Babaxanova Nigar Xan qızı



Yüklə 213,05 Kb.
Pdf görüntüsü
səhifə55/61
tarix10.11.2017
ölçüsü213,05 Kb.
#9577
1   ...   51   52   53   54   55   56   57   58   ...   61

ma ması kitabxanaların beynəlxalq fəaliyyətinə mənfi təsir et -
miş dir.
Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə ha ki -
miy yətə gəlişindən sonra Azərbaycanın beynəlxalq aləmdə
öz mövqeyini layiqincə ifadə etməsi və qoruması, beynəlxalq
təş kilatlarla tərəfdaşlıq və düzgün qurulmuş xarici siyasət
Azər baycan kitabxanalarının beynəlxalq elmi-mədəni əmək -
daş lığını yeni səviyyəyə qaldırdı. Prezident cənab İlham Əli -
yev  bu  uğurlu  siyasəti  davam  etdirərək  bir  çox  sahələrdə
olduğu kimi elm və təhsil sahəsində də yeni prioritetlər mü -
əy yənləşdirdi, kitabxanaların inkişafına diqqət və qayğı gös -
tərdi.  Cənab  Prezidentin  təşəbbüsü  və  fərmanı  ilə  təsdiq
olun muş “Azərbaycan 2020: gələcəyə baxış” inkişaf konsep -
si yasında Azərbaycan kitabxanalarının gələcək inkişafı ilə
bağ lı  məsələlərin  əks  olunması  bunu  bir  daha  təsdiqlədi.
Kon sep siyada deyilir ki, 2020-ci ilədək Azərbaycanda özü -
nü təhsilə və ömür boyu təhsilə artan tələbatın ödənilməsi
üçün kitabxana fəaliyyəti modernləşdiriləcək, elektron kitab -
xa naların sayı artırılacaq, distant təhsilin inkişafı dəs tək lə nə -
cək və ali təhsil müəssisələrində distant təhsil geniş tətbiq
olu nacaqdır.
Bundan başqa, Azərbaycana məxsus mədəni sər vət -
lərin, o cümlədən muzeylərdə, kitabxanalarda və arxivlərdə
qo runub-saxlanılan və ictimai varidat sayılan mədəni irs və
digər əqli mülkiyyət nümunələrinin mərkəzləşmiş şəkildə
rəqəmləşdirilməsi, mühafizəsi, hüquqi qorunması və bey nəl -
xalq təşkilatlarla, həmçinin xarici dövlətlərin aidiyyəti qu -
ELMİ-MƏDƏNİ İNTEQRASİYA
219


rumları ilə mübadiləsi təmin ediləcəkdir.
Həmçinin kitab və nəşriyyat işi üzrə dövlət proqram -
la rı nın hazırlanması, ölkənin kitabxana-informasiya şəbəkə -
si nin  inkişafı,  kitabxana  fondlarının  ədəbiyyat  və  müasir
informasiya daşıyıcıları ilə təmin edilməsi, həmçinin musiqi
ifaçılığı və yaradıcılığının təşviq edilməsi, mədəniyyət sahə -
sin də fəaliyyət göstərən özəl təsisatlara dövlət dəstəyinin
artırılması üzrə zəruri işlər həyata keçiriləcəkdir.
Konsepsiyada bu məsələlərin qarşıya məqsəd qoyul -
ması gələcəkdə Azərbaycan kitabxanalarının beynəlxalq in-
formasiya mühitindəki mövqeyinin möhkəmlənməsinə də
ciddi təsir göstərəcək. 
Ümumiyyətlə isə, beynəlxalq kitab mübadiləsinin gələ -
cək taleyi artıq qlobal miqyasda müzakirə olunur. 2006-cı
ildə IFLA tərəfindən nəşr olunan (Kirsti Ekonen, Paivi Palo-
poski və Pentti Vattulainenin redaktəsi ilə) “Nəşrlərin bey -
nəl xalq mübadiləsi üzrə təlimat kitabı”nda qaldırılan əsas
məsələlərdən biri də informasiya əsrində beynəlxalq kitab
mübadiləsinin gələcəyinin olub-olmaması ilə bağlıdır. Bu
nəşrdən əldə olunan qənaət belədir ki, beynəlxalq kitab mü -
ba diləsi yaxın gələcəkdə tənəzzül etmək təhlükəsi ilə üzbəüz
deyil, əksinə bu sahəni inkişaf etdirməklə iqtisadi üstünlüklər
əldə etmək mümkündür.
Azərbaycan kitabxanalarının beynəlxalq əməkdaşlıq
perspektivlərini  müəyyənləşdirərkən  qeyd  etməliyik  ki,
kitab xanalarımızın  qlobal  informasiya  mühitinə  tam  və
davamlı şəkildə inteqrasiya olunması və beynəlxalq kitab
BEYNƏLXALQ İNFORMASİYA MÜHİTİ
220


