masında “Şərq ədəbiyyatı şöbəsi”nin xüsusi əməyi qeyd
olun malıdır. Qeyd etməliyik, 1982-ci ildə şöbə 943 nüsxə
ədə biyyat əldə etmişdi. Şöbə Türkiyə, Əlcəzair, İran, İraq, Yə -
mən, Əfqanıstan, Kipr, Mərakeş, Livan, Seneqal, Pakistan və
Şri-Lankanın 110 təşkilatı ilə əməkdaşlıq edirdi. Türkiyə 43,
İran 32, İraq17 elm və təhsil müəssisəsi ilə “Şərq ədəbiyyatı
şöbəsi”nin əməkdaşlıq etdiyi dövlətlər arasında ilk üçlükdə
idilər.
1983-cü ildə Azərbaycan, Gürcüstan və Ermənistan
elm lər akademiyalarının kitabxanaları xarici ədəbiyyatın
abunə yolu ilə əldə olunmasını tənzimləmək üçün fəaliy yət -
lə rini əlaqələndirməyə başladılar. Əgər əvvəllər Mərkəzi Elmi
Ki tabxana yalnız M.F.Axundov adına Respublika Kitabxa -
na sı, Respublika Elmi-Texniki Kitabxanası ilə xarici ədəbiy -
ya ta abunə prosesini koordinasiya edirsə, indi artıq bütün
Qafqazda bu proses birgə şəkildə təftiş olunur və kitabxana -
lar əvvəllər olduğu kimi ayrı-ayrılıqda eyni kitablara deyil,
müx təlif kitablara abunə olaraq ölkələrarası (o dövrdə şəhər -
lə rarası) kitabxana abonementi yolu ilə informasiya tə mi -
natını həyata keçirirdilər. Bu da hər üç ölkənin Elmlər
Akademiyasının ki tabxanalarına xarici ədəbiyyatı daha az
məs rəflə əldə et mə yə imkan verirdi.
Mərkəzi Elmi Kitabxana 1983-cü ildə beynəlxalq in-
formasiya mühitində 11929 nüsxə xarici ədəbiyyat əvəzinə
7635 nüsxə ədəbiyyat verməklə iştirak etmişdi.
Həmin il Kitabxana 4-cü dəfə Beynəlxalq Moskva kitab
yarmarkasında iştirak edərək xarici nəşriyyatlardan 260 adda
BEYNƏLXALQ İNFORMASİYA MÜHİTİ
110
yeni elmi ədəbiyyat almışdı.
1983-cü ildə iki yeni təşkilat və iki alimlə: Riyazi Təd -
qi qatlar İnstitutu (AFR) və Londondakı Metalşünaslıq Cə -
miy yəti ilə, professor Yəhya Boyat (Türkiyə) və professor
Smetri Narmak (İran) ilə əməkdaşlıq quruldu.
Qərb ölkələrindəki partnyorlar Azərbaycanın tarixi,
mə dəniyyəti, incəsənəti, dilçiliyi və ədəbiyyatşünaslığı xü su -
silə maraqlanır bu sahə üzrə nəşr olunan ədəbiyyatın əldə
olunmasına çalışırdılar. Mərkəzi Elmi Kitabxana bu sorğulara
tam və vaxtında cavab verməklə beynəlxalq əməkdaşlıq çər -
çivəsində üzərinə düşən vəzifələri layiqincə yerinə yetirirdi.
1983-cü ildə Mərkəzi Elmi Kitabxana tədqiqat məq sə -
dilə Azərbaycana gəlmiş ABŞ, Yaponiya, Vyetnam, İtaliya
alim lərini elmi informasiya ilə yüksək səviyyədə təmin et di -
yinə görə Azərbaycan EA-nın Xarici əlaqələr şöbəsi vasitəsilə
həmin ölkələrin elm və təhsil üzrə aidiyyəti təşkilatlarından
təşəkkürnamələr almışdı. Həmin il Kitabxana 50 ölkənin 567
təşkilatı ilə əməkdaşlıq edirdi.
13 mart 1984-cü ildə SSR Ali Sovetinin Rəyasət He -
yətinin qərarı ilə "SSRİ-də kitabxana işi haqqında Əsasnamə"
qəbul edildi. Bu əsasnamə bütün tip və növdə olan kitab xa -
na ların əsas fəaliyyət istiqamətlərini müəyyənləşdirir, onların
məqsədini, vəzifəsini, funksiyalarını konkretləşdirirdi. Azər -
bay can müstəqillik əldə edənə qədər kitabxanalar məhz bu
Əsasnaməyə müvafiq fəaliyyət göstərirdilər. Mahiyyətinə to-
talitar rejimin əsasları hopmuş Əsasnamədə kitabxanalar
kütləvi, ideoloji, mədəni-maarif və elmi informasiya idarələri
ELMİ-MƏDƏNİ İNTEQRASİYA
111
kimi qiymətləndirilir, marksizm-leninizm ideologiyasını,
sovet dövlətinin siyasətini və tarixini, sovet həyat tərzinin
üstünlüklərini təbliğ edirdi [12].
Buna baxmayaraq, Əsasnamənin VI fəsli kitabxanaların
beynəlxalq əlaqələrinə həsr olunmuşdu. Əsasnamədə dey-
ilirdi: “mədəni mübadilə, xalqlar arasında qarşılıqlı əlaqələrin
və əməkdaşlığın inkişafı, xarici ölkə kitabxanalarının təc rü -
bə sinin öyrənilməsi, SSRİ-də kitabxana işi sahəsində əldə ol-
unan nailiyyətlərin təbliği məqsədilə kitabxanalar müvafiq
beynəlxalq təşkilatların fəaliyyətində iştirak edir və xarici
kitabxanalarla beynəlxalq əlaqələr qurur” [137].
Bu, bir daha təsdiq edir ki, SSRİ-də kitabxanaların, o
cümlədən Mərkəzi Elmi Kitabxananın beynəlxalq elmi,
mədəni əlaqələrdə iştirak etməsi dövlətin maraq dairəsində
idi. Elə buna görə də, Kitabxana 1984-cü ildə beynəlxalq
əlaqələrini inkişaf etdirməkdə davam edirdi. 51 ölkənin 570
təşkilatı ilə aparılan beynəlxalq kitab və informasiya mü ba -
diləsi müstəvisində həmin il 10615 nüsxə xarici kitab və jur -
nal əldə olunmuşdu. Onlardan 1047 nüsxəsi kitab və kitabça,
7957 nüsxəsi jurnal və dövri nəşr, 605 nüsxəsi isə xü susi növ
ədəbiyyat idi. Abunə yolu ilə əldə olunan (“Bey nəl xalq kitab”
Cəmiyyəti vasitəsilə) ədəbiyyat isə 2512 nüsxə, o cümlədən
263 kitab və 2249 nüsxə jurnal təşkil edirdi. Əvə zin də,
Kitabxana xaricə 6236 kitab və jurnal nüsxəsi gön dər mişdi.
Əldə olunan ədəbiyyatın 4560 nüsxəsi filial ki tab xanalarına
verilmişdi.
BEYNƏLXALQ İNFORMASİYA MÜHİTİ
112
1984-cü ildə 6 təşkilat Kitabxana ilə əməkdaşlığa baş -
la dı. Bunlar Çin EA-nın kitabxanası, Plevnadakı (Bol qarıs -
tan) Qoruq Muzeyi, Kovi şəhərindəki (Yuqoslaviya)
Ri yaziyyat İnstitutunun kitabxanası, Milan Universiteti, Nor-
man şəhərindəki (ABŞ) “World literature today” (Müasir
dünya ədəbiyyatı) jurnalının redaksiyası və Yaxın və Orta
Şərqi tədqiq Cəmiyyəti idi. Həmin il İsveçrənin Asiya Təd -
qiqat Cəmiyyəti ilə mübadilə dayandırılmışdı. Çünki cə -
miyyət mübadilə şərtlərinə və davamiyyətə lazımi səviy yə də
riayət etmirdi.
Eyni zamanda, Mərkəzi Elmi Kitabxana beynəlxalq
kitabxanalararası abonement fəaliyyətini də davam etdirirdi.
1984-cü ildə Kitabxana bu yolla 12 ölkənin 27 kitabxanası
ilə sıx əlaqədə idi.
Qeyd olunduğu kimi, hələ 1983-cü ildən etibarən Mər -
kə zi Elmi Kitabxana xarici ədəbiyyata müraciət statis ti ka -
sının aparılması işinə başlamışdı. Bu proses 1984-cü ildə
daha intensiv şəkildə davam etdirilmiş və nəticədə nəinki,
müraciətlərin statistikası, eləcə də oxucu kontingentinin
müxtəlif parametrlər (elmi dərəcə, yaş, davamiyyət) üzrə
təhlili aparılmışdı. Beləliklə, ən çox müraciət olunan xarici
ki tablar, jurnallar, ayrı-ayrı elmi məqalələr müəy yən ləş diril -
miş, il ərzində ümumiyyətlə istifadə olunmayan dövri nəşr -
lərə isə abunə dayandırılmışdı. Həmçinin, bu və ya digər
xa rici nəşrə, materiala, sənədə müraciətin məqsədi, tələbatın
ödənilmə səviyyəsi, müraciət edənin tədqiqat maraqları və
s. öyrənilmişdi.
ELMİ-MƏDƏNİ İNTEQRASİYA
113
Dostları ilə paylaş: |