Babaxanova Nigar Xan qızı



Yüklə 213,05 Kb.
Pdf görüntüsü
səhifə58/61
tarix10.11.2017
ölçüsü213,05 Kb.
#9577
1   ...   53   54   55   56   57   58   59   60   61

- Sahə üzrə beynəlxalq layihələrdə Azərbaycan kitab -
xana larının  iştirak  səviyyəsi  müəyyənləşdirilmiş,  həyata
keçirilən layihələrin əhəmiyyətlilik dərəcəsi öyrənilmişdir.
Təd qiqat nəticəsində bu sahədə aparılan fəaliyyətlərin güc -
lən dirilməsinin zəruriliyi əsaslandırılmış, beynəlxalq layihə -
lərə qoşulmanın maddi deyil, milli-mənəvi dividend əldə
etmə nöqteyi-nəzərindən vacibliyi önə çəkilmişdir;
- Tədqiqat işi çərçivəsində milli kitabxana sistemində
beynəlxalq standartların tətbiqi, yeri və rolu müəyyənləş di -
ril mişdir.  İlk  növbədə  Standartlaşdırma,  Metrologiya  və
Patent üzrə Dövlət Komitəsinin 2010-cu ildə biblioqrafik
yazının başlığına verilən ümumi tələbləri, onun tərtibi qay -
da larını, məlumatlar toplusunu, məlumatların verilmə ardı -
cıl lığını  və  s.  müəyyən  edən  AZS  ГОСТ  7.0-2010.
“Bib lioqrafik yazı. Başlıq. Ümumi tələblər və tərtib qaydaları”
və 2013-cü il noyabr ayının 25-də "İnformasiya, kitabxana
və nəş riyyat işi üzrə standartlar sistemi. Biblioqrafik yazı.
Biblioqrafik təsvir. Ümumi tələblər və tərtib qaydaları” milli
standartlarının beynəlxalq istinad mənbələri müəyyən ləş di -
ril miş  və  təhlil  edilmiş,  paralellər  aparılmış,  kitabxa na şü -
naslıq sahəsində standartlaşdırma zamanı autentik tərcümə
məsələlərinin müsbət və mənfi cəhətləri aydınlaş dı rılmışdır.
Qeyd olunmuşdur ki, standartlaşdırma məsələ lərində pro -
sesə autentik yanaşma normaldır və qə  bul  olu nandır. Lakin
milli standartın beynəlxalq ISO standartları əsasında deyil,
məhz Rusiya və MDB-də qəbul olunan dövlətlərarası ГОСТ
standartına  uyğunlaşdırılması  tərəfimizdən  həm  müsbət,
ELMİ-MƏDƏNİ İNTEQRASİYA
231


həm də mənfi cəhətdən şərh olunmuşdur.
Bundan başqa Azərbaycan kitabxanalarında tətbiq ol-
unan beynəlxalq kitabxana, kitab və təsvir standartlarına yeni
tələblər prizmasından yanaşılmış, müqayisəli təhlillər apa -
rılmış, standartların tətbiq sahələri və funksiyaları araş dırıl -
mışdır;
- Beynəlxalq kitabxana-informasiya resurslarının məz -
mu nu və təqdimat formaları təhlil edilmiş, onların əlyetərlik
im kanları müqayisə olunmuş, AMEA Mərkəzi Elmi Kitab -
xa nası və digər kitabxanalarda, o cümlədən ali təhsil müəs -
sisə lərinin  kitabxanalarında  onlardan  istifadə  səviyyəsi
mü əy yənləşdirilmiş, bu cür elektron bazalara müraciət edər -
kən yaranan obyektiv və subyektiv problemlər və onların
həlli yolları göstərilmişdir;
-  Tədqiqat  işi  çərçivəsində  kitab  və  informasiya
mübadiləsi sahəsində beynəlxalq əməkdaşlığın perspektiv -
lə ri müəyyənləşdirilmişdir.
Nəticədə Azərbaycan kitabxanalarının qlobal informa -
siya mühitinə tam və davamlı şəkildə inteqrasiya olun ma sı
və beynəlxalq kitab mübadiləsinin aparıcı aktorlarından bi -
rinə çevrilməsi üçün IFLA ilə əməkdaşlığın genişlən diril -
məsi;  YUNESKO-nun  mənbəşünaslıq,  kitabşünaslıq,
əl yaz ma  şünaslıq və kitabxanaşünaslıq sahəsində mövcud la -
y i  hələrində iştirakın təmin olunması, o cümlədən “Dünya -
nın yaddaşı” (
ing. Memory of the World) proqramına Azər   baycan
elmi-mədəni varidatının inteqrasiya olunma sı nın sürət lən -
dirilməsi;  kitabxanaların  Beynəlxalq  Türk  Mədəniyyəti
BEYNƏLXALQ İNFORMASİYA MÜHİTİ
232


Təşkilatı (TÜRKSOY) və İslam Təhsil, Elm və Mədəniyyət
Təşkilatı (ISESKO) ilə əlaqələrinin genişlən di ril  məsi və bu
təşkilatların layihələrinə aktiv şəkildə qoşul ması; müvafiq
sahədə  aparılan  fəaliyyətlərin  elmi-nəzəri  cəhət dən  daim
tədqiq  olunması  və  əldə  olunan  elmi  nəti cələrin  xarici
dillərdə, nüfuzlu elmi jurnallarda dərc edilməsi; sərgilər, kon-
franslar, ikitərəfli görüşlər və s. formatında, hərtərəfli təcrübə
mübadiləsinin həyata keçirilməsi və ən başlıcası mübadilə
üzrə  mütəxəssis  hazırlığının  səviyyəsinin  yüksəldilməsi;
mütəxəssislərin peşəkar biliklərlə yanaşı, kompüter və xarici
dil  biliklərinin  artırılması  və  mütəmadi  attestasiyası  və  s.
Azərbaycan  kitabxanalarının  beynəlxalq  informasiya
mühitində  inkişaf  etməsi  və  bu  mühitə  təsir  imkanlarını
artırması üçün başlıca amillərdir.
Bu kimi məsələlərin elmi-təşkilati və kompleks həlli,
kadr siyasətinin, informasiyanın seçilməsi prioritetlərinin
düzgün müəyyənləşdirilməsi Azərbaycan kitabxanalarının
beynəlxalq informasiya mühitindəki mövqeyini möhkəm -
lən dirməyə və perspektivlərin açılmasına imkan verir. Çünki
Azər baycan kitabxanaları yalnız beynəlxalq peşəkar əmək -
daş lıq sayəsində, qlobal dəyərlərin mübadiləsi, mədəniy yət -
lər arası dialoqun qurulması və multikulturalizmin inkişafı
fo nunda, qabaqcıl təcrübədən istifadə edə, öz gələcək strateji
ori entirlərini müəyyənləşdirə və dünya informasiya sis te -
minə tam inteqrasiya oluna bilər. 
ELMİ-MƏDƏNİ İNTEQRASİYA
233


ƏDƏBİYYAT:
Azərbaycan dilində:
1. Abbasbəyli A., Nəcəfov E. Beynəlxalq münasibətlər
nəzəriyyəsi (Dərslik), Bakı: Mütərcim, 2007, 208 s. 
2.  Abdullayev  Ç.Ə.  Almaniya-Azərbaycan  əlaqələri.
Bakı: “Azərbaycan Milli Ensiklopediyası” NPB, 2000, 20 s.
3.  Adilov  M.  Azərbaycan  paleoqrafiyası.  Bakı:  Elm,
2009, 224 s.
4. Ağacanova L. Kitab mübadiləsi genişlənir // Kitab -
lar aləmində, 1984, №4, s. 48.
5. AMEA Mərkəzi Elmi Kitabxanasının arxivi: sənədlər
və hesabatlar, 1940-2013-cü illər.
6. “Azərbaycan 2020: gələcəyə baxış” inkişaf kon sep -
siyası.  Azərbaycan  Respublikası  Prezidentinin  Fərmanı.
Bakı: 29 dekabr, 2012.
7. “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın
tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına
dair Dövlət Proqramı haqqında”. Azərbaycan Respublikası
Prezidentinin Sərəncamı. Bakı: 23 may, 2012. 
8. Azərbaycan Milli Kitabxanası – 90: məqalələr məc -
mu əsi / K.Tahirovun redak-təsi ilə. Bakı: Azərbaycan Milli
Kitabxanası, 2013,152 s.
9. “Azərbaycan Respublikasında kitabxana-informasiya
sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proq -
ramı”. Azərbaycan Respublikası Prezidentinin Sərən camı. 6
BEYNƏLXALQ İNFORMASİYA MÜHİTİ
234


Yüklə 213,05 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə