24
XATIRALAR CƏMİL MALI 1992/07/16
Köksümüz; Bağlıq, Qaradağ
köksümüz; Dağlıq, Qarabağ
ürəyimiz; sevgi dolu Xəzər
........ Araz- Arpa çayı- Kür- Qarasu,
- damarımız
............ göz yaşları; aralıqda divarımız
dəriləndirmi? Gözümüz, gözünüzdən?!
bizdə yaşam; gündüz- axşam,
bir kəlmədir.
döyünəcək- sevinəcək,
ürəyində; ürəyim,
he...y, güneyimə bağlı,
quzey, maralları- qartalları
cəmalına, qan qardaşın bir aşiqdir
sənəmliyin, mənliyimə yaraşıqdır
xatıralar cəmil malım
qadan alım.
25
YƏTİM DİYAR 1996/01/01
Yetim diyarımda;
kimlə bölməliyəm, ürək ruzumu,
könül arzumu?
........mənim diyarımda, hamı uyğuda!
heç bir ürəkilə, yoxdur al - ver,im
heç kimin gözündə, yox pənah yerim
tanışlıq bu yerdə unudulmuşdur!!
kimlə bölməliyəm, ürək ruzumu?
..... lal- kar, görüşlərlə?!
kor, axışlarla?!
yetim diyarımın, doğma; öz eli
fikri, özgə fikri,
...... və ögey, dili
kimlə bölməliyəm, ürək ruzumu,
ağır, ağrımı
bu yerin, hər zadı; əcibdir, əcib!
ölüsü; əzizdir, dirisi; qərib.
26
GÖZƏLLİKLƏR DƏRBARI 1996/06/24
Mənimiçin tapmacayi, uşaq ikən,
- bir tanınmaz cəzbə, məni dümsükləyib; dil verəndə,
nə deyərdim?!
hankı öpüş; dodağımı daraqlayıb, gül dərərdi
nə deyərdi?!
hankı gülüş; ürəyimi diskindirib, dindirərdi
nə verərdi?!
mənimiçin tapmacaydi!
cavanikən; hankı çəkim, çəkdi məni
gözəlliklər dərbarına
eşqi; mənə kim öyrətdi, gözlərində
ürəyimin xanabağın,
kim çevirdi, xumxanaya!
o şərabdan kimlər içdi,
- mənimiçin tapmacaydi!
... hələdə var tapmacadır!
Eşqin- şerin- şurun, məndə
günəş kimi qulluqçun var,
Yaşayırsan şirin, məndə.
27
BAŞARIQ 1992/11/30
Təmiz başarsaydım, yaşayışımı!
- yel tək;
yaz bağını, barlandırardım,
darardım- hörərdim, sünbüllər saçın
neylər boğazını dilləndirərdim
oxşardım özümü, öz ürəyimdə
ana dilimdə
torpaq tək;
çeynərdim çirkinlikləri
gözəlliklərimi, gözə çəkərdim
fikrim, ətək- ətək,
açardı çiçək
su tək; yetirərdim yerdə göyləri
axardım, el bə el - ölkə bə ölkə
həyat paylayardım, yelə- torpağa
özüm, öz-özümdə dənizlənərdim
yaranış əliylə əzizlənərdim
... təmiz başarsaydım, yaşayışımı.
28
ÜMİD BAĞI 1995/12/27
Bəz, közünü
yüz əlli il-( 5) kül altında bəsləyərək
ürəklərin odun aldı
əkinçilər inqilabın yola saldı-( 6)
ümİd bağı, barla doldu
el, dirçəldi- dil, dirçəldi
- yenə vətən yanağına, boya gəldi
al günəşin tellərinə; əl uzadan, atəşgahlar
şölən tutub, şölələndi
sanki, Şervin ruhu Sağraq* heykəlinə,
hülul edib, Bəzə endi
şənlik camı doldu, şərəf şarabıyla
düşüncəsi, altın- üstün,
Sağraq bəyin, sufrasında
ürək- ürək, qaldırıldı
yaşıl mahnı, pərdə- pərdə
saz telində qanad açdı,
.......ürəklərə doğru qaçdı.
*Sağraq: səğrəq, sayrak, sə`rək, səhrək, şəhrək, çə`rək
29
HƏYAT CANI 1995/12/28
Keçmişində apar yola sal məni,
tapım vüqarımı, tapım kökümü,
damarlarında
tanıyım özümü, axım əsrimə.
gözlərim bəbəyi, dərinliyində
heyran dolanıram dolanışığı
səndən dönənmirəm, calan könlümə
həyatımın canı barda otursun
.... qayıdım, o gözlə baxım əsrimə.
səndən uzağamsa, zamanlar boyu,
günəş tək yaxınsan mənə, ürəkdə
ətəş tək yaşırsan içgin, içimdə
gözümün yaşında, danışığımsan
sözümün qaşında, yaraşığımsan
səndən uzağamsa, zamanlar boyu,
bu gün, həyatına vardır oxşarım,
görüşüm, borandır, istəyim tufan
əməyim talandır, köməyim irfan.
Dostları ilə paylaş: |