xadimləri Azərbaycana səfər etmiş, SSRİ EA Azərbaycan
Filialının bir sıra institutlarının fəaliyyəti ilə tanış olmuşdular
[73]. Xarici qonaqlar Mərkəzi Elmi Kitabxana ilə də tanış
olmuş və kitabxananın fonduna bir neçə kitab hədiyyə
etmişlər.
SSRİ Xalq Komissarları Sovetinin 1936-cı ildə qəbul
etdiyi qərarla Ümumittifaq Kitab Palatası yanında Bey nəl -
xalq Mübadilə Bürosu SSRİ Dövlət Kitabxanasının balansına
ve rildi. Həmin vaxtdan etibarən SSRİ-nin bütün nəşriy yat -
ları çap məhsulunun 6 nüsxəsini təmsil etdikləri res pub -
likanın baş elmi kitabxanasına pulsuz göndərməli idilər.
Kitabxana isə öz növbəsində həmin ədəbiyyatın 3 nüsxəsini
SSRİ Dövlət Kitabxanasının Beynəlxalq Mübadilə Bürosuna
təhvil verməli idi. Bunun əvəzində Büro İttifaq kitab xa na -
larını xarici ədəbiyyatla təmin edirdi.
Burada qeyd etmək lazımdır ki, 1936-1940-cı illərdə
beynəlxalq kitab mübadiləsində yalnız iri Ümumittifaq
kitabxanaları, müttəfiq ölkələrin akademik və elmi sahəvi
kitabxanaları iştirak edirdilər [82].
1937-1939-cu illər ərzində Mərkəzi Elmi Kitabxanaya
2800 xarici ədəbiyyat daxil olmuşdu. Həmin dövrdə xarici
kitabxanalara 1890 kitab və jurnal göndərilmişdi.
Artıq 1940-cı ildə Azərbaycanda 60 elmi müəssisə fə -
aliy yət göstərirdi. Bununla əlaqədar olaraq, Mərkəzi Elmi
Kitabxananın oxucularının sayı 720 nəfərdən 1200 nəfərə
qə dər artmış və onların xarici ədəbiyyata olan tələbatı daha
da çoxalmışdı. Lakin İkinci Dünya müharibəsinin ilk illə rin -
ELMİ-MƏDƏNİ İNTEQRASİYA
53
də bu tələbatı lazımi səviyyədə ödəmək mümkün olmurdu.
Buna baxmayaraq, Leninqradın mühasirəsinədək Mərkəzi
Elmi Kitabxana V.İ.Lenin adına SSRİ Dövlət Kitabxanası və
SSRİ Elmlər Akademiyasının Kitabxanası vasitəsilə nəşrlərin
mübadiləsini həyata keçirməyə davam edirdi. İş o yerə
çatmışdı ki, SSRİ Xariclə Mədəni Əlaqələr Ümumittifaq
Cəmiyyəti belə özünün bütün mübadilə əlaqələrini SSRİ
EA-nın Kitabxanasına vermişdi.
Leninqrad mühasirədə olduğu dövrdə SSRİ Elmlər
Akademiyasının Kitabxanası beynəlxalq kitab mübadiləsini
davam etdirə bilmədiyi üçün SSRİ Elmlər Akademiyasının
Rəyasət Heyəti İttifaq üzrə bu işi müvəqqəti olaraq SSRİ EA-
nın Kitab şöbəsinə (Moskva şəhərində yerləşdiyi üçün)
verdi. Beləliklə, 1941-1945-ci illərdə Mərkəzi Elmi Kitabx-
ana Kitab şöbəsi vasitəsilə 37 təşkilatla kitab mübadiləsi
aparmağa müvəffəq oldu. Onlardan 17-i ABŞ, 8-i Böyük Bri-
taniya, 5-i İsveç, 4-ü Avstraliya, 3-ü isə Kanadada yerləşirdi.
30-cu illərlə müqayisədə MEK-nin daha az tərəfdaşla
beynəlxalq kitab mübadiləsi aparmasının səbəbi İkinci
Dünya müharibəsi dövründə bir çox mübadilə kanallarının,
münasibətlər şəbəkəsinin pozulması idi
1944-cü ildən etibarən Mərkəzi Elmi Kitabxananın
həm yerli, həm də beynəlxalq kitab mübadiləsi işində dönüş
yarandı. Belə ki, son 4 ildə lazımi qədər ədəbiyyat, o
cümlədən xarici nəşr komplektləşdirə bilməyən Kitabxana
həmin ilin planına əsasən 4250 nüsxə əvəzinə 4802 nüsxə
ədəbiyyat əldə etdi ki, onlardan da 1255-i (446 nüsxə Qərb
BEYNƏLXALQ İNFORMASİYA MÜHİTİ
54
dillərində, 809 nüsxə isə Şərq dillərində) xarici ədəbiyyat
(kitab və jurnal) idi.
1945-ci ildə SSRİ EA-nın Rəyasət Heyəti beynəlxalq
kitab mübadiləsi üzrə bütün səlahiyyətləri Kitab bürosundan
alıb yenidən SSRİ EA Kitabxanasına həvalə etdi [104, s.193]
və Mərkəzi Elmi Kitabxana əvvəllər olduğunu kimi ümumit-
tifaq akademiya kitabxanaları şəbəkəsinin beynəlxalq kitab
mübadiləsi sistemində fəaliyyətini davam etdirdi.
SSRİ Xalq Komissarları Sovetinin 1945 il 23 yanvar
tarixli qərarı ilə SSRİ EA Azərbaycan Filialın Azərbaycan
Elmlər Akademiyasına çevrilməsi Mərkəzi Elmi Kitab -
xananın da kitab mübadiləsi işinə müsbət təsirini göstərdi.
İlk dəfə olaraq Kitabxanaya İttifaq üzrə nəşr olunan və Elmi
Tədqiqat İnstitutlarının təmayülünə uyğun bütün nəşrlərin
məcburi nüsxəsinin alınması və fondda xarici elmi jurnalların
sayının artırılması üçün kifayət qədər maliyyə vəsaiti ayrıldı.
Nəticədə, 1947-ci ildə Kitabxanada 18900 nüsxə (ümumi
fond 166675 nüsxə idi), 1948-ci ildə 20300 nüsxə (ümumi
fond 187569 nüsxə), 1949-cu ildə isə 22182 nüsxə (ümumi
fond 205096 nüsxə) xarici ədəbiyyat toplandı.
Tarixçi alim M.Qasımlı ABŞ-ın SSRİ-dəki səfirliyi
nəzdində fəaliyyət göstərən informasiya və mədəniyyət
məsələləri idarəsinin məlumatlarına istinadən qeyd edir ki,
artıq 1946-cı ildə ABŞ-ın bir çox nüfuzlu elmi jurnalları
Bakıya gətirilirmiş. Səfirliyin məsləhətçisi Darbrounun
məlumatında qeyd olunur ki, “Soyuzpeçat” vasitəsilə Bakıya
gətirilən jurnalların sayı 1000 nüsxə olmuşdur.
ELMİ-MƏDƏNİ İNTEQRASİYA
55
1946-1952-ci illərdə Qərb kitabxanaları 200 adda
Sovet dövri nəşrlərinə abunə olmuşdular. Onların arasında
“Azərb. SSR EA-nın xəbərləri” jurnalı, “İnqilab və mədəniy -
yət” jurnalı (indiki Azərbaycan), Mərkəzi Elmi Kitabxananın
bülletenləri və s. vardı.
Müharibədən sonrakı ilk illərdə respublika İran (Cə -
nu bi) Azərbaycanına kitabların göndərilməsinə böyük diq -
qət ayırırdı. 1945-1948-ci illər ərzində Azərbaycan bədii
ədə biyyatı “xalq demokratiyası” ölkələrinə, məsələn, Bol -
qarıstana göndərilməyə başladı. 1947-ci ildə klassiklərin və
müasir Azərbaycan yazıçılarının əsərləri Orta və Yaxın Şərq
ölkələrinə göndərildi.
Kitab mübadiləsi “xalq demokratiyası” ölkələrindən
gələn nümayəndə heyəti ilə görüşlər zamanı da həyata keçir-
ilirdi. Belə ki, 1951-ci il dekabrın 24-dən 31-nə kimi alban
mədəniyyəti nümayəndə heyətinin Azərbaycana səfəri zama -
nı onlara kitablar bağışlanmışdı. 1954-cü ildə Azər baycanda
olarkən çin mədəniyyət xadimlərinə 39 kitab nüsxəsi ba ğış -
lan mışdı [103].
Sonrakı illərdə (1945-1961-ci illər) Mərkəzi Elmi Ki -
tab xana Bolqarıstan, Çexoslovakiya, Polşa, Rumıniya, Ma -
carıstan və ADR kitabxanaları, xüsusilə də milli kitabxanaları
ilə sənəd mübadiləsinin inkişafına xüsusi diqqət yetirirdi.
Lakin kapitalist ölkələrilə kitab mübadiləsi aparmaq hü qu -
quna yalnız V.İ.Lenin adına SSRİ Dövlət Kitabxanasına və
“Bey nəlxalq kitab”a məxsus olması Mərkəzi Elmi Kitabxa na -
nın oxucularını tələb olunan xarici ədəbiyyatın yalnız 20 faizi
BEYNƏLXALQ İNFORMASİYA MÜHİTİ
56
Dostları ilə paylaş: |