
bazası) da PubMed ailəsinə daxildir.
2007-ci ildən etibarən bir neçə Azərbaycan kitabxanası
BEYNƏLXALQ İNFORMASİYA MÜHİTİ
206


Yüklə 213,05 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə