BabəK-İ XÜRRƏMDİn toplusu



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə7/25
tarix18.06.2018
ölçüsü4,8 Kb.
#49770
1   2   3   4   5   6   7   8   9   10   ...   25

 
 
  
43
YADINDAMI DIR?                                    1987/09/11 
 
 
 
 
 
 
Gözünü, doyunca dik, gözlərimə 
özünə doyunca, bax! 
......... yenə, dön bax! 
oxu özlüyünü, 
     alnımın, qatbaqat qırışlarında 
...... oxu kimliyimi, 
                              keçmişlərində 
yadındamıdır? 
           əlimlə- əlinin hörüklərində,  
                   diləklər güldükcə, yaz doğulurdu! 
                       çəməndə, çiçəklər çiltik çalırdı! 
yadındamıdır? 
           əlimlə- əlinin büküklərində    
                                               istəklər boy atıb,          
                                                     açırdı çiçək! 
................... gəl verək əl- ələ, o yoldan gedək. 


 
 
  
44
MƏYMƏZ                                  1995/12/29 
 
Günəş; bir gün, Savalandan san alarkən 
          keçirdirdi göz önündən keçmişini 
Meyməz* gölü, bir an; odlu gözlərində əkildikdə 
       baxışını çəkdi, bir daş kölgəsində dayandırdı 
..... orda yatan gənc oğlanın vüqarında yola saldı. 
  - tüklərinin ayağında axan təri, qan görəli 
                          Savalandan sordu, kimdir?     
Bəbək 
Kimin bəbəyidir? 
Çiçəkindir 
atası kim? 
- Kürəsərdə şəhid olmuş  
adı?- Mirdas 
duruxsunub, Bababəy- (11) adlıram deyə 
           gözlərinin körpüsündən, yola saldı 
                     ..... Bəz qaladan baş ucaltsın 
qartal gərək, üfüqlərdə göz qızartsın 
                                         .... qaş qaraltsın.  
* Meyməz : meyməd, meymənd, sərein kəndlərindn biri, ki 
yaxinliğinda olan ziyarətgah ki bu gön çiçək bibi məzarı adlanır, 
Düqtür təbərinin iddiasına - görə babəkin anasının qəbri olur, ki qbrinin 
daşında belə  yazilmişdır ( mən bəğdadda əlləri və ayaqları kəsilmiş 
qəhrəmanın anasıyam )                                             


 
 
  
45
BİRLİK ƏLİ                                       1995/12/28 
 
 
 
 
 
 
 
 
Ürəklər qaşından, boylananların 
qaşı həman qaşdır, izi həman iz 
 
məni mə`nalama bir an, özünsüz 
məni həman; mən bil, özü həman öz 
 
biz- siz; bir nəfərik bu planetdə 
bizsiz; sizsizlikdir, sizi həman siz 
 
ürəyin gözüylə, danışanların 
dili həman dildir, gözü həman göz 
 
üfüqlər, o qaşa doğru yollanır 
yolu həman yoldur, sözü həman söz 
 
eşq əli tutandan birlik əlindən 
adı həman addır, közü həman köz. 


 
 
  
46
EL ÜRƏYİ                                1995/12/31 
 
 
 
 
 
Ürəyimdən yan tutdular,  
                                      vüqarını, qürurunu 
tariximin gözlərindən oğurlandın, əlli nəsil. 
  gözdən iraq basdırdılar xatırını, can, bəzəyim      
yaşayıram; səni indi! 
yaşayıram; bu el- dili, bu vətəni, göz, bəbəyim 
yaşayıram; yarım, burda  
                    yarım, orda 
 - köksüm; Muğan,   
        Səhənd- Əlvənd və Dəmavənd, ücalığım 
yarım güney 
yarım quzey 
                      yaşayıram səni, indi Bababəyim   
sən;  əsirlər dəfi`nəsi, 
                məndə sənsiz, qara torpaq 
öyrənirəm indi səni, yarpaq- yarpaq 
                                ......... el ürəyim. 


 
 
  
47
DAN GÜZGÜSÜ                             1996/06/22 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
əyləşib könlümün, qol- qanadında 
sehrili səsiylə məst edir məni 
uzun yol salmışıq, bir- birimizdə 
mən onu gedirəm, o gedir məni 


 
 
  
48
doğulub canımın üfüqlərində             
günəş tək içimə işıq paylayır 
oxuyur içimi tərənnümləri                  
tel- tel; pərdə- pərdə, məni haylayır 
 
hankı cəzbələrdir səni izləyən           
özümdən irəli, can güzgüsündə 
hankı ucalıqdan faydalanıbsan           
görürəm üzünü, dan güzgüsündə 
 
içimdən, közünü uzaq saxlama             
yanım atəşində, cərəyan tapım 
məndə gələcəkdə yaşamaq üçün           
sən tək ucalıqdan bir nişan tapım 
 
könlümdə gəz- dolan, mə`nalarını             
dünyalar tapmışam, can diyarımda 
zümrüd quşlarında əyləşən tufan              
mənimdə yer salıb damarlarımda 
 
sənsiz yaşasamda, səndən olmaram        
yetərsən; sən mənə, mən sənə bir gün 
hamı xülasədir bir- birlərində               
bir- birə çatarsaq, açılar düyün. 


 
 
  
49
GÜNƏŞ XAN                                   1995/12/29 
 
 
 
 
 
 
 
 
 
 
Yaşıllıqlar dəniz- dəniz, 
                   gözəlliklər  ölkəsində, gülüşürdü 
fərəh qızı, lalələrin qədəhində 
                  qızardırdı, yanağını - azad yana - 
sevincini, dalğa - dalğa 
                  Günəş xanin,gözlərinə calayırdı 
əkinçilər, şən həyatın şirinliyin 
                    oba- oba, ürək- ürək, bölüşürdü 
qalalarda; el- dil deyə, 
          qol- boyuna dayanmışdı, dağlar boyu,           
atəşgahlar nəfəs- nəfəs, itildərək qılışları  
      yay...qışları, alqışlırdı azadlığı ...abadlığ . 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə