BabəK-İ XÜRRƏMDİn toplusu



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə20/25
tarix18.06.2018
ölçüsü4,8 Kb.
#49770
1   ...   17   18   19   20   21   22   23   24   25

 
 
  
135
* Nadir Mirza: Babəkin bargahı Bəz qala, ki bu gün Həştadsər(fars 
tarixçiləri, Həştadsər adlamışlar) “Əştəsər” mahalının yaxınlığında, və 
o Qərəcədağ “Arazbaran/Ərəsbaran” yurdunda va`qe` olurmuş. 
* Əhməd Kəsrəvi: Bəz şəhəri ki bu gün onun yeri düzgün bəlli 
deyil.....o barədə tədqiqim belədir ki: o Qərəcədağ mahalında və Araz 
çayının yaxınlığındaymış. 
* Əsir oğlu Əbu Əbdülləh( ibn Ələsir): Azərbaycan ölkəsinin 
mərkəzinə ki Babəkin caygahıdır Bəz deyirdilər ki Əfşin əmri ilə veran 
qaldı və bu gün ora xarabalıqdır. 
* Əlmohelhəl Əbudəlf: Bəz şəhərində bir caygah vardır ki üç cərib 
(60×60zərə= 30000 metr mürəbbə) en- boyunda gördüm və deyirlər ki o 
yer bir qoçağın qədəmgahıdır ki orada hər kimsə dursa və tanrıdan hər 
nə istəsə ona yetişər və orada qırmız paltarlar bayraqları ucalmışdı ki 
onlar Xürrəmiyyə adlanır və Babək orada durmuşdu, o qalanın 
ayağından axan çayın suyunda, hər bir kimsə yuyuna, köhnə təblərini 
töküb və xəstəliyi əynindən çıxar.........və onun ətəklərindən, Araz çayı 
axır. 
*** Sonuç: əlimizə çatan xəbərlərdən belə anlaşılır ki Qala,bar (var\ 
sirvət) və ya bars\ bərs ( pars, “yuzpələng”) mənasına, bu gün; 
Kəleybər-s “kalabar-s” adlanır şəhər, tarixlərdə yazılan həmin qala Bəz 
“kalabaz, bars=z” dır. ki o dağlıq şəhərdə neçə məscid və mə`bəd 
“kenişt” varımış ki oraya bar və ya bars= “Bəz” şəhəri deyirmişlər və 
bu gün Çımxır “Cimhur” və ya Babək qalası  adlanan qala, həmin (bar- 
bərs- bars “pars” – Bəz) qalası olur ki Mə`sərin şe`rində gələn sözlərlə 
müvafiq Əbrəştəveim dağının üstündə və üç cərib məsahətli bir qaladır 
....və bu gün Kəleybərdə, keçmiş binalardan bir əsər görsənməyirsə 


 
 
  
136
müvərrixlərin yazılarıyla bərabər o şəhər Xürrəmdinlərə, müqəddəs 
ocaq və qiblə olduğuna görə bütünlükdə ərəb qoşununun əliylə aradan 
getmişdir. 

* Va`zeh Yə`qu`bi oğlu: Mehrigan şahlarının sonuncu padişahı Tirdat 
oğlu Varazdır, güman ki  (640.m) ilində ərəblərin təhriki ilə öz tanışının 
əlində, ki Nərsə ya Nərsi adlanırmış ölmüşdür. 
Varaz, ərəb qoşunlarıyla neçə kərən döyüşüb və onları Aran yurdundan 
dalı oturtdu və Ömər xəlifə məcbur olub onun yurdundan göz örtsün. 
..... Ərran “Aran” (isti yurd mənasına) Osman xilafətində (643-655.m)  
Rəbiə` oğlu Səlman başçılığı ilə, ərəblərin əlinə düşdü və Xəzər türkləri 
neçə kərən xəlifənin qoşununu sındırıb və onlara ağır xəsarət 
yetirdi........ 

* Va`zeh Yə`qu`bi oğlu: Azərbaycan ölkəsi (642.m)  ilində Şöbe-i Səqəfi 
oğlu Muğeyrə başçılığı ilə , Osman xilafətində, ərəblər üzünə açılıbdır. 
* İmam Əbülhəsən Bila`zədi: Elə ki Şöbe-i Səqəfi oğlu Muğeyrə, Ömər 
xəlifə tərəfindən Kufəyə vali oldu, o Əlyman oğlu Həziqəyə əmr etdi 
Azərbaycan ölkəsini ərəblərin üzünə açsın, Ərdəbil mərzbanı Rəşid 
“qoçaq məna`sına” Bacrəvan (Bacirvan)- Miməz (Meymənd)- Nəriz 
(Təbriz)- Sərah (Sərab)- Şiz(Əcbşir)- Mianc (Miyana) və başqa 
yerlərdən qoşun yığıb onlarla döyüşdü, sonra; mərzban, Həziqə ilə sülh 
etdi ....və həmin ildə, Şö`bə oğlu Muğeyrə mə`mur oldu Kufədən 
Azərbaycana getsin və o ölkənin başqa yerlərinə sahib dursun, o qılış 
gücünə oranı alıb və onlara xirac“cizyə”qoydu. 


 
 
  
137

* Xoca Nizamülmülk: Məhdi xəlifə hökümətində (778.m) Gorgan 
batiniləri ki onlara Al Bayraqlılar deyirdilər Xürrəmdinlərilə əlbir 
oldular......... 
* Səid Nəfisi: 778.m ilində, ki Xürrəmdinlər qiyam etmişlər, doqquz 
ildən sonra...... 

(Xürrəmdin- Xürrəmi- Xürrəmiyyə- Cavidaniyyə- Babəkiyyə- 
Babəkyan
* Yaqu`t Həməvi: Xürrəm fars dilində şənlikdir və o Ərdəbildə bir 
kəndin adıdır, ki fikrimcə Xürrəmi Babək oralıdır...və o Xoramdan 
tutulubdur.... 
* Dr. Cavad Məşkur: Bir iddə, Xürrəmiyyəni, Sırxab (Sorxab) oğlu 
Şərvin ki Kiyusid qolundən və Al-i Bavə`nd, müridlərindən bilirlər. 
* A.İ. Bertels: Xürrəmdinlər, Məzdəkin inamlarını şiyə` üsulu ilə 
qatmışlar 
* Əbu Əli Məhəmməd Təbəri: Xürrəmi Babək ki Cavidaniyyə 
məsləkindən baş qalxızdı........... 
* Əhməd Va`zeh Yə`qu`bi oğlu: Azərbaycan şəhərlərinin adamları, 
Azəri və Cavdaniyyələrlə qatışıqdır 
* İsfəra`yınli Əbulmüzəffər: və amma Babəkyan, Xürrəmi Babəkə 
inananlardanıdılər. 
* Da`iy Razi oğlu seid Mürtəza :Babəkiyyə, Babəkin əshab-
larındanıdılar. 


 
 
  
138
* Qəzvinli Həmdullah Mostofi: Xürrəmdinlərdə Məzdəkilər kimi 
dostluq şüa`rı verirdilər və zülmlə- fisadla döyüşürdülər, əxlaqları 
sevməli və rəftarları yaxşıydi və bir kimsəni öldürməkdən və  
sinsitmədən çəkinirdilər... Xürrəmilər bir para vaxtlardan sonra qan 
tökməkdən sağınırdılar....... Təmizliyə özlərini çox müqəyyəd bilib və 
özgələrlə yumşaqlıqla qonuşurdular. 
* Rüstəm Əliyev: Hətmən bir iddə şiyə məzhəblərdən Babək qiyamında 
iştirak etmişdir. 
* Bertold Eşpoler: Xürrəmdinlərin inamında; özgə dinlər ki vəhy 
sahibləridir, bir- birləri ilə bərabərdilər, və hər bir kimsə ki, savab 
umuduyla və cəza qorxusuyla yaşayır və savab yolu gedir, onun dini 
vardır və onu əskik tutmaq yaxşı deyil...əyər məzhəblərinin qarşısında 
bir kimsə ayaq götürməsə, ona azar verməzlər. 
* Səid Nəfisi:......o ki aydındır, budur ki Xürrəmi dini Məzdəkin 
dinindən doğulmuşdur və Xürrəmiləri, gərək İslamdan sonrakı 
Məzdəkilər tanıyaq ...o ki mənimçin xoşa gəlim və ürək tutarlıdır, bu 
dur ki Xürrəmdinlərin tənasux və ruhun hülulna  və qayıdışına inamları 
varmış. 
* Əli Əkbər Dehxoda: Bu məzhəblərin tarixləriylə düzgün tanışlığımız 
yoxdur və o cür ki İslam dövründəki kitablarında, bu məzhəblərə 
bağlamışlar qərəz- mərəz və iftira ilə qatışıqdır... 
* Məhəmməd Təmimi Səmani: Xürrəmdinlərin mühüm hədəflərindən 
və əqidələrindən biri, şənliklə- xoşluqla, ömür sürməkidi və ona görə 
bu dinin tərəfdarlarına Xürrəmilər və Xürrəmdinlər 
deyirlər......Babəkiyyə, Mirdas oğlu Babəkə bel bağlayanlara deyirlər 
ki, Mə`mun xilafətində Azərbaycandan xüruc etmişlər. 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə