BağIŞlayan və mehriban allahin adi iLƏ



Yüklə 2 Mb.
Pdf görüntüsü
səhifə10/58
tarix15.01.2022
ölçüsü2 Mb.
#82881
1   ...   6   7   8   9   10   11   12   13   ...   58
azari-book-25246

İKİNCİ FƏSİL 
TƏQLİD 
 
Təqlid hər hansı bir işin icrasında camiüş-şərait (bütün şərtlərə cavab verən) 
fəqihin  fətvasına  müvafiq  qaydada  –  hətta  icra  əsnasında  məhz  onun  fətvasına 
istinad  edilməsə  belə  -  hərəkət  etmək  deməkdir.  Beləliklə,  araşdırma  aparmadan 
(verilən  fətvanın  nəyə  əsaslandığını  öyrənmək  zərurəti  duymadan 
tərc.
)  icra 
edilməli  olanları  icra  etmək  və  qadağan  olunanlardan  uzaq  durmaqla  təqlid 
gerçəkləşmiş  olur,  müqəllid  (təqlid  edən)  Allah  qarşısında  öz  əməlinin 
məsuliyyətini təqlid etdiyi fəqihin öhdəsinə buraxır. 
 
Təqlid olunma səlahiyyətinə malik olmaq üçün fəqihin sahib olmalı olduğu 
keyfiyətlərdən  biri  də  dövrünün  ən  biliklisi  (fiqh  və  əlaqədar  elmlər  sahəsində) 
olması,  nəzərdə  tutulmuş  mənbələrinə  istinad  etməklə  şəriət  qanunvericliyində 
başqalarından daha mükəmməl olması şərtidir. 
 
Bu  xüsusda  aşağıdakı  şəriət  hökmlərinə  diqqət  yetirməyi  məqsədəuyğun 
hesab edirik: 
 
Məsələ  24.  Şəriət  hökmlərini  aydınlaşdırmaq  (mənbələrinə  istinad  etməklə 
öyrənmək)  iqtidarında  olmayan  mükəlləf  bu  səlahiyyətə  malik  olan  ələm 
müctəhidə təqlid etməlidir. Beləliklə, müctəhid olmayan bir mükəlləfin təqlidə və 
ya ehtiyata əsaslanmayan əməli batil sayılır. 
 
Məsələ 25. “Ələm müctəhid” şəriət hökmlərini mənbələrinə istinad etməklə 
öyrənmək və aydınlaşdırmaq işində başqalarından daha bacarıqlı olan müctəhiddir. 


 
35 
 
Məsələ  26.  Ələm  müctəhidi  tanımaq  üçün  mütəxəssislərə  müraciət  etmək 
lazımdır və bu işdə mütəxəssis olmayanların rəyinə istinad etmək doğru deyil. 
 
Məsələ 27. Mükəlləf təqlid etdiyi müctəhidin fətvalarını aşağıdakı üç yoldan 
biri ilə əldə edə bilər: 
1  –  hər  hansı  bir  məsələ  ilə  bağlı  müctəhidin  fətvasını  onun  özündən 
eşitməklə; 
2 – iki adil (burada: mötəbər, sözünə, şahidliyinə etibar edilən) şəxsin, yaxud 
qeydsiz-şərtsiz etimad edilə biləcək bir şəxsdən öyrənməklə
3  –  mötəbərliyinə  əmin  olmaq  şərtilə  əməliyyə  (praktiki)  risaləsinə,  yaxud 
risalə hökmündə olan yazılı əsərlərinə müraciət etməklə. 
Məsələ 28.  Əgər  müqəllidin  ehtiyac  duyduğu hər  hansı bir  məsələ  ilə bağlı 
ələm müctəhidin bir fətvası olmazsa, yaxud müqəllid ehtiyac duyduğu zaman onun 
fətvasını  öyrənə  bilməzsə,  ələmlik  sırasına  riayət  etməklə  başqa  müctəhidlərə 
müraciət etməsinə icazə verilir. 
Hörmətli oxucular, indi isə gəlin, təqlidlə bağlı Ayətullah əl-uzma Sistaniyə 
ünvanlanan bir sıra suallar və onlara verilən cavablarla tanış olaq: 
Məsələ  29.  Fəqihlər  bizə  ələm  müctəhidə  təqlid  etməli  olduğumuzu 
söyləyirlər.  Tanıdığımız  bir  sıra  dinşünas  alimlərdən  ələm  müctəhidin  kim 
olduğunu soruşduqda isə konkret bir cavab ala bilmirik ki, həmin müctəhidə təqlid 
edərək  və  özümüzü  bu  məsələdə  rahat  hiss  edək.  Belə  qeyri-konkret  cavabların 
səbəbini  soruşduqda  isə  təvazökarlıqla:  “biz  bu  sahədə  səlahiyyətli  mütəxəssis 
deyilik”  –  deyir,  bəzən  isə  sözlərinə  belə  əlavə  edirlər:  “biz  özümüz  də  bir  sıra 
mütəxəssislərdən bu məsələni soruşmuş və belə cavab almışıq ki, ələm müctəhidin 
təyin  edilməsi  üçün  bütün  müctəhid  fəqihlərin  əsərlərini  araşdırmaq  lazımdır.  Bu 
isə olduqca  uzun  zaman  tələb  edən, çətin  və  məuliyyətli  bir işdir. Bir  sözlə  yaxşı 
olar ki, başqalarına müraciət edəsiniz”. 
Beləliklə, ələm müctəhidin müəyyən edilməsi dini tədqiqat mərkəzlərində bu 
qədər mürəkkəb bir məsələ kimi qəbul edilirsə, bəs qərb ölkələrində, o  cümlədən 
ABŞ  kimi  uzaq  ölkələrdə  yaşayanlar  nə  etməlidir?  Biz  həmin  ölkələrdə  yaşayan 
gəncləri  uzun  səylərdən  sonra  şəriətin  göstərişlərinin  icrasına, yasaqlarından uzaq 


 
36 
durmağa  təşviq  edərkən  “kimə  təqlid  etməliyik?”  sualına  çatdıqda  bu  sualın 
qarşısında aciz qalırıq. Bu problemin həlli üçün bir yol varmı? 
Cavab: Əgər ələmliyi ayırd edə biləcək bəzi mütəxəssislər bu və ya digər bir 
səbəblə  ələm  müctəhidin  təyin  edilməsi  məsələsində  rəy  bildirməkdən  imtina 
edirsə,  bunu  bütün  mütəxəssislərin  imtinası  kimi  qiymətləndirmək  olmaz. 
Beləliklə,  ələm  müctəhidi  bu  xüsusda  rəy  bildirməkdən  imtina  etməyən 
mütəxəssislərin və ya elmiyyə hövzələri (dini tədqiqat mərkəzləri) ilə əlaqəsi olan 
və etibar edilə biləcək şəxslərin, habelə digər ölkələrdə yaşayan alimlərin köməyi 
ilə  tanıya  bilərsiniz.  Ələm  müctəhidi  tanımaq  bir  sıra  çətinliklərdən  xali  olmayan 
bir məsələ olsa da, həlli olmayan mürəkkəb bir problem sayıla bilməz. 
Məsələ  30.  ƏƏləm  müctəhidin  kimliyini  öyrənmək  üçün  müraciət 
edəcəyimiz mütəxəssislərin özlərini necə tanıyacağıq? Bəs tanıdıqdan sonra onlarla 
necə  əlaqə  saxlayacağıq?  Nəzərə  almaq  lazımdır  ki,  biz  elmiyyə  hövzələrindən, 
ümumiyyətlə  şərq  (müsəlman)  ölkələrindən  olduqca  uzaqda  yaşayırıq.  Məsələnin 
daha  asan  bir  həlli  yolu  varmı  ki,  həmin  yola  baş  vurmaqla  kimə  təqlid  etməli 
olduğumuzu öyrənə bilək? 
Cavab:  Ələm  müctəhidi  təyin  edə  biləcək  mütəxəssislər  özləri  də  elmi 
səviyyəsi ona yaxın olan və başlıca meyarlar əsasında ələmliyin ehtimal dairəsinə 
daxil  olan  fəqihlərin  müvafiq  bilik  və  bacarıqlarının  səviyyəsindən  xəbərdar  olan 
müctəhidlərdir. Sözügedən meyarlar aşağıdakılardan ibarətdir: 
1  –  rəvayətlərin  (burada:  yazılı  hədis  nümunələrinin)  doğruluğunun  və 
etibarlılığının  isbatı  yollarını  bilmək;  bu  xüsusda  biblioqrafiya  (mənbəşünaslıq), 
saxta  hədislər  və  onların  yaranma  səbəblərinin  araşdırılması,  fərqli  nüsxələrin 
tədqiqi,  ən  mötəbər  olanının  müəyyən  edilməsi,  bəzən  müəllifin  (ravinin)  sözləri 
ilə qarışdırılan hədisin orijinal mətninin tanınması kimi mövzuları əhatə edən rical 
və dirayə (hədisşünaslıq) elmlərini mükəmməl şəkildə mənimsəməlidir. 
2  –  ümumi  qaydalar  əsasında  hədis  mətninin  məzmununu  anlamaq;  bu 
xüsusda imamların (ə) şəriət hökmlərini bəyan etmə üslübu, habelə üsul elminin və 
ərəb  dilinin  qayda-qanunları,  o  cümlədən  dövrün  digər  fiqh  məzhəblərinin 
fəqihlərinin rəyi ilə tanışlıq danılmaz önəm kəsb edir. 