mübadiləsinin aparıcı aktorlarından birinə çevrilməsi üçün:
1.  IFLA  ilə  əməkdaşlıq  genişləndirilməli  (AMEA,
Təhsil Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi səviy yə -
sində) təşkilatın illik iclaslarına geniş tərkibli (kitabxanaçılar,
biblioqraflar, kitab mübadiləsi mütəxəssisləri və s) nüma -
yəndə heyəti qatılmalı, təşkilatın beynəlxalq layihələrində
Azərbaycan  kitabxanalarının  iştirakı  təmin  olunmalıdır.
Bunun üçün qurumun üzvü olan və ya üzv olmaq istəyən
Azərbaycan kitabxanalarının illik üzvlük haqları vahid şə kil -
də, vahid fonddan ödənməlidir (hazırda kitabxanalar üzvlük
haq qını öz büdcələrindən ödəyirlər ki, bu da bir çox hallarda
dava miyyəti əngəlləyir). Mütəxəssislərin IFLA-nın iclas la -
rın da geniştərkibli iştirakı vahid mənbədən və mütəmadi
şəkildə maliyyələşdirilməlidir;
2. YUNESKO-nun mənbəşünaslıq, kitabşünaslıq, əl -
yaz  maşünaslıq və kitabxanaşünaslıq sahəsində mövcud la yi -
hə lərində iştirak təmin olunmalıdır. Belə layihələrdən ən
va  cibi  sayılan  “Dünyanın  yaddaşı”  (ing.  Memory  of  the
World) proqramına Azərbaycan elmi-mədəni irsinin inteqra -
siya olunması sürətləndirilməlidir. 1992-ci ildən mövcud
olan “Dünyanın yaddaşı” proqramı ümumdünya sənəd irs i -
nin mühafizəsi məqsədi ilə yaradılıb. Bununla yanaşı, pro-
qram oxucuların sənəd irsindən bərabərhüquqlu istifadəsini
tə min etmək, sənəd irsini tədiq və təbliğ etmək üçün mövcud
imkanları genişləndirmək məqsədi daşıyır. Proqram çər çi -
və sində 1997-ci ildən milli, regional və beynəlxalq səviy yə -
lər də sənəd irsinin reyestrləri yaradılır. Hər hansı bir dövlətə
ELMİ-MƏDƏNİ İNTEQRASİYA
221


məxsus  kitab,  sənəd  abidəsinin  reyestrə  daxil  edilməsi
YUNESKO-nun  Beynəlxalq  Məsləhətverici  Komitəsinin
qərarından sonra mümkün olur. 
2011-ci ildə AMEA Əlyazmalar İnstitutunda saxlanılan
tibbə dair üç əlyazma abidəsi UNESCO-nun təsis etdiyi bu
proq ramın  siyahısına  daxil  edilib.  Həmin  əlyazmalardan
“Zəxireyi-Nizamşahi”  (“Nizamşahın  azuqələri”)  əsərinin
(mü əllifi məlum deyil) üzü təxminən XIII əsrdə köçürülüb.
Əsərdə  bitkilərin,  heyvanların,  mineralların,  mürəkkəb
tərkibli dərmanların farmakoloji xüsusiyyətləri əlifba sırası
ilə göstərilib. Digər əlyazma Əbu Əli ibn Sinanın “Əl-Qanun
fi-tibb” (“Tibbi qanun” ) adlı ərəb dilində farmakologiya və
tib bə aid məşhur əsəridir. 1143-cü ildə Bağdadda üzü köçü -
rü lüb. Dünyada dəqiqliyinə görə ən nadir nüsxələrdəndir.
Tibb elminin inkişafına ciddi təsir göstərən fundamental
əsərlərdən biridir. Üçüncü əlyazma “Əl-məqalə əs-səlasun”
(“Otuzuncu traktat”) isə Abul-Qasiməz-Zəhravinin ərəb di -
lin də tibbə aid fundamental əsərinin bir cildidir. X-XI əsr -
lərdə İspaniyada (Kordova) yaşayan təbib ilk müəllifdir ki,
cərrahiyyə alətlərinin təsvirini verib, konkret əməliyyatlar
zamanı onların tətbiq edilməsi üsullarını-qaydalarını gös tə -
rib. Əsər vaxtilə bütün Şərq və Avropa cərrahiyyə elminin
inkişafına təsir edib [33].
Belə bir proqrama daha çox Azərbaycan kitabxanasının
qoşulması beynəlxalq elmi-mədəni əlaqələrin genişləndiril -
mə si baxımından olduqca vacibdir;
3. Kitabxanalar Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı
BEYNƏLXALQ İNFORMASİYA MÜHİTİ
222


Yüklə 213,05 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə