15
KƏLMƏ VƏ İNSAN 1985/05/16
Yaşayır kəlmələr, insanlar kimi!
yaşadır özüylə yaranışları
kəlmələr,
doğulur-çağlanır-doğur,
.......sağır- sağılı
-yaşayır insanla birgə, bir təhər!
mini az, biri çox
mini ac, biri tox
bəzən, kəlmələrdə öləndən sonra
sağılır insantək!
... ögey bir qoşa,
özümdə heyranam bu quruluşa!
yaşadan kəlməni insanladisə,
insanlar qırılır, kəlmələr üstə!
16
ƏL- ƏL ÜSTƏ 1989/08/11
(Əl- əl üstə kimin əli?)
- günəşin? ....... yox!
- yaşamın? ...... yox!
.............. sən, uduzdun.
***
(əl- əl üstə kimin əli?)
- zülmətin? ....... da!
- ölümün? ...... - da -
sən, apardın.
17
QISIR KƏHZƏLƏR 1987/01/14
............. Mənə nə qaldı?
aysız gecələr, günəşsiz gündüzlər!
qısır, ləhzələr!
............... sənə nə qaldı?
bəlsiz yaşayış, bəlirsiz dönərgə!
bəlsiz, gələcək!
.............. kimə nə qaldı?!
18
QAMIŞLIQ 1986/12/29
Qamışlıqda, düşüb tora,
həzin - həzin, yel ağlayır
................ onunla, bir el ağlayır.
19
DÜYÜN 1989/07/16
Ölümcül, elim .......... və yasaq dilim
nə dilimdən doydum, nə dirliyimdən
........ dünəndə - bu gündə,
qaldı düyündə
-səfil- niyaran-
yarcı- yarından
.............deyirəm:
yenədə, ana qarnından
gələndə, gələcək
- bəlsiz gələcək?!
20
ANA VƏTƏN 1988/09/01
Könül mülkü, ana vətən
.................... alqış
odlar yurdu, alqış.
21
NAĞILLAR AĞZI 1992/01/17
Içim od, içdiyim od
içindən keçdiyim; baxışlar- axışlar,
... və axtarışlar, odlar ölkəsində, od
məndə, haysız
kölgəmlə birgə, nağıllar içində sürünməkdəyə
deyirəm: ay nağıl, nə güclüsən sən?
deyir: mən güclü olsaydım,
tarix tikrarımda acız qalardı!
deyirəm: ay tarix, nə güclüsən sən?
deyir: mən güclü olsaydım,
məzlumlar qanıyla yazılmazıdım!
deyirəm: ay yazı, nə güclüsən sən?
deyir: mən güclü olsaydım,
nağıllar ağzında yaranmazıdım.
22
DÖNÜB GƏLMƏ 1990/05/15
Dönüb gəlmə,
nağılların, ağılına çəkilməyə
barsızlığın budağında barınmadan
öz içində arınmağın xoşdur,
sağın!
sən; tarixin göbəyində qalan,
böyük xatıramsan
əlli nəslin oğurlanan diləyindən,
doğrulan,
bir olacaqsan
ətəyimdə,
öz közündə qızar naçar.
sönüb gəlmə,
qayıdışın, dönərgədir
.................gediş yolu,
qalarğılıq.
23
AĞRILI KÖRPÜ 1993/01/25
.... Aramızda, ağrılı körpü
- kor yaramızda,
köynəksiz, göynək
.... və kirpiklərimin sırsırasından,
aslanan;
il günü, həsrət damlası
aha...y, qadası...........
görüşümüzü, islaq saxlayıram
sevincim dəm alır,
- dəm bə dəm, dəm yetir, və kəlmə- kəlmə!
ancaq: sağın he...y
bu pəlmə havada, buyana gəlmə!
üzümü qızardan, güz şillələri
əynimdə əyləşən toz, barsızlığım
hələlik; gözünü sar yol uzunu
özündə dincəl.
..... heyva desəm; gəlmə,
alma desəm; gəl.
Dostları ilə paylaş: |