30
ÇƏNLİ DAĞLAR 1996/01/01
Çənli dağlar başıüstə
qanad açan, qartal oldu.
döşlərində, yaşıllığa
yaşam verən, bulud oldu.
yanaq- yanaq, bənizində,
gülüş əkən, günəş oldu.
dodağında tərənnümlü söz yatırdan,
bahar, onun iç ətəşi
........... və eşq, ulu hoviyyəti
əyləş,
əyləş siccilində, Sağraq kimi
əyləş,
əyləş vüqarında, dağlar kimi
çənli dağlar, hikmət dağı
vəhy ocağı.
31
ULU MƏYXANA 1996/12/26
Hankı güzgülərin işığısan, sən
hankı təbi`ətdir; yaşadan məni
yaşayışında
hankı həqiqətdir izləyən, səni
yaşayışımda
minlər, yaşayışsan
.... minlər, gözəllik.
hankı güzgülərdə duruşuğumsan
uca, baş sağlığım
ulu, meyxana.
..... duyğular dirisi, uyğular şərhi
vüqarlar körpüsü, kamal kürsüsü
aç ümid yolunu, dağlı köksümə
... yarğanlı səsim var- yarğanlı könlüm
yarğanlı baxışım- yarğanlı ruhum
vur körpü içindən, içimə
əl tap, uca zirvələrdən ucalığına
ürək bağlamışam qocalığına.
32
DAĞ VÜQARLI QÜRUR 1997/04/30
Gözlərindən,
ürəyimin dərdin dərdim
sözlərində, könül sırrın varaqladım
nəfəsinə qonan kimi,
dondum
sonra, dağ vüqarlı qürurunu,
baxışında seçdim,
...... içdim
keçdim sevgi siynasından.
yenə; dur gəl, .....dolan,
calan gözlərimdən ürəyimə
..... qəzəllikdə, özümünsə
gözəllikdə, gözümünsən.
33
YAZ HƏVƏSİ 1989/07/27
Bir güz...
onlar, koful güz...
yüzlər, yaman güz
əprək damarlarla,
keçişib içindən, yorğun...və əsrək
sala bilməyibdir qaynardan qanın!
bu içki hələ....
şən bir səadətə çağırır eli,
ağ nəfəsiylə
.... hələ, qaynayacaq,
....... hələ, sevinəcək,
yaz həvəsiylə.
34
XÜRRƏM BABA 1995/12/22
Dan ulduzu,
görüşünü yabancılar gözlərindən əsirgəyib,
qaş- qabağın, buludlara tapşırmışdı
Xürrəm baba; Bəz qalanı çəndə qoyub
Xürrəmdinlər ürəyində, yola düşdü
Qocaman dağ
dağ döşündə, vüqarına söykənərək
öz içində qərar tutdu
...nəfəsinin odun utdu, o qədər ki,
birdən birə, ıldırım tək, çaxdı
axdı Əbdulləhin-( 7) ordusuna
.... deyərdin ki;
zəfər; çalır əl, elinə
qarşısında; öz- özünü, itirənlər,
uduzublar yaşayışı,
- qorxu üstə -
..... qaçıb, qalxan at belinə
döşənirdi, qan selinə.
35
GÖZLƏR IŞIĞI 1995/12/22
Gözlərin Işığı; yeri, sağ yeri
uyğulu gözlərdə, dur oyaq yeri
zülmət çağlarının, ayı- ulduzu
aç qaşdan qabağı; qaç, qabaq yeri
yerişi, elimin üstün hədəfi
yeri ürəklərdə, bir qıvraq yeri
dayan vüqarına, söykən eşqinə
dağdan kürəklidir o dayaq yeri
elə, yer etmisən bu ürəyimdə
özümə qalmayıb, bir ayaq yeri
səndə yaşayanda, gələcəkləri
mənədə saxlarsan, bir qonaq yeri.
36
MƏNƏMLİKLƏR SARAYI 1993/12/23
Zübeydənin -( 8) meymununu, imarətdə əyləşdirən
mənəmliklər sarayından;
Cəhad hökmü, yola saldı!
başsızlardan neçə Minbaş
Hazem-( 9) adlı başçılıla, Kalabara* doğru axdı
xəzan yeli, bağ bostanı taladıqca;
ürəklərdə doğulurdu
gülşənlərin harayından,
Ağlağanın ürəyinin döyüntüsü,
ətək- ətək, daşlanırdı
Qarasuda boğulurdu.
.... aylar boyu, ölüm- itim- döyüş- ağı
el- obada; yaşayışı, fəlakətdə oturdmuşdu.
... nəhayətdə; ölüm ilə, əl bə yaxa olub Sağraq
yorğun günün son çağında, çökdü dizə
günəş kimi, qürurunu- qürubunu
içdi, tel- tel, ehmal-ehmal,
sankı; cumdu, nur, dənizə.
* Kalabar,kalabars, kalaybar, kəleybər, qala Bəz
Dostları ilə paylaş: |