 
37 
3  –  ayrı-ayrı  məsələlərlə  bağlı  ümumi  qayda-qanunlar  əsasında  hökm 
çıxarmaq məhələsində və eləcə də ələmliyin ehtimal dairəsinə daxil olan fəqihlərilə 
bilavasitə  müzakirə,  yaxud  fiqh  və  üsul  elmləri  sahəsində  əsərlərinin  və 
mühazirələrinin  yazılı  mətnlərinin  tədqiqi  əsasında  onların  rəylərini  öyrənmək 
xüsusunda özünəməxsus sabit bir üsluba sahib olmaq. 
Ələm  müctəhidin  kim  olduğunu  öyrənmək  istəyən  mükəlləf  özü  onu  təyin 
edə  biləcək  mütəxəssisləri  tanımaq  imkanına  sahib  olmadığı  təqdirdə  etibarlı 
dindarlar  kimi  tanıdığı  insanlar  vasitəsilə  onları  tanıya  və  sözügedən  məsələ  ilə 
bağlı  onlara  müraciət  edə  bilər.  Asan  və  sürətli  kommunikasiya  vasitələrinin 
günbəgün inkişaf etdiyi informasiya əsrində coğrafi uzaqlıq həmin mütəxəssislərlə 
əlaqə üçün ciddi əngəl sayıla bilməz. 
Məsələ 31. Mütəxəssislərin ələm müctəhidin təyini ilə bağlı fikir ayrılığında 
olmasına  rəğmən,  mükəlləf  müctəhidlərdən  birinə  qarşı  arxayınlıq  (etimad)  hiss 
edərsə, bu ona təqlid etməsi üçün kifayətdirmi? 
Cavab: Ələm müctəhidin təyin edilməsi ilə bağlı mütəxəssislər arasında fikir 
ayrılığı  mövcud  olarsa,  bütün  belə  hallarda  olduğu  kimi  onların  arasından  daha 
yetərli  və  səlahiyyətli  (bu  xüsusda  daha  bilikli  və  bacarıqlı)  olan  mütəxəssisin 
rəyini tərcih etmək lazımdır. 
Məsələn  32.  Mütəxəssislər  ələm  müctəhidin  təyini  mövzusunda  fikir 
ayrılığına düşərək bir neçə müctəhidə təqlid edilə biləcəyini açıqlayarsa, mükəlləf 
hansısa  bir  məsələdə  bir  müctəhidin,  başqa  bir  məsələdə  isə  digər  müctəhidin 
fətvasına  uyğun  əməl  edə,  ələm  müctəhidin  müəyyənləşməsinədək  bu  qaydada 
davam edərək onu tanıdıqdan sonra isə ona təqlid edə bilərmi? 
Cavab: Burada üç ehtimal mövcud ola bilər: 
1  –  bəzi  mütəxəssislər  bir  və  ya  bir  qrup  müctəhidə  təqlid  etməyin  kafi 
olduğunu elan edərsə, bu rəy heç bir şəri məsuliyyət doğurmur; 
2  –  mütəxəssilər  iki  və  ya  daha  artıq  şəxsin  elm  və  təqva  (burada:  şəriət 
hökmlərinin  öyrənilməsi  və  işıqlandırılması)  etibarilə  eyni  səviyyədə  olduğunu 
açıqlayarsa,  mükəlləf  bütün  məsələlərdə  şəxsi  seçim  əsasında  onlardan  hər  hansı 
birinin fətvalarına müvafiq qaydada hərəkət edə bilər. Lakin vacib ehtiyata əsasən, 


 
38 
namazın  bütöv  və  ya  qısa  qılınmalı  olduğu  kimi  bir  sıra  ixtilafli  məqamlarda 
onların  hamısının  fətvalarını  nəzərə  almalıdır  (məsələn,  örnək  olaraq  göstərilən 
halda namazlarını həm qısa, həm də bütöv qılmalıdır); 
3  –  mütəxəssislərdən  bəziləri  bir  müctəhidi,  başqa  bir  qismi  isə  digər  bir 
müctəhidi ələm elan edərsə. Bu ehtimalın özü də iki fərzi özündə ehtiva edir: 
a)  mükəlləf  onlardan  birinin  digərlərindən  daha  ələm  olduğunu  bilir,  lakin 
onun  məhz  hansı  olduğunu  müəyyən  edə  bilmir;  bu  nadir  rastlana  biləcək  bir 
ehtimaldır və bu ehimalla bağlı hökm  “Minhac  əs-salihin” risaləsində təfsilatı ilə 
öz əksini tapmışdır; 
b) mükəlləf onlardan birinin daha ələm olduğuna dair məlumata sahib deyil; 
bu  isə  o  deməkdir  ki,  onların  elm  və  təqva  etibarilə  bərabərsəviyyəli  müctəhidlər 
olduğu  ehtimal  olunur  və  bu  halda  2-ci  ehtimalla  bağlı  hökmə  müvafiq  qaydada 
hərəkət etmək lazımdır. 
Məsələ  33.  Mükəlləf  yeni  bir  məsələ  ilə  qarşılaşarsa  və  həmin  məsələ  ilə 
bağlı  təqlid  etdiyi  müctəhidin  rəyini  bilməzsə,  onun  rəyini  öyrənməsi, 
vəkillərindən  (nümayəndələrindən)  soruşması  bu  iş  ödənişli  telefon  əlaqəsi  kimi 
kifayət  qədər  xərc  tələb  etdiyi  halda  belə  vacibdirmi?  Yoxsa  təqlid  etdiyi 
müctəhidin  fətvasını  öyrənənədək  rəyini  asanlıqla  öyrənə  biləcəyi  başqa  bir 
müctəhidin fətvasına əməl edə bilərmi? Bu halda fətvasına müvafiq surətdə hərəkət 
etdiyi  başqa  müctəhidin  rəyi  mükəlləfin  təqlid  etdiyi  müctəhidin  rəyi  ilə  üst-üstə 
düşməzsə, onun artıq gördüyü əməlləri ilə bağlı hökm nədir? 
Cavab: Təqlid etdiyi ələm  müctəhidin rəyini öyrənmək onu ciddi bir zərərə 
məruz  qoymadığı  halda  telefon  əlaqəsi  vasitəsi  ilə  də  olsa,  onun  fətvasını 
öyrənməlidir. Öz mərcəi-təqlidinin fətvasını öyrənməsi mümknü olmadığı təqdirdə 
isə ələmlik məsələsində ardıcıllığa riayət etməklə digər müctəhidlərə müraciət edə 
bilər.  Bu  zaman  qarşısına  çıxan  həmin  yeni  məsələdə  hətta  sonradan  öz  mərcəi-
təqlidinin  fətvası  ilə  üst-üstə  düşmədiyi  aydın  olsa  belə,  ikinci  müctəhidin 
fətvasına uyğun qaydada etdiyi hərəkətlər doğru və kafi sayılır. 
 

Yüklə 2 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə