Babaxanova Nigar Xan qızı



Yüklə 213,05 Kb.
Pdf görüntüsü
səhifə26/61
tarix10.11.2017
ölçüsü213,05 Kb.
#9577
1   ...   22   23   24   25   26   27   28   29   ...   61

Belfast universitetinin kitabxanası, İtaliya Hidravlika İnsti-
tutu, Yaponiyanın Osaka Universiteti, ABŞ Pensilvaniya Uni -
ver  siteti  Hollandiyanın  “Antikvariat  Yunk”  kitab  evi)
əmək  daşlıq dayandırıldı. Kitabxanaya həmin 16044 nüsxə
xarici ədəbiyyat daxil olmuşdu ki, onlardan da 6328 nüsxəsi
filiallara göndərilmişdi. 
Mərkəzi Elmi Kitabxana ikinci dəfə beynəlxalq Moskva
kitab festivalında iştirak edərək İngiltərə, Amerika və AFR
nəşriyyatları ilə yeni müqavilələr imzalamaqla 161 adda yeni
elmi ədəbiyyatın əldə olunmasına nail olmuşdu. Həmin il
Şamaxı Astrofizika Rəsədxanasının “Ul duz atmosferi fizikası
laboratoriyası”nın xahişi ilə Kitabxana dün ya rəsədxana ları -
nın kitabxanaları ilə beynəlxalq kitab mübadiləsinə başladı
(məs., Harvard kollecinin rəsədxanası, ABŞ Astronomiya
Departamenti, İngiltərə-Avstraliya Rəsəd xa nası və s.) 
Azərbaycanşünaslıq istiqamətində xarici kitabxanalarla
əməkdaşlıq 1979-cu ildə də davam etdirilirdi. Macarıstan
Milli  Kitabxanası  Maqsud  İbrahimbəyovun  macar  dilinə
tərcümə olunmuş “Qardaşdan yaxşısı yox imiş”, “Azərbaycan
nəsr antologiyası” kimi nəşrləri Mərkəzi Elmi Kitabxanaya
göndərmişdi.
Həmin dövrdə Mərkəzi Elmi Kitabxana Azərbaycan
elminin beynəlxalq ictimaiyyətə çatdırılması sahəsində səy -
lə rini durmadan artırır və üzərinə düşən vəzifənin öhdə sin -
dən lazımi səviyyədə gəlirdi. Kitabxana təkcə “Azərbaycan
EA-nın Məruzələri”ni 110, “Sovet türkologiyası”nı isə 70 xa -
rici təşkilata göndərmişdi. Azərbaycan alimlərinin əsərlərinə
BEYNƏLXALQ İNFORMASİYA MÜHİTİ
102


xaricdən  olan  tələbat  da  günü-gündən  çoxalırdı.  Çexiya
Elmlər  Akademiyası,  Amerika  geologiya  xidməti  və  Bri-
taniya Muzeyinə T.Axundovun “Naxçıvan MSSR-in mik rof -
lorası”, A.Sultanovun “Azərbaycanın Akçaqıl çö kün tüsünün
litologiyası”, “Azərbaycan Sovet Ensiklopediyası”nın 3-cü
cildi və s. göndərilmişdi. Konqres Kitabxanası, Miçiqan və
Kolumbiya universitetlərinin kitabxanaları (ABŞ), Neapol
Şərqşünaslıq İnstitutu, Paris Milli Kitabxanası, Bolqarıstan
Elmlər Akademiyası, Nyu-York Kütləvi Kitabxanası “Azər -
bay can  tarixi  üzrə  materiallar”,  “Genetika  və  seleksiya
İnstitutu nun əsərləri”, “Torpaqşünaslıq və aqrokimya İnstitu -
tunun əsərləri”, H.Araslının “Arif Ərdəbili və onun “Fər had -
namə”si” əsəri və digər nəşrləri əldə etmək üçün Ki tab xanaya
müraciət etmiş və bu müraciətlər müsbət cavab  lan dırılmışdı.
1979-cu ildə ABŞ-ın York Universitetinin baş inzibatçısı,
pro fessor Rosmari Nilsen Mərkəzi Elmi Kitabxananın qo -
nağı olmuş və Universitetlə Kitabxana arasında əmək daş lıq
müqaviləsi imzalanmışdı.
1979-cu ildə Mərkəzi Elmi Kitabxana xarici tə rəf daş -
larından 13830 nüsxə elmi ədəbiyyat almış, əvəzində 10355
nüsxə kitab və jurnal göndərmişdi. Həmin ildən etibarən
Mərkəzi  Elmi  Kitabxana  xarici  ədəbiyyatdan  isti fa dənin
səmərəliliyini  öyrənmək  məqsədilə  filial  kitab xana la rına
sorğu  göndərməyə  başlamışdı.  Kitabxananın  “Şərq  ədə -
biyyatı şöbəsi” də beynəlxalq kitab və informasiya mü ba -
diləsində yaxından iştirak etməklə, 11 ölkənin 103 təşkilatı
ilə daim əlaqə saxlayır və əməkdaşlıq edirdi. İl ərzində şöbə
ELMİ-MƏDƏNİ İNTEQRASİYA
103


vasitəsilə Kitabxanaya 1405 nüsxə ədəbiyyat daxil olmuşdu.
1976-1980-ci illərdə Mərkəzi Elmi Kitabxananın fon-
dunda toplanmış xarici ədəbiyyatın verilişi və onlara oxucu
müraciətlərinin təhlili göstərir ki, Kitabxananın fəaliyyəti
əsasən artan xətt üzrə inkişaf etmişdir.
Cədvəldən də göründüyü kimi, bu illər ərzində xarici
ədə biyyata maraq kifayət qədər böyük olmuş, 1 oxucu il ər -
zində təxminən 7-8 sorğu ilə Kitabxanaya müraciət etmiş və
sorğular 70-90% yerinə yetirilmişdir. 
1980-ci  ildə  Kitabxana  filial  kitabxanaları  arasında
apardığı sorğuları təhlil edərək bir sıra xarici elmi nəşrlərə
abunə olmaqdan imtina etmiş, əvəzində yeni kitab və jur nal -
ların alınmasına nail olmuşdu. Həmin il Mərkəzi Elmi Ki tab -
xana həm öz, həm də Azərbaycan EA ETİ-lərin kitabxanaları,
başqa sözlə filialları üçün ümumilikdə, 16294 nüsxə xarici
ədəbiyyat əldə etmişdi. Filiallar da bu sahədə aktivləşərək
BEYNƏLXALQ İNFORMASİYA MÜHİTİ
104
Xarici ədəbiyyat verilişi və onlara 
oxucu müraciətlərinin statistikası


müstəqil şəkildə 4850 nüsxə elmi ədəbiyyat komplektləş dir -
mişdilər.
1980-ci  ildə  Kitabxana  52  ölkənin  559  təşkilatı  ilə
əmək daşlıq edirdi. Mərkəzi Elmi Kitabxana ilə beynəlxalq
kitab və informasiya mübadiləsinə yeni qoşulmuş təşkilatlar
ara sında Milli Elmi Konsulluq (Şri-Lanka), Norveç Tex no -
loji Universiteti, Tokio Astronomiya Rəsədxanası, Melburn
Universiteti, Orta Şərqi öyrənmə Departamenti (Avstraliya),
Səna Universiteti (Yəmən), “Arks” nəşriyyatının (İran) ki -
tab xanası,  Ege  universiteti  Tibb  fakültəsinin  kitabxanası,
İtaliya Cərrahiyyə Cəmiyyəti və b. vardı.
Kitabxana “Azərbaycanşünaslıq” kartotekasının inkişaf
et dirilməsi və zənginləşdirilməsi işinə xüsusi diqqətlə ya -
naşır, xaricdə Azərbaycanla bağlı nəşr olunan ədəbiyyatın
kataloqunu yaratmaqla, həmin ədəbiyyatın əldə olunaraq
fonda daxil edilməsi istiqamətində səylərini davam etdirirdi.
1980-ci ildə “Azərbaycanşünaslıq” kartotekasına 507 kar-
toçka əlavə olunmuşdu. Xarici tərəfdaşlardan bu istiqamət
üzrə 28 çap vahidi əldə edilmişdi. Onların arasında Azər -
baycan və Azərbaycan alimlərinin əsərləri haqqında mə lu -
mat lar əks olunmuş “7-ci beynəlxalq konfransın mate rial ları.
Edinburq, 1977”, “Avropanın təbii qoruqları”, “Üzeyir Ha -
cıbəyov və iki inqilab”, “M.F.Axundov və fəlsəfi məqalələr”,
“Azərbaycan dramaturgiyasının qısa tarixi”, V.Billiin “Qafqaz
palitrası” kimi xarici dillərdə nəşr edilmiş çap məhsulları yer
alırdı.  Xarici tərəfdaşlar da Azərbaycan alimlərinin əsərlərini
əldə etməkdə maraqlı idilər. Belə ki, məsələn, Varşava, Va -
ELMİ-MƏDƏNİ İNTEQRASİYA
105


Yüklə 213,05 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə