BabəK-İ XÜRRƏMDİn toplusu



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə14/25
tarix18.06.2018
ölçüsü4,8 Kb.
#49770
1   ...   10   11   12   13   14   15   16   17   ...   25

 
 
  
92
VULKANLI ÜRƏK                           1996/06/22 
 
 
 
Gecəlik tabutu, ardınca gəzdi 
                      basdıra bilmədi bağrında, 
                      sənin; ulu vüqarını- şan- şöhrətini      
                   ... mənim dünənimin, parlaq günəşi 
sən; günəş, o; zülmət 
sən; eşq, o; şəhvət 
                   ...... aydın camalını, görənə minnət! 
sənidin zamanın ağırlığını, 
                      daşıyan çiynində, ...dərdli ürəyim. 
 ..... sənidin, birdə; sən! 
kimsə o gözlərin, bəbəklərində,  
                                   oxuya bilmədi dərinliyini 
          ... eləcə, tanınmaz qaldın tanışa! 
           özümdə heyranam bu quruluşa! 
Əsirlər həsrində, hələdə bağlı! 
     hələdə vulkanlı ürəyi dağlı! 
hələdə niyaran! ..... hələdə üsyan! 
zaman, dil öyrədir; toprağa - daşa 
dünyalar durduqca, səndən danışa. 


 
 
  
93
BAŞQA HƏYAT                                    1989/08/28 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Qaranlıqdır; qaraltılar, qarpışırlar; dəstə- dəstə 
................... döşənirəm xəlvətimdə, qorxu üstü 
birdən; durub cəlvətimdə doğulursan 
               ......və yanırsan, günəş kimi,   
               ürəyimin qorxuluğun götürməyə. 
..... görməlidir, yaraşığın 
                                ürəyimdən uzaqlaşma, 
                                 başqa həyatdır işığın! 


 
 
  
94
YAŞIL QAN                                       1989/04/30 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Yazın yaşıl qanı 
      ümid güllərimin damarlarında, dolanır, hələ 
tutarkən adını, şövqüm başlanır 
                          tükənən səbrimin camı daşlanır 
gözəllikləriylə, hələ tanışam 
şirin xatırını unudmamışam . 


 
 
  
95
ŞUM QASIRĞA                                    1996/06/23 
 
 
 
 
 
A`təşgahlar ətəyindən üzülən köz, 
                   öz içində, çırpınarkən, 
                         şum qasırğa caynağında, döyünürdü 
                     ...və sönürdü, pərən- pərən; könüllərdə 
Tahir oğlu Əbdülləhın-(20) qılıncından yağan ölüm 
                              diyar- diyar, el bağrını dağlayırdı 
gözəlliklər əməyini çəkən topraq, 
                            yapraq- yapraq,  
                                   xəzan kimi, öz özünü ağlayırdı 
baxışların ətəyində əsən əsim, 
               nəfəslərdə sızlayırdı 
pərişanlıq, oturduqca göz  rəfində, 
                     ürəklərdə göynəyirdi. 
............qalaların daldasında sınmazınlar 
     yaşayışdan; azadlıqdan, başqa bir şey almayanlar   
               il gecəni, közləriylə alışanlar, durmuşdular  
....... qaranlıqda qalmasınlar, qaranlıqda qalmazınlar. 


 
 
  
96
MÜQƏDDƏS OCAQ                             1996/09/01 
 
Gündüzə- gecəyə, e`tibar verən 
yaraşıq yaradan, ay.... ulduzlara 
yaşıl yaranışa hörmət göstərən 
              günəşdir günəşim,.... günəşdir, günəş!  
 
yaranan eşqinin sonsuzluğunda 
boğulan bağrının susuzluğunda 
özü, öz içinin kəşməkəşindən, 
               doğulan hər an,........ genəşdir, günəş! 
 
ulu  təbiə`tin, daşqın olayı 
eşqili həyatın varı... baharı 
müqəddəs qucaqlar odu, ocağı 
               günəşdir günəşim,... günəşdir, günəş!  
 
zülmət qarşısında, yanıb dayanan 
tarixlər yaradan, tarixdən olan 
mənimçin e`tibar, səninçin əyar 
               qəhrəman bir insan...günəşdir, günəş! 
can kimi əyləşən siccilimizdə 
arayan, ləzzəti ağrılar ara 
riayət eləyən, xalqı... xilqəti 
               günəşdir günəşim,... günəşdir, günəş. 


 
 
  
97
AĞIR TUFAN                                 1996/09/01 
 
 
 
 
 
 
 
 
Ağır tufan, keçirdisə içimizdən, 
         yıxırdısa  ucaları, alçaqların xatırına! 
zindəganlıq, sızqın- sızqın ancaq: 
                        yenə, ürəklərdə, qaynayırdı 
.......bu dəlilə; bu el - dilə: 
- hər bir halda (öldü vardır, döndü yoxdur) 
bu, el - dilə; bu gedişdə, qayıdış yox. 
Leys- (21) oğlunun həyatını, yoldan edən, 
        bir qudrətin, namusunda, varlıq yatıb    
yerişində, yaranış var 
görüşündə, başlanışlar..... 
çoxda vətən, ürək- ürək  
                           dərin dərdin, yolcusudur 
                       ........ gözəlliklər ölçüsüdür. 


 
 
  
98
MEHRİBAN OCAQ                                          1992/07/11 
 
 
 
 
 
 
 
 
 
Şəhərin zəhərli, havayı havası 
                       yorur könlümü,  
haraya baxım?.... a``x! 
dörd dörəm, dumanlıq 
                       qaranlıq, yeriyir qaranlıq üstə 
                                      ........ düşüncə, xəstə 
 
həra`mılar hökmü yetgindir, bir, bax! 
                      unudulmuş adın, oduna sayaq 
               - adında - yadında - dilində, yasaq 
doyunca, ancaq; a``y, mehriban ocaq, 
            yanıb, öz cilvənə inanmalısan  
           sönük ürəklərdə, yaranmalısan. 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə