BabəK-İ XÜRRƏMDİn toplusu



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə8/25
tarix18.06.2018
ölçüsü4,8 Kb.
#49770
1   ...   4   5   6   7   8   9   10   11   ...   25

 
 
  
50
ÜRƏK ƏRİŞƏSİ                      1995/12/24 
 
 
 
 
 
Yazmışıq ürəklər ərişəsində, 
                                - adını - qalarğı qalsın eliçin 
çəkmişik şəklini, silah ba silah 
qanıla- canıla, torpaq ba torpaq 
                         unudulmayasan, ... unudmayasan. 
tutub sorağını, güldən- gülşdən 
qonmuşuq üstünə, kəpənək kimi 
yarğanlar yazmışıq dağlar uzunu. 
    dağlar qazanmışıq olaylar içrə. 
nəfəsin alaraq sazlar telindən- 
                          cummuşuq içinə, pərdə bə pərdə. 
gəzmişik hasarsız, nəğmədə- şurda 
.......yetim segahımın, çırpıntısında 
 Dağlıq Qarabağın, şikəstəsində 
             özümüz tək səni, şikəstə- bəstə          
.... muğamat qaşları olsun astanan 
heykəlin ümiddir, ürək meyxanan. 


 
 
  
51
BƏZ GƏNCİ                               1995/12/30 
 
 
 
Bəz; gəncini gözlər üstə bəsləyibən, ellərilə tanış etdi 
sözü gəzdi, dodaq- dodaq 
                          ..... ürəklərə malik oldu 
gözlərindən parlayan od, 
             atəşgahlar atəşinə, dayaq durdu 
qürurundan körpü saldı, 
                         dağlar, dağa; dayaq oldu 
ürəyində əsən eşqi, tufanlara çevirməklə, 
             qatlanılmaz vüqarını əkdi dağlar, yal- yoluna 
                                          ......... tilisimə düşdü devlər    
qaşlarını düyünləyib, çaxdı- axdı 
                                          .......... üsyanları yerə yaxdı 
Hadanxandan, göz olaraq; baxışına baxım verdi 
......- əl olaraq; tarix açdı həyatına 
                           .... və Cavidan ad qazandı, el oğluna 
ürək oldu; ürəklərin mülkün aldı 
ayaq oldu; gün çıxandan - ay batana, 
 - həyat  suyun yola saldı 
.... keçmişimiz diri qaldı. 


 
 
  
52
GÖZ AYDINLIĞI                            1992/08/02 
 
 
 
Gözündə döyündüm. 
gülüşlərinin; əsimiylə əsib, sevgiyə döndüm 
nəfəsində yatdım, gur həvəs kimi 
dodağında uçdum, narın səs kimi 
xəyalında, axdım, .... çönüb heyrətə, 
                gözlərində baxdım, özümə; bir an 
.... baxtımda; göndərdi, göz aydınlığı 
qondum  dodağında, ...gəzdim- gəzildim 
sındıqca eşqındə, sınırsızlığım;  
                                            üzümə güldü 
 sindim gözlərində, sindim özündə 
qədəh- qədəh fərəh; caladım hüsnünə, 
                                  ... gülləndi, güldüm            
mən, itdim onda 
     o, itdi məndə,         
............. ölüm yaşamasın iliyimizdə 
açdıq  həyat- həyat, sevgiylə qanad 
eşqsiz olarmı, yaşamaq? 
                         Heyhat ! 


 
 
  
53
XİLQƏT GÜNÜ                          1995/12/31 
 
 
 
Şe`rin ilham ocaqları, dan çırtlayıb ban qopunca 
- baxışını, ulduzların süzgəcindən keçirdirdi 
                    ..... günəş deyə, ətəyinə əl atırdı 
yaz qızının elçisinin dodağında, 
                                  açan gülüş, yuxuluydu, 
bir pak eşqin ilahəsi
susuzluğu yaşayışın dodağından götürməyə, 
       şüurula iradəni, sağdış- solduş; etdi ona 
təbiə`tin nişanlısı; buzçiçəyi 
                  Yazpaşanın, gərdəyinə bəzək oldu 
gizli eşqin caynağında, şikar olan; Güldanası* 
                                      qəzəl kimi, şirin- şirin, 
                               xatıralar hicləsinə daşınırdı 
....Bəz şəhəri, tamaşalı müəmmanı açmadaydı! 
Bababəydə, öz eşqinin dünyasında; 
                                 qanad- qanad, uçmadaydı 
Xilqət günü öz eşqinə, gözlliklə bayram tutub, 
                  yaxasına Növruz gülü saçmadaydı . 
 
* Güldana : əüldanə, kəldaniye 


 
 
  
54
HÜSNÜN DÜNYASI                          1991/10/22 
 
 
 
Ürəyim istəyir; 
                     qoyan tək dodaq, 
                     əmdikcə, əmilim dodaqlarında 
yayılım gözündə, bir ılğım kimi 
əsim gülüşündə, dan yeli sayaq 
                         olum bir qısma pay, gözəlliyindən. 
                                  *** 
ürəyim istəyir;  
                     yanım- yaxılım, 
                              açım a`ləmində, bir yeni a`ləm 
hüsnünün dünyası varlığım olsun
 
hər dən; gözlərində süzüm, baxılım 
                           gözlərim, söz açsın qəzəlliyindən. 
                                  ***
 
ürəyim istəyir, mey kimi, məndə 
         mənim can alanım, calanım səndə 
əbədlik- əzəllik, qaydasın; durum 
          vurum bir- birinə, yaranım səndə 
                              ..... əbədliyə çatım əzəlliyindən . 


 
 
  
55
CAN GÜLÜŞÜ                                1994/10/12 
 
 
 
 
 
 
 
 
 
Dodaqları gülümsəyir, gül üzünə ! 
bir gülşənin tərənnümü, yanağında 
bir bağ; çiçək zümzüməsi, dodağında 
- öpüşürlər, şirin- şirin...və düşürlər məndə yola 
                  ........ Miynasına çəkilirəm.  
durulduqca gözlərində; 
             röyaları, ətək açır yaşamımda        
               oturduram istəyimi ürəyində 
                  ........ Dünyasına çəkilirəm.    
- can gülüşü həyatıma məzə səpib, duyğu paylır 
nəşvələri, dönərgəmi yoldan edir 
gözlərinin baharında,  
                  ......... Səhbasına çəkilirəm. 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə