BabəK-İ XÜRRƏMDİn toplusu



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə1/25
tarix18.06.2018
ölçüsü4,8 Kb.
#49770
  1   2   3   4   5   6   7   8   9   ...   25


 
 
  
2
 
 
BABƏK-İ                     
XÜRRƏMDİN 
TOPLUSU 
 
 
 
 
 
İkinci dəftər 
 
 
 
 
 
 
 
Muğan 
 
 


 
 
  
3
ÖN SÖZ  
 
 
Bir sıra, ədəbiyyat a`limlərinin baxımıyla müvafiq, şe`rə 
yalnız hünər gözüylə baxmaq, onu ədəbiyyat dünyasından 
ayırıb, duyğu və xəyalla birgə əfsa`nəlik aləminə 
tapşırmaqdır. 
Halbuki, Şe`r ədəbiyyatın ürək şirəsi və insanın iç dünyasının 
müsafirət xatirələri və o dünyanın tanınmamışlarının inkişafı 
və nəhayətdə bəşəriyyətin iç duyğularının dilmancı olduqda 
biz, şe`rin yel qanadlı ayaqlarını ədəbiyyatın kəsə yollarında 
çox bir elmilə müvafiq və qabaqcıl görürük. şe`rin, hər bir 
elmin və hər bir şeyin böyüklüyündən söz açmağına inanırıq 
və bu inamdayıq ki şe`r, insanların can zikri olduqda dünya 
səhnələrində ürəyin kamil hüzurunu gözə çəkməklə, 
yaşayışların təcrübəsini və isbatını yetirir......... 
- Məncə, hər bir şairin birinci görəvi özünü, elində- dilində- 
yurdunda axtarıb və nəhayətdə,dünyada və bəşəriyətdə, 
avarmaqçın, keçmişlərdə kim olduğunu sədaqətlə düşünüb və 
gözlər önündə, sinəma pərdəsi tək canlandırmaqdır, tutaq ki 
bu axtarış bə`zən elinin və ya bəşəriyyətin xoşuna gəlməyə, 
ancaq: Şair gərək keçmişlərdə nə olduğunu və bu gün necə 
durduğunu tanıyıb və açıq fikrilə gələcək dünyasında 
qabaqcıl ola bilə, çünkü, keçmiş yaşayışı xatırlamaq və 


 
 
  
4
ucalıqlarını və ya alçaqlıqlarını gözə çəkmək bu günün 
fikirinə islahdırsa gələcək yollarına körpü salmaqdır......... 
- hər bir ölkənin və hər bir elin qəhrəmanları o elin boy- soy, 
güzgüləri və mənlik ülgüləri olduqda, bu mənliklər elliklə 
bəşəriyyət ca`miəsinin ucalıqları və üstün nişanlari sanılır. 
... Əyər bir gün insanlar, hoviyyətlərini toplamaqçın, 
dünyanın ən böyük qəhrəmanlarının boylarını ki insanlıq- 
azadlıq- istiqlal və şərəflə eşq yolunda çalışmışlar və iftixarlı 
yaşayışa və ila`hi qürura malik olmuşlar, insanlara 
tanıtdırmaqçın bir səhiyfə üstə gətirələr; əminəm ki, hasarları 
yarıb cahanlaşanların bir kişisidə hörmətlə Xürrəmi Babək 
olacaqdır ki həyatının hər bir bölgüsündə yaşayışa iftixarla 
minnət göstərib və insanlıq boyunca boy atıb və böyük 
olaylardan başı uca və alnı açıq çıxmışdır........ 
- O cənablardan bir neçə addım geridə, dünya tarixində 
yaşayanların bir kişisi də Bababəy qardaşı Atabəy (Əbdullah) 
dura bilər ki həma`sələrindən başqa, hətta ürfan baxımıyla, 
can dodaqlarından qurtarana qədər ila`hi əxlaq və rəftarlara 
ma`lik olubdur və son ləhzələrində hətta Həllac və Nəsiymi 
dəndə, duru, qürurlu dözüm və vüqarlı cəsarət və dirilik 
daşımışdır......  
    1988/03/24        
      Muğan 


 
 
  
5
ŞAFAQ                                                        1984/07/25 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Gündüzün gözünün odunu alan
                           gecə, gör necə! 
- günəşin üzünə, qanın yaxdırır! 
Sankı; Mötəsəm, 
Bababəy qanını, qaşdan axdı 
 


 
 
  
6
QADİSİYYƏ                                         1998/12/26 
 
 
 
 
Qadisiyyə təhlükəsi
         çal- çarpazın, dağlarını 
                    Nəhavəndin dağlarından, 
                                           ağnadıbdır el köksünə 
bürüdükcə ağırlığı yarğanları, 
                          itib, qatıb yük altında, həqiqətlər 
Diyuk ilə İstiyakın-(1)- əməyindən bitən 
                                 qızıl bir təməddün, elə getdi 
                                    ....... qayıdışım, belə gəldi! 
Quruçayı, aybatanda* Nəhroldəmə, çevirənlər 
 
            - Insanları qul etməyə yeni yasa gətirənlər   
...... on bir ölkə nüfusunu, buxovlayıb    
                                       -  İslam deyə, 
                                dəyişiblər əllisini bir dəvəylə                
......... qalan varsa, qocalıqdır 
                                      - qan ağlayır, ac nəvəylə. 
 
  
*  Ay batan: Əkbatan, Həmədan                                                                                      
 


 
 
  
7
YAŞIL VARLIQ                                     1995/12/30 
 
Gündüzlə gecənin aralığında,  
                 uca bir hasar var, gözlər görməzin! 
onunçün pey açıb, divar salanlar 
                      əvamlar qoludur, zalimlər, yolu. 
onunçün xərəçi quran qorxuya, 
                əvam, şeytan deyir!! 
              ....... və məndə, əvam! 
o hasar, həsr edir həqiqətləri  
                       qaranlıqlar içrə, dustaq saxlayır   
o hasar, gümandır- baradır - yalan. 
***          
Gecəylə gündüzün aralığında, 
                         incə bir ara var, ipək gülüşdən! 
 ona pardaq vurub, cilvə verənlər 
                             eşqə tanışlardır 
     yaşıl varlığı; mə`nalı düşünüb,    
                  - ağ yaşayışa,-   
                     gözəllik verənlər, yalnız xəvasdır               
... əvam, o aləmdən; daha, xilasdır. 
 
 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə