Бағышлајан Рәһм едән Аллаһын ады илә



Yüklə 2,7 Mb.
səhifə18/32
tarix01.08.2018
ölçüsü2,7 Mb.
#60465
1   ...   14   15   16   17   18   19   20   21   ...   32

«Otuz Səkkizinci Görüş»


Fədası olduğumuz İmam Zamanla (ə) görüşə nail olub, elmi suallarına cavab alan şəxslərdən biri də böyük alim Müqəddəs Ərdəbili (vəfatı 993-cü hicri qəməri ili) olmuşdur. Bu böyük şəxsiyyət təqva və ibadətdə elə yüksək məqama çatmışdır ki, hər kəsi iman və təqvada misal çəkmək istəsələr, ona oxşadırlar. Mə`lum olduğu üzrə Müqəddəs Ərdəbili bə`zi məsələlərin həllində aciz qaldığı zaman mö`minlərin əmiri Əli (ə)-ın qəbri üstə gedər, suallarını ona verər və dərhal onlara cavab alardı. Doğrudan, heyrətlənməmək olmaz! İnsan din və imamətə inam və əqidədə bu qədər yüksələ bilsin. Zəmanəsinin tanınmış alimlərindən və Müqəddəs Ərdəbilinin həyat sirlərindən agah olan tələbələrindən biri öz xatirələrində deyir:

Bir gün gecə yarısı mö`minlərin əmiri Əli (ə)-ın ziyarətgahında gəzişirdim ki, birdən nurlu bir fəzada ziyarətgaha tərəf gələn cazibəli çöhrə gördüm. Ziyarətgahın bütün qapıları bağlı olsa da maraqla onu tə`qib etməyə başladım. Gördüm ki, ziyarətgahın qapılarına yaxınlaşdıqda, birdən qıfılları öz-özünə açıldı. Beləcə, o hansı qapıya yaxınlaşıb ona əl vururdusa, dərhal açılırdı. Nəhayət, vüqarla qəbirə yaxınlaşıb Əli (ə)-a salam verdi və salamının cavabını aldı. Sonra da adi halda söhbət etməyə başladı. Bir azdan sonra hərəmdən çıxıb, şəhərdən aralanaraq Kufə məscidinə üz tutdu. Mən isə daha maraqla onu tə`qib etməyə davam etdim. O, məscidə daxil olub sonra yenə şəhərə qayıtdı. Nəcəfin şəhər qapılarına çatdıqda, artıq səhər açılırdı və camaat yavaş-yavaş yuxudan oyanıb münacata hazırlaşırdılar. Birdən, məni asqırma tutdu və heç cür özümü saxlaya bilmədim. O şəxs tə`qib olunduğunu başa düşüb geri döndü və gördüm ki, o, ustadım Ayətullah Müqəddəs Ərdəbilidir.



Salamlaşıb hal-əhval tutduqdan sonra dedim: Bütün gecəni – ziyarətgaha daxil olduğunuz andan bu vaxta qədər sizi izləyirdim. Xahiş edirəm deyin ki, ziyarətgahda və Kufə məscidinin mehrabında kiminlə söhbət edirdiniz? O, əvvəlcə mənimlə qəti söz kəsdi ki, özü dünyadan getməmiş bu sirri kimsəyə açmayacağam. Sonra buyurdu: Övladım! Bə`zən elə olur ki, qarşıma çıxan məsələlərin həlli mənim üçün olduqca çətin və mən onların qarşısında aciz qalıram. Belə vaxtlarda həzrət Əli ibn Əbu Talibin hüzuruna gəlib suallarımın cavabını ondan alıram. Lakin, dünən gecə həzrət Əli (ə) məni İmam Zaman (ə)-ın yanına göndərdi. Dedi ki, bu gecə nəvəm Kufə məscidində olacaq. O, sənin imamın Sahibəzzamandır. Onun yanına get və bu məsələni ondan öyrən. Mən də onun dediyi kimi, Kufə məscidinə gedib mehrabda İmam Zaman (ə)-dan sualımın cavabını aldım.



«Otuz Doqquzuncu Görüş»


Mərhum Əllamə Məclisi və Əllamə Nuri belə bir əhvalat nəql edirlər:

Seyyid ibn Tavus deyir ki, bir səhər çağı İmam Zaman (ə)-ın müqəddəs sərdabəsində Həzrətin dilindən belə bir münacat eşitdim: «Allahummə
, innə şiətəna xuliqət min şuai ənvarina bəqiyyəti tinətina qəd fəəlu zunubən kəsirən ittikalən əla hubbina vilayətina. in kanət zunubuhum bəynəkə bəynəhum, fəsfəh ənhum, qəd rəziyna. ma kanə minha fi ma bəynəhum əslih bəynəhum qassi biha ən xumsina ədxilhumul-cənnətə zəhzihhum ənin-nari la təcmə` bəynəhum bəynə ə`daina fi səxətik.» (İlahi! Bizim şiələrimiz bizim nurumuzdan bizim torpağımızın qalığından yaranmışlar. Onlar bizə bizim rəhbərliyimizə olan məhəbbətlərinə arxayın olaraq bir çox günahlara düçar olmuşlar. Əgər onların günahları Sənə qarşı olubsa, onları bağışla ki, bununla bizi razı salmış olarsan. Yox, əgər düçar olduqları günahları ilə özlərinə zülm ediblərsə, onda onları islah et əvəzini bizim payımız olan xümsdən çıx (beləliklə, Həzrət xümsdən olan öz şəxsi payını şiələrinə görə fəda etmişdir), onları cəhənnəm əzabından saxla düşmənlərimizlə birgə əzab qəzəbinə düçar etmə!)


Yüklə 2,7 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə