Babaxanova Nigar Xan qızı



Yüklə 213,05 Kb.
Pdf görüntüsü
səhifə23/61
tarix10.11.2017
ölçüsü213,05 Kb.
#9577
1   ...   19   20   21   22   23   24   25   26   ...   61

algebras”, Fransua Alfred Qrandjinin “Complete acarological
works” (3 cilddə), “Irrigation, drainage and salinity: intro-
duction; An international source book FAO/UNESCO”,
Neil Arqo Krollun “Parasitism and other associations”, “Peo-
ple and Culture of the Middle East” (2 cilddə) kimi və b.
nəşr lər oxucuların istifadəsinə verildi.
Kitabxananın Şərq ədəbiyyatı fondunun da komplekt -
ləş dirilməsi  davam  edirdi.  İl  ərzində  planlaşdırılan  2330
nüsxə ədəbiyyatın əvəzinə 1564 çap vahidinin əldə olun ma -
sının bir neçə səbəbi vardı: 
a) Bir çox Şərq ölkələrində SSRİ ilə mədəni əlaqələr
mərkəzləri fəaliyyətini dayandırmışdı (İran, İraq və Suriyada
SSRİ ilə dostluq cəmiyyətləri istisna olmaqla)
b) Ümumittifaq “Beynəlxalq kitab” Cəmiyyəti Kitabxa -
nanın şərq dillərində olan ədəbiyyata sifarişini səbəbsiz yerə
gecikdirir və ya yerinə yetirməkdən imtina edirdi.
Buna  görə  də  Kitabxana  cəmi  10  Şərq  ölkəsinin  65
təşkilatı  ilə  əlaqə  saxlayır,  gecikmələrlə  də  olsa  mübadilə
apara, məktublaşa bilirdi. Xarici tərəfdaşların Kitabxanaya
ünvanlandığı 590 məktubdan cəmi 33-ü Şərq ölkələrindəki
kitabxanalardan idi. İl ərzində Kitabxananın xaricə göndər -
diyi 455 məktub içərisində Şərq ölkələrinin elm və təhsil
müəssisələrinə göndərilənlərin payı 10%-ə bərabər idi. Şərq
kitabxanaları ilə mübadilə əsasında Mərkəzi Elmi Kitabxana -
ya daxil olan “Lüğətnamə”nin 154-156-cı hissələri (müəllif:
Əli Əkbər Dəhxuda), “Təbrizin tarixi. IX əsr”, “Türkiyədə din
və siyasət”, “Türk şairlərinin şeirlər toplusu” “Əl-Mütənəb -
BEYNƏLXALQ İNFORMASİYA MÜHİTİ
90


bi nin yaradıcılığı”, “Ərəblərin inqilabi mübarizəsi” və s. kimi
əsərlər oxucuların diqqətini daha çox cəlb edirdi. 
SSRİ-nin  Müəllif  Hüquqları  və  Əlaqədar  Hüquqlar
üzrə Beynəlxalq Konvensiyaya qoşulması ilə əlaqədar olaraq
Azərbaycan SSR EA Rəyasət Heyətinin 16 oktyabr 1973-cü
il qərarı ilə Elmi-tədqiqat institutlarının sifarişi ilə Mərkəzi
Elmi Kitabxana tərəfindən əldə olunan bütün xarici elmi
jurnalların mündəricələri reproduksiya (fotoqrafiya, klişe və
s. üsulu ilə bir şəkildən surət çıxarma) olunmalı idi. Bu məq -
sədlə 1974-cü ildə Kitabxanada “Xarici ədəbiyyatın repro-
duksiya  şöbəsi”  yaradıldı  və  şöbənin  texniki  avadanlıqla
təchiz olunması üçün əlavə vəsait ayrıldı. Nəticədə, Kitabx-
ana “Romayor-312” markalı ofset çap maşını, “RS-A4” tipli
avtomatik rotator, “TPA-I a” markalı topoqrafik çap aparatı,
“ER-300 K2” rotatorlu elektroqrafik sürət çoxaldan qurğu və
“UDM-2” mikrofotosurətçıxaran maşınla təmin olundu. İlin
sonunadək “Soyuzmaşuçot”un perfokartlarına xarici ədəbiy -
yat üzrə 39000 referativ məlumat köçürülərək saxlama fon-
duna təhvil verildi.
1975-ci  ildə  Kitabxana  komplektləşdirməni  əsasən
abunə  (“Beynəlxalq  kitab”,  “Soyuzpeçat”  vasitəsilə  ilə),
mübadilə və hədiyyəalma yolu ilə həyata keçirirdi. Kitabxana
il ərzində 16013 çap vahidini komplektləşdirmişdi. Onlar-
dan 1919-u kitab, 14094-ü isə jurnal idi. Xaricə cəmi 6300
nəşr vahidi göndərilmişdi (1980 kitab, 5320 jurnal).
Oxuculara fonda daxil olmuş xarici ədəbiyyat haqqında
daha müfəssəl və operativ məlumat çatdırmaq məqsədilə
ELMİ-MƏDƏNİ İNTEQRASİYA
91


Kitabxana  Elmi-tədqiqat  institutlarını  onların  profilinə
uyğun nəşrlərin icmalı ilə təmin edirdi. 1975-ci ildə xarici
ədəbiyyat üzrə belə icmalların sayı 1253 idi. Həmin il Kitabx-
ana “Beynəlxalq kitab” vasitəsilə (abunə yolu ilə) 4314 nüsxə
xarici kitab və jurnal əldə etmişdi. Belə nəşrlərə “İslama qə -
dər ki İran”, “Ərəb dünyasında inqilabi dəyişikliklər”, “ABŞ
neft  geologiyası”,  “İnformasiya  sistemlər.  İnformatika  və
kiber netika üzrə 4-cü beynəlxalq simpoziumun materialları”,
“Makromolekullar üzrə beynəlxalq konfransın materialları.
Rio-de-Janeyro, 1974” və başqalarını misal göstərmək olar.
1975-ci ildə dünyanın 41 ölkəsindəki 460 təşkilatla
əməkdaşlıq  edən  Kitabxana  beynəlxalq  kitab  mübadiləsi
vasitəsilə  9140  çap  vahidi  komplektləşdirmişdi.  Onların
arasında “Lazer fizikasına giriş”, “Cənub-Şərqi Avropanın
bitkiləri”, “İranın qədim əlyazmaları” (10 cilddə), “Kiber-
netika və bionika”, “Kvant elektronikası”, “Proceedings of the
4th Colloquium on Microwave Communication”, “An out-
line  of  Mathematical  logic”,  “Quanten  elektronik/  Eine
Einfuh rung in die physik des lasers”, “Vegetation sudosteu-
ropas”, “Syllege fungorum omnirium hucusgue cogniterum”,
“Amorphous  and  liquid  semiconductors”,  “Altturkische
Grammatik” və s. kimi maraqlı elmi ədəbiyyat nümunələri
vardı. 
Kitabxana bir sıra təşkilatlarla yeni əməkdaşlıq əlaqələri
qurmuşdu. Macarıstan Mərkəzi Texniki Kitabxanası (Vya -
na), Kornell Universitetinin kitabxanası (Nyu-York), SSRİ
və Şərq ölkələrini öyrənmə mərkəzi (Paris) ilə ilk dəfə kitab
BEYNƏLXALQ İNFORMASİYA MÜHİTİ
92


və elmi-texniki informasiya mübadiləsi aparmaqla bağlı razı -
lıq əldə olunmuşdu.
1975-ci ildə Kitabxana xarici ədəbiyyat üzrə komplekt -
ləşdirmənin  tamamlanması  işlərinə  də  diqqət  ayırırdı.
Həmin il, daha əvvəlki dövrdə əldə oluna bilməyən 521 adda
nəşr  Kitabxana  tərəfindən  mübadilə  edilərək  oxucuların
istifadəsinə  verilmişdi.  “Algebra  universalis”,  “Semigroup
forum”, “Czechoslovak journal of physics”, “Journal Asia-
tique”, “Chemical and engineering progress” kimi elmi jur-
nallar,  “Nukloidlər”,  “İnkişaf  etməkdə  olan  ölkələrdə
nəqliyyatın iqtisadiyyatı”, “Elektromaqnit sahəsi nəzəriyyəsi”
və başqa monoqrafiyalar gec də olsa Kitabxananın fonduna
daxil olmuşdu. 
1975-ci  ildə  Potsdamdakı  Alman  Hüquq  və  Dövlət
üzrə Elmlər Akademiyası, Vyanadakı Avstriya Elmlər Aka -
de miyası, Boston-Spadakı Britaniya kitabxanası, Enn-Arbor -
da kı  Miçiqan  Universiteti  kitabxanası,  Nyu-Dehlidəki
Hin dis tan  İslam  Tədqiqatı  İnstitutu,  Macarıstan,  Bolqa -
rıstan, Polşa və Alman Elmlər Akademiyasının kitabxanaları
Mərkəzi Elmi Kitabxananın fəal partnyorları idi. 
Kitabxananın  Şərq  ədəbiyyatı  şöbəsi  də  fəaliyyətini
beynəlxalq əməkdaşlıq istiqamətində qurmağa davam edirdi.
1975-ci ildə Şöbə Şərq dillərində 1205 nüsxə ədəbiyyat, o
cümlədən 322 nüsxə kitab və 878 nüsxə jurnal əldə etmişdi.
10 Şərq ölkəsinin 70 təşkilatı ilə əməkdaşlıq edən şöbə il
ərzində əldə etdiyi ədəbiyyatın 70%-ni “Beynəlxalq kitab”a
sifariş  etmişdi.  Bundan  başqa,  İran  Mədəniyyət  Fondu,
ELMİ-MƏDƏNİ İNTEQRASİYA
93


Yüklə 213,05 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə