Babaxanova Nigar Xan qızı



Yüklə 213,05 Kb.
Pdf görüntüsü
səhifə30/61
tarix10.11.2017
ölçüsü213,05 Kb.
#9577
1   ...   26   27   28   29   30   31   32   33   ...   61

der landın “Martinus Nijhoff Publishers International” nəş -
riyyatının təşkil etdiyi sərgi buna bariz nümunədir. Həftə
ərzində sərgini 958 nəfər ziyarət etmiş və nümayiş olunan
nəşrlərin bir hissəsini 30% endirimli qiymətlərlə almışdılar.
Sərgi müstəvisində Mərkəzi Elmi Kitabxana nəşriyyatın 370
adda nəşr məhsuluna abunə olmuşdu.
Ötən illərdə olduğu kimi, Kitabxana Elmlər Aka de mi -
ya sının nəşrləri ilə yanaşı, yerli nəşriyyatların elmi çap məh -
sullarını da xaricə göndərir, əvəzində isə elmi tədqiqatların
istiqamətinə uyğun ədəbiyyatla yanaşı, Azərbaycanşünaslığı,
Azərbaycan haqqında məlumatları əks etdirən xarici nəşrləri
əldə etməyə çalışırdı. 1987-ci ildə əldə olunan belə nəşrlər
arasında iqtisadçı alim A.Q.Gözəlova haqqında bəhs olunan
“The changing role of woman in society. A documentation
of current research (1981-1983). Berlin, 1985”,   Mərkəzi
Asi ya və Azərbaycan ədəbiyyatından, incəsənət və me mar -
lı ğın dan bəhs edən “Gabain A. Einführung in die Zen  trala -
sienkunde  Darmstadt,  1979”,  Bakı  tarixindən,  1905-ci  il
hadisələrindən bəhs edən “Henry J. Baku: an eventful his-
tory. London, 1905”, 1903-1904-cü illərdə Bakı şəhərində
məktəb və kitabxanalar açmış polyak diasporunun rəh bər -
lərindən,  mesenat  Vitold  Zqleniski  haqqında,  eləcə  də
şəhərdə mesenatın iştirakı ilə yaradılan neft mədənlərindən
və  s.  bəhs  edən  “A.Chodubski.  Witold  Zglenicki  "Polski
Nobel" 1850-1904, Płock,1984” və başqa kitablar və onların
mikrofişləri vardı.
BEYNƏLXALQ İNFORMASİYA MÜHİTİ
118


1988-ci ildə beynəlxalq kitab mübadiləsi və abunə yolu
ilə Mərkəzi Elmi Kitabxanaya 10435 nüsxə kitab və jurnal
daxil olmuşdu. Xarici kitabxanalara göndərilən ədəbiyyatın
sayı isə 9850 nüsxə idi. Onların arasında “Elm” nəşriyyatının
çap məhsulları üstünlük təşkil edirdi. Həmin il Kitabxana 52
ölkənin 612 elm və təhsil müəssisəsi ilə informasiya və kitab
mübadiləsi həyata keçirirdi. “Azərbaycan xarici mətbuatda”
kartotekası üzrə əldə olunan kitablar xüsusi əhəmiyyət da -
şıyırdılar. Onların arasında “T.Swietochowski. Russian Azer -
baijan, 1985”, “B.Baranowski.-Historia Azerbajdza-nu,1987”,
“Knjiga Dede Korkuta-Herojski ep ogguskih Turaka. Naro-
dna knjiga, Beograd 1981” və s. kitablar yer alırdı.
Bu illərdə Mərkəzi Elmi Kitabxana ilə yanaşı “Azər ki -
tab” birliyi və M.F.Axundov adına Azərbaycan Dövlət Ki tab -
xanası da beynəlxalq kitab mübadiləsində aktiv iştirak edirdi.
1988-ci  ildə  “Azərkitab”  birliyi  59  ölkəyə  100  min  rubl
məbləğində 54788 nüsxə ədəbiyyat göndərmişdi. 1989-cu
il də Birlik artıq 68 ölkəyə 11 milyon rubl məbləğində 36800
nüsxə kitab və jurnal, 1990-cı ildə isə 52 ölkəyə 73000 rubl
məbləğində, respublika nəşriyyatları tərəfindən buraxılmış
28715 nüsxə ədəbiyyat satmışdı.
XX əsrin 60-cı illərindən beynəlxalq informasiya mü -
hi tinə qoşulan Dövlət Kitabxanası (indiki Milli Kitabxana)
isə ilk illərdə elmi idarələrlə, əksər sosialist ölkələri ilə, eləcə
də İran və Türkiyə ilə beynəlxalq mübadilə əlaqələrini qur -
muşdu. 1965-ci ildə mübadilə yolu ilə 57 kitab alınmış və
112 kitab göndərilmişdi. 1971-ci ildə sosialist ölkələrinə 280
ELMİ-MƏDƏNİ İNTEQRASİYA
119


kitab göndərilmiş, 59 kitab alınmış, İran və Türkiyəyə isə 845
kitab göndərilmiş, 228 kitab alınmışdı.
1970-1980-ci  illər  M.F.Axundov  adına  Azərbaycan
Döv lət Kitabxanasının beynəlxalq kitab mübadiləsində key -
fiy yətcə yeni mərhələnin başlanması tarixi kimi xarakterizə
oluna  bilər.  Bu  özünü  daha  çox  beynəlxalq  mübadilənin
genişlənməsində, xüsusilə də dünyanın aparıcı ölkələri ilə,
tərəfdaşların sayının sabitliyi və kitab mübadiləsinin davamlı
şəkildə həyata keçirilməsində, milli, xüsusi və elmi kitabx-
analarla  mübadilənin  genişlənməsində,  xarici  elmi  infor-
masiya nəşrlərinin keyfiyyətinin yaxşılaşdırılmasında özünü
büruzə vermişdir.
Milli Kitabxananın fəaliyyətində keyfiyyətcə yeni mər -
hələ 1974-cü ildə Sov. İKP MK-nın “Zəhmətkeşlərin kom-
munist tərbiyəsində və elmi-texniki tərəqqidə kitabxanaların
rolunu artırmaq haqqında” qərarından sonra başlamışdı. Bu
sənəddə ictimai kitab fondlarının seçilməsi, mühafizəsi və
istifadəsinə yanaşma tərzi köklü şəkildə dəyişmişdi.
1970-1974-cü illərdə Azərbaycan SSR Nəşriyyat, Poli -
qra fiya və Kitab Ticarəti üzrə Dövlət Komitəsi və Mədə niy -
yət  Nazirliyinin  xətti  ilə  M.F.Axundov  adına  Azərbaycan
Dövlət Kitabxanasında müxtəlif respublika və xalqların kitab
sərgiləri təşkil edilirdi.
1970-1980-ci illərdə Dövlət Kitabxanasında fondun
xarici ədəbiyyatla formalaşması prosesi hərtərəfli və geniş,
nəşrlərin əldə edilməsi mənbələrinə görə müxtəlif və əhatəli
olmuşdu. 
BEYNƏLXALQ İNFORMASİYA MÜHİTİ
120


Mərkəzi Elmi Kitabxanada olduğu kimi, Dövlət Ki tab -
xa nasında da oxuculara xidmətin əsas formalarından biri
bey nəlxalq kitabxanalararası abonement idi. 1970-80-ci il -
lərdə Milli Kitabxananın fondundan bir çox xarici kitabx-
analar istifadə etmiş, abonentlərin sayı ilbəil artmışdı. Təkcə
1981-1985-ci  illərdə  xarici  abonentlərin  tələbi  ilə  Milli
Kitabxananın fondundan 28 nəşr göndərilmiş və beynəlxalq
abonement vasitəsilə 200 abonentin ədəbiyyata olan sorğusu
ödənilmişdi [201]. 
Həmin illərdə M.F Axundov adına Dövlət kitabxanası
xa rici  həmkarlarına  10000-ə  qədər  ədəbiyyat  yollamış
11000-dən yuxarı ədəbiyyat almışdı [60].
70-80-ci  illərdə  digər  Azərbaycan  kitabxanalarının
fondlarına daxil olan xarici ədəbiyyatın sayı əvvəlki illərlə
müqayisədə xeyli artmış və oxucuların tələbatını ödəyəcək
qədər çoxalmışdı.
Xarici ədəbiyyatın əldə olunmasında daha çox artım
Respublika Elmi-texniki Kitabxanası üzrə (2 dəfə), şəhər
kitabxanaları üzrə 2,5 dəfə, nisbətən az artım isə Mədəniyyət
Nazirliyinin kənd kitabxanaları üzrə müşahidə edilmişdi.
Əlbəttə  bu,  həmin  illərdə  kənd  kitabxanalarının  xarici
ədəbiyyatla kifayət qədər təmin olunmaması demək deyildi.
Sadəcə, kənd kitabxanaları əsasən slavyandilli ölkələrdə nəşr
olunan texniki ədəbiyyatla təmin olunduğundan kom plekt -
ləşdirmə göstəriciləri nisbətən aşağı idi. Ümumiyyətlə isə, o
illərdə müvafiq xarici nəşrlər Azərbaycanın ən ucqar kitab -
xana larına, kitabxanalar olmayan yerlərdə isə mədəniyyət
ELMİ-MƏDƏNİ İNTEQRASİYA
121


Yüklə 213,05 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə