Babaxanova Nigar Xan qızı



Yüklə 213,05 Kb.
Pdf görüntüsü
səhifə35/61
tarix10.11.2017
ölçüsü213,05 Kb.
#9577
1   ...   31   32   33   34   35   36   37   38   ...   61

ilə öz fəaliyyəti çərçivəsində mədəniyyətlərarası dialoqda
iştirak etmək ənənəsinin əsasını qoymuşdur. 
1994-cü ilin ilk aylarında Rusiya, ABŞ, Fransa, Misir
səfirlikləri və BMT-nin Azərbaycan nümayəndəliyi ilə sıx
əməkdaşlıq prosesinə start verildi; Fransa səfirinin mədəniy -
yət işləri üzrə müşaviri Gi dö Şövalyenin müşayəti ilə Paris
Milli Kitabxanasının direktor müavini Fransuaz Farnyenin
Mərkəzi Elmi Kitabxananı ziyarət etməsi ikitərəfli əməkdaş -
lıq üçün real zəmin yaratdı. 
1994-cü ildən etibarən Mərkəzi Elmi Kitabxana Rusiya
Dövlət Kitabxanası, Rusiya Milli Kitabxanası, M.Y.Saltıkov-
Şedrin adına Sankt-Peterburq Dövlət Kitabxanası, Rusiya
Elmlər Akademiyasının kitabxanası, Rusiya Dövlət Ümumi
Elmi-Texniki  kitabxanası  ilə  beynəlxalq  kitabxanalararası
abonement (BKAA) yolu ilə kitab mübadiləsini intensiv ləş -
dirdi. Rusiya Dövlət Ümumi Elmi-Texniki kitabxanasının o
illərdə hazırladığı toplu kataloqa Mərkəzi Elmi Kitabxananın
il  ərzində  əldə  etdiyi  elmi  jurnallar  barədə  məlumatların
göndərilməsi prosesi bərpa olundu.
1994-cü il sentyabr ayının 20-də Ulu öndər Heydər
Əliyevin  gərgin  əməyi  və  uzaqgörən  siyasəti  nəticəsində
Bakıda  "Xəzər  dənizinin  Azərbaycan  sektorunda  "Azəri",
"Çıraq"  yataqlarının  dərinlikdə  yerləşən  hissəsinin  birgə
işlənməsi və hasil olunan neftin pay şəklində bölüş dürül -
məsi" haqqında dünyanın 11 ən iri neft şirkəti ilə bağlanmış
Əs rin müqaviləsi dünyaya bir daha sübut etdi ki, artıq Azər -
bay canın güclü lideri, sabit ictimai-siyasi və sosial vəziyyəti,
BEYNƏLXALQ İNFORMASİYA MÜHİTİ
138


dünya ilə inteqrasiyaya hesablanmış uzunmüddətli proq -
ramları var. Bu ictimai-siyasi sabitlik və inkişaf Azərbaycana
xaricdən olan marağı dəfələrlə artırdı. Ölkəmizə gələn əcnəbi
tədqiqatçıların və elm adamlarının çoxalması, burada elmi
tədqiqat aparmaq istəyənlərin günü-gündən artması bunu
bir  daha  təsdiq  etdi.  AMEA-nın  müxtəlif  elmi  tədqiqat
institutlarında araşdırma aparan əcnəbi tədqiqatçıların ço -
xalması fonunda Mərkəzi Elmi Kitabxana oxuculara xidmət
sahəsində çalışan əməkdaşların sayını artırmalı oldu.
O illərdə, öz növbəsində Azərbaycan alimləri də xarici
elm və təhsil müəssisələrindən əvvəlki illərlə müqayisədə
daha  çox  dəvət  almağa  və  burs  (f
r.  Bourse)  əldə  etməyə
başlamışdılar.  Statistik  məlumatlara  görə  [204],  1993  və
1994-cü  illərdə  elmi  tədqiqat  məqsədilə  xarici  ölkələrə
getmiş Azərbaycan alimlərinin sayı 1976-cı ildən 1990-cı ilə
qədər gedənlərin sayından çox idi. 1994-cü ildə isə bu rəqəm
artıq 350 nəfərə çatmışdır 
90-cı illərin əvvəllərində keçmiş sovet ölkələrində in-
formasiya mühiti təqribən eyni cür formalaşırdı. Müstəqillik
əldə etdikdən sonra yeni iqtisadi-siyasi, sosial şəraitə uy -
ğunlaşma dövrünə qədəm qoymuş həmin dövlətlərdə kitab
və kitabxana mədəniyyətinə daha çox diqqət ayrılmağa baş -
lamış, kitabxanalararası münasibətlərin bərpası və dirçəlməsi
naminə, bu dəfə artıq MDB formatı çərçivəsində əməkdaşlıq
üçün real addımlar atılmışdı.
Məsələn, 1994-cü ildə Avrasiya Kitabxanalar Assam -
ble yasının (AKA) “Kitabxanalar mədəniyyət və incəsənət
ELMİ-MƏDƏNİ İNTEQRASİYA
139


üzrə informasiya mərkəzləri kimi” adlı layihəsi çərçivəsində
“1995-2000-ci illərdə mədəniyyət və incəsənət üzrə infor-
masiyaya ümumi çıxışın təşkilində MDB ölkələrinin kitab -
xanalarının qarşılıqlı əlaqə Proqramı” hazırlanmışdı [140, s.
14].  Layihənin  məqsədi  Avrasiyada  vahid  mədəni-infor-
masiya məkanının yaradılmasına kömək etmək idi. Qoyul -
muş vəzifələrin həlli üçün metodik sənədlərin mübadiləsinin
təşkil edilməsi; mədəniyyət və incəsənət sahəsində elektron
və texniki vasitələrin köməyi ilə kitabxanalar arasında infor-
masiya mübadiləsinin təmin edilməsi; informasiya müba di -
ləsinin  ödənişsiz  əsasda  bərpa  edilməsi;  mübadilənin
in  for masiya ekvivalentinin müəyyən edilməsi; ödənişli və
müqavilə xidmətlərinə görə hesablaşmanın rubl və ya dollar
nominalında aparılması; informasiya mübadiləsi zamanı rus
dilinin işlək dil kimi qəbul edilməsi və mütəxəssis müba -
diləsinin təşkil edilməsi təklif olunmuşdu.
Müstəqillik illərində post-sovet məkanında vahid və
yaxud maneəsiz informasiya mühitinin yaradılması təşəb -
büs lərinə başqa bir misal da göstərmək olar: 1995-ci ilin may
ayında  Müstəqil  Dövlətlər  Birliyi  iştirakçı-dövlətlərinin
Parlamentlərarası Assambleyası tərəfindən “Sənədlərin zə -
ruri nüsxəsi haqqında” Rusiya Federasiyasının Federal Qa-
nunu əsasında “Sənədlərin zəruri nüsxəsi sahəsində vahid
siyasət haqqında” adlı tövsiyə xarakterli Akt qəbul edilmişdir
[136, s. 6]. Qanunvericilik aktına əlavə kimi “MDB ölkələri
arasında sənədlərin zəruri nüsxələrinin mübadiləsi haqqında
Saziş” qəbul edilmişdi. Bu sazişə əsasən Birlik ölkələrində
BEYNƏLXALQ İNFORMASİYA MÜHİTİ
140


buraxılan çap məhsulunun zəruri nüsxələri ödənişsiz şəkildə
mübadilə edilməlidir. Sənədə görə Rusiya Federasiyasının
zəruri mübadilə nüsxəsinin bir komplekti Ukraynanın 6, Be-
larus  və  Özbəkistanın  9,  Qazaxıstan  və  Gürcüstanın  10,
Moldovanın 11, Azərbaycanın 12, Ermənistan və Qırğızıs -
tanın  14,  Tacikistan  və  Türkmənistanın15  zəruri  nüsxə
dəstinə bərabər tutulur. Bu sənədin bəzi müddəaları dəyişsə
də (məs. Azərbaycan artıq digər MDB ölkələri ilə ədəbiyyat
nüsxələrini  “birə-bir”  prinsipi  üzrə  mübadilə  edir)  MDB
ölkələri arasında beynəlxalq kitab mübadiləsini tənzimləmək
baxımından olduqca vacib əhəmiyyət daşıyır. 
Müstəqillik illərinin ilk dövründə informasiya mühi-
tinin formalaşması məsələlərindən bəhs edərkən əlbəttə ki,
respublikada 1994-cü ildən etibarən başlamış informasiya
cəmiyyəti quruculuğu işlərini də unutmaq olmaz. Ümum-
milli lider Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra bir
sıra sahələrdə olduğu kimi informasiya və kommunikasiya
sahəsində də dirçəliş başladı. Bunu nəticəsi olaraq tezliklə
Azərbaycanda İnternetin tətbiqi təşəkkül tapdı. 1993-cü ilin
avqustunda “.az” domeni rəsmi olaraq Azərbaycanın yüksək
domen adı kimi İCANN-da (İnternetdə domen adların və
ünvanların verilməsi üzrə Təşkilat) qeydiyyata alındı, 1994-
cü ildə Azərbaycan Elmlər Akademiyasının Avtomat laş dırıl -
mış  İdarəetmə  Sistemləri  (AİS)  şöbəsində  İnternetin  ilk
qov şağı yaradıldı və “Türksat” süni peyki vasitəsilə Türki -
yənin Orta Doğu Texniki Universitetinin İnternet mərkəzi
ilə əlaqə kanalı qurularaq Azərbaycanın İnternetə çıxışı tə -
ELMİ-MƏDƏNİ İNTEQRASİYA
141


Yüklə 213,05 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